20. TƏMAS

37 4 7
                                    

-"Nəhayət ki, buranı daha yaxından görmə şansına sahib ola bildin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-"Nəhayət ki, buranı daha yaxından görmə şansına sahib ola bildin."-deyən Yousef'ə baxmaq üçün arxamı dönməli oldum.
-"Anlamadım? Necə yəni?"
Gənc adam mənə tərəf yaxınlaşıb əlimə uzandı və mən ilk başda nə etməyə çalışdığını anlamadığım üçün refleks olaraq geri addım atdım.
-"Nə edirsən?"
O, hələ də əlimdə tutduğum və pişiyimin içində olduğu çantanı işarə edərək,-"Deyəsən, yeri rahat deyil. Çölə çıxmaq istəyir."-dedi.
Başımı əyib baxdığımda Sarışın'ın çıxmaq üçün sərf etdiyi cəhdləri görərək özümə əsəbləşdim.
-"Ah, tamamilə ağlımdan çıxdı."
Çantanı pəncərə önündəki masanın üstünə qoydum və ağzını açaraq onun çölə çıxmasına icazə verdim.
-"Gəl bura."-deyərək miyoldayan pişiyimi qucağıma aldım və sığallamağa başladım.
-"Kaş ki, üstümə gəlmək yerinə onu çıxartmalı olduğumu desəydin."
İki əlini bir-birinə birləşdirən Yousef,-"Məndən bu qədər qorxa biləcəyini düşünmemişdim. Sorry."
-"Səndən qorxmuram."-deyə cavab verdim düşünmədən.
-"Bu mənə güvəndiyin anlamınamı gəlir?"-deyə soruşan Yousef bir-iki addım ataraq mənə tərəf gəldi.-"Hərçənd güvənmədiyin bir adamın sözü ilə buraya gəlib çıxmazdın deyə düşünürəm."
Mən onun bu yaxınlığı ilə gərginləşərək geriyə getmək istəyəndə arxam masaya dəydi və durdum. Yousef üzündəki yaramaz təbəssümlə əlini uzadıb qucağımdakı Sarışın'ı aldı və məndən bir az uzaqlaşana qədər geriyə çəkildi. Mən isə hələ də olduğum yerdə donub qalmışdım.
Pişiyin başına yavaşca sığallayan gənc adam ətrafı işarə edərək,-"Realını görmək ilə şəklini görmək tamam fərqlidir, elə deyilmi?"-deyə soruşdu.
Verdiyi sual ilə gözlərimi qırpışdırdım.-"Nə? Nədən bəhs edirsən?"-deyərək özümü bilməməzliyə qoydum. İlahi! Şəklini bəyəndiyimi görmüşdü demək. Bu çox utanc verici idi.
Yousef gülümsədi və əyilib Sarışın'ı ehtiyatla yerə buraxdı. O, otağın içində kəşfə çıxarkən gənc adam qaldığı yerdən danışmağa davam etdi.-"Yeməyə bir şey istəyirsənmi?"
-"Ac deyiləm."-deyə qısaca cavab verdim.
-"Amma o, acıb deyəsən."-deyərək ayağıma sürtünən pişiyimi göstərdi.
-"Yeməyi var. Bir azdan verərəm."-dedim və normal davranmağa çalışdım.
Bir kilsədə, daha əvvəl heç olmadığım bir otaqda və tam olaraq tanımadığım bir adamla bir yerdə idim. Üstəlik həmin adam həm mənim müəllimim, həm də kilsədə bir rahib idi. Bu mənim məntiqimə heç uyğun gələn bir şey olmadığı üçün özümü həddindən artıq narahat və gərgin hiss edirdim.
Bu halım üzümə də yansımış olacaq ki, Yousef mənə göz ucu baxmağa davam edərkən,-"Nəsə problem var?"-deyə soruşdu.
Başımı iki yana salladım və gülümsəməyə çalışdım.-"Yox, hər şey qaydasındadır. Sadəcə..."
-"Sadəcə?"-deyə soruşan Yousef tək qaşını qaldırdı.
Başımı qaldırıb ətrafa qısa bir baxış atdım.-"Burada olmaq məni bir az sıxır və o şey... məni narahat hiss etdirir."
Baxdığım yerə başını çevirib baxan Yousef'in qaşları təəccüblə havalandı.-"İsa'nın heykəli?"
Dodaqlarımı bir-birinə bastırdım və onu təsdiq edərcəsinə başımı tərpətdim.-"Sənə qəribə gəldiyini bilirəm, amma divarda xaç asılı olan bir otaqda ilk dəfədir ki, oluram və bu məni rahat hiss etdirmir."
-"Səni evə də apara bilərəm.."-deyə sözə başlayan Yousef'in,-"Yox, olmaz."-deyərək sözünü yarıda kəsdim.
Yousef mənim bu halıma sual dolu baxışlarla baxırdı.-"Tam olaraq nə istədiyini anlaya bilsəm, sənə daha rahatlıqla kömək edə bilərəm, Nisa. Xahiş edirəm, mənə qarşı açıq olmağa çalış."
-"Burada olduğumu Robert və ya bir başqası bilmir, elə deyilmi?"-deyə soruşdum anidən.
Yousef ögey qardaşının adını eşidəndə boğazını təmizlədi və qamətini dikləşdirdi.
-"Burada olduğunu nəinki Robert, heç müqəddəs ata belə bilmir."-dedi və arxasını dönərək qapıya tərəf getdi.
O, otağı tərk etmədən öncə arxasından,-"Necə yəni? Məni burada gizlimi saxlayırsan?"-deyə soruşdum.
Bir neçə saniyə gənc adamın geniş kürəyi ilə baxışdım. Uzunboylu və incə bir bədən quruluşuna sahib olsa da, olduqca enli kürəkləri var idi. O, üzünü çevirib mənə baxana qədər olduğum yerdə durmağa davam etdim.
Daha sonra mənə tərəf dönən Yousef,-"Bir rahibin kilsəyə gənc bir xanımı gətirməsi çox da xoş qarşılanacaq bir şey deyil. Hətta bu böyük problemlər belə yarada bilər."-deyə cavab verdi.
-"Sənin üçün problem yaratmaq istəmirəm."-dedim başımı aşağı salıb barmaqlarım ilə oynayarkən.-"Sabah özümə qalmağa bir yer axtarmağa başlayacam onsuz. Sadəcə bəzi gözləmədiyim şeylər oldu və mən əlacsız olduğum üçün buraya gəlmək məcburiyyətində qaldım. Müqəddəs ata görmədən məni necə içəriyə saldın bəs?"-dedim və başımı qaldırıb ona baxdım.
-"O, səhhəti ilə bağlı bir həftəliyinə evində istirahətdə olacaq və bu müddət ərzində heç bir problem yaranacağını düşünmürəm, əgər sən bu otaqdan çıxıb öz başınalıq etməsən."
Cəld başımı iki yana salladım.-"Sənə problem yaratmayacağam."
Yousef gülümsədi.-"Mən də elə ümid edirəm. İndi isə yerləş. Daha sonra gəlib sənə baş çəkəcəm."
Gənc adam təkrar arxasını dönüb çıxmaq üçün hərəkətlənəndə ona,-"Yousef.."-deyə astadan səsləndim və o an bir şeyin fərqinə vardım.
Mən ilk dəfə idi ki, ona adı ilə müraciət edirdim. Və bunun fərqində olan təkcə mən deyilmişəm kimi görünürdü. Belə ki, Yousef başını çevirib mənə baxanda bunu baxışlarında görə bildim.
Özümü ələ almağa və normal davranmağa çalışdım.
-"Hər şey üçün təşəkkürlər."-dedim.
Yousef gözlərini qırpışdırdı və üzünə yayılan təbəssümü gizlətməyi ehtiyac görmədi.-"God bless you, Nisa."-dedi və daha sonra otaqdan çıxaraq məni Sarışın ilə tək buraxdı.

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Where stories live. Discover now