18. ACI HƏQİQƏTLƏR

25 4 2
                                    

Qapını yavaşca döyüb açdım və içəri daxil oldum. İrəliyə doğru bir-iki addım ataraq ona doğru yaxınlaşdım. Morgan xəstəxana geyimində idi və çox bitkin görünürdü. Üzünü yandan görə bilirdim, lakin o başını mənə tərəf çevirmədiyi üçün nə halda olduğunu tam anlaya bilmirdim.
-"Morgan..."-deyə astadan səsləndim.
Cavab yox idi.
-"Morgan, mənəm Nisa."-dedim ona doğru bir addım daha atarkən.
-"Yaxınlaşma."-dedi qətiyyətlə.
Eşitdiyim söz ilə ayaqlarım olduğum yerə mıxlandı.-"Morgan?"
Gənc qız uzandığı yerdə bir az hərəkət edərək bədənini mənə tərəf çevirib üzümə baxdı. Gözləri ağlamaqdan qan çanağına dönmüş dostumu bu halda görmək isə içimi parçaladı.
Üzümdəki kədəri görən Morgan,-"Mənə yazığın gəlməsin."-dedi.
Özümü cəld ələ almağa çalışdım. Başımı iki yana sallayaraq,-"Yox yox, sənə yazığım gəlmir, mən sadəcə..."
-"Sən sadəcə o ağzını bağlı tutmalı idin."-deyən Morgan sözümü yarıda kəsdi.
-"Nə?"
Eşitdiyim şey ilə üzümdə yaranan təəccübü gizlədə bilmədim.-"Mənəm təqsirkar?"
-"Atam və anamı buraya çağırmamalı idin, Nisa. İndi sənin ucbatından onlar hər şeyi bilir və tap görüm kimi günahlandırırlar? Məni! Bayaqdan atamın tikanlı sözlərini eşitmək məcburiyyətində qalmışam. Anam desən, o fəryad-fiqan ağlamaqdan həlak oldu. Onları buraya çağırmağına dəydimi? Cavab ver!"
-"Morgan.."
-"Mən səni dostum bildim. Sənə evimi açdım, səni ən yaxınım bildim. İnanclarımız fərqli olmasına baxmayaraq sənin yanında durdum və universitetdə belə səni digər qızlara qarşı qorudum, amma sən, sən nə etdin? Sən məni ailəmin yanında utandırdın."
Gözlərim eşitdiyim sözlər ilə dolsa da, ağlamadım. Özümü tutdum. Eşitdiklərim qəlbimi qırsa belə məni incidən şey tamam başqa idi. Aylardır yanında qaldığım qız məni özünə dost kimi yox, yük kimi görürdü sən demə. Morgan yenidən üzünü yana çevirmiş, baxışlarını məndən qaçırmışdı. Başımı yuxarı qaldırıb göz yaşlarını qovdum. Heç nə bu qədər bəsit deyildi. Qarşımda o, olsa belə, məni bu qədər asanlıqla ittiham edə bilməzdi.
-"Biz səni xəstəxanaya gətirərkən anan telefonuna zəng vurdu və mən açmaq məcburiyyətində qaldım."-deyə danışmağa başladım.-"Ona harada olduğumuzu ilk başda demədim, heç demək fikrim də yox idi. Ancaq həmin an o qədər ağlım çaş-baş içində qalmışdı ki, onun telefonun digər ucundan mənim harada olduğumu eşidə biləcəyini təxmin edə bilmədim. Sonra isə israr etdi və mən xəstəxanada olduğumuzu demək məcburiyyətində qaldım. Səndən bu mövzuda üzr istəyirəm, amma digər məsələdə əsla. Bütün bu olanların günahkarı mən deyiləm. Səni bu hala qoyan hal-hazırda çöldəki koridorda heç nə olmamış kimi gəzinir, lakin narahat olma, valideynlərinə onun kim olduğunu demədim. Orası artıq sənin biləcəyin işdir. Mark ilə ayrıldığını onlara sən özün...."
Morgan anidən başını mən olan tərəfə çevirib,-"Nə dedin? Mark ilə ayrılmaqmı? Bir ayrılıq olacağını sənə düşündürtən nədir?"
Ona inanamayaraq baxdım.-"Sən onunla birlikdə olmağa hələ də davammı edəcəksən, Morgan? Onun sənə bu qədər etdiyi şeylərdən sonra həm də."
-"O, məni heç nəyə məcbur etmədi."-dedi Morgan cavab olaraq.
Otağın içində gəzinməyə başladım. İki əlimi başıma qoyub,-"Yox yox, bu doğru ola bilməz. Sən özünə bu qədər laqeyd ola bilməzsən. Mənim dostum bir insanın qarşısında bu qədər aciz ola bilməz."
-"Mən onu sevirəm, Nisa."-dedi Morgan.
Üzümü ona çevirdim.
-"Sevirsən? Səni xəstəxanalıq edən və övlad sahibi ola bilmə şansından səni məhrum edən o əclafı sevdiyinimi deyirsən? Morgan, sənin heçmi özünə hörmətin yoxdur? Bəlkə sən ağlını tamam itirmisən, hə?!"
-"Sən məni anlaya bilməzsən, hətta səndən bizi anlamağını da gözləmirəm. Uşaq məsələsinə gəlincəysə, onsuz da onu doğuracaq deyildim. İkimiz də çox gəncik və ata-ana olmağa uyğun deyilik. Gərəkər isə irəlidə övladlığa uşaq götürərəm. Təki Mark həmişə mənim yanımda olsun."
Deyəcək bir kəlimə belə söz qalmamışdı məndə. Sadəcə dostumun üzünə dümdüz baxmağa davam edirdim.
-"Bu sevgi deyil."-dedim bir qədər sonra.-"Bu sevgi deyil ki, Morgan. Bu xəstəlikdir."
Morgan dərin bir nəfəs çəkdi içinə. Uzandığı yerdə bir qədər doğruldub arxasını yatağın başlığına dayadı. Onu bu halda, xəstəxana geyimində və pərişan bir halda görmək ürəyimi ağrıdırdı. Mənim dostum bir gül kimi gözümün önündə solurdu.

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Where stories live. Discover now