16. ÜZLƏŞMƏ

16 4 3
                                    

-"Sənin burada nə işin var?"Hələ də qapının önündə dayanan Amir sualımı cavabsız qoydu və normal bir şey imiş kimi yanımdan keçib içəriyə girdi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-"Sənin burada nə işin var?"
Hələ də qapının önündə dayanan Amir sualımı cavabsız qoydu və normal bir şey imiş kimi yanımdan keçib içəriyə girdi.
-"Hey?! Nə etdiyini zənn edirsən?"-dedim arxasından səsimi yüksəldərək.-"Çıx evimdən. Tez ol!"
Amir dönüb üzümə baxdı və,-"Danışmalı olduğumuz məsələlər var. Səs-küy yaradıb bütün binanı buraya yığmağına səbəb yoxdur. Bir-iki şey deyib gedəcəm."-dedi və arxasını dönüb rahat bir halda salona tərəf yeridi.
Əsəbdən olduğum yerdə təpindim. Özümü ələ almağa çalışdım və dərindən bir nəfəs aldım. Açıq olan qapını örtüb salona keçdim. İçəriyə girdiyimdə isə Amir'in divanda oturmuş olduğunu və qucağında da pişiyimi tutub sığalladığını gördüm.
Mənə baxdı və gülümsədi.
-"Qəşəng pişikdir və sahibindən fərqli olaraq yaman itaətkardır."
Tam qarşısında oturub üzünə baxdım.-"Burada yaşadığımı necə bildin?"
Amir qucağındakı Sarışın'ı yerə endirib əlləri ilə üst-başını çırpdı.
-"Quşlar söylədi."-deyə qısaca cavab verdi.
Dodaqlarım kinayə ilə yuxarı doğru qıvrıldı.-"Quşlar?"
O, cavab olaraq başını tərpətdi və mən əsəblə ayağa qalxdım.-"Hansı quşlar? Aaaa, dayan dayan, qoy fikir yürüdüm. Hah! Tapdım. Sənə burada yaşadığımı deyən sarı quşun adı Lucia'dır, elə deyilmi?"
Amir'in dodaqlarında yaranan gülümsəmə ilə üzümü buruşdurdum.-"Onu bu qədər qısqandığını bilmirdim doğrusu."-dedikdə isə, ona inanamayaraq baxdım.
-"Qısqanmaqmı? Həm də ki, onu? O sarı ifritəni? Hah! Güldürmə məni."
-"Bu cür reaksiya verməyin əksini düşündürtmür doğrusu."
İki əlimi ombama qoyub tək qaşımı yuxarı qaldırdım.-"Niyə gəldin, Amir Zarrab?"
Amir'in qaşları yuxarı havalandı.
Oturduğu yerdən qalxaraq,-"Soyadım ilə müraciət etməyə başladığına görə, mənə olan əsəbinin hələ də ilk günki kimi davam etməkdə olduğunu deyə bilərəm.."-dedi və yanıma gəlib əlini mənə tərəf uzatdı.
Özümü geriyə çəkdim.
-"Əllərini məndən uzaq tut!"-dedim.
-"Niyə?"-deyən Amir anidən əlini belimə dolayıb məni özünə doğru çəkdi.-"Sən hələ də mənim halalca nişanlımsan."
İki əlimi sinəsinə qoyub onu geri itələməyə çalışdım.-"Burax məni, Amir. Burax!"
Ancaq o, mənim çırpınışlarımı vecinə belə almırdı. Fiziki olaraq məndən çox daha güclü olduğu üçün ona gücüm çatmırdı. Hətta sinəsini yumruqlamağım belə onun vecinə deyildi. Sonra heç gözləmədiyim bir şey etdi və məni bədəninə doğru basdırıb bərk-bərk qucaqladı. Onun sarılışına heç bir qarşılıq vermədim. Sadəcə durdum və onun buna bir son qoymasını gözlədim. Bu yaxınlıq nədənsə mənə keçmişi xatırlatdı.
Amir,-"Sadəcə bir az belə qalaq. Sənin üçün çox darıxmışam, eşqim. Yoxluğun mənə səni nə qədər çox sevdiyimi öyrətdi. Səsini, üzünü, qoxunu..."-deyərək üzünü boynuma doğru əyib qoxumu içinə çəkdi.
-"Hər şeyin üçün o qədər darıxdım ki. Mənimlə dalaşmağın üçün belə çox darıxdım."
Dedikləri məni bir an hərəkətsiz buraxdı, ancaq içimdə bir şeylər çoxdan qırıldığı üçün, dedikləri içi boş gəlirdi. Ona qarşı artıq heç bir şey hiss etmirdim. Bəlkə də mən onu heç vaxt əsl mənada sevə bilməmişdim. Amir məndəki hərəkətsizliyi və səssizliyi hiss etmişdi. Bir qədər sonra özü geri çəkilərək məni sərbəst buraxdı, lakin hələ də mənə çox yaxın dururdu. Üzümə baxırdı. Sanki orada bütün suallarına cavab tapa biləcək imiş kimi. Əslində haqlı idi də. Mən heç bir zaman duygularımı gizlədə bilən bir insan olmamışdım. Ya sevirdim, ya da nifrət edirdim. Ortası yox idi məndə. Bu həqiqəti hər halda Amir də dərk etmiş olacaq ki, geriyə doğru bir-iki addım atdı və yenidən keçib divana oturdu. Mən isə hələ də ayaq üstdə durmuşdum.
Amir başını qaldırıb üzümə baxdı.
-"Sən məni çoxdan içində öldürmüsən."
Kinayə ilə gülümsədim.-"Nə gözləyirdin ki? Hər şeyi unudub özümü sənin qollarına atacağımımı?"
Amir'in üzündə kədərli bir gülüş yarandı.-"Ən azından bizim üçün hələ də bir ümid olduğunu güman edirdim."
-"Olan oldu və bitdi. İndi bu boş söhbətləri qırağa qoy və buraya niyə gəldiyini izah et."
Tam o anda telefonumdan azan səsi yüksəlməyə başladı. İftar vaxtı gəlmişdi və mən bu axmaq məxluqat ilə söz güləşdirmək məcburiyyətində qalmışdım.
-"Buraya niyə gəldiyimi iftar edərkən də danışa bilərik."-deyən Amir'ə dəli olubmuş kimi baxdım.
O, isə normal bir şey imiş kimi ayağa qalxdı və mətbəxə yollandı.-"Yeməyə nə hazırlamısan? Ətrafda bir qoxu da hiss etmirəm halbuki."
Ardınca mətbəxə daxil olan mən,-"Sən nə etməyə çalışırsan? Məqsədin məni dəli etməkdir? Əgər elədirsə, inan mənə səbrimin daşımasına çox az qalıb."
Amir ocağın üstünəki tavanın qapağını qaldırdı və özümə hazırladığım kartof qızartması ilə toyuq ətinə baxdı.
-"Hmm, həmişəki kimi asan olana qaçmısan. Evlənsəydik böyük ehtimalla ac qalardım "
İki əlimi bir-birinə çarpazladım.
-"Səni belə bir dərddən xilas etdiyim üçün əslində mənə təşəkkür etməlisən."
Bu sırada Sarışın da mətbəxə daxil olmuş, Amir'in ətrafında gəzinirdi və bir yandan da özünü onun şalvarının ətəyinə sürtürdü. Onun varlığını hiss edən gənc adam aşağı baxdı və daha sonra başını qaldırıb mənə baxdı.
-"Məni sevdi."-dedi.
-"Sən onu da buna peşman edərsən."-dediyimdə isə, onun üzündə yaramaz bir gülüş peyda oldu.
-"Deməl, sən məni sevirdin..."
Boş-boş üzünə baxmağa davam edərkən,-"Ən azından bir insan olaraq hə. İndi isə nə deyəcəksən de, sonra da çıxıb get. Bir azdan ev yoldaşım gələcək və səni burada görməsini istəmirəm."
-"Morgan idi adi, elə deyilmi?"-deyə soruşdu Amir.
-"Adını haradan bilirsən?"
-"Mən səninlə bağlı hər şeyi bilirəm, eşqim. Nə etdiyini, haralara getdiyini və kimlər ilə görüşdüyünü. Hər şeyi."
Sağ əlimi qaldırıb barmağımı ona doğru salladım.-"Sən məni təqib etdirirsən?!"
Məsum bir üz ifadəsi ilə mənə baxan Amir,-"Sadəcə səni nəzarət altında tuturam deyək."
-"Nə haqqla?"-deyə əsəblə soruşdum.
-"Dediyim kimi, sən hələ də mənim kəbinli nişanlımsan. Allah hüzurunda biz evli sayılırıq hətta."
Əsəbdən gülməyə və mətbəxin içində gəzinməyə başladım. O qədər başım qarışmışdı ki, iftarımı belə açmamışdım.
-"Sən xəstəsən. Yox yox, xəstə demək az olar. Sənin ağlın qaçıb, ya da yaddaşını itirmisən. Sən və mən deyə bir şey yoxdur. Sən məni o sarışın ifritə ilə aldatdığın gün biz deyə bir şey qalmadı."
Amir,-"Lucia məsələsini gözündə çox böyüdürsən. Həm artıq onun da həyatında başqa birisi var. Sənin üçün hər hansı bir təhlükə daşımır."-dedi və pəncərəyə tərəf getdi.
Pəncərəni açdıqdan sonra cibindən çıxardığı siqaret paçkasından birini götürüb dodaqlarına apardı və alışqan ilə yandırdı. Onun bu rahatlığı, sanki öz evində imiş kimi davranmağı isə məni dəli edirdi.
-"Məsələ təkcə bu deyil. Heç nə bu qədər bəsit deyil. Sən mənə xəyanət etdin. Hər şeyi də keçdim....Amir sən zina etdin."
Amir siqaretin dumanını çölə üfürdü.-"Onunla sadəcə bir dəfəyə məxsus birlikdə olmuşam.."
-"Aaaa, doğrudan? Ok, no problem. O qədər də böyüdüləcək bir şey deyilmiş həqiqətən də."-dedim bütün bu olanları yaşadığıma inanamayaraq.
Siqareti çölə atan Amir pəncərəni bağlayıb mənə tərəf döndü.-"Daha ciddi məsələlərimiz var."
-"Nə kimi?"-deyə soruşdum diqqətimi ona yönləndirib.
Amir irəli gəlib mətbəx masasının yanındakı stullardan birini çəkdi və oturdu. Həmçinin mənə də əli ilə oturmağımı işarə etdi. Qarşı çıxmadım. Qarşısındakı stulu çəkib oturdum.
-"Səni dinləyirəm."-dedim birbaşa söhbətə girərək.
Amir iki əlini önündə birləşdirib,-"Atan keçən gün mənə zəng vurdu."-deyə danışmağa başladı.
Davam etməsi üçün anladığımı bəlli edərcəsinə başımı tərpətdim.
-"Bilirsən ki, ötən günlərdə Novruz bayramı ərəfəsi idi və biz bayram görüşü üçün onları görməyə getməli idik, ancaq getmədik. Nə də də olsa onlar bizim hələ də bir yerdə olduğumuzu zənn edir..."
-"Anam bilir."-dedim araya girərək.
-"Nə?"
-"Anam olan bitəni bilir."-dedim gözlərinin içinə baxaraq.-"Və mənim qərarıma hörmət ilə yanaşır. Məni dəstəkləyir."
-"Anan səni dəstəkləyir demək? Bəs atan? O, bilsə nə edər səncə?"-deyə soruşdu Amir üzümə baxmağa davam edərkən.
-"Bilmirəm, bəlkə də ona telefonda mənə necə xəyanət etdiyini desəydin, nə edəcəyini bilə bilərdik."-deyə qarşılıq verdim.
-"İlahi!"-deyən Amir başını yuxarı qaldırıb səbir çəkdi.-"Həyatın boyunca bunu üzümə vurmağa davam edəcəksən, hə?"
Tək qaşımı qaldıraraq,-"Həyatım boyunca deyərkən? Səndə deyəsən qavrama problemi var. Sən mənim həyatımda olmayacaqsan."
-"Sən elə bil."-dedi gənc adamın ağzının içində.
Oturduğum yerdən qalxdım.-"Nə edəcəksən? Məni zorlamı yanında tutacaqsan?"
-"İran'a getməliyik."-deyə qısaca cavab verdi.
-"Nə?!"
-"İkimiz birlikdə gedib atan ilə danışmalı və bu məsələni həll etməliyik."
-"Mən heç yerə getmirəm."
-"Səndən istəyib-istəmədiyini soruşmadım onsuz. Əgər atanın bütün bu olanları ananın bilməsinə rəğmən bu qədər ay susduğunu öyrənsə, səncə atan anana nə edər? Yoxsa sənə görə ananın başı bəlayamı girsin istəyirsən?"
Önə gəlib iki əlimi şiddətlə masaya vurdum.
-"Anamı bu məsələyə qatma! Səni İran'ın meydanında kötək ilə düymələrini istəmirsənsə, o çənəni bağlı tut."
Amir oturduğu yerdə geriyə doğru yaslandı.-"O meydanda tək olmayacağıma əminəm, eşqim."

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Where stories live. Discover now