5. GÜNAH ÇIXARTMAQ

25 4 0
                                    

Mənzilin qapısı yavaşca açılanda hələ gün tam ağarmamışdı və mən dərin yatan bir insan olmadığım üçün gələn səsə dərhal gözlərimi açdım, amma yerimdən qalxmadım

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Mənzilin qapısı yavaşca açılanda hələ gün tam ağarmamışdı və mən dərin yatan bir insan olmadığım üçün gələn səsə dərhal gözlərimi açdım, amma yerimdən qalxmadım. Morgan'ın yalın ayaqlarla koridorda səssizcə yeriyərək vanna otağına doğru getdi və içəriyə girib qapını arxasından bağladığını eşidənə qədər durmağa davam etdim. Daha sonra isə yorğanı üstümdən çəkib xalça üzərində yatan pişiyimi əzməməyə diqqət edərək yataqdan qalxdım və otağımdan çölə çıxdım. Birbaşa vanna otağının qapısına tərəf getdim. İlk öncə qapını döymək istəsəm də, sonradan bu fikirdən vazkeçərək qulağımı qapıya doğru yaxınlaşdırdım. İçəridən axan su səsi gəlirdi. Gözlərim divarda asılı olan saata getdi. Saat sabahın altısı idi. Bir qədər gözlədim və yenidən yatağıma geri dönmək üzərə ikən içəridən gələn hıçqırıq səsi ilə ayaqlarım məni olduğum yerə sabitlədi.
Morgan ağlayırdımı? Axı niyə? Yoxsa yenə mənim ucbatımdan Mark ilə mübahisəmi etmişdi?
Başımı çevirib bağlı olan qapıya baxdım. Onun hal-hazırda mənimlə söhbət etmək istəyəcəyini heç düşünmürdüm və məcburən səhəri gözləməli olacaqdım. Otağıma geri dönüb içəriyə girdim və qapını arxamdan bağladım. Ağlama səsləri uzaqdan eşidilməsə də, mən dostumun bu dəqiqə orada çarəsizcə ağladığını bilirdim və bu məni içdən-içə məyus edirdi.
Bəlkə də bəzi şeylərə son verməyin vaxtı çoxdan gəlib çatmışdı.
•••
Səhər oyananda gözlərimi ovuşduraraq otağımdan çıxdım və ayaqyoluna getmək üçün vanna otağına doğru yeriməyə başladım. Qulaqlarıma dolan mahnı mırıltısına görə bir qədər qapının önündə dayandım. Səs mətbəx otağından gəlirdi. Oraya tərəf getdikdə isə Morgan'ın astadan mahnı mırıldanaraq ocağın yanında omlet bişirdiyini gördüm və onun bu heç nə olmamış halına təəccüblə baxdım. O, əlindəki tava ilə mənə tərəf döndükdə mən hələ də bütün diqqətimlə ona baxmağa davam edirdim. Morgan tavanı masaya qoymadan öncə mənə baxıb gülümsədi.
-"Sabahın xeyir, gözəllik. Nəhayət oyana bildin. Gəl və səhər yeməyi ye "
Baxışlarım masaya doğru getdi və orada sadəcə mənim üçün bir yemək servisi olduğunu gördüm.
-"Sən səhər yeməyi yeməyəcəksən bəs?"-deyə soruşdum masaya yaxınlaşıb stulu geriyə çəkərkən.
Morgan başını iki yana salladı və arxasını mətbəx dəzgahına dayadı.
-"Yox, bu gün nədənsə iştahım yoxdur. Deyəsən, bir az soyuqlamışam."
Önümdə duran çayniki götürüb özümə çay süzməyə başladım. Nəsə bir qəribəlik olduğu aşikar idi, amma nə? Çayniki yerinə qoyduqdan sonra bir dilim çörək götürüb üstünə şokolad sürtməyə davam etdim.
-"Bu qədər yeyib belə fit qalmağın ədalətsizlikdir."-dedi Morgan dodaqlarını büzərək.
Mən isə əlimdəki çörəyin ucundan dişləyib ona göz qırpdım.
-"Genetik məsələsi, baby."
Morgan gözlərini yuxarı çevirdi.
-"Ah bu genlər!"
Qarşılıqlı gülüşdük və mən o an bir şeyin fərqinə vardım. O, əyninə uzun boğaz yun bir köynək geyinmişdi və mənim tanıdığım Morgan qapalı olan bütün geyimlərə nifrət edən bir qız idi. Baxışlarımı hiss etmiş olmalı ki, arxasını dönüb gecədən qalan kirli qabları qabyuyan maşına yığmağa başladı. Onda fərqli olan bir şeyler var idi və mənə demək istəmirdi. Mən isə dolça bürcü bir qadın olaraq nə qədər anlayışlı olsam da, ağlımda qaranlıq qalan şeylərə açıqlıq gətirməyənə qədər yerimdə rahat dura biləcək bir insan deyildim. Çayımdan bir qurtum içdim və hər şey normal imiş kimi davranmağa çalışdım. Nə olursa olsun, onun ağzını yoxlamalı idim.
-"Deyəsən, sən həqiqətən də soyuqlamısan."-dedim danışmağa başlayaraq.
-"Hərçənd temperaturu yüksək olan bir evdə belə yun və uzunboğaz bir köynək geyinməyinin başqa bir səbəbi ola bilməz. Gör nə deyirəm, özünü halsız hiss edirsənsə, doktora da gedə bilərik. Qış aylarındayıq və bu aralar qrip ətrafa yaman yayılıb."
Morgan'ın arxası hələ də mənə dönük olsa da, diqqətinin məndə olduğunu hiss edə bilirdim. Qabyuyanın qapağını bağlayıb mənə tərəf döndü.
-"Ehtiyac yoxdur. Həm də ki, elə də ciddi bir şey olduğunu düşünmürəm. Yaxşıca dincəlsəm, keçib gedər."
-"Səhər duş qəbul etdikdən sonra saçlarını qurutsaydın belə olmazdın bəlkə də."-dedim hələ də nəmli olan saç uclarına qınayaraq baxarkən.
Morgan nə dediyimi ilk başda anlamasa da, sonradan bunun fərqinə vardı və əliylə önünə düşən saçlarını qulaqlarının arxasına itələdi.
-"Ah! İnan mənə bunun üçün heç macalım yox idi. Yuxudan sarı ölürdüm və birbaşa yatmağa getdim."
-"Amma buna nail ola bilməmisən gördüyüm qədər."-deyərək oturduğum yerdən qalxdım.
Masadakı boş qabları alıb onun yanına getdim. Morgan hələ də boş-boş mənə baxırdı. Qabları dəzgahın üstünə qoyub baxışlarımı üzünə çevirdim.
-"Göz altlarından yata bilmədiyin çox aydınlıqla məlum olur. Nəsə problem var? Mənimlə hər şeyi danışa biləcəyini bilirsən, elə deyilmi?"

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Hikayelerin yaşadığı yer. Şimdi keşfedin