15. KEÇMİŞDƏN GƏLƏN

15 4 4
                                    

-"Nisa, oradan mənə bir salfet uzatda."-deyən Morgan məni qərq olduğum dərin düşüncələrimdən qoparıb aldı.
Masanın üzərindəki qutudan bir quru salfet çəkib ona uzatdım. Universitetin bufetində idik və ilk dərsə girməmişdik. Bu mənim üçün normal bir şey deyildi, hərçənd mən hər zaman bu məsələlərdə ciddi olan tərəf idim. Sadəcə olaraq dərsə girməzdən əvvəl dostumun ürək bulantısı başlayınca, onu qızlar tualetinə aparmaq məcburiyyətində qaldım. Onu bu halda tək buraxa bilmədiyim üçün də ilk dərs boş keçdi.
Salfeti əlinə alan Morgan,-"Thanks, baby."-deyərək yeməyini yeməyə davam etdi.
Əslində diqqətlə baxanda onun nə qədər iştahlı yediyini açıq-aydın görmək olurdu. Səhər gördüyüm hamiləlik testi barədə isə hər nə qədər onunla danışmaq istəsəm də, özümü tutmağa çalışırdım. O, mənə özü demədiyi müddətcə ona bu barədə sual vermək istəmirdim. Bir də işin içində o şərəfsiz Mark var idi. Onun məsuliyyətsizliyi ucbatından gənc bir qız bu hala düşmüşdü. Bütün bunları düşünmək başımda kəskin ağrılar yaradırdı. Başımı aşağı salıb əlim ilə alnımı ovuşdurdum.
-"Çox səssizsən, bu gün."-deyən Morgan'a baxmaq üçün başımı qaldırdım.
Gülümsəməyə çalışaraq,-"Sən də bu aralar çox iştahlısan, maşallah."-dedim.
Morgan bir an durğunlaşdı. Ondakı ani dəyişimi hiss edə bilirdim. Mənim əyləncəli və hiperaktiv dostum bu dəqiqə çox müdafiəsiz görünürdü.
Ah, Morgan. Bunu özünə niyə edirsən axı?
Əlimi uzadıb əlinin üstünə qoydum.-"Yaxşısan? Sadəcə zarafat elədim. Bu qədər kədərlənəcəyini düşünməmişdim heç."
Morgan gözlərini qırpışdırdı və başını salladı.
-"Yox, yaxşıyam. Sadəcə bu aralar özümü bir az boşluqda kimi hiss edirəm və özümü fərqində olmadan yeməyə-içməyə vururam. Tez-tez depressiyaya girib-çıxan bir ruh halına sahib olduğumu bilirsən."
-"Bu sanki depressiyayadan bir tık daha fərqlidi. Ən adi şeyə belə gözün dolacaqmış kimi reaksiya verirsən sanki."-dediyimdə, Morgan əlini əlimdən çəkib salfet ilə ağzını sildi və ayağa qalxdı.
-"Hər nəysə. Axşama bir şeyim qalmaz, narahat olma. Gəl, dərsə gedək. Mənə görə sən də dərslərdən geri qalırsan. Bu arada mənimlə qaldığın üçün isə minnətdaram."
Dərin bir nəfəs alıb çantamı götürərək mən də ayağa qalxdım. Yanına gəlib sol əlimi onun çiyninə qoydum və gözlərinə baxdım.-"Hər nə olursa olsun, mənimlə danışa biləcəyini bilirsən, elə deyilmi? Sən tək deyilsən."
Morgan özünü bilməməzliyə vurdu.
-"Tanrı eşqinə, Nisa. Əlbəttə ki, bilirəm. Amma dediyim kimi, mən yaxşıyam və hər şey öz qaydasındadır."
-"Təki elə olsun."-dedim və ikimiz də sinfə doğru yeriməyə başladıq.
Uzun koridorda hər küncdə tələbələr var idi və bir şeylər barəsində pıçıldaşırdılar. Xüsusilə də bizi görəndə daha çox pıçıldaşmağa başladılar. Qaşlarımı çatdım və ətrafa göz gəzdirdim. Hədəf nöqtələri çox vaxt mən olduğum üçün bu kimi hallara artıq alışmış olsam da, bu dəfə mövzu çox fərqli görünürdü. Hərçənd bu dəfəki hədəf mən deyilmişəm kimiydi. Başımı çevirib Morgan'a baxdım. O, isə hər zaman olduğumun əksinə çox narahat görünürdü. Əli çantasının qayışını daha möhkəm tuturdu. Bir şeydən güc almağa çalışırdı sanki. Ətrafda olan insanları ötüb sinfə girdik. Bizi ilk qarşılayansa Thomas oldu və oturduğu yerdən qalxıb ikimizə baxaraq gülümsədi.
-"Bura baxın...görün kimlər gəlib? Məkanın sahibi geri gəldi demək. Səni yenidən aramızda görmək nə xoş, Morgan."
Morgan yerinə keçib oturarkən,-"Səni də yenidən görmək xoşdur, Thomas. Mən yox ikən Nisa'ya sıra yoldaşlığı etdiyin üçün də təşəkkürlər bu arada."

"

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.
🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Unde poveștirile trăiesc. Descoperă acum