12. HODRİ MEYDAN

16 5 0
                                    

Gözlərim yavaşca aralanmağa başlayanda ilk gördüyüm şey tanımadığım bir otaqda olduğum idi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Gözlərim yavaşca aralanmağa başlayanda ilk gördüyüm şey tanımadığım bir otaqda olduğum idi. Mənə nə olmuşdu? Harada idim? Ayağa qalxmaq üçün cəhd etdiyimdə qolumdakı sancılanma hissi ilə üzümü buruşdurdum. Dönüb nə olduğuna baxanda isə gözlərim heyrət içində açıldı.
-"Aman Allahım!"
Qoluma sistem taxılmışdı və mən heç tanımadığım bir otaqda, heç bilmədiyim bir yataqda yatırdım və çox güman ki, mənə taxılan bu sistem qidalandırıcı idi. Bu isə məni ən çox qəzəbləndirən şey idi. Sistemi damar yolumdan çıxartmaq üçün əlimi uzatmışdım ki, otağın qapısı birdən açıldı.
-"Hey! Toxunma!"-deyə qışqıran xidmətçi mənə tərəf tələsik addımlarla yeridi.
-"Hələ tam bitməyib. Doktor dərman bitənədək dincəlməyini söylədi."
Təslim oldum və mən yenidən yatağa uzanıb çiynimi yastığa dayayar ikən o, əlimdəki sistemin qaydasında olub-olmadığına baxdı.
-"İçindəkilər qidalandırıcıdır, hə?"-deyə soruşduğumda, xidmətçi yavaşca başını tərpətdi və doğrulub üzümə baxdı.
-"Çox qızdırman var idi. Əvvəlcə qızdırmanı aşağı salmaq üçün səni ilıq soyun altına saldım və atəşin aşağı temperatura düşəndə üst-başını dəyişdirib yatağa uzandırdım. O qədər halsız idin ki...şüurun tam açıq deyildi və ara-ara bir şeylər mırıldandırdın, lakin nə dediyini tam anlamırdım. Anladığım tək şey birisini səslədiyin idi."
O, mənim bir şeylər demədiyimi görüncə danışmağa davam etdi.
-"Daha sonra doktor Philip gəldi və səni müayinə etdi. Təzyiqin çox aşağı olduğu üçün də sənə sistem qoşdu. Hardasa bir saat yarım idi ki, halsız bir halda burada yatırdın. Tanrıya şükürlər olsun ki, indi çox yaxşı görünürsən."
Əlimi qaldırıb alnımı ovuşturdum. Baxışlarımı qaldıranda isə yataqla üzbəüz duran aynadan əksimi gördüm və uzandığım yerdə dikəldim.
-"Hicabım..."-deyərək sağ əlimi açıq olan saçlarıma apardım.
-"Niyə başım açıqdır?"
-"Narahat olma, paltarların tamam islanmışdı və onları yumaq üçün paltaryuyan maşına atdım. Qurutduqdan sonra gətirəcəm."
Dedikləri üzərinə üstümdə olan və mənə böyük duran pambıq pijamaya nəzər yetirəndə isə xidmətçi qadın gülümsəyərək,-"Onlar mənimdir. Təmizdirlər. Səni isti tutsun deyə onları geyindirdim."-dedi.
Anlayışla başımı tərpətdim.
-"Çox sağ ol. Etdiyin hər şey üçün. Sənə əziyyət vermək istəməzdim."
-"Bu mənim işimdir."-deyərək yanıma gəldi və önə əyilib sistemin olduğu əlimi tutdu.
-"Budur. Artıq bitdi. Tərpənmə ki, səni incitmədən onu çıxarda bilim."
Dediyini etdim və tərpənmədən durdum. Hər şey bitdikdən sonra o, geridə qalan şeyləri bir salafana yığıb,-"Bu arada mənim adım Mathilda'dır."-dedi.
-"Nəsə lazım olsa, mənə səslən. Bir azdan sənə yeməyə bir şeylər gətirəcəm."
O, tam otaqdan çıxmaq üzərə ikən arxasından səsləndim.
-"Mathilda..."
-"Bəli, xanım?"-deyərək mənə tərəf döndü.
-"Buraya səndən başqa girən oldumu? Yəni, şey... məni bu halda görən birisi oldumu?"-deyə çəkinərək soruşdum.
Mathilda başını iki yana sallayaraq,-"Xeyr, olmadı. Daha doğrusu cənab Yousef sizin bunu istəməyəcəyinizi düşünərək mənə əvvəlcədən xəbərdarlıq etdi. Başınızı doktor getdikdən sonra açdım."
Bir qədər rahat nəfəs verdikdən sonra,-"Ah, bir daha çox sağ ol."-dedim.
Mathilda,-"İcazənizlə."-deyərək otağı tərk etdi.
O, getdikdən sonra otaqda tək qaldım və düşünməyə başladım. Olan bitən hər şey gözümün önündə yenidən canlanırdı. Universitetdən çıxmağım, hər şeyimin oğru tərəfindən oğurlanması, rahib Yousef'in məni buraya gətirməsi və.... və daha sonra huşumu itirməyim. Ən son hiss etdiyim şey isə Robert tərəfindən qucaqlandığım idi. Məyusluqla iç çəkdim. Otağın pəncərəsinə baxanda aralıq pərdədən çoxdan axşam olduğunu görə bilirdim.
-"Hər şərdə bir xeyir vardır."-dedim öz-özümə.
O an quruldayan qarnım isə mənə ac olduğumu xəbərdarlıq edirdi. Utanc ilə başımı yastığa basdırdım. Özümü heç bilmədiyim bir hekayənin içində itmiş kimi hiss edirdim. Bir neçə dəqiqə daha otaqda qaldıqdan sonra yataqdan qalxıb qapıya tərəf yeridim və yavaşca açdım. Ətraf səssiz idi. Halbuki bu boyda evdə biri danışsa, digər tərəfdən əks-səda verərdi. Başımda hicab olmadığını xatırlayaq qapını yenidən bağladım və saçlarımı gizlədə biləcəyim bir şeylər axtarmağa başladım, amma heç nə tapa bilmədim.
Bir az sonra isə qapı döyüldü və Mathilda əlində tutduğu padnos ilə içəriyə girdi.
-"Ayaqlanmısınız..."
-"Hə, ürəyim sıxıldı."
Mathilda əlindəkiləri qarşıdakı masanın üstünə qoydu və əlində asılı olan paltarları mənə vermək üçün yaxınlaşdı.
-"Təmizləndi və quruduldu. Buyurun."
Əlindəkiləri alarkən,"-Thanks."-deyə mırıldandım.
Mathilda cavab olaraq sadəcə gülümsədi.
-"İstədiyiniz başqa bir şey varmı?"
-"Xeyr, sadəcə...evdə bizdən başqa heç kim yoxdurmu?"
-"Cənab Yousef öz otağındadır və cənab Robert də biriləri ilə telefonda danışandan sonra çıxıb getdi. Nə zaman gələcəyini isə bilmək olmaz. Nəsə lazımdırsa, mənə deyə bilərsiniz."
-"Hələlik heç nəyə ehtiyac yoxdur."-dedim qısaca.
-"Oldu, xanım."
•••
Mathilda getdikdən sonra üstümü geyindim. Ac olsam da, bir şeylər yeyərək vaxt itirmək istəmirdim. Otağın qapısını yavaşca açıb çölə çıxdım və məni qarşılayan böyük koridorda sağ-soluma baxdım. Heç kim yox idi. Bir qədər ətrafa nəzər saldıqdan sonra uzun koridorda gəzinməyə başladım. İrəlidə, koridorun sonunda araliq duran bir qapı gördüm və vanna otağı olduğunu güman edərək oraya tərəf yeriməyə başladım. Yaxınlaşdıqda isə oranın yataq otağı olduğunu anladım. İçimdəki maraq duyğusuna əngəl olmaq istəsəm də, əlim qeyri-ixtiyarı qapıya getdi. Başımı yavaşca içəriyə salıb otağa göz gəzdirdim. İçəridə cılız şam işığından başqa heç bir aydınlatıcı şey yox idi. Sol tərəfdəki divarı əhatə edən kitablar isə diqqətimi daha çox çəkdi və fərqində olmadan içəriyə girdim. İçəridə bir yataq, çalışma masası, kitabxana var idi.

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Where stories live. Discover now