9. DİN MƏDƏNİYYƏTİ VƏ ƏXLAQ

28 4 0
                                    

Bütün olanları Morgan'a danışmağımın üstündən hardasa bir ay ötürdü

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Bütün olanları Morgan'a danışmağımın üstündən hardasa bir ay ötürdü. Ailəmi, böyüdüyüm cəmiyyəti və son olaraq Amir əhvalatını eşidəndə dostum mənə təsəlli verməyə çalışmış və hər daim yanımda olacağına söz vermişdi. Əlbəttə ki, mənim heç kimin acıma duygusuna ehtiyacım yox idi. Mən həssas olma haqqına sahib olduğumu düşünmürdüm. Güclü olmalı idim. Hər zaman. Yenə də onun yanımdakı varlığının mənə verdiyi rahatlıq hissini inkar edə bilməzdim.
İndi isə ikimiz də universitetin yeməkxanasında oturmuş kofe içirdik. Tətillər bitmiş və biz yenidən dərslərə geri qayıtmışdıq. Həyat qaldığı yerdən davam edirdi. Son hadisədən sonra Amir mənə bir daha zəng vurmamışdı. Təkcə qısa bir mesaj atmış və atamın onunla əlaqə yaratdığını söyləmişdi. Heç bir şey yazmadım və zəng də vurmadım. Zamana ehtiyacım var idi. Düşünməliydim. Amir də çox təkid etməmişdi və məni özümlə tək buraxmışdı. Nə yaxşı ki. Çox güman ki, mənim ona geri qayıtmağımı gözləyirdi.
-"İran'da böyüdüm mən."-deyə danışmağa başladım astadan.
-"Gənc olmanın, bir qadın olmanın ən çətin olduğu yerdə. Heç bir həyatın olmur, demək olar ki. Kiçicik bir şeyin içinə sıxışdırırlar səni. Səsini çıxartma, özünə dəyər vermə, bir şey istəmə, əlavə pul xərcləmə və ən əsası da heç bir xəyal qurma. Ruhlarını əzə-əzə böyüdürlər qızları. Dini kisvə adı altında hər şeyi öz bildikləri kimi edirlər. Halbuki, Allah İslam'da qadını alçaltmır. Uşaqlıdan bəri ağlımda tək bir şey var idi. Getmək. Həm də çox uzaqlara. Və öz dəyərimi anlamağa başladığım gündən bəri mən özümə bir söz verdim. Nə olursa olsun, özümü o cəhənnəmdən qurtaracaqdım. Qismən bacardım da. İndi buradayam. Oxuyuram. Gələcəyimi qururam və bilirəm, bilirəm ki, gün gələcək istədiyim məqama çatacam. Və buna əngəl olan hər kəsi bir-bir əzib keçəcəm."
Morgan uzanıb əlini əlimin üstünə qoydu.
-"Bilirəm, sən bunu bacaracaqsan. Və mən də həmişə sənin yanında olacağam."
Gülümsədim.
-"Yaxşı ki, varsan."
-"Sən də, canım mənim, sən də."
Morgan telefonuna gələn mesaj səsini eşidəndə əlini geri çəkdi və çantasını açdı. Bir müddət ekrana baxdıqdan sonra telefonu yenidən çantasının içinə qoydu.
-"Nəsə problem var?"-deyə soruşdum.
Başını iki yana salladı.
-"Yox, ciddi bir şey deyil. Mark sabah axşam mənimlə şam yeməyinə getmək istəyir. Onu yazıb whatsappdan."
-"Bəs niyə üzün gülmür?"
Morgan boşluğa baxmağa davam edirdi. Onu belə anlarda yolunu itirmiş və məni eşitmirmiş kimi hiss edirdim. Mənimlə paylaşmadığı bir şeylər olduğuna da çox əmin idim, amma təzyiq göstərmir və ya onu danışmağa məcbur etmirdim. Daha da içinə qapanıb məndən qopmasını gözə ala bilməzdim çünki.
-"Bu aralar bir az məsafəliyik deyək."-deyə qısaca cavab verdi.
-"Hmm. Anladım."
-"Yəqin sabahkı günü qeyd etmək üçün belə bir şey təşkil edib."-dedikdə tək qaşımı qaldıraraq baxdım ona.
-"Nə var ki, sabah?"
Morgan gözlərini yuxarı çevirdi.
-"Nisa...! Bu gün ayın 7'sidir. Sabah isə 8 martdır."
-"Yəni?"
-"Ah, Tanrım! Yeni sabah qadınlar bayramıdır."
Əlimdə tutduğum kofe stəkanını dodaqlarıma doğru aparmadan öncə kinayə ilə gülümsədim. Morgan gözlərini qısaraq mənə baxanda isə,-"Nə? Mənim belə şeylərə olan düşüncəmi onsuz da bilirsən. Niyə ilk dəfə eşidirmiş kimi baxırsan?"
-"Hə hə. Sənin müsəlman və özümün xristian olduğunu bəzən unuduram. Sorry. Amma belə bir şey var ki, Mark bizim kateqoriyaların heç birinə daxil deyil."
-"O nə deməkdir?"
-"Mark ateistdir. Tanrıya inanmır."
-"Ah!"
Verə bildiyim tək reaksiya bu olmuşdu.
-"Hə, belə. Odur ki, yeməyə sən də gəlirsən."
Kağız stəkanı masaya qoyub çantamı əlimə aldım və oturduğum yerdən qalxıb əllərimi yuxarı qaldırdım.
-"İmpossible, baby. Bu dəfə olmaz. Hər sevgilin ilə görüşə gedəndə məni çanta kimi yanında daşımaq istəyindən əl çəkməlisən."
Morgan da çantasını çiyninə asaraq oturduğu yerdən qalxdı.
-"Biz ikimiz tək olmayacağıq ki. Robert və sevgilisi də orada olacaq."-dediyində tam arxamı dönüb getmək üzrə idim.
Başımı geriyə çevirib ona baxanda,-"Hə, Robert Mark'ın bacısı ilə sevgilidir. Təzəlikcə birlikdə olmağa başlayıblar."
Robert'in mənə o gündən sonra bir dəfə də olsun zəng vurmamağının səbəbini indi daha yaxşı anlayırdım. Nə gözləyirdim ki? Hələ də bəzi məsələlərdə ağıllanmamış olmaq məni əsəbləşdirirdi.
-"Lap gözəl. Anlamadığım şey odur ki, mənim sizin içinizdə nə işim var? Hamı cütlük kimi orada olacaq. Bəs mən?"
Morgan yanıma gəlib qoluma girdi və biz birlikdə çıxışa doğru yeriməyə başladıq.
-"Bunu səndən son dəfə istəyirəm. Söz verirəm, bir də səndən belə bir şey xahiş etməyəcəm."
Ofladım.
-"Morgan! Bəzən səni həqiqətən də boğmaq istəyirəm."
Morgan güldü və yanağımı çimdiklədi.
-"Ah! İncidir."-deyərək yalandan əlinə vurdum.
-"Bəsdir nazlandın. Sabah axşam birlikdəyik. İndi isə dərsə gedək. Professor Henry'nin məni yenə danlamağını istəmirəm."
-"Sevgilin ilə qızlar tualetində öpüşməklə məşğul olmasaydın sən də. Dərsə gecikmə səbəbini bilməyən yoxdur onsuz, narahat olma."
-"Əsəb! Sən insanı əsəb edərsən. Hicablı olmasaydın, universitetin ortasında saçını-başını yolardım."
-"Tez-tez de ki, yadından çıxmasın."-deyərək ona dil çıxartdım.
-"Hər nəysə. Qaçdım mən. Çıxışda görüşərik."
Morgan,-"Ok, baby."-deyərək məni yanağımdan öpüb koridorun sol tərəfinə doğru yeriməyə başladı.
Bu günlərdə Morgan universitetin özəl psixoloqu ilə bir neçə seanslar keçirirdi. Bunu ona mən tövsiyə etmişdim. Madam ki, günah çıxartmaq istəyir, deməli, yolunda getməyən bir şeyler var. Xristianlar biz müsəlmanlar kimi Allah'la deyil, psixoloq və ya rahiblərlə danışırdılar. Bir rahib yerinə psixoloq yanına getməyi isə daha yaxşı bir seçənək idi mənə görə. Mənimlə danışmağa cəsarət tapana qədər onu uzaqdan izləməyə və dəstək olmağa qərar vermişdim. Buna görə də bir neçə dəfəyə dərslərdə özümdən əlavə onun üçün də qeydlər aparırdım. Eyni sinifdə oxumağın ən faydalı yani bu idi ki, birimizin işi çıxanda digəri onun yerini bir şəkildə əvəz edə bilirdi.
Sinfə girəndə hamının məndən əvvəl gəldiyini və yerlərinə keçib oturduqlarını görmək məni bir qədər təəccübləndirdi. Xüsusilə də qızlar. Bəziləri əllərində mini aynalar tutmuş dodaqlarına pomada çəkir, bəziləri pəncərə önündə durmuş şüşədən saçlarını düzəldir, bəziləri isə ətirlənirdi. Ön sırada oturan Thomas mənim üzümdəki çaşqınlığı hiss etmiş olacaq k, gülərək oturduğu yerdə geriyə yaslandı.
-"Hazırlıq gedir."-dedi mənə baxarkən.
Hələ də təəccüb içində sinfin qapısında duran mən özümə gələrək oturmaq üçün sırama, yəni Thomas'ın yanına keçdim. Əslində mən sinifdə Morgan ilə otururdum. Bu günlərdə isə o, olmayanda yanıma onun mənim üçün təyin etdiyi xüsusi cangüdənim Thomas əyləşirdi. Səbəbi isə sinfin qızlarının mənə qarşı olan önyargıları idi. Thomas orta boylarda, cılız və sarışın bir oğlan idi. Özünəxas zarafatları və heç nəyi vecinə almazlığı ilə tanınırdı. Amma özündə yaxşı bir insan idi. Ən azından mən belə inanmaq istəyirəm.
-"Nə hazırlığı?"-deyə soruşub dəftər-kitabımı çıxardıqdan sonra çantamı arxadamkı stula asdım.
-"Din dərsi verən müəllimimiz həyatını dəyişib. Qanı qaynar dişi varlıqlar da bu günki dərsi əvəz edəcək yeni müəllim üçün hazırlaşırlar. Bundan sonra din dərsini o, keçəcəkmiş."
-"Niyə ki? Yeni müəllimin nə kimi bir özəlliyi var?"
Thomas mənə tərəf yaxınlaşıb gizli bir məlumat verirmiş kimi yavaşdan pıçıldadı.
-"O, bir rahib."
-"Rahib?"-deyə təkrar etdiyimdə başını yuxarı-aşağı salladı.
-"Hələ də tam olaraq nə demək istədiyini anlaya bilmiş deyiləm."-deyərək dəftərimi açıb qeydləri yazmaq üçün hazır dayandım.
Thomas geri çəkildi və rahat bir halda oturmağa davam etdi. Arxadan qızların pıçıltısını eşidə bilirdim. Hamısı sözü keçən rahib barəsində danışıb gülürdü.
-"Gənc bir rahib hər yeniyetmə qızın xəyal dünyasının parçasıdır."
-"Hə, elədir. Eyniylə oğlanların xidmətçi və katibə xülyası kimi."
-"Bir azdan bu gecə onu xəyal edib düşünərək masturbasiya edəcəyim rahibi görəcəm."
Eşitdiyim şeyler yanaqlarımın al-al yanmasına səbəb olurdu. Thomas məndəki halı hiss edirdi və bundan xoşu gəldiyi çox aydın idi. Başımı önə əyib diqqətimi başqa yerə çəkməyə çalışdım. Bu qədər xristian içində tək müsəlman olmaq bəzən məni hər mənada çətinliyə salırdı.
Zəng çalındı və hami nəfəsini tutub gözləməyə və sinfin qapısına baxmağa başladı. Mən isə hələ də başım aşağı bir halda qələmimi partanın üstündə gəzdirirdim. Əlimdə olan qələm yerə düşdü və mən onu yerdən geri götürmək üçün tam əyilmişdim ki, sinfin qapısı açıldı. Gördüyüm ilk şey isə qara düz şalvarın altındaki qapqara kişi ayaqqabıları oldu. Əyildiyim yerdən doğrulamağa çalışanda başımı partaya vurdum və sinifdəki hamı astadan gülməyə başladı. Başımı ovuşdurub qalxanda eşitdiyim səs ilə göz bəbəklərim böyüdü.
-"Ehtiyatlı olmalısınız."
Baxışlarım o mavi gözlər ilə toqquşanda isə onun da ən az mənim qədər təəccübləndiyini gördüm. Qarşımda duran şəxs həftələr əvvəl kilsədə gördüyüm gənc rahib Yousef'dən başqası deyildi çünki.
-"Yaxşısan?"-deyə soruşduqda özümü ələ almağa çalışdım.
-"Bəli, yaxşıyam. Təşəkkürlər."
Başını anladığını bəlli edərcəsinə tərpədib yerinə keçdi və mənim əksimə üstündəki təəccüb hissini anında yox edərək sinfi salamladı.

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Where stories live. Discover now