2. AZADLIQ HEYKƏLİ

16 4 1
                                    

Robert'in uzatdığı əli tutmasam da, o, bunu anlayışla qarşılayıb mənə öndən getməyim üçün yol verdi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Robert'in uzatdığı əli tutmasam da, o, bunu anlayışla qarşılayıb mənə öndən getməyim üçün yol verdi. Və beləliklə, coşqu ilə qışqıran insanlar geri çəkilərək səhnədə duran aparıcıya çatmağımız üçün bizə yol açdı.
-"Xanımlar və cənablar! Və budur, qarşınızda papaqların kral və kraliçası. Gəlin onları birlikdə alqışlayaq!"
Hər tərəfdən alqış və coşqu dolu səslər gəlməyə başladı.
-"Afərin qızıma!"
Morgan ön cərgədə durmuş iki barmağını dodaqlarında birləşdirərək fit çalırdı və bir yandan da sevinc ilə qışqırıb məni səsləyirdi.
Səhnədə durub insanları seyr edərkən aparıcı bizə dönüb danışmağa davam etdi.
-"İlk öncə gecənin qəhrəmanlarının adını öyrənək, elə deyilmi? Adın nədir cavan oğlan?"
-"Robert."
-"Yaxşı Robert, bu möhtəşəm papaq ideyası sənə hardan gəldi?"
-"Şey, mən kart oyunlarını çox sevirəm."
-"Əla. Bəs sənin adın nədir, gözəl qız?"
Hamı mənə baxırdı və bu mənim qızarmağıma səbəb oldu. Bu qədər insanın diqqət mərkəzində olmaq mənim üçün bir ilk idi.
-"Mənim adım, Nisa."
-"Nisa, waow. Çox fərqli adın var imiş. Hə, de görüm, bəs sən bu möhtəşəm papaq ideyasını haradan alıbsan?"
-"Bu papağı rəfiqəm Morgan dizayn edib."-dedim insanların içində duran dostuma baxıb gülümsəyərək.
-"Baxın, oradadır, insanların içində durub. Xahiş edirəm əsas onu alqışlayaq."
İnsanlar coşqu ilə qışqırıb dostumu alqışlamağa başladılar. Hətta içlərindən bəziləri Morgan'a sarılıb onu təbrik belə edirdi.
-"Dostunun sehrli əlləri var imiş həqiqətən də."-dedi aparıcı mikrofonda danışmağa davam edərək.
-"Ümid edirəm ki, gələn səfər mənə də bu məsələdə köməklik edər. Hə, belə... oğlanlar və qızlar! Gözlədiyimiz an gəlib çatdı. Artıq qalib gələn qəhrəmanlarımıza gecənin mükafatını vermə zamanıdır. Bu şirin cütlük bu gecə bənzərsiz bir fürsət qazandı. Beləliklə, ulduzlu göy üzündə dəniz səyahətinə çıxaraq Azadlıq heykəlini yaxından görmək şansı yeni il gecəsində sizin oldu. Əminəm ki, bundan daha romantik bir yeni il hədiyyəsi ola bilməzdi."
O, əlində tutduğu iki bileti bizə uzatdı və Robert biletləri ondan alaraq mənə baxıb gülümsədi.
Aparıcı,-"O halda bizim kral və kraliçamız üçün daha bir alqış gəlsin!"-dedikdə, ətrafdakı insanlar həyəcanla fit çalır, bizi alqışlayır və sevinc ilə qışqırırdılar. Robert mənə tərəf əyilib qulağıma pıçıldayana qədər diqqətimi sevinc ilə qışqırıb ətrafda coşan insanların üstündə cəmlənmişdim.
-"Ən qısa müddətdə buradan qaçmağı təklif edirəm. Nə deyirsən?"
Gülümsədim.
-"Amma bu papaqlarla çox diqqət çəkirik. Bizi o dəqiqə yarı yolda tutacaqlar."
-"O zaman özümüzü ələ verməmək üçün bu sübutlardan xilas olmalıyıq."-deyərək mənə göz qırpdı.
-"Bir tərəfdaşın var, elə deyilmi? Papaqları ona verək və buradan qaçaq."
-"Getdik onda."-dedim və ikimiz də aparıcının yanından keçərək səhnədən aşağı endik.
Həyəcanla yanıma gələn dostum üzündəki geniş təbəssümlə qollarını açaraq məni bərk-bərk qucaqladı.
-"Nisa! Çox xoşbəxtəm! Sən qalib gəldin. Həm də mənim dizayn etdiyim papaq ilə."
Gülümsədim.
-"Sənin istedadlı olduğun inkar edilə bilməz. Məncə gələn səfər səhnədə sən özün olmalısan."
-"Haqlısan! Amma bu gün sənin günündür, mənim deyil. Və bu yaraşıqlı adam... Bizi tanış etməyəcəksənmi?"
-"Ah, tamamilə unutdum, bağışla. Robert, bu mənim dostum Morgan'dır. Morgan, bu da Robert'dir."
Robert Morgan'ın əlini tutdu və dodaqlarına aparıb nəzakətlə öpdü.
-"Belə istedadlı bir xanımla tanış olmağıma çox şadam."
Morgan az qalsın şam kimi olduğu yerdə ərimək üzərə idi ki, vəziyyəti ələ almaq qərarına gəlib onu yan tərəfdən qucaqladım.
-"Hə, elədir. Morgan sözün əsl mənasında həqiqi bir dostdur."
Morgan məni yanağımdan öpdü və başımda olan papağı çıxarıb,-"Papaqları mənə verin və gecikmədən gedin. Ulduzlu göy üzünün dadını çıxarma zamanıdır."
Morgan yavaşca mənə tərəf əyildi və hiyləgər baxışlarını Robert'in üstündə gəzdirdi.
-"Və evə gec gəlsən belə, mənim üçün heç bir problem yoxdur."
Gözlərimi yuxarı çevirib ondan ayrıldım.
-"Morgan!"
Morgan çiyinlərimdən tutub yuxarı-aşağı sığalladı.
-"Səninlə gəlmək istərdim, amma bilet iki nəfərlikdi. Mənsiz idarə edə bilərsən, elə deyilmi? Evin adresini bilirsən. Qayıdanda taksiyə min. Sən gəlmədən yatmayacam."
Başındakı papağı çıxarıb dostuma verən Robert,-"Narahat olma. Mən onu sağ-salamat geri qaytaracam."-deyə cavab verdikdə Morgan rahatlıqla başını tərpətdi.
İkimiz də çıxışa tərəf yeriməyə başladıq.
-"ENJOY!"-deyə bizə arxadan qışqıran dostuma Robert gülümsəyərək qarşılıq verdi.
-"Thank you very much!"
Ikimiz də qarşılıqlı gülüşdük. Robert yolun qarşısından gələn maşına əl sallayaraq,"-Taksi!"-deyə qışqırdı.
Sarı taksi bizə yaxınlaşanda dayandı. Robert maşına keçib oturmadan öncə arxa qapını mənim üçün açıb keçməyimi işarə etdi. Açılan qapıdan keçərək maşına oturdum və o, qapını bağlamazdan əvvəl gülümsəyərək,-"Təşəkkürlər."-dedim.
-"Məmnuniyyətlə, madam."-dedi və qapını bağladıqdan sonra sürücünün yanına keçib oturdu.
Və beləliklə biz, mükafatın olduğu yerə doğru yola düşdük. Yol boyunca axıb gedən mənzərələri seyr etməyə başladım. Özümü bildim biləli hər zaman yaşadığım yerdən uzaqlara getmək istəyirdim.
Necə deyirdilər?....
Doğduğun coğrafiya taleyindir, amma mən buna razı gələ bilməzdim. Doğduğum yeri mən seçməmişdim, ya da böyüdüyüm ailəyi, amma sonrasını mən seçə bilərdim. Doğru ya da yalnış, fərq eləmir, əsas odur ki, hekayənin bundan sonrası mənim seçimlərim doğrultusunda olsun.
Robert yol aynasından mənə baxaraq,-"Bəs sən New York'da ilk dəfə nələri gördün?"-deyə soruşduqda gülümsədim.
Baxışlarımı maşının pəncərəsindən ayırmadan onunla söhbət etməyə davam etdim.
-"Mən tipik bir turistəm əslində. Times meydanında yeridim və bir neçə fərqli yerlərə getdim. Amma dürüst olmalıyam ki, burası mənə ilk başda çox çətin gəldi. Yeni bir mühit ilə uyğunlaşmaq mənim kimi bir insan üçün heç də asan deyil çünki."
-"Bəs buranın səndə oyatdığı təəssüratlar nələrdir?"
Taksi sürücüsü aramızda keçən söhbəti bizə hiss etdirməməyə çalışaraq ara-sıra dinləyirdi.
-"Göz qamaşdırıcı. Əslində mən böyük şəhərləri sevmirəm, amma bir-iki istisna var, əlbəttə ki. New York da bu şəhərlərdən biridir. İnsan buraya necə aşiq olduğunun belə fərqində olmur."
Robert'in dodağı yuxarı doğru qıvrıldı.
-"Qənaətbəxş bir cavab oldu doğrusu."
Qarşıya baxdım və yol aynasında gözlərimiz kəsişdiyi an ilk başda təəccüblənsəm də, özümü cəld ələ aldım.
-"Özümü sorğuda hiss etməyə başlayıram sanki."
O, içtən bir gülümsəmə ilə mənə qarşılıq verdi.
-"Bəs nə? Şəhərim haqqında nə düşündüyünü bilməliyəm, ya yox?"
•••
Taksidən endikdə Robert bütün israrlarıma rəğmən ödəməni özü etdi.
-"Bu dəfə məndən olsun. Gələn səfər sən də mənə kofe sifariş edərsən və beləcə ödəşmiş olarıq."-dedi və mən də söhbəti çox uzatmamaq adına onunla razılaşdım.
İrəli doğru addım bir atdım və iki əlimi də paltomun cibinə saldım.
-"Aman Tanrım!"
-"Nə oldu?"-deyə soruşdu Robert pul kisəsini cibinə qoyarkən. Ona baxmaq üçün geriyə döndüm.
-"Telefonum...o ən son parkda ikən məndəydi və deyəsən mən onu şənlik olan yerdə yaddan çıxarıb qoymuşam. Cibimdə yoxdur. İndi mən nə edəcəm?"
-"Narahat olma. Əminəm ki, dostun onu çoxdan tapıb və götürüb."
-"Offf!"
-"Nəsə lazım olsa, mənim telefonumu istifadə edə bilərsən."-deyərək paltosundan çıxardığı iPhone'un ekranına baxanda dodaqlarını bir-birinə bastırdı.
-"Nə? Nə oldu?"-deyə soruşdum tərəddütlə.
Telefonun ekranını mənə tərəf çevirdi və diqqətlə baxanda zaryatkanın bitməyə yaxın olduğunu gördüm. Əsəblə gülərək başımı başqa tərəfə çevirdim.
-"Super. Belə şeylər sadəcə filmlərdə olur zənn edirdim, amma indi öz başıma gəlir."
-"Bu qədər böyütməyə dəyməz məncə. Həm səni sağ-salamat geri qaytaracağama söz verdim, unutdunmu? Rahatla və gəl indi bu anın dadını çıxardaq."
O, haqlı idi. Artıq olan olmuşdu. Unutqanlıq məni yenə çətin vəziyyətə salmışdı. Çətinliklə də olsa özümü ələ almağa çalışdım. Bruklin körpüsünün üstündə yüksələn külək bədənimi ürpərtdi. Əsən soyuq külək körpünün kəndirlərinin və dayanaqlarının üstündə zümzümə edərək üzümüzü sığalladı. Robert ilə birlikdə qarşıya doğru yeriməyə başladıq. O, da soyuq havadan ötrü əllərini paltosunun ciblərinə salmışdı və burnunun ucu soyuqdan azca qızarmışdı. Bir an uzaqdan gələn cılız musiqi səsi diqqətimi çəkdi. Ətrafa bir neçə rəqs edən cütlük görəndə isə üzümdə yaranan təbəssümə əngəl ola bilmədim.
Robert baxışlarımı təqib etdi.
-"Əgər şərtlər fərqli olsaydı, səni rəqs etməyə dəvət edərdim, amma bilirəm ki, qəbul etməyəcəksən."
Əllərimi ovuşdurdum və ona baxmaq üçün başımı çevirdim.
-"Haqlısan. Ancaq burası rəqs etmək üçün çox da doğru bir yer deyil məncə. Yoldan keçən çoxlu insanlar var. Ona görə də ən yaxşısı gec olmadan gəzintiyə gedəcəyimiz gəmini tapmaqdı. Səncə də elə deyilmi? Və rəqsə gəlincə, sənə sözüm olsun, amma gələcək zamanda."
-"Yaxşı, necə istəyirsən."
Üzümü qarşıya çevirdiyimdə isə Robert qorxu ilə mənə səsləndi və mən nə olduğunu anlamağa macal tapmamış irəlidən sürətlə bir velosipedin mənə tərəf gəldiyini gördüm və qorxu ilə geriyə addımladım. Sürücü velosipedi yavaşlatmağa çalışdı, amma çox gec idi. Robert isə cəld məni çiyinlərimdən tutub çəkdiyində velosiped yanımdan bir santimetr yaxınlıqda sürətlə ötüb keçdi.
O, mənə dönüb,-"Yaxşısan? Zədələnmədin ki?"-deyə soruşdu. Başımı hadisənin şoku ilə iki yana tərpətdim.
-"Yaxşıyam, narahat olma. Mən onun necə gəldiyini görmədim heç. Gör necə əclaf adamdır. Geriyə baxmaq üçün velosipedi saxlamadı belə."
-"Boş ver onu. Əsas odur ki, sən yaxşısan. Gəl, gedək. İndi əsəblərimizi sakitləşdirmə zamanıdır."
•••
Mükafat üçün sifariş edilən gəmini əllili yaşlarda bir adam idarə edirdi. Robert onunla bir qədər söhbət etdi və sonra yenidən yanıma qayıtdı. O, arxamda dayanmışdı və biz gəminin göyərtəsində durmuş mənzərəni seyr edirdik. Hər şey çox füsunkar görünürdü. Şəhərin işığı gözlərimi qamaşdırırdı. O an özümü bu böyük şəhərdə çox kiçik bir nöqtə kimi hiss edirdim. Hər şey gözümdə böyüyürdü sanki.
-"Bilirsən? Həyatım boyunca Azadlıq heykəlinə yaxından baxmaq istəmişəm və açıqcası bunun belə bir halda gerçəkləşəcəyini düşünməmişdim. Həmişə bunun bir neçə dostumla baş tutacağını xəyal etmişdim, amma indi buradayam və yanımda sən varsan."
-"Nə demək istədiyini anlayıram, deyəsən."-deyə danışmağa başladı Robert bir qədər sonra.
-"Uşaq ikən atam mənə ayıların Bear Mountain parkında olduğunu söyləmişdi. Mən də onları çox görmək istəyirdim və bir gün tək başıma oraya getdim. On bir yaşında idim və şəhərlərarası bir avtobusa mindim. Yolun yarısına qədər getməyi bacardım, amma irəlidə məni polislər gözləyirdi. Atam mənə görə çox narahat olmuşdu və daha sonra o, özü məni oraya apardı."
Bütün diqqətimi yanımdakı adama yönləndirmişdim. Kiçik yaşda belə bir şeyə cəsarət etməsi mənim üçün inanılmaz bir şey idi. Uşaq vaxtı nəinki tək başıma avtobusa minmək, hətta evdən çölə çıxmağa belə çox qorxurdum.
-"O, səni cəzalandırmadı bəs?"
Robert'in üzündə kədərli bir gülüş yarandı.
-"Atam məni çox sevir və bizim bizdən başqa heç kimimiz yoxdu. Anam məni dünyaya gətirəndə vəfat edib. O gündən sonra atam mənə həm ana, həm də ata olub."
-"Çox təəssüf edirəm."-dedim verdiyim sualdan peşman olarkən.
-"Narahat olma. Bu çox uzun zaman öncə olmuş və keçmiş bir hadisədir."
Çaydan gələn soyuq külək Robert'in qəhvəyi saçlarını bir-birinə qarışdırdı. Mənim isə bədənimi ürpərtdi sardı və dodaqlarım titrədi. O, paltosunu çıxarıb mənə geydirməyə çalışdı.
-"Hava isti deyil. Al bunu geyin."
Etiraz etməyə çalışdım.
-"Lazım deyil. Mənim əynimdə palto var onsuz və sən özün üşüyəcəksən."
Robert mənə göz qırpdı və paltonu çiyinlərimin üstündə qoydu.
-"Mən kişiyəm və daha güclüyəm, unutma."
Başımı iki yana sallayaraq güldüm. Baxışlarımı qarşıya çevirəndə isə onu gördüm.
-"Bax! Ordadır!"
İrəli getdim və bütün diqqətimi heybəti ilə qarşımızda ucalan heykəldə cəmləşdirdim.
-"Xoşuna gəldimi?"-deyə soruşdu Robert Azadlıq heykəlini seyr edərkən.
-"Möhtəşəmdir."-dedim qısaca.
Robert irəli gəlib yanımda durdu və gəminin məhəccərinə söykəndi.
-"Və bu mənzərəni səninlə seyr etmək gecəni daha da gözəlləşdirir."-deyə mırıldandı yavaşca.
O an ətrafda sadəcə dalğaların səsi var idi. Bunun xaricində isə hər şey səssiz idi. Belə hərəkətli bir şəhərdə belə səssiz bir yerdə olmaq çox fərqli hiss etdirirdi. Bütün diqqətimi bir yerdə toplaya bilsəydim əgər, yanımda duran adamin nəfəs alış-verişlərini rahatlıqla eşidə bilərdim. Və bəlkə də o andakı düşüncələrini... Bu gecə yer üzündə səmadakı ulduzlardan, qarşımızda duran heykəldən və bizdən başqa heç bir şey yox idi sanki. Saatın neçə olduğunu belə unutmuşdum, ancaq səmada rəngarəng fişənglərin partlamağa başladığını gördükdə artıq yeni ilə daxil olduğumuzu anladım.

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Where stories live. Discover now