22. QARŞI-QARŞIYA

15 3 1
                                    

Girişdə duran Amir üzündəki kinayəli gülümsəmə ilə bizə doğru addımlamağa başladı

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Girişdə duran Amir üzündəki kinayəli gülümsəmə ilə bizə doğru addımlamağa başladı. Gözləri ikimizin üzərində gedib-gəlirdi. Mən və Yousef isə olduğumuz yerde durmuş onun bize tərəf yaxınlaşmasını izləyirdik.
-"Hər şeyi düşündüm,"-dedi Amir danışmağa başlayıb,-"İnan mənə hər ehtimal keçdi ağlımdan, amma sənin buraya,-"əli ilə ətrafı işarə etdi,-"bir kilsəyə sığına biləcəyin ağlımın ucundan belə keçməzdi."
-"Burada nə edirsən? Məni təqib etdin?"
Amir'in baxışları Yousef'in üstünə düşdü.
-"Açığı məni sənin buraya sığınmış olmağınmı, yoxsa din müəllimin ilə bu dərəcə səmimi olmağınmı təəccübləndirdi, bilmirəm. Lakin hər iki ehtimal da xoşuma gəlmədi doğrusu."
-"Burası belə şeyləri müzakirə etmək üçün doğru bir məkan deyil."-deyən Yousef söhbətə daxil oldu və bir addım ataraq Amir'ə yaxınlaşdı.
-"İttihamlarınıza kilsənin arxa həyətində davam etsək daha yaxşı olar, cənab."
Amir başını əyib güldü.-"Cənab? Bu rəsmiyyəti mənim nişanlım ilə da yaratmısanmı, yoxsa sadəcə mənə özəl bir davranışdırmı?"
-"Amir..."-deyə danışmağa başlamaq istədim, ancaq o, əlini qaldırıb məni susdurdu.
-"Madam ki, söhbət etmək üçün uyğun bir yer var...onda burada durub sizdən fərqli olaraq ibadət etmək üçün gələn insanların diqqətini daha çox üstümüzə çəkmədən dediyiniz yerə keçək. Hərçənd mən sonuna dək əsəblərimi və hərəkətlərimi cilovlaya biləcək bir adam olmaya bilərəm."
Mən içimdəki narahatlığı gözardı etməyə çalışarkən Yousef önümüzdən keçib onu təqib etməyimizi istədi. Onun arxasınca getməyə başladıq.
Yanımda mənimlə yanaşı gedən adama dönüb baxmadan,-"Arxamca gəlib nə tapmaq istəyirdin, anlamıram doğrusu."-dedim.
-"Səni bir otel otağında tapsam daha az təəccüblənərdim, inan mənə."-deyə cavab verən Amir'ə,-"Otellərdə tutulmaq sənin işindir."-deyərək qarşılıq verdim.
-"Kilsəyə ibadət etmək üçün gəlmədiyinə əminəm, Nisa. Odur ki, mənə zəhərli iynələrini mənə batırmaq əvəzinə yeriməyə davam et. Necə də olsa əziz rahibimizi çox gözlətmək istəməzsən deyə düşünürəm."
Durdum ve ona tərs-tərs baxdım. O, isə əli ilə irəliyə getməli olduğumu işarə etdi. Amir'i geridə buraxaraq yeridim və ikimiz birlikdə kilsənin arxa həyətinə çıxdıq. Yousef çöldə sakit bir halda iki əlini arxasında birləşdirmiş bir vəziyyətdə durmağa davam edirdi.
-"Hə, artıq əsas məsələyə keçə bilərik, elə deyilmi?"-deyə soruşdu Amir.
-"Nə etməyə çalışdığını anlamıram."-dediyimdə,-"Mən də sənin üçün eyni şeyi deyə bilərəm, eşqim."-deyə cavab verdi gənc adam.
Burnumdan nəfəs verərkən,-"Məni belə çağırmaqdan əl çək."-dedim.
Amir gülümsəyərək başını Yousef olan tərəfə çevirdi.-"Görürsən? Sevgili nişanlım mənimlə zarafatlaşmaqdan geri qalmır."
Yousef heç nə demədi, sadəcə olaraq baxışları ilə Amir'i başdan aşağı incələdi.
-"Xanım Zamani sizinlə görüşmək niyyətində deyil məncə."
Amir'in qaşları yuxarı doğru qalxdı.-"Doğrudan? Sənə bunu düşündürtən nədir görəsən? İki günə nişanlımı məndən daha yaxşımı tanıdığını iddia edirsən?"
-"Bir qadının bir insanı yanında istəmədiyini anlamaq çox da çətin deyil açıqcası."
Amir mənə tərəf dönüb,-"Ona bizim barəmizdə nə danışmısan, əzizim?"
Qaşlarımı çataraq,-"Biz?!"-irəli doğru gəlib onunla üz-üzə durdum.-"Biz deyə bir şey yoxdur."
-"Var!"-deyə səsini ucadan yüksəltdi Amir.
İşarə barmağını mənə tərəf sallayaraq,-"Sən hər nə qədər inkar etsən də biz deyə bir şey var. Sən hələ də Allah qatında mənimsən. Və biz bir azdan sonra səninlə birlikdə buradan çıxıb gedəcəyik."
-"Mən sənin deyiləm!"
Bu dəfə səsini yüksəldən mən idim.-"Sən mənə xəyanət etdin və bizim aramızdakı hər şey bitdi. Anla artıq bunu."
Yousef,-"Burası Tanrı'nın evidir, cənab və heç kimi buradan zorla apara bilməzsiniz."-dedi ona baxmağa davam edərkən.
Amir ona qəzəblə baxdı.
-"Bu məsələ mənimlə Nisa arasındadır, sən qarışma."-dediyində onu qolundan tutub özümə tərəf çəkdim.
-"Belə mübahisə etməklə heç bir nəticəyə gələ bilmərik, Amir. Harada və ya kiminlə olduğumu sənə izah etməli deyiləm, amma çox bilmək istəyirsənsə deyim. Sənin əksinə mən mənliyimi qorumağı bacaran biriyəm və burada sadəcə bircə gecə qalmışam. Onsuz da sən gəlmədən öncə buraya əşyalarımı götürmək üçün qayıtmışdım. Əlbəttə ki, çıxıb gedəcəm, ancaq gəldiyim kimi... tək başıma. İndi isə buradan get. Əks halda bu məni son görüşün olacaq."
Amir başını iki yana sallayaraq,-"Yox...yox yox. Səni almadan heç bir yerə gedəsi deyiləm. Gedək mənimlə."-dedi və uzanıb əlimi tutaraq məni özü ilə birlikdə sürükləməyə çalışdı. Ona əngəl olmaq adına çırpındım, ancaq gücüm çatmadı.
-"Burax qolumu!"
-"Mənimlə gəlirsən."
-"Səninlə heç yerə gəlməyəcəm!."
Tam o anda bizi dayandıran bir şey oldu və Amir başını çevirib geriyə baxdıqda onu əlindən tutaraq saxlayan Yousef ilə qarşılaşdı.
-"Onu burax, cavan oğlan."
Amir əsəblə güldü.-"Cavan oğlan? İndi də məni özündən aşağı görürsən?!"
-"Nəzərdə tutduğun şey yaşındırsa, bəli, sənin üstündəyəm. Yox əgər, düşündüyün şey ağlındırsa, etiraf etməliyəm ki, olduqca aşağı səviyyədə bir əqlə sahibisən."
Amir qəzəbdən əlimi daha bərk sıxdı və bu mənim üzümü buruşdurmağıma səbəb oldu. Üzümdəki ifadəni anında hiss edən Yousef Amir'in əlimi tutan əlinə uzandı və məni onun təsirindən xilas etdi. Biləyimi ovuşduraraq geriyə çəkildiyim an bu halımı daha yeni dərk edən Amir ilk öncə mənə, daha sonra da baxışlarını yenidən Yousef'ə çevirdi. Gözləmədiyim şey isə onun anidən iki əli ilə gənc adamı sinəsindən geriyə doğru itələməsi oldu.
-"Sən niyə Nisa ilə bu qədər əlaqədarsan, hə?"-deyə soruşan Amir onu geriyə doğru itələməyə davam edərkən Yousef onun tam əksinə ona qarşılıq verməməyə davam edirdi.
-"Sən bir rahib olmasaydın, çox güman ki, nişanlıma göz qoyduğunu düşünərdim."-deyən Amir başını çevirib mənə tərəf baxdı.
-"Bəlkə də düşünməliyəm hə, nə deyirsən?"
Daha sonra hər şey gözlənilmədən oldu. Belə ki, Amir anidən dönüb Yousef'in üzünə yumruq vurdu və Yousef bir az geriyə doğru büdrədi, lakin yerə düşmədi.
Baş barmağı ilə azca qanayan dodağının kənarını silən Yousef sakit bir tonda,-"Aciz insanlar kimi məsələni yumruğun ilə həll etməyə çalışmağın belə sənin necə qorxaq bir insan olduğunu göstərir."-dedi.
Yenidən təmkinli addımlarla Amir'ə yaxınlaşan Yousef ona baxaraq,-"Olduğumuz məkan Tanrı'nın evidir və mən sənin kimi aciz bir insana lazımi cavabı burada vermək niyyətində deyiləm. Həm də ki, sözünü etdiyin nişanlının gözləri qabağında."
-"Məni hədələyirsən?!"-deyə onu sinəsindən dürtən Amir,-"Madam bu qədər özünə arxayınsan, göstər gücünü. Vur mənə! Bu gün burada bu məsələni həll edək."
Yousef başını aşağı salıb istehza ilə güldü.-"Sənə istədiyini verməyəcəm."
-"Mənim istədiyim sənin o gülən üzünü qana bulamaqdır."-deyən Amir önə doğru atılıb ona tekrar vurmaq istədiyi an Yousef onu əngəllədi və biləyini tərs çevirib onun üzünün ağrı ilə buruşmasına səbəb oldu.
Çiyni Yousef'ə dönük bir halda duran və Yousef'in insafına qalan Amir ondan xilas olmaq üçün çırpındı. Ancaq görünən o idi ki, Yousef ondan çox daha güclü idi. Qulağına doğru əyilən gənc adam ona bir şeylər pıçıldadı və Amir'in üzündə qorxu ifadəsi yarandı. Bunu aydınlıqla görə bildim. Daha sonra Yousef onun əlini serbest buraxıb önə doğru itələdi. Biləyini ovuşduran Amir mənə tərəf döndü və bir an üzümə baxdı. Nə olduğunu anlamayan mən isə ikisi arasında gəzdirdim baxışlarımı. Ancaq ikisi də susurdu. Sonrasında isə Amir mənə son bir baxış atıb yanımdan keçərək çıxışa doğru yeriməyə başladı və məni ağlımdakı suallar ilə çaşqınlıq içində buraxdı.
Üzümü yenidən kilsə həyətində iki əli arxasında bitişik bir halda sakitcə durmağa davam edən Yousef'ə tərəf çevirdim və ona doğru yeridim.
-"Ona nə dedin?"-deyə soruşduğum zaman Yousef adi bir şey imiş kimi əlini boşluğa sallayaraq,,-"Sadəcə getməyini xahiş etdim."
-"Hah! Zarafat edirsən? Sənə vurdu, amma sən ona vurmadın."
-"Qorumalı olduğum bir ünvanım var."-deyə qısaca cavab verdi Yousef,-"Hər nə qədər onu nəfsimin istəklərinə oyaraq döymək istəsəm də, birinin yetkin bir insan kimi davranması lazım idi."-dedi.
-"Ona nə dedin?"
Gözlərini bir saniyəliyinə yuman Yousef iç çəkdi.-"Çox inadkarsan."
-"Mənə cavab verməyənə qədər heç yerə gedəsi deyiləm."
-"Əla. İstədiyin qədər burada qala bilərsən."-deyən Yousef yanımdan ötüb keçmek istəyəndə,-"Yousef..."-deyə adını səslədim.
Yousef durdu və ifadəsi ciddiləşdi.-"Yalnış şeyləri vərdiş edirsən, kiçik qız."
-"Kiçik qız?"
Başını çevirib mənə yuxarıdan baxan Yousef,-"Aramızdakı yaş fərqini nəzərə alsaq, məndən olduqca kiçiksən."-dedikdə, bu dəfə əsəbdən gülmə növbəsi mənim idi.
-"Fikrimi yayındırmağa çalışırsan, amma oyununa gəlməyəcəm. Mənə Amir'ə nə dediyini deyəcəksən."
-"Otağına get, Nisa. Bir az dincəl. Daha sonra danışarıq."
Arxasını dönüb gedən adama,-"Hamınız eynisiniz."-deyə səsimi yüksəltdim.
Yousef'in addımları dayanmışdı, ancaq arxası hələ də mənə tərəf dönük idi.
-"Bütün kişilər xəyanətkar və yalançıdır. Sadəcə öz istəklərinizi və arzularınızı düşünürsünüz. Eqoist mənliyiniz sizlərə biz qadınlara hər şeyi edə bilmə ixtiyarı verir zənn edirsiniz, amma elə deyil. Nə Amir, nə sən, nə də bir başqası. Heç birinizə boyun əyən deyiləm."
Dediklərimi sonuna qədər dinləyən Yousef artıq bir şey deməyəcəyimi anlayaraq içəriyə girdi və məni kilsənin həyətinin ortasında tək başıma buraxdı. Gücsüz ayaqlarım yorğun bədənimi daha çox daşıya bilmədiyi üçün çimənlərin üstünə diz çökdüm və olduğum vəziyyətin çarəsizliyi ilə içdən-içə ağlamağa başladım. Sanki hər şey və hər kəs bu aralar üstümə gəlirdi.
•••
Bir qədər özümlə tək başıma qaldıqdan sonra içəriyə geri dönmək qərarına gəldim. Ağlamaq məni bir az rahatlatmışdı. Güclü durmaq və heç nə olmamış kimi davranmaq bəzən çox yorucu ola bilirdi. İçəriyə girib birbaşa otağıma keçmək niyyətində idim ki, tanış bir səs mənim olduğum yerdə durnağıma səbəb oldu. Dönüb baxdığım an isə ilk görüş alanıma girən şey Yousef'in geniş çiyinləri oldu. Orada durmuş birisi ilə danışırdı. Kim olduğunu anlamaq üçün onlara görünməməyə çalışaraq divarın arxasından onlara doğru yavaşca yaxınlaşdım və nə dediklərini dinləməyə başladım.
-"Yousef, mən nə etdiyimi və nə istədiyimi çox yaxşı bilirəm. Mən yeniyetmə bir uşaq deyiləm ki, duygularıma əsir olum."
Səsi eşitməyim ilə kim olduğunu anlamağım bir oldu. Bu, Roebrt idi. Ancaq onun bu saatda kilsədə nə işi var idi ki? Daha yaxşı eşidə bilmək üçün bütün diqqətimi onların olduğu yerə yönləndirdim.
-"Anlayıram, Robert. Əlbəttə, bu sənin həyatındır. Necə istəyirsənsə, elə də yaşa. Ancaq dediyim kimi, müqəddəs ata hələlik burada deyil və növbəti həftəyə qədər də olmayacaq. İstədiyin şeyin olması üçün gözləməli olacaqsan. Bəlkə də başqa bir kilsə rahibinə müraciət edəsən hə, nə deyirsən?"
-"Səncə mən bunu düşünə bilməyəcək qədər əqli zəif bir insanam? Əlbəttə ki, başqa bir kilsə rahibinə müraciət edə bilərəm, əziz qardaşım. Lakin mən məsələnin olduqca tez bir zamanda həll olunmasını istəyirəm. Lucia və mən olduqca erkən bir vaxtda evlənməliyik."
Əlimi təəccübdən aralanan ağzıma apardım. Robert və Lucia evlənmək qərarınamı gəlmişdilər? Həm də bu qədər tez bir müddətdə. Axı bu necə ola bilərdi?
-"Niyə bu qədər tələsdiyini hələ də izah etmiş deyilsən. Əgər məsələnin nə yerdə olduğunu bilsəm, sənə daha çox fayda verə bilərəm."
Bir neçə dəqiqə ikili arasında səssizlik oldu və bu məndə Robert'in bir şeyləri ölçüb-biçdiyi hissini oyatdı. Hər şeyi eşitməyi gözlədim, hər şeyi... təkcə bircə şeydən başqa.
-"Çünki..."-deyə danışmağa başladı Robert astadan.-"Çünki, Lucia hamilədir."
Fərqində olmadan olduğum yerdən çıxıb,-"Lucia hamilədir?"-deyə soruşdum.
Mənim varlığımı o an hiss edən Robert üzündəki təəccübü gizlədə bilmədi. Ilk öncə Yousef'ə, daha sonra isə dönüb mənə baxdı.
-"Nisa? Sən burada nə edirsən?"
Özümü ələ verdiyimi anlamağım ilə gözlərimi yumdum və dərin bir iç çəkdim. Niyə belə ani bir refleks verdiyimi anlaya bilmirdim. Gözlərimi açıb qarşımda duran iki adama da baxdım və Yousef'in iki əlini yumruq halında açıb bağladığını gördüm. Tam olaraq nəyə bu qədər əsəbləşmişdi?
-"O, burada nə edir?"-deyən Robert baxışlarını bu dəfə də ögey qardaşına çevirdi.-"Müsəlman bir qızın kilsədə və sənin yanında nə işi var?"
-"Bunu otağımda danışsaq daha yaxşı olar."-deyən Yousef mənə tərəf yan gözlə baxıb,-"Sən otağına get. Ətrafda dolaşaraq çox diqqət çəkirsən."-dedi.
-"Axı mən..."
-"Xahiş edirəm, otağına qayıt."-deyən Yousef'in səsindəki qətiyyət məni geri addım atmağa vadar etdi.
O, arxasını dönərək,-"Gedək mənimlə."-dedi və  Robert'dən onunla gəlməsini istədi.
Gənc adam onu izləmədən öncə son bir dəfə dönüb mənə baxdı. Ağlı qarışıq görünürdü. Yəqin ki, mənim burada nə səbəblə olduğumu anlaya bilməməsi onda sual işarələri yaratmışdı. Mən isə aramızdakı baxışmaya son qoyaraq ona arxamı dönüb vaxt itirmədən otağıma getdim.
•••
Aradan bir az zaman keçdi. Oturub gözlədim. Sarışın ilə oynadım və onu yedirtdim. Yousef mən burada yox ikən onun tualet məsələsini həll etməsi üçün otağa böyük bir qabda qum gətirmişdi. Ona olan minnət duygum günü-gündən artmaqda idi. Hər şeydən əlavə bundan sonra nə olacaqdı və ya nə edəcəkdim heç bilmirdim. Amma bildiyim bir şey var idi ki, o da vaxt keçdikcə daha da dibə batırdım. Buradan getməli idim, həm də mümkün olduqca tez bir zamanda.
Anidən açılan otağın qapısı oturduğum yerdən dik atılmağıma səbəb oldu. İcazəsiz içəriyə daxil olan Yousef mənə hər zamankinin əksinə daha əsəbi bir halda baxırdı. Onu bu qədər qəzəbləndirən nə etmişdim ki? Hər nə qədər o, icazəsiz olduğum yerə daxil olmuş olsa da, məsələnin bundan daha ciddi olduğunu anladığım üçün bunun üzərində çox durmadım.
-"Nəsə olub?"-deyə soruşmaq üçün özümdə cəsarət tapdığım an Yousef kinayə ilə gülümsədi.
-"Nəsə olubmu? Daha nə olmalıdır ki? Sənə görə sahib olduğum dəyəri riskə atıram və sən çox sağ ol əvəzinə bütün varlığını hamıya bəyan edib mənin yaxşı niyyətimi sui-istifadə edirsən. Bir gün içində sənin kilsədə olduğunu neçə nəfər öyrəndi?"
Gözlərimi qırpışdıraraq udqundum.
Mənə doğru yaxınlaşan Yousef barmağı ilə say göstərərək,-"İki."-dedi,-"Mən sənə kömək etməyə çalışdıqca, sən tam əksini edirsən. Səni anlamaqda o qədər çətinlik çəkirəm ki, təsəvvür belə edə bilməzsən."
Başımı qaldırıb ona baxdım.-"Mənim üçün nəsə etməyə məcbur deyilsən. Niyə bu qədər əsəbləşdiyini anlamış olmasam da, narahat olma. Onsuz da sabah ilk iş buradan çıxıb gedəcəm."
Yousef başını geriye atıb istehza ilə güldü.-"Qaçırsan....yenə eyni şeyi edirsən."
Ona anlamayaraq baxdım.-"Nə demek istəyirsən?"
Başını mənə tərəf əyən Yousef məni baxışlarının təsiri altına saldı.-"Robert'dən xoşun gəlir?"
-"Nə?"
-"Ögey qardaşıma qarşı hisslərinmi var?"
-"Sənə bunu düşündürtən nədir?"
-"Sualıma cavab verməkdən qaçmağın belə cavabının müsbət olduğunu göstərir."
-"Bir dəqiqə bir dəqiqə...mən hisslərim barədə sənə və ya bir başqasına izahat verməli deyiləm."
-"Onda hələ də Amir'ə aşıqsən."
Dediyi şey ilə əsəbdən gülməyə və otağın içində gəzməyə başladım.-"Sən çox zarafatcılsan. Mən Amir'ə aşiqəm demək? Başqa?..."
Mənim üz ifadəmi diqqətlə izləyən Yousef,-"Hər ehtimalda ikisi ilə də bir yerdə ola bilməzsən."-dedi.
Başımı ona tərəf çevirib,-"Anlamadım?"
-"Amir səndən nə istəyir?"
-"Mənim həyatım ilə bu qədər maraqlanmasan daha yaxşı olar deyə düşünürəm."
-"Mən də sənin hər an bir uçurumdan aşağı düşməyə hazır ola biləcəyini düşünürəm, ancaq mövzumuz indi bu deyil."
-"Mövzumuz?"
Barmaqlarım ilə gözlərimi ovuşduraraq,-"Ortada bir mövzu var, bu doğrudur. Ancaq bu mənim mövzumdur. Təkcə mənim, sənin yox."
-"Amir'ə güvənmə."-deyən Yousef'ə,-"Kimə güvənim bəs? Sənəmi?"
Mənə tərəf bir addım daha atan gənc adam,-"Niyə də olmasın?"-deyə soruşdu.
Özümü geriyə çəkdim.-"Məncə getsən daha yaxşı olar."
Gözləri üzümü incələyən gənc adamın baxışları bir saniyəliyinə dodaqlarımda gəzindi. Bu isə mənim qızarmağıma və ötən gecəni xatırlamağıma səbəb oldu. Baxışlarımı ondan uzaqlaşdım və qarşıya, başqa bir yerə fokuslandım.
O, yanımdan uzaqlaşıb qapıya tərəf getdi və mən otağı tərk etmədən öncə geriyə dönərək,-"Amir ilə nə danışdın? Ona nə dedin ki, çıxıb səssizcə getdi?"
Olduğu yerdə yan dönən Yousef,-"Ona səndən uzaq durmasını söylədim. Əks halda mənim çox fərqli bir üzüm ile üzləşmək məcburiyyətində qalacaq."
-"Sən ona nə edə bilərsən ki?"
-"Səndən daha çox şey edə biləcəyimə əmin ola bilərsən. Sənə hər nə deyirsə desin, ona inanma. Robert'dən də uzaq dur."
-"Robert mənim dostumdur."
-"Mən də elə olmasını ümid edirəm. Əks ehtimal xoşuma gəlməyə bilər."
-"Səbəb?"
-"Mən düşündüyündən daha eqoist bir insanam, Nisa və paylaşmağı qətiyyən sevmirəm. Xüsusilə də söhbət ögey qardaşımdan gedirsə."
-"Rahib olmasan sənin haqqında çox fərqli şeylər düşünərdim."-deyərək güldüyüm an onun üz ifadəsi ciddiləşdi.
Gülməyi dayandırdım və səssizcə ona baxmağa davam etdim.-"Yəni, şey... yəni demək istəyirəm ki..."
-"Rahib olmasam belə xristian olmağım sənə yaxınlaşmağıma ən böyük əngəl deyilmi?"
Verdiyi sual gözlədiyim bir şey deyildi və məni hazırlıqsız yaxalamışdı. Nə demək istəyirdi? O, mənə yaxın olmaq niyyətində idi?
Aman Allahım!
-"Sən..."
-"Əgər aramızda dini əngəl olmasa idi hər hansı bir şansım olardımı?"
-"Mən anlamıram. Sən nə demək istəyirsən?"
Başını aşağı əyən Yousef dərin bir nəfəs aldı və yenidən mənə baxmaq üçün başını qaldırdı.
-"İçimdə mübarizə apardığım bir savaş var sanki və mən bu döyüş meydanında könüllü olaraq məğlub olmağa çox yaxınam."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Where stories live. Discover now