4.TƏSADÜF YA TEVAFUQ?

24 4 0
                                    

-"Siz bir-birinizi tanıyırsınız?"Sualı verən Mark idi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-"Siz bir-birinizi tanıyırsınız?"
Sualı verən Mark idi. O, mənə və yanında duran adama qısa bir baxış atdı. Mən isə hələ də oturduğum yerdə sabitcə durmuşdum. Nə deyəcəyimi və ya necə davranacağımı heç bilmirdim. Robert mənim əksimə özünü tez ələ almağı bacardı və üzündə yaranan gülümsəmə ilə içimi yenidən isitdi.
-"Biz yeni il şənliyində tanış olmuşuq. Morgan və Nisa da oradakı şənlikdə idi."-deyən Robert qarşıda oturan dostuma yaxınlaşdı. Morgan gülümsəyərək yerindən yavaşca qalxdı və ona əlini uzadan adamın əlini nəzakətlə sıxdı.
-"Səni yenidən görmək nə xoş."-dedikdə, Robert də ona eyni coşqu ilə qarşılıq verdi.
-"Sizi də həmçinin."
İki əlini bir-birinə sürtən Mark sevgilisinin yanına gedib sol əlini belinə doladı.
-"Morgan mənim sevgilimdir. Sevgilim, Robert isə mənim ən yaxın dostlarımdan biridir. Biz demək olar ki, eyni məhəllədə böyümüşük. Söz yox, onlar sonradan başqa yerə köçdülər, lakin biz ara-sıra da olsa aramızdakı ünsiyyəti qorumağı bacardıq. Və bu restoran onun şəxsi məkanıdır."
Morgan üzündəki təbəssümü qoruyaraq başını yavaşca tərpətdi.
-"Bura həqiqətən də çox füsunkar bir yerdir. Zövqün əladır."
Robert,-"Bəyənməyinizə şadam."-deyə qısaca cavab verdi.
Məndəki səssizliyi hiss edən Mark baxışlarını üstümə zillədi.
-"Ah! Az qalsın unudurdum. Bu xanım qız da sevgilimin universitetdən dostudur. Onlar bir yerdə yaşayırlar. Söz yox, sizi tanış etməyimə ehtiyac yoxdur. Görünən odur ki, siz artıq bir-birinizi çoxdan tanıyırsınız. Elə deyilmi, Nisa?"
Udqundum. Oturduğum yerdə narahatlıqa tərpəndim və özümü ayağa qalxmağa məcbur etdim.
-"Səni yenidən görməyimə şadam, Nisa"-deyə gülümsədi Robert mənə baxmağa davam edərkən,-"Həyat bizi yenidən qarşılaşdırdı."
Dodaqlarımı bir-birinə bastırdım.
-"Mən də səni yenidən görməyimə şadam."-deyə cavab verdikdən sonra yan gözlə Morgan'a baxdım.
-"Bizimlə şam yeməyi yeməyə nə deyirsən, dostum?"-deyə soruşdu Mark yemək masasını işarə edərək.
-"Narahatlıq vermək istəmərəm doğrusu."-deyə tərəddüt edən Robert'ə Mark gülərək qarşılıq verdi.
-"Come on man, buradakı hər kəs səni onsuz da tanıyar. Yad heç kim yoxdur. Gəl otur və bizimlə birgə əylən."
Robert mənə qısa bir nəzər saldıqdan sonra,-"Yaxşı. Madam ki, bu qədər israr edirsən, sizinlə bir müddət otura bilərəm."
Və beləliklə, biz yenidən stullarımıza oturduq.
-"Xanımlar və cənablar! Xoş bir axşam keçirməyinizi diləyirəm. Sifarişlərinizi ala bilərəmmi?"-deyə soruşdu masamıza yaxınlaşan ofisiant.
Baxışları bir qədər Robert və Mark arasında gedib-gəldi və daha sonra da əlində tutduğu qələm və kağızla sifarişimizi verməyimizi gözlədi.
Mark bizə tərəf dönərək,-"Şey, xanımlar, nə yeyəcəyinizə qərar verə bildiniz mi?"-deyə soruşdu.
Morgan ofisianta baxdı və,-"Tərəvəz salatı və toyuq filesi, zəhmət olmasa."-dedi.
Gənc qız onun dediklərini qeyd edərkən mən də onu qısa bir anlığına nəzərdən keçirtmə fürsəti əldə etdim. O, klasik bir formada ağ köynək və düz qara yubka geyinmişdi. Qara düz saçlarını arxadan möhkəmcə toplamışdı. Ağ dərili, uzun boylu və bal rəngi gözlərə sahib olan bu qız başını qaldırıb mənə baxdı.
-"Siz nə yeyəcəksiniz, xanım?"
-"Mən də salat və balıq istəyirəm. Bir də adi su olsun, lütfən."
Dediklərimi qeyd edən ofisiant qız,-"Əla seçimdir. Restoranımızın balıq yeməkləri çox dadlı olur. Razı qalacağınıza şübhəm yoxdur."-dedi və yanımızda oturan bəylərə tərəf döndü.
-"Cənablar, siz nə sifariş edəcəksiniz?"
-"Mən orta bişmiş biftek istəyirəm. İçəcək olaraq da ağ şampan."-deyə cavab verdi Mark sifarişi qeyd edən qıza nəzər salarkən.
Növbə Robert'ə gələndə isə o, məkan sahibi olduğunu bəlli edərcəsinə gənc qıza baxaraq gülümsədi.-"Julia, yemək zövqlərimi bilirsən. Mənə uyğun bir şeylər seç və gətir."
Ofisiant sifarişlərimizi qeyd edib getdikdən sonra dördümüzün də baxışları bir-birimizin üzərində gəzinməyə başladı. Robert'i yenidən görmək məni çox təəccübləndirmişdi. Həm özümü çox xoşbəxt hiss edirdim, həm də çox gərgin idim. Onu bir daha görəcəyimi heç düşünməmişdim. Başqa bir ofisiant oğlan yanımıza gələrək bir şüşə şampan və bir şüşə də su gətirib masaya qoydu və uzaqlaşdı.
-"Buraya tez-tez gəlirsənmi, sevgilim?"
Sualı verən Morgan Markın qədəhə süzdüyü şampanı əlində yavaşca çalxalayıb dodaqlarına apardı və bir azını içdi.
-"Bəzən gəlirəm."-deyə cavab verdi Mark digər qədəhlərə də şampan süzməyə davam edərkən.
-"Mösyö bizim davamlı və çox sevilən müştərimizdir."
Səsin sahibi bayaq sifarişlərimizi qəbul edən qız idi. Yanımıza nə zaman gəldiyini hiss etməmişdim heç. Mark və Morgan söhbət etməyə davam edərkən o, yeməkləri bir-bir masaya qoymağa başladı.
-"Davamlı ziyarətçi demək, hə?"-deyə tək qaşını qaldırdı Morgan ikisinə də qısa bir baxış ataraq.
-"Sevgilim...dedim axı, Robert mənim yaxın dostumdur. Məkan yad məkan deyil və mən də bundan lazımi qədər faydalanıram."-deyən Mark güldü və uzanıb əlini Robert'in çiyininə qoydu.
-"Haqsızmıyam, dostum?"
Əlini yavaşca çiynindən çəkən Robert,-"Sənə xidmət etmək bizim üçün xoşdur."
-"Thank you, bro. Və əzizim, normal olaraq da buradakı bütün ofisiantların demək olar ki, hamısı məni tanıyır."
-"Anladım."-deyə qısaca cavab verdi Morgan önünə dönərək.
Yeməklərin hamısını masaya qoyduqdan sonra ofisiant qız Mark'a son bir baxış ataraq,-"Başqa bir istəyiniz varmı?"-deyə soruşdu.
Mark başını iki yana salladı.
-"Thanks, Julia. Hələlik bu qədəri bəsdir."
-"İcazənizlə. Bir şeyə ehtiyacınız olarsa, məni çağırın."
Mark ona gülümsədi və masadakı qədəhini əlinə alıb qaldırdı.-"Buradakı hər kəs üçün qədəhimi qaldırmaq istəyirəm."
Baxışları mənimlə toqquşanda isə dodaqları yuxarı doğru qıvrıldı.
-"Ops! Bağışla, Nisa. Sənin özəl durumunu bəzən unuduram."-dedi və güldü.
Ona cavab vermə əziyyətinə belə girmədim və beləcə biz sakitcə yeməklərimizi yeməyə başladıq. Daha doğrusu mən əlimdəki çəngəl ilə sifariş etdiyim balıq ətini boşqabın içində sağa-sola sürüşdürməyə davam etdim. Yemək yeyəcək iştahı özümdə tapa bilmirdim. Önümdə duran stəkanı alıb içində olan sudan bir az içdim. Ciyərim od tutub yanırdı sanki. Əlində tutduğu bıçaq-çəngəl ilə önünde duran əti kəsməyə davam edən Mark baxışlarını Robert'dən ayırıb mənə baxdı və danışmağa başladı.
-"Həyat deyirəm, Nisa...necə də təsadüflərlə doludur, elə deyilmi? Kim deyərdi ki, siz yenidən qarşılacaqsınız. Sən bu barədə nə düşünürsən? Bu gecə çox səssizsən doğrusu."
Morgan dodağını salfetlə silib gülümsədi və əlini uzadıb masada duran əlimin üstünə qoydu.
-"Nisa bir az içinə qapanıq bir qızdır, Mark. Axı sənə bunu daha öncə də demişəm. Onun üçün topluluq içində özünü ifadə etmək o qədər də asan deyil, lakin zamanla buraya öyrəşəcək."

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Where stories live. Discover now