3. ŞAM YEMƏYİ

21 4 0
                                    

Qaldığımız binaya girəndə üçüncü mərtəbəyə qalxmaq üçün liftin düyməsinə basıb gözlədim

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Qaldığımız binaya girəndə üçüncü mərtəbəyə qalxmaq üçün liftin düyməsinə basıb gözlədim. Qapılar açılanda içəri girərkən liftdəki aynada öz əksim ilə qarşılaşdım və yuxarı çıxana kimi boş-boş özümü seyr etməyə davam etdim. Mənzilin qapısına yaxınlaşıb zəngə basdım. Saat gec olsa da, bilirdim ki, Morgan mən gəlmədən yatmazdı. Bir dəqiqə sonra qapı açıldı və üstündə pijamaları ilə dostum məni qarşıladı.
-"Nisa! Ağlımı itirmək üzərə idim. Şükür ki, gəlib çıxdın."
Qapıdan keçib içəri girdim.
-"Bilirsən? Subaylar üçün olan yarışı mən qazandım."-dedi Morgan qapını bağlayıb arxamdan gəlməyə davam edərkən.
Bir başa hamam otağına yollandım. Çünki bir an öncə üstümdəki yüklərdən xilas olmağa ehtiyacım var idi. Kranı açıb suyun istiliyini tənzimlədim və vanna dolana qədər üstümdəki paltarları bir-bir çıxartmağa başladım.
Morgan qapının yanında durmuşdu və iki əlini bir-birinə çarpazlamışdı.
-"Mənə yarışın cütlüklər arasında olduğunu heç demədin."-dedim ləkələnən ağ paltomu asılqana asarkən.
-"Bu məlumatın sənin üçün faydalı olacağını heç düşünməmişdim açıqcası."-deyə mənə cavab verdi Morgan göz qırparaq.
-"Və bu arada... Gəzinti necə keçdi?"
-"Hər şey inanılmaz idi."-deyə cavab verdim qısaca.
-"Elə bu?"
-"Hə. Və o, çox nəzakətli biriydi."
-"Anladım. Bəs növbəti görüş nə vaxtdı?"
-"Heç bir zaman."
-"Ah! Necə yəni?"
-"Biz basabasda bir-birimizi itirdik."
-"Tanrım! Heç olmazsa onun nömrəsini falan götürdün?"
Başımı iki yana salladım.
-"Hər şey bir anda oldu. Heç mən özüm də baş açmadım. Bildiyin kimi telefonum yanımda deyildi və sosial hesabımı istədi, amma biz insanlar olan izdihamın içində başqa yerlərə dağıldıq. Daha sonra onu ətrafda axtardım, amma nəticəsi olmadı."
Morgan mənə yaxınlaşıb başımın üstündən öpdü.
-"Heyifslənmə. Əminəm ki, siz yenidən qarşılacaqsınız."
-"Əmin deyiləm. New York çox böyük şəhərdir. Yenidən qarşılamağımız mümkün deyil məncə."
O, vanna otağını tərk etmədən öncə mənə baxaraq,-"Həyat sürprizlərlə doludur, canım mənim. Sabahın bizə nə gətirəcəyini isə yalnızca Tanrı bilir."-dedi.
-"Haqlısan. İsti bir duş qəbul etdikdən sonra yəqin ki, özümə gələcəm."
Morgan gülümsədi.
-"Yaxşı. Sən Keyfinə bax. Mən yatmağa gedirəm. Sabah daha gözəl bir gün olacaq. İnan mənə."
-"İnşallah."-deyə cavab verdim və Morgan məni tək qoyub getdikdən sonra tamamilə soyunub vannaya girdim və bədənimin sakitləşməsini gözlədim.
Yuxum yox idi. Mən əzəldən bəri gecələr gec yatmağa öyrəncəli idim. Gecələr gündüzlərdən daha maraqlı olurdu mənim üçün. Və bu gün, həyatımdakı ən maraqlı və ən qəribə gecəni keçirmişdim.
Yeni il mənim üçün çox qeyri-adi başlamışdı.
•••
Növbəti günlərim semestr imtahanlarını verərək keçdi. Bir ay ərzində universitet ilə ev arasında yol ölçməkdən başqa demək olar ki, heç nə etməmişdim. Qarşıda bizi iki həftəlik tətil gözləyirdi və mən bu müddətdə nə edəcəyimi hələki qərarlaşdırmamışdım. Hər nə qədər anamı görmək istəsəm də, İran'a gedə bilməzdim.
Həm də ki, insan qaçdığı yerə geri getmək istəyərmi?
Mənzilin qapısı açılıb Morgan əlində poşetlərlə içəriyə girəndə mən əlimdəki planşeti yatağımın üstünə qoyub baxışlarımı onda cəmlədim.
-"Xoş gəldin."
İçi dolu poşetləri masanın üstünə qoyan dostum,-"Xoş gördük, baby."-deyə cavab verdi.
Başındakı papağı və boynundakı şarfı çıxarıb asılqana asdı. Aynada özünə qısa bir baxış ataraq dağınıq sarı saçlarını əliylə düzəltdi. Daha sonra da mənə tərəf döndü və gözlərini yuxarı çevirdi.
-"Bu tüklü şeyi yenə yatağının üstündəmi yatırmısan?"
Dodaqlarımı bir-birinə bastıraraq güldüm. Əlimi yataqda sol tərəfimdə yatan Sarışın'ın yumşaq tüklərində gəzdirdim.
-"O, mənim enerji mənbəyimdir."
Morgan qaşlarını yuxarı qaldırıb əliylə yataqdakı pişiyi işarə etdi.
-"Bu şeymi sənə enerji verir? Tanrım! Sənə enerji verənin mən olduğumu düşünürdüm, doğrusu. Mən qısqanc biriyəm və bu sarı top aramızda yuvarlanıb durur."
-"Sən ciddisən? Doğrudan? Onda mən də səni sevgilindən qisqanmalıyam ki?"-deyərək yataqdan qalxıb masaya tərəf getdim və poşetin içində pişiyim üçün lazım olan yeməkləri çıxartmağa başladım.
Binanın aşağısında bir supermarket vardı və biz öz alış-verişimizi oradan edirdik. Bu gün özümü bir az nasaz hiss etdiyim üçün Morgan bunu tək etməli olmuşdu. Yanıma gəldi və mənimlə birlikdə poşetləri boşaltmağa və yerləşdirməyə başladı. Onun səssizliyinə öyrəncəli deyildim və bu məni təəccübləndirdi.
Yan gözlə ona baxıb,-"Nəsə problem var?"-deyə soruşdum. Morgan uzatdığım süt şüşəsini soyuducuya qoydu və susmağa davam etdi.
-"Məni qorxudursan açıqcası."
Başını soyuducudan çıxaran dostum arxasını mətbəx dəzgahına dayadı.
-"Mark və mən... aramızda bir az anlaşmazlıq oldu."
Əlimdəki işi buraxıb bütün diqqətimi ona verdim və yanına gedərək qarşında durdum.
-"Səbəb?"
-"Ah, boş ver. O, həmişəki kimi boş-boş çərənləyir sadəcə."
-"Səbəb mənəm hə?"
Mark bizim oxuduğumuz universitetdə, son kursda oxuyan bir oğlan idi və Morgan ilə hardasa iki ay əvvəl sevgili olmağa başlamışdı. Morgan hətta bəzən gecələri onun evində qalırdı. Və beləliklə, Mark bir müddət sonra ona özü ilə birgə yaşamağı təklif etmişdi. Ancaq Morgan buna razı deyildi, çünki məni tək qoymaq istəmirdi və bu mənə özümü çox pis hiss etdirirdi. Morgan iki əliylə çiynimdən tutub yavaşca sığalladı.
-"Sən mənim ən yaxın dostumsan. Səni tək qoya bilmərəm."
-"Morgan... mən uşaq deyiləm. Öz başımın çaresinə baxa bilərəm. Həqiqətən. Mənə görə münasibətinin korlanmasına razı gələ bilmərəm."
O, yanımdan keçib işinə davam etməyə başladı. Bir yandan da mənimlə söhbətə davam edirdi.
-"Sənə görə pozulan heç nə yoxdur, narahat olma. Sevgililər arasında belə şeylər ola bilir. Əminəm ki, səhvini başa düşüb mənə zəng edəcək. Gözlə və gör."
Mən hələ də onun arxasında durmuşdum.
-"Təki sən deyən kimi olsun."
•••
Günortadan sonra mən xalçada pişiyim ilə oynayarkən Morgan bədəninə sardığı qətifəylə tələsik hamam otağından çıxdı. Saçları açıq və nəmliydi və çox güman ki, yanıma gəlməzdən öncə hamamda saçlarını qurudurdu.
Əlindəki telefonu mənə çevirib göz qırpdı.
-"Mən sənə nə dedim? Bax."
Telefon ekranındakı whatsapp söhbətində sevgilisinin adını belə görməyim olan-bitəni anlamağım üçün yetərli idi.
-"Nə yazıb?"-deyə soruşdum başımı çevirib Sarışın ilə oynamağa davam edərkən.
-"Məni şam yeməyinə dəvət edir."-deyə cavab verdi Morgan həyəcanlı səsini gizləyə bilməyərək.
-"Hə, nə yaxşı. Deməli, səhvini başa düşüb."
-"Çox güman ki. Tanrım! Axşam üçün geyim seçməliyəm. Mənə kömək edə bilərsən?"
Gülümsədim.
-"Əzizim, özün də çox yaxşı bilirsən ki, bizim stylinglərimiz çox fərqlidir."
Morgan dodaqlarını büktü və bədəninə doladığı bənövşəyi qətifəni açıb mənə tərəf atdı. Pişiyimin üstünə düşən qətifəni kənara çəkib ayağa qalxdım.
-"Bəzən həqiqətən də uşaq kimi davranırsan."
Morgan mənə məhəl qoymadan paltar şifonerini eşələməyə başladı. Üstündə sadəcə alt paltarları var idi. Mənim yanımda belə dolaşmasına artıq öyrəşmisşdim. Onun çox biçimli bir bədən quruluşu vardı. Boyu bir qədər daha uzun olsaydı, heç şübhəsiz mankenlik edə bilərdi.
-"Səncə bu necədir?"-deyərək mənə tərəf döndü.
Əlində tutduğu yaşıl dona baxdım. Dizdən yuxarı və sinə tərəfi də olduqca açıq idi. Qol tərəfi isə dirsəyə qədər gəlirdi.
-"Rəngi qəşəngdir, amma axşam yeməyi üçün bir az abartılıdır məncə."
-"Doğrudan?"
Morgan paltarı özünə tərəf çevirib incələməyə başladı. Daha sonra da onu yatağına doğru rast gələ tulladı.
-"Bəs mən nə geyəcəyəm? Yeməyə sadəcə iki saat qalıb."
-"Yaxşı yaxşı, rahatla. Bir də mən baxım görüm burda nə var?"-deyərək şifonerə göz gəzdirməyə başladım.
İlahi! Onun bütün New York əhalisini geyindirəcək qədər geyimləri var idi. Hər nə qədər mən də geyinib keçinməyi çox sevsəm də, həyatım boyunca bu qədər paltara sahib olduğumu xatırlamırdım. Bir paltarı diqqətimi daha çox çəkdi və uzanıb onu asılqandan aldım. Əlimdə olan paltarı onun üstünə tərəf tutdum və ümumi bir nəzər saldım.
-"Məncə bu sənə çox yaraşar."
Morgan paltarı məndən alıb güzgünün qarşısında durdu və başdan aşağı özünü süzdü.
-"Vay be! Bir də bu işlərdən başın çıxmadığını deyirdin. Qırmızı hə? Bəs bu abartılı deyilmi?"
Bu paltar axşam üçün çox uyğun idi. Dizin üstündə bitən, qolu uzun və çox azca sinə tərəfi açıq olan bu geyim qırmızı düz rəngi ilə hər şeyi özündə amamlayırdı. Belə ki, aksesuar taxmağa belə ehtiyac yox idi.
Başımı iki yana sallayaraq Morgan'ın arxasında durub onunla güzgüdə üz-üzə gəldim.
-"Hər qadın qırmızı geyə bilər, amma hər qadın qırmızını daşıya bilməz."
Morgan məmnuniyyətlə gülümsədi.
-"Waow! Belə bir komplimenti heç Mark'dan belə eşitməmişəm. Təşəkkürlər, baby."
-"Olanı deyirəm sadəcə. Bunu geyinməlisən. Həm sənin bunu daşıyacaq bir auran varsa, niyə də bu paltarı dəyərləndirməyəsən, elə deyilmi?"
İkimiz də qarşılıqlı olaraq gülüşdük.
-"Məncə sən də mənimlə gəlməlisən."-dedikdə üzümdə yaranan təəccübü gizlədə bilmədim.
-"Mən? İki sevgilinin olduğu romantik bir axşam yeməyində mənim rolum nə olacaq?"-deyə soruşdum. Morgan mənə doğru döndü və əlini uzadıb sağ yanağımı sığalladı.
-"Sən mənim olmayan bacım kimisən və istəyirəm ki, Mark ilə sənin də aran yaxşı olsun."
-"Morgan, buna ehtiyac ol..."
O, barmaqlarını dodağımın üstünə qoyub sözümü yarımçıq qoydu.
-"Bəhanə eşitmək istəmirəm. Mənimlə gəlirsən. Odur ki, get pişiyinin suyunu, yeməyini qoy və geyinib axşama hazırlaş."
Əlini ağzımdan çəkib ona gözlərimi qısaraq baxdım.
-"Əl çəkən deyilsən, hə?"
Çiyinlərini geri çəkdi.
-"No, xarakterimə tərsdir."

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Where stories live. Discover now