17. İTKİ

16 4 3
                                    

"Doktor William, 106-cı otağa gözlənilirsiniz."
Artıq bir neçə dəfə səslənən bu anons beynimdə əks-səda verməyə başlamışdı. Xəstəxana idik. On dəqiqə əvvəl Morgan'ı təcili bölməyə salmışdılar. Mən isə burada, xəstəxananın koridorunda oturmuş çarəsizcə gözləməyə davam edirdim. Titrəyən əllərimi bir-birinə birləşdirdim. Özümü ələ almaqda çox çətinlik çəkirdim. Morgan'a nə olduğunu və vəziyyətinin bu dəqiqə necə olduğunu bilməmək məni dəli edirdi. İki əlim bitişik bir halda başımı önə əydim. Heç bir şey də yeməmək məndə əlavə baş ağrısı yaratmışdı.
-"Götür bunları."-deyə mənə səslənən adama baxmaq üçün başımı yuxarı qaldırdım.
Amir əlində tutduğu kağız stəkanı və tost çörəyini mənə uzatmışdı. Onunla söz güləşdirəcək halda olmadığım üçün əlindəkiləri alıb digər stulun üzərinə qoydum.
-"Bir şeylər yeməlisən, Nisa. Belə olmaz. Növbəti huşunu itirmiş bir halda qollarımda olan sən olacaqsan yoxsa."
-"Yaxşıyam mən."-dedim qısaca.
Amir iç çəkdi. Pencəyinin ətəyini yığıb önümdə əyildi və mənimlə üz-üzə durdu.
-"Dostunun sənə ehtiyacı var. Bunun üçün də sən güclü olmalısan. Belə ki, heç nə yeməmək ilə ona heç bir xeyir verə bilməzsən. Hərçənd sənin özünün indiki halda özünə belə faydan yox ikən ona dəstək olmağa çalışmağın mümkün deyil."
Bəlkə də uzun bir aradan sonra ilk dəfə idi ki, Amir'in gözlərinə həqiqi mənada baxdım. Görməməzlikdən gəldiyim bu şəxs bir neçə ay əvvəl evlilik xəyalı qurduğum, gələcəyimi birgə keçirtməyi ümid etdiyim və ən əsası çox güvəndiyim bir insan idi. Lakin indi bu qədər yaxınımda olmasına baxmayaraq ona qarşı içim bomboş idi. Amir əllərimi tutmaq üçün önə uzananda isə onu cavabsız qoyaraq ayağa qalxdım. Xəstəxana koridorunda bir ora, bir bura gəzinməyə başladım.
-"Nisa..."-deyə yavaşdan səsləndi Amir. Lakin mən hal-hazırda hər bir səsə kar və lal idim.
-"Nisa?"-deyə bir daha səslənən Amir mənə yaxınlaşdı.
-"Yox yox, məndən uzaq dur. Sənin təsəllinə ehtiyacım yoxdur. Həm sən artıq gedə bilərsən. Bizi buraya gətirdiyin üçün çox sağ ol, ancaq indi getsən yaxşıdır."
-"Heç yerə gedən deyiləm. Həm də sən belə bir halda ikən."
Üzümü çevirib ona baxdım.-"Nə var ki, mənim halımda, hə? Mən yaxşıyam. Həm də ki, mənə həqiqətən dəyər verirmiş kimi davranma. Gülməli görünürsən."
-"Bəlkə də sənin düşündüyün əksinə mən sənə həqiqətən də dəyər verirəm, Nisa."
Öz-özümə güldüm.-"Sən Allah! Dediklərinə özün inanırsanmı görəsən? Xahiş edirəm, çıx get. Həm biz tək olmayacağıq. Sən olmadan da bacara bilərik yəni."
-"Mənsiz də bacara biləcəyini bilirəm."-dedi Amir bir addım daha mənə tərəf ataraq.-"Sadəcə bu dəqiqə sənin yanında olmaq istəyirəm."
Əsəbdən gözlərimi yumdum və dərin bir nəfəs çəkdim.
Ona tərəf dönüb,-"Sənin dərdin nədir? Sənə deyirəm ki, get. Mütləq başa düşməyin üçün kobud bir haldamı davranmalıyam, hə? Çıx get!"-dedim onu kürəklərindən yavaşca itələyib.
Lakin Amir bir santimetr də yerinden tərpənmədi. Onun bu hərəkətsizliyi isə məni dəli edirdi. Üstünə doğru yeriyib onu geri-geri itələməyə başladım.
-"Get! Sənə deyirəm ki, get. Buradan, həyatımdan çıx get!"

 Buradan, həyatımdan çıx get!"

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.
🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Opowieści tętniące życiem. Odkryj je teraz