24. ŞƏRT

17 4 3
                                    

-"Aman Allahım!"-deyən anam mətbəx qapısını arxadan örtdü və mənə doğru gəldi.-"Sən..sən hamiləsən?"
Eşitdiyim şey ilə göz bəbəklərim böyüdü və heyrət içində ona baxdım. Anam mən və Amir arasında olan söhbəti tamamilə yalnış anlamışdı və hamilə olan şəxsin də mən olduğumu düşünürdü. Hər dəfə daha da dibə necə bata bilərəm axı? Başımı çevirib yan gözlə Amir'ə baxanda onun da çaş-baş içində mənə baxdığını gördüm. İndi nə etməli idim? Anama həqiqəti deməli idimmi?
-"Nisa.."
Məni yavaşca dürtən anama dönərkən,-"Ha?"
Özümü ələ almağa çalışdım və dərin bir nəfəs alaraq çiyinlərimi dilkəşdirdim. Yan tərəfimdə duran Amir'in gərgin nəfəsini açıq-aydın hiss edə bilirdim.
-"Mən hamilə deyiləm."-dedim anama baxaraq.
Anamın üzündəki çaşqın ifadənin yerini ciddiyət aldı və ikimizə də şübhə ilə baxdı.
-"Doğru eşitdiyimə əminəm."-deyən anam əli ilə yanımda duran adamı göstərərək,-"Sən bir az əvvəl Amir'ə ata olacağını dedin."
-"Hə, dedim."-deyə qısaca cavab verdim.
-"Nisa..."-deyə pıçıldayan Amir'ə məhəl qoymadan danışmağa davam etdim.
-"Amir ata olur, ancaq hamilə olan mən deyiləm. Başqasıdır."
-"Anlamadım?"-deyən anam qaşlarını çatdı.-"Sən nə danışırsan?"
-"Sənə hər şeyi başdan danışacam, ana. Ancaq ilk öncə ikimiz tək qalmalıyıq."
-"Nisa..."-deyə yenidən mənə səslənən Amir'ə dönüb,-"Kəs səsini!"-dedim.
Atam evdə olduğu üçün səsimi çox yüksəldə bilmirdim. Gözlərimi bir saniyəliyinə yumub iç çəkdim. Təkrar gözlərimi açıb qarşımda duran adama baxanda isə onun üzündə gördüyüm ifadə məndə sadəcə tiksinmə duyğusu yaratdı.
-"Atama götür və gəzinti bəhanəsi ilə çölə apar."
-"Axı.."-deyən Amir'in sözünü yarıda kəsdim.
-"Sənə dediyimi et. Hərhalda atamın da anama deyəcəklərimi eşitməsini istəməzsən, elə deyilmi?"
Başqa çarəsi olmadığını anlayan gənc adam anladığını bəlli edərcəsinə başını tərpətdi. Son bir dəfə mənə və anama baxaraq mətbəxdən çıxmaq üçün qapıya tərəf yeridi.
Amir çıxıb getdikdən sonra anama hər şeyi danışdım. Eşitdiklərini həzm etməyə çalışan anam heyrətlər içərsində məni dinləməyə davam etdi. Ona yalan danışa bilməzdim. Xüsusilə də belə bir mövzuda. Amir'dən xilas olmalı və həyatıma artıq onsuz davam etməli idim. Bunun üçün də ilk addımı atmağın vaxtı çoxdan gəlib çatmışdı.
-"Pərvərdigara!"-dedi anam oturduğu yerdən qalxıb mətbəxin içində sağa-sola dönərkən.-"Aman Allahım! Bu nə idi bizim başımıza gəldi? İlahi! Niyə bütün bunlar mənim qızımın başına gəlir axı?"
Yanına gedərək əllərini əllərimin arasına aldım.
-"Sakitləş. Ölən falan yoxdur. Qalan hər şey isə əlbəttə ki, düzələr. Həm hər şeyi evləndikdən sonra öyrənməyim dahamı yaxşı olardı? Məncə Allah mənə bütün həqiqətləri göstərərək məni Amir'dən qorudu."
Gözləri dolu-dolu üzümə baxan anam,-"Atan bilsə nə olacağını bilirsən."
Başımı tərpətdim.
-"Hə, bilirəm. Ancaq vecimə deyil. Ana, mən İran'a qayıtmayacağam. Həyatımı burada, New York'da quracağam. Geri qalan hər şey də zamanla öz yerinə oturacaq. Mən buna əminəm."
-"Axı, Nisa..."
-"Bilirəm,"-dedim sözünü yarıda kəsərək,-"Çətinliklər olacaq. Amma unutma ki, mən də zəif bir insan deyiləm. Mənə güvən. Sənin qızın layiq olduğu həyatı sökə-sökə alacaq."
-"İnşallah. Bütün dualarım səninlədir."
-"Anacan, indi isə sənin köməyinə ehtiyacım var. Tez bir zamanda atamı da götürüb geri qayıtmalısınız. Atam burada ikən Amir'i başımdan edə bilmərəm. Mənə bir az daha zaman lazımdır və siz burada ikən fikrimi tam cəmləşdirə bilməyəcəm."
-"Səni buraxıb getməyi heç istəmirəm, qızım."
Uzanıb anamı sevgi ilə qucaqladım.
-"Narahat olma. Zamanı gələndə səni öz yanıma alacam. Həm bəlkə atam da zamanla məni anlayar və bizimlə birlikdə olar."
Sarılışıma qarşılıq verən anam heç nə demədi, amma əslində çox şey dedi. Sadəcə sözlü olaraq dilləndirmədi.
•••
Anamı evdə qoyub oranı tərk etdiyim zaman günortanı yenicə keçmiş idi. Atamgil geri dönmədən getməliydim. Amir'in görünməz iplərini boynuma dolanmasına əsla icazə verməyəcəkdim. O və onun əziz sevgilisi paylarına düşəni alacaqdı. Vaxt itirmədən bir taksiyə minib gedəcəyimiz ünvana yollandım. Yolun ortasında Amir'dən zəng alsam da, cavab vermədim. Heç kimin mənə və həyatıma qarışmasına fürsət verməyəcəkdim. Bu dəfə olmaz. Bu qədər yolu yarılamaş ikən əsla. Bir yola çıxdım və geri dönüb arxamdan baxmayacaqdım. Gəldiyimiz zaman taksi sürücüsü məni gözləyib-gözləməmsi gərəkdiyini soruşdu və ona getməsi gərəkdiyini dedim. Burada işim nə qədər davam edəcəkdi tam bilmirdim. Ona görə də tələsmədən məsələni layiqincə həll etməli idim.
Dərin bir nəfəs alıb pilləkənləri bir-bir qalxdım və qarşıma çıxan qapının zənginə basmadan öncə bir-iki dəqiqə gözlədim. Qapı açıldı və evin daha öncədən də tanıdığım xidmətçisi Mathilda məni göründə ilk başda təəccübləndi, lakin daha sonra üzü aydınladı.
Gülümsəyərək,-"Ah, Nisa xanım. Xoş gəldiniz. Sizi yenidən görmək nə gözəl."
-"Xoş gördüm."-dedim qısaca.-"Robert evdədirmi?"
-"Cənab hal-hazırda evdə deyil. Çox güman ki, bir-iki saata gələcək. Ancaq axşam yeməyinə evdə olmaldır. Ailə yeməkləri var."
-"Ha...mən yalnış zamanda gəldim demək. Hər nəysə, daha sonra gələrəm."-dedim və tam arxamı dönüb gedəcək ikən bir qadın səsi məni olduğum yerdə dayandırdı və arxamı dönüb geriyə baxmağa vadar etdi.
-"Mathilda, gələn kimdir?"
Xidmətçi,-"Xanım, gələn cənab Robert'in dostudur."-dedi.
Məni başdan aşağı incələyən qadın,-"Robert'in tərzi yaman dəyişib."-deyərək mənim tək qaşımın havalanmasına səbəb oldu.
Üzümdəki ifadəni görən və çox güman ki, evin xanımı olduğunu zənn etdiyim qadın mənə içərisini işarə edib,-"Gəlin və qonaq olun. O qədər yolu boşu-boşuna gəlmiş deyilsiniz hərhalda."-dedi.
-"Şey, əslində mən tam da..."
-"Sizi qonaq etməkdən məmnun olarıq. Həm ögey oğlumun dostunu daha yaxından tanımaq şansına nail olmaqdan məni məhrum etməyin."
Baxışlarım bir saniyəliyinə Mathilda'ya döndü və onun da üzündə adlandıra bilmədiyim bir ifadə hakim idi. Yenə özümü hansı zibilə salmışdım görəsən? Başımı yavaşca tərpətdim və itaət edərək evə daxil oldum. Qarşımda duran qadına tam da o anda nəzər yetirmək fürsəti əldə etdim. Orta boylarda, olduqca baxımlı bir qadın olan bu xanım tamamilə Yousef'in qadın versiyası kimi bir şey idi. Belə ki, o dərin mavi gözlər onda olduğu kimi anasında da var idi. Görəsən daha hansı ortaq cəhətləri vardı? Geyim tərzi tamamilə amerikalıların geyim tərzinə bənzəyirdi. Demək ki, yaşadığı mühit ilə uyğunlaşmaqda heç də çətinlik çəkməmişdi.
-"Bir müddət idi ki, yoldaşım və mən evdə deyildik."-deyən qadın önümdə yeriyərək məni salona doğru yönləndirdi.
-"Bilirəm."-dedim fərqində olmadan və o, dönüb mənə sual dolu baxışlarla baxanda buraxdığım səhvin fərqinə vardım.
-"Yəni, şey..."
-"Deyəsən, bu bizim evimizə ilk gəlişiniz deyil?"
-"Əslində bir dəfə gəlmişdim."-dedim özümü açıqlama hissi doyaraq,-"Ancaq müəyyən məcburi səbəblərdən ötrü gəlmişdim."
-"Anladım."-deyən qadın öndən gedərək salonun ortasında olan böyük və rahat oturacaqlardan birinə oturub ayaq-ayaq üstünə atdı.
-"Oturun, zəhmət olmasa. Yemək hazır olana və uşaqlar gələnə qədər bir az söhbət edək sizinlə. Bu arada adınız..."
-"Nisa."-dedim keçib qarşısına oturarkən.
-"Hmm, deməli belə. Tanış olmağımıza şadam, Nisa. Mən də Elena."
-"Şadam."-dedim və özümü ələ almağa çalışdım.
Buraya gələrkən nə düşünürdüm, amma nə tapmışdım. Ağlımın ucundan belə keçməyəcək bir şey var idisə, o da Yousef'in anası ilə tanış olmaq idi. Həm də ki, belə bir zamanda. Ağlıma gələn şey ilə bir anlığına arxama dönüb baxdım. Yousef evdə idimi görəsən? Ondan xəbərsiz kilsədən qaçaraq getmişdim və o andan bəri onu bir daha görməmişdim. Söz yox, görsəm nə deyəcəkdim onu belə bilmirdim.
-"Evdə hal-hazırda heç kim yoxdur."-deyən qadına baxmaq üçün başımı geri çevirdim.
-"Sadəcə mən və xidmətçilər. Ancaq bir azdan hamı gələcək. Ögey oğlum sevgilisini və dostlarını şam yeməyinə dəvət edib. Biz tez-tez olmasa da arada birlikdə ailə yeməyi yeyirik. Bu gün də hər şey üst-üstə gəldi, ancaq hazır bir yerdə ikən şam yeməyi yemək daha maraqlı olar deyə düşünürəm. Sizcə də elə deyilmi?"
-"Hə, əlbəttə. Ancaq mən getsəm daha yaxşı olar. Necə də olsa ailə yeməyidir."-dedim ayaqlanmağa cəhd etdikdə.
Əli ilə dayanmağımı işarə edən Elena,-"Xahiş edirəm, oturun. Ögey oğlumun olduqca fərqli olan bu dostu ilə daha yaxından tanış olmaq şansını əldən vermək istəmirəm."
Dişlərimi bir-birinə sıxdım. Yousef ilə anasının bir ortaq nöqtəsi var idisə, o da çox güman ki, məni əsəb etmək idi. Təkrar keçib yerimə oturarkən başımı dik tutaraq ona baxdım.

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Hikayelerin yaşadığı yer. Şimdi keşfedin