13. TƏLƏ

12 4 0
                                    

Salona geri döndüyümdə Robert mənə baxaraq,-"Ah, gəldinmi? Lucia harada qaldı bəs?"
Gülümsədim.
-"Ən son makyajını təzələyirdi."-dedikdən sonra üzümü dostuma dönərək,-"Morgan, artıq gedə bilərikmi? Sarışın'a yemək verməliyəm."
-"Hə, əlbəttə."-deyən dostum ilə sevgilisi ayaqlandığı an Mark'ın əziz bacısı içəriyə girdi.
-"Luci?"-deyən Mark bacısına yaxınlaşıb,-"Niyə yanaqların al-al olub belə?"-deyə soruşdu.
Gənc qız saxta bir gülümsəmə ilə qardaşına qarşılıq verdi.
-"Ciddi bir şey deyil, bayaq içdiyim içki bədənimi isitdi və hərarətimi yüksəltdi deyəsən. Həm makyajım da bir az abartılı oldu. Lakin ruh kimi görünməyimdən yaxşıdır məncə. Bilirsən ki, normalda rəngim çox solğun görünür."
Araya girib,-"Axşam yeməyi üçün təşəkkürlər."-dedim hər kəsə son bir dəfə baxaraq.-"Olduqca keyifli zaman keçirtdim."

-"İstədiyiniz zaman buraya gəlib qonağımız ola bilərsiniz

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

-"İstədiyiniz zaman buraya gəlib qonağımız ola bilərsiniz."-deyən Robert bizimlə qapıya qədər gələrkən, Mark bacısına tərəf döndü.
-"Sən gəlirsənmi?"
Lucia cavab vermədən öncə yan gözlə mənə baxdı.
-"Şey, mən..."
-"Lucia bu gecə mənimlə qalacaq. Narahat olma, güvənli əllərdədir."-deyə cavab verdi Robert.
Mark əlini Morgan'ın belinə dolayıb,-"Narahat falan deyiləm, sadəcə soruşdum. Qardaşlıq vəzifəsi falan filan. Həm mənim də bu gecə üçün başqa planlarım var."-dedikdən uzanıb sonra sevgilisini yanağından öpdü və geri çəkildi.
-"Məncə sən də özünə bir sevgili tapmalısan."-deyərək mənə sataşan yersiz şəxsiyyət Mark'a baxıb saxta bir şəkildə gülümsədim.
-"Oldu, google'da axtarış bölməsinə nə yazmalıyam? Kirayə sevgili?"
Mark verdiyim suala gülərək maşına doğru yeriyərkən Morgan yanıma geldi.
-"Lucia ilə aranızda nə baş verir?"
Çiyinlərimi geriyə çəkdim.
-"Heç nə. Niyə ki?"
Morgan mənə gözlərini qısaraq baxdı.
-"Ondan xoşum gəlmədiyi gün kimi aydındır."
-"Ola bilər, necə də olsa bu ikisi bacı-qardaşdır."-dediyimdə, dostum məni çiyni ilə dürtdü.
-"Sevgilimə sataşma."
-"Çox yorğunam, Morgan. Onsuz heç nəyə halım yoxdur. Evə gedib namazımı qılıb yatacam."
-"Yaxşı, amma..."
-"Hey, girls?! Are you coming?"-deyə maşının içindən qışqıran Mark Morgan'ın sözünü yarıda kəsdi.
-"Hə, gəlirik. Səninlə sonra ətraflıca danışacağıq, kiçik xanım."
Cavab vermədim, sadəcə başımı tərpətməklə yetindim. Və beləliklə, biz Mark'ın maşınına minib Bruklin küçələrində sürətlə hərəkət edərək Manhattan'ın rəngli gecə işıqlarına qarışdıq. Onlar ilk öncə məni evə buraxdılar və daha sonra birlikdə Mark'ın evinə doğru yollandılar. Belə bir gecədən sonra tək qalmaq ürküdücü ola bilərdi, amma mən tək qalıb özümü dinləmək istədim. İçəriyə girdiyim an Sarışın məni qapıda qarşıladı. Əyilib onu qucağıma aldım və başının üstündən öpdüm.
-"Mən də sənin üçün çox darıxdım, balaca. Səni bütün günü tək buraxdığım üçün məni bağışla."
Sarışın üzümü yalamağa başlayanda isə güldüm.
-"Yaxşı yaxşı, bu qədər yaltaqlıq yetərlidir. Gedək sənin qarnını doyuraq."-deyərək mətbəxə keçdim və pişiyimə yemək hazırlamağa başladım.
•••
Səhər sübh namazına oyandıqdan sonra bir daha yatmadım. Daha doğrusu yuxu tutmadı. İsti bir duş qəbul etdikdən sonra otağıma keçib saçlarımı qurutmağa başladım. Keçən günki hadisədən sonra nə edəcəyimi hələ də tam bilmirdim. Nə yaxşı ki, pasportum və digər lazımi sənədlərim başqa çantamda idi. Telefonu isə yenisi ilə əvəz etmək mümkündür, amma onlar da getsəydi nə edərdim heç bilmirəm. İki saat sonra üniversitetə gedəcəyim üçün yavaşdan hazırlanmağa başladım. Bu gün din dərsimiz də var idi və rahib Yousef'i yenidən görəcəkdim. Əgər sinifdəki qızlar mənim realda da onunla görüşüb söhbət etdiyimi bilsəydilər, çox güman ki, məni parçalamaq üçün sıraya girərdilər. Öz-özümə güldüm. Ruh xəstələri. Mənim bir rahib ilə nə işim ola bilər axı?
Son olaraq hicabımı da səliqəli bir şəkildə bağladıqdan sonra çantamı çiynimə asıb qapıya tərəf yeridim. Tam o an evin çöl qapısı açıldı və Morgan bitkin bir halda içəriyə girdi. Onunla üz-üzə gəldikdə və mənim onu gördüyümü hiss etdikdə Morgan solğun üzündə gülümsəmə yaratmağa çalışdı.
-"Ah! Sən hələ dərsə getməmisən?"-deyə soruşduqda, başımı iki yana salladım.
-"İndi çıxırdım. Nəsə problem var? Yaxşısan?"
Morgan əynindəki paltonu çıxarıb salondakı divana atdı və mətbəxə doğru getdi. Onu təqib etdim. Dostum soyuducudan su şüşəsini çıxartdı və özünə bir stəkan su doldurub dodaqlarına doğru apardı. Mən isə qapının girişində durmuş hələ də ondan bir cavab gözləyirdim.
-"Niyə belə solğun görünürsən?"
Stəkanı mətbəx dəzgahına qoyan Morgan,-"Gecədən qalma olanda belə oluram. Duş qəbul edib yatsam keçər."
Yanımdan keçmək istəyəndə onu qolundan tutub üzümə baxmağa məcbur etdim.
-"Mark ilə hər şey qaydasındadır?"
Morgan bir-iki saniyə cavab vermədi. Daha sonra isə gözlərimin içinə baxaraq gülümsədi.
-"Əlbəttə, biz çox yaxşıyıq. Həm nə ola bilər ki?"
-"Bilmirəm, sadəcə..."
-"Telefonsuz nə edəcəksən?"-deyə soruşan Morgan məni geridə buraxaraq salona tərəf yeridi.
-"Hələ ki, bu barədə heç bir şey düşünməmişəm. Bir çarəsini tapacam."
-"Sənə telefonumu verə bilərəm."
-"Dərsə gəlməyəcəksən?"-deyə soruşdum.
-"Havamda deyiləm. Həm din dərsi dinləyəcək qədər bu gün özümü dindar hiss etmirəm."
Dediyi şey üzərinə,-"Sözü düşmüşkən, rahib Yousef'in Robert'in ögey qardaşı olduğunu necə öyrəndin?"
Morgan əlini saçlarından keçirtdi.
-"Mark dedi. Ümid edirəm ki, o gənc rahib mənim günah çıxartmaq üçün kilsəyə getdiyimi ağzından qaçırtmaz."
-"Bunu edəcəyini düşünmürəm."-dedim öz-özümə.
Morgan'ın qaşları yuxarı doğru havalandı.
-"Eləmi? Onu nə qədər tanıyırsan ki, bu qədər əminliklə danışırsan?"
Sualını boş verib qapıya doğru getdim.
-"Birini tanımaq üçün çox uzun zamana ehtiyac olmur bəzən. Sadəcə güvənli birinə bənzəyir. Hər nəysə, mən qaçdım."
-"Hey! Telefon?"
-"Ehtiyac yoxdur. Çölə çıxsan açarı qapıdakı mopun altına qoy yetər."
-"Okey, amma sənə yenidən açarın bir kopyasını çıxartdırmaq lazımdır. "
-"Həll edərik."
•••
Dərs qeydlərimi nəzərdən yetirərkən Thomas sinifdən içəriyə girdi və mənim yanıma keçib oturdu.
-"Nə xəbər, gözəlik?"

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Hikayelerin yaşadığı yer. Şimdi keşfedin