19. TANRI'NIN EVİ

20 4 0
                                    

-"Dediyim kimi Nisa, ilin bu vaxtında universitetinin yataqxanasında boş yer tapmaq mümkün deyil

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-"Dediyim kimi Nisa, ilin bu vaxtında universitetinin yataqxanasında boş yer tapmaq mümkün deyil."-deyə cümləsini bitirən direktora heyifslənərək baxdım.
Morgan ilə olan hadisədən sonra heç kim ilə sağollaşmadan birbaşa xəstəxananı tərk etmiş və evə getmişdim. Üst-başımı dəyişdikdən sonra vaxt itirmədən internetdə özümə qala biləcəyim bir yer axtarmışdım, ancaq qiymətlər o qədər yüksək idi ki, nəinki ev kirayə tutmaq, heç yaxınından belə keçmək mümkün deyildi. Üstəlik anamla telefonda danışıb pul göndərməsini xahiş etmək üçün bir neçə dəfə ona zəng vursam da, hələ ki, heç bir şəkildə mənə geri dönüş etməmişdi. Son çarə olaraq ağlıma universitetinin yataqxanası gəlmişdi. Bir ümid bəlkə tələbələrdən gedən bəziləri olmuşdur deyə düşünərək səhər tezdən özümü direktorun otağında tapmışdım. Direktorumuz qadın olduğu üçün onunla qarşılıqlı söhbət etmək mənə daha rahat gəlirdi. Həm də o, olduqca təvazökar və alçaq könüllü bir xanım idi.
-"Sən Morgan ilə birgə yaşamırdınmı?"-deyə soruşan qadına baxmaq üçün başımı yuxarı qaldırdım.
Dodaqlarım bir-birinə bastırdım.
-"Şey, o, bu aralar ailəsi ilə zaman keçirdir və ikimiz arasında bəzi anlaşılmazlıqlar yarandı. Məhz buna görə də mən özümə ayrı bir yol təyin etmək qərarına gəldim. Lakin sözün açığı tam olaraq nə edəcəyimi bu dəqiqə özüm də bilmirəm."
-"Sənə köməklik edə bilmədiyimə təəssüf edirəm."-deyən qadına baxaraq başımı anladığımı bəlli edərcəsinə tərpətdim.
-"Edəcək bir şey yoxdur. Məni yaradan Allah, şübhəsiz, gedəcəyim yolu da göstərəcək deyə inanıram."
-"Ümid edirəm hər şey könlüncə olar, Nisa."
-"İnşallah."-deyərək çantamı çiynimə asıb ayağa qalxdım. Əlimi sağollaşmaq üçün ona uzadıb,-"Bir daha çox sağ olun. Hər şey üçün. Mən artıq dərsə getməliyəm."-dedim.
-"Yaxşı dərslər."-deyən direktora baxaraq gülümsədim.
-"Thanks."
Üzümü çevirib qapıya yönləndiyim anda otağın qapısı içəriyə doğru açıldı və otağa din müəllimimiz olan Yousef daxil oldu. Mənim otaqdakı varlığımı hiss edincə isə üzündə təəccüblü bir baxış yaranan gənc adam sual dolu baxışlarını üstümdə gəzdirdi və daha sonra özünə gələrək direktoru salamladı.
-"Sabahınız xeyir, Mrs.Nensi."
Təkrar yerinə keçib oturan direktor ona baxıb gülümsəyərək,-"Good morning, Yousef."-dedi.
Yousef önə doğru gedərək əlindəki sənədləri onun masasının üstünə qoydu və,-"Buyurun, bunlar digər sinifdə tələbələrlə keçirtdiyim imtahan suallarının nəticələridir. Sizin də boş zamanınızda onları nəzərdən keçirməyinizi istəyirəm."
Sənədləri əlinə alan qadın əlindəkiləri oxumadan öncə kənarda duran eynəyini alıb gözünə taxdı. Kağızların bəzilərinə qısa bir baxış atıb onları kənara qoyarkən yenidən eynəyini çıxartdı və,-"Olduqca maraqlı suallar verildiyini görürəm. Ətraflı nəzər yetirib sizi məlumatlandiracam."-dedi.
-"Şübhəm yoxdur."-deyə qısaca cavab verən Yousef'in baxışları yenidən üstümə düşdü.
-"Tələbəmiz xanım Zamani'ni burada görməyi heç düşünmürdüm doğrusu. Nəsə bir problemmi var?"-deyə sual verdikdə, direktor cavab vermək üçün ağzını açmışdı ki, mən cəld araya girərək,-"Xeyr, hər şey qaydasındadır."-dedim.
-"Sadəcə bir neçə sualım var idi və onları soruşmaq üçün gəlmişdim. İndi isə icazənizlə mən gedim."
Direktoru başımla salamlayıb qapıya tərəf gedərkən Yousef'in şübhəli baxışlarını hələ də üstümdə hiss edə bilirdim.
-"Xanım Zamani?"-deyə mənə arxadan səsləndiyi an tam otaqdan çıxmaq üzərə idim.
Arxamı dönüb ona baxdım.
-"Bəli?"
-"Zəhmət olmazsa, məni çöldə gözləyin. Dərs ilə bağlı sizə demək istədiyim bəzi şeylər var."
-"Əslində, mən də indicə dərsə getmək üzərə idim və..."
-"Çox vaxtınızı almayacam."-deyə sözümü kəsən adama təslim olurcasına baxdım.
-"Oldu. Çöldə gözləyirəm."-deyib otaqdan çıxdım.
•••
Uzun koridorda böyük pəncərələrdən birinin önündə durdum və ətrafı seyr etməyə başladım. Zəng hələ vurulmamışdı. İlk dərsi boş keçdiyim üçün ikincisinə mütləq girməli idim. Buna görə də saatın neçə olduğunu bilməkdən ötrü əlimdəki telefona baxdım. Ekran işığını aydınlatanda isə Amir'dən iki cavabsız zəng və bir mesaj gəldiyini gördüm. Mesajı oxumaq üçün üstünə basdım.
"Danışmalıyıq, Nisa."
Yazdığı tək şey bu idi. Telefonu iki əlimlə tutub ona mesaj yazmağa başladım.
"Nə barəsində danışacağıq ki?"
Tam bu anda direktorun qapısının açıldığını eşitdim və başımı çevirib baxdığımda mənə tərəf gələn adamı gördüm. Bu gün də bir çox günlərdə olduğu kimi qara sadə köynək və eyni rəngdə olan şalvar geyinmişdi. Köynəyi günün istiliyinə uyğun olaraq qısa qollu idi. Bu gün digər günlərdən fərqli olaraq isə sport qara ayaqqabı geyinməyi seçmişdi və bu onu daha yaşına uyğun görsədirdi. Qəhvəyi düz saçları səliqə ilə geriyə doğru daranmışdı. Əmin addımlarla mənə doğru yaxınlaşan adamı görmək üçün başımı yuxarı qaldırmalı oldum. Hərçənd mənim kimi 1.68 boyunda uzunboylu bir qız üçün belə onun boyu olduqca uzun idi. Ən azından 1.80 olduğunu düşünürdüm. Əlində tutduğu jurnalı pəncərənin önünə qoydu və mənimlə üz-üzə gəlmək üçün bədənini mənə tərəf çevirdi.
-"Hə, səni dinləyirəm."-dediyi an qaşlarımı çatdım.
-"Anlamadım? Burada gözləməyimi istəyən sizsiniz. Siz buyurun, mənə nə deyəcəkdiniz?"
Yousef cavab vermədən öncə mavi gözləri ilə ətrafa nəzər saldı və daha sonra baxışlarını yenidən mənim üstümdə cəmləşdirdi.
-"Tək qaldığımız zaman mənə sən deyə müraciət edə bilərsən."-dediyində, başımı tərpədib güldüm.
-"Bu qədər səmimi olduğumuzu bilmirdim. Lakin hal-hazırda universitetin koridorunda olduğumuzu düşünsək, sənə siz deyə xitab etməyim daha uyğundur. Hər nə qədər tələblərin bir çoxu sinifdə olsa belə."
Yousef başını bir az önə əyib,-"Çox dik başlısan."-deyə pıçıldadı.
Onun bu qədər yaxınımda olması ilə mavi gözlərini daha yaxından görə bilirdim.
-"Boynu bükük olanın cəlladı çox olar, əziz müəllimim. Dik başlı olmaq məcburiyyətindəyəm. Xüsusilə də indiki olduğum vəziyyətdə."
Yousef geri çəkildi və,-"İndiki vəziyyətin demişkən, Morgan ilə hər şey qaydasındadır?"-deyə soruşdu.
Alt dodağımı çeynəyib baxışlarımı ondan uzaqlaşdırdım. Görəsən, ona həqiqəti deməli idimmi? Başımı qaldırıb təkrar ona baxdığımda gördüyüm şey udqunmağıma səbəb oldu. Gənc adamın mavi göz bəbəkləri üzümü diqqətlə incələyirdi. Xüsusilə də dodaqlarımı. Qeyri-ixtiyarı qurumuş dodaqlarımı dilimlə islatdım və and olsun ki, nə etdiyimi daha sonra anladım. Çünki onun tündləşən kəskin baxışlarındakı şeyin nə olduğunu anlaya biləcək qədər qarşı cins ilə təmasım olmuşdu. Eyni baxışın bir bənzərini Amir'də də görmüşdüm və nə mənaya gəldiyini çox yaxşı bilirdim. Tanrım, mən günahkar qulunu şeytanın oyunlarından uzaq eylə deyə içimdən dua etdim.
Özümü ələ almağa və universitetdə olduğumuzu xatırlamağa çalışaraq,-"Morgan ailəsi ilə birlikdədir və bir müddət onlarla vaxt keçirəcək. Ciddi bir şey yoxdur yəni ki."
Yousef'in qaşları təəccüblə yuxarı qalxdı.
-"Dəqiq?"
-"Hə, əlbəttə. Başqa nə olar bilər ki?"-deyə soruşdum üzünə baxmağa davam edərkən.
-"Deməli, ciddi bir şeylər olmadığı üçün evi tərk etmək qərarına gəlmisən. Anlayıram."-deyən adama şok içində baxdım.
-"Nə? Axı, necə?"-deyə ağzımın içində mırıldandım.
-"Mrs.Nensi ilə bir az söhbət etmək fürsətim oldu deyək."
Gözlərimi yuxarı çevirib ofladım.
-"Oh, İlahi! Bunu sizə deməməli idi."
-"Səncə bu dəqiqə məsələ mənim bunu bilməyimdirmi, yoxsa sənin evsiz qalmağınmı?"-deyə sual verən Yousef'in sualını eşitməməzlikdən gəldim.
-"Dərsə getməliyəm. Gecikirəm."
Arxamı dönmək istədiyim anda əlimdən tutan bir əl ilə olduğum yerdə qaldım. Başımı çevirib əlimi tutan şəxsə baxanda isə onun nə etdiyini son anda anladığını və dərhal uzatdığı əli geri çəkdiyini gördüm. Bir xristian olması və ya bir rahib nümayəndəsi olması mənə toxuna biləcəyi anlamına gəlmirdi. Baxışlarımdakı ciddiyyəti hiss etmiş olacaq ki, üzrxahlığını dilə gətirdi.
-"Bağışla, mən bir an unutdum."-dedi baxışlarını məndən qaçıraraq.
Ona tərəf dönüb qollarımı önümdə çarpazladım.
-"Məndən tam olaraq nə istəyirsiniz, cənab rahib?"
-"Mən sadəcə kömək etmək istəyirəm."-dediyi an üzümdəki gülüşə əngəl ola bilmədim.
-"Oradan baxınca köməyə ehtiyacım var imiş kimimi görünürəm?"
Yousef bir neçə saniyə üzümə baxdıqdan sonra,-"Buradan baxınca hər şeyə rəğmən başını dik tutmağa çalışan bir qadın olmağa çalışdığını görürəm, lakin indi məsələ bu deyil. Siz iki dost arasında nə olduğunu tam bilmirəm, amma istəsən sənə köməklik edə bilərəm."
-"Mənə niyə kömək edəsiniz ki?"
Yousef'in üzündə mülayim bir gülüş yarandı.
-"Çünki sən də Tanrı'nın bir qulusan."
-"Və bu halda siz də Tanrı'nın mənə göndərdiyi xilaskarmı olursunuz?-deyə soruşdum səs tonumdakı əyləncəni gizləyə bilməyərək.
-"Bax, Nisa. Sənə gəl bizim evimizdə qal demirəm. Onsuz da bunu qəbul edəcəyini düşünmürəm. Ancaq, madam ki, hal-hazırda qalmaq üçün bir yerə ehtiyacın var, onda sənə güvənli və heç kimin ağlına belə gələ bilməyəcək bir yer təklif edə bilərəm."
Qaşlarım çatılmış və ağlım qarışmış bir halda onu dinləməyə davam edərkən,-"Bəhsini etdiyiniz yer haradır ki?"-deyə soruşdum.
Yousef çiyinlərini çəkdi və qamətini dikləşdirdi.
-"Əlbəttə ki, Tanrı'nın evi."
Ona inanamayaraq baxdım.
-"Hah! Mənə qalmaq üçün təklif etdiyiniz yer kilsədirmi? Aman Allahım!"
-"Bu qədər qəribə olan nədir, anlamadım doğrusu. Məgər Tanrı'nın evindən daha güvənli bir yer varmı?"-deyə soruşan adama dönərək,-"Mən rahibə deyiləm. Diqqətinizə çatdırmaq istəyirəm ki, əziz müqəddəs ata, mən müsəlman bir xanımam. Mənim kilsədə nə işim var?"
Pəncərə önündəki jurnalı əlinə alan Yousef,-"Bu barədə qərar verməyə tələsmə məncə."-dedi və getmək üçün hərəkətləndi.
-"Necə də olsa sən bu qədər zamandırda bir xristian ilə eyni evdə yaşayırsan. Həm də dediyin kimi müsəlman olmağına baxmayaraq. Bu gün günortadan sonra kilsədə olacağam. Səni gözləyəcəm. Həm kim bilir, bəlkə də Tanrı özü səni ayağına çağırır."

🤲🏻CAN ŞƏNLİYİM🙏🏻Where stories live. Discover now