2🦋

24 3 0
                                    

Ölüm qorxusu insanları həyatda tutan ən güclü hissdir

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

Ölüm qorxusu insanları həyatda tutan ən güclü hissdir. Və mənim hiss etdiyim də tam olaraq bu idi.
"Roza."--dedi uzaqdan bir səs.
"Yox..."
Zəifcə pıçıldadım, daha sürətlə qaçmağa başladım. Ondan qaçmalı idim, sadəcə bunu bilirdim.
"Qaç, gözəlim, qaç."
Səsi əyləncəli kimi səslənirdi, nə qədər sürətlə qaçsam da, arxamda onun varlığını hiss edirdim. Ayaqlarımın altı yerə batırdı, hərəkətlərimin çox ağır olduğunu başa düşdüm və daha da sürətləndim.
"Yox..."
Pıçıltı ilə təkrarladım.
"Məndən qaça bilməzsən, Roza."
"Yox..."
Büdrəyib əllərim və dizlərim üstə yıxıldım. Altımda palçıq hiss etdim. Əlimi qaldıranda gördüm ki, palçığa batıb. Göz yaşlarım görmə qabiliyyətimi bulandırdı və özümü saxlaya bilməyəcək şəkildə titrəməyə başladım.
"Yox..."
Gecəliyim ilə palçığı silməyə çalışdım.
"Roza."
Onun nəfəsi qulağımı sığalladı və mən arxaya çevrildim, ancaq mənim gördüyüm yalnız bulanıq bir kölgə idi.
"Məndən uzaq dur!"-deyə qışqırdım.
"Bura gəl gözəlim, gəl."
"Yox."-deyə mırıldandım, ayaqlarım nəyəsə toxunana qədər geriyə doğru getdim.
Titrəyən əlimlə ağzımı bağladım.
"Yox..."
"Hardasan?"
"Yox..."
Çiyinlərimdə bir cüt soyuq əl hiss edirdim.
-"Roza."
Gözlərimi açaraq qışqırdım.
-"Yox!"
Gözümü qırpdım, harada olduğumu anlamağa çalışdım: çarpayımdaydım. Qeyri-bərabər və tələsik nəfəslər alırdım, göz yaşlarımın rütubətini hələ də yanaqlarımda hiss edirdim.
-"Sadəcə bir kabus idi"-deyə pıçıldadım və əllərimi sinəmə qoyub sakitləşməyə çalışdım.
-"Nəfəs al, nəfəs ver."
Kabuslar hər gecə daha da pisləşirdi. Yanğının baş verdiyi gecəni xatırlamağı çox istərdim, amma bəlkə də beləsi daha yaxşı idi, mən o dəhşətli görüntülərlə üzləşməyə hələ hazır deyildim. Dərindən nəfəs alarkən ayağa qalxdım. Şkafın üstündəki saata baxdım: 5:45. Həmişə eyni vaxtda oyanırdım və yata bilmirdim.
Dəsmal və sabunu götürüb otaqdan çıxdım. Gözətçi kreslosunda yatırdı. Onu günahlandıra bilməzdim. Bütün gecəni qaçmağa çalışan qızlara nəzarət edirdi, amma dərin və sakit yata bildiyi üçün onu çox qısqanırdım.
Mümkün qədər sakit olmağa çalışaraq onun yanından keçdim və uzun karidorun sonundakı hamama tərəf yollandım. Qapını açıb içəri girdim və su səsi gəldiyini eşidəndə dayandım. Su səsi kəsildi və duş kabinasından bir qız yavaşça başını çölə çıxartdı.
-"Qorxma, gözətçi deyiləm."--dedim astaca.
Gənc qız rahat bir nəfəs aldı. Daha sonra da mənə baxdı.
-"Səhərin bu vaxtı niyə oyanıqsan?"
-"Yuxu tutmadı. Bəs sən?'
-"Mən də həmçinin. Dəsmalını istifadə edə bilərəmmi? Mən gətirməyi unutmuşam."
Başımı salladım və əlimdəki qətifəni ona uzatdım. Adını bilmədiyim və ilk dəfə gördüyüm bu qız dəsmalıma bürünerek çölə çıxdı. O, sviterini başına çəkdi və bu zaman onun biləklərindəki kəsik izlərini gördüm.
Çarəsiz halda onlara baxdım. Baxışlarımı izlədi.
-"Çox qorxuducu görünür, elə deyilmi?"
-"Bağışla, mən şey..."
-"Narahat olma, üzr istəməli deyilsən."
Mənə gülümsədi.
-"Hamımızın burada görünən yaraları var, ona görə də sakit ol."
Məhz buna görə də dünyanın ən axmaq sualını ona verdim.
-"Yaxşısan?"
Gənc qız şalvarını geyinməyə başladı.
-"Psixiatrımın dediyinə görə, vəziyyətim stabildi. Bu tamamlanmağa ən yaxındır."
Və o an anladım ki, mən onu əvvəllər heç görməmişəm.
-"Mən səni qrup terapiyasında heç görməmişəm."-dedim.
-"Ah, ola bilər, çünki nadir hallarda gedirəm."
-"Belə de..."
-"Yaxşı gecə quşu, duşunu qəbul et və gedək buradan."
Qalan paltarlarımı soyundum, dəsmalı götürdüm və duş kabinalarından birinə girdim. Suyu açdım və bədənimdə axmağına icazə verdim. O, hələ də çöldə idi. Varlığını hiss edirdim.
-"Hey!"
-"Aha?"
Sabunu bədənimin hər yerində gəzdirərkən cavab verdim.
-"Bu qədər tez uyanmağının səbəbi yuxu pozğunludurmu?"
-"Tam olaraq elə deyil. Şey, mən..."
-"Qarabasmalar?"
-"Hardan bilirsən?"
-"Bəzən belə qorxulu yuxular antidepresanların yan təsiri ola bilər, inan ki, bilirəm. Çoxlarını sınamışam."
-"Bitəcəklər?"
-"Nə?"
-"Kabuslar, nə vaxtsa bitəcəklər?"
-"Bu, bədənindən asılıdır, bir neçə aydır ki, məndə var."
Mən pijamamı geyindikdən və o, dəsmala bürünüb özünü gizlətdikdən sonra mənə baxdı və qapını açmağımı işarə etdi. Dərindən nəfəs aldım və birlikdə çölə çıxdıq. Yataq otaqlarımıza doğru getməyə başladıq.
Bu zaman mühafizəçi bizi gördü və dərhal ayağa qalxdı.
-"Bu qədər tez duşda nə edirsiniz? Sizlərə səhər altıdan əvvəl otaqlarınızdan çıxmağa icazə verilmir. Cədvəl aydındır: axşam yeddidən səhər altıya kimi otaqlarda qalmalısınız."
-"Bağışlayın."
Gənc qız aşağı baxaraq dedi.
-"Bəs sən?"
Mühafizəçi mənə işarə etdi.
Dünən axşam məni damda gördüyünü deməmişdi, amma qorxurdum ki, bu dəfə onu durdura bilməyəcəm.
-"Çox üzr istəyirik."
-"Bir daha olmayacaq."
O, yenidən danışdı.
-"Bunu bildirməliyəm."-dedi və uzaqlaşmaq üçün çevrildi.
-"Bəs sən necə? Yuxudan zövq aldın?"
Sualı eşidən qadın susdu və bir az da gərginləşdi.
-"Bizi şikayət etsən, bizi görmədən duşa necə girdiyimizi düşünəcəklər. Səncə, müdir yuxuda olduğun üçün bizi görmədiyini bilmək istərdimi? Mən pis olmaq istəmirəm, amma ikinci mərtəbəyə çıxmaq fikrim yox idi."
Tək qaşını qaldırıb;
-"Məni şantaj edirsən?"
Bir daha bizə tərəf döndü. Yanımda duran qız qorxu içində geri çəkildi.
-"Bu barədə düşünməyə belə cəsarət etmə. Mən hər şeyi inkar edəcəyəm və sizcə kimə inanacaqlar? Mənə, yoxsa sizin kimi bir neçə dəli yeniyetmə?
-"Aydındır... "
Mühafizəçi gülümsədi.
-"Amma bu müəssisədə kameralar var, elə deyilmi?
Onun təbəssümü anında soldu.
-"Çox uzun yatdığın bütün o gecələrdən xəbərdar olsalar, görəsən nə olar?"
O, çarəsiz halda mızıldandı.
-"Yaxşı, kimsə sizi görməmiş otaqlarınıza gedin."-deyə səsləndi, amma mənə əhəmiyyət vermədi.
Yanımdakı qız ilə mən sürətlə koridorda getdik.
-"Bu, əla idi."
Mənə gülümsəyərək dedi.
-"Sağ ol."
Qapımın qarşısında dayandım.
-"Bu mənim otağımdır."
-"Səninlə tanış olmaq çox xoş idi. Şey...?"
-"Rozalinda. Adım belədir. Amma Roza deyə bilərsən."
-"Hə, lap yaxşı. Mən də Larissa."
Gülümsədi. Və yenidən irəliyə doğru yeriməyə başladı. Bir qədər sonra uzun karidorda gözdən itdi.
Otağıma girdim. Düşüncəli bir halda yatağa ki keçdim. Varlığıma son qoymaq fikri hələ də beynimdə gizlənirdi, amma yenidən həyata marağım artmışdı.
Bəlkə də antidepresanlar təsir etməyə başlamışdı.
🦋
Bir neçə saatdan sonra çənəm yenidən əllərimin üstündə dayanaraq sinifdə oturmuşdum. İstədiyim zaman çölə baxa bilmək üçün həmişə pəncərənin yanındakı stulu seçirdim. Bu mənim buradan tək qaçış yolum idi.
-"Roza."
Ülkər arxamdan pıçıldadı.
-"Nə?"
-"Dünən rus dilində mənə kömək etmədin və bu gün günorta imtahanım var."
-"Bağışla, unutmuşam."
-"Naharda mənə heç olmasa bir neçə şeyi izah edə bilərsənmi?"
-"Əlbəttə."
-"Təşəkkürlər! Sən bir günəşsən."
Mən həyətdəki ağaca baxarkən, professor dünyada mövcud olan müxtəlif dinlər haqqında danışmağa davam etdi.
"Qorxaqlar Cənnətə girə bilməzlər...".
Damdakı şəxsin sözləri yadıma düşdü.
Kim idi ki, o?
Mərkəzdəki bir xəstə olduğuna əmin idim, amma qızlar tərəfinin damında nə işi vardı?
Ağlıma bir görüntü gəldi: gözləri və dolğun dodaqları. Onda görə bildiyim tək şey bu idi. Ah çəkdim, o qərib şəxs haqqında düşünməyi dayandırmalı idim.
Günün qalan hissəsi adi iş rejimi ilə keçdi: daha çox dərs. Naharda Ülkər'ə rus dilini öyrətməkdən əyləndim; Xarici dilləri çox yaxşı bilmirdi. Sonuncu dərsimdən çıxdım və yataqxanaya getdik. O, evi haqqında danışarkən mən ona yoldaşlıq etdim. Kitabları sinəmə tutub dediklərinə qulaq verdim.
-"Mən qışqırdım, amma o, məni narahat etməyə davam etdi."-dedi və güldü.
Birinin yaxınlaşdığını gördüm və baxmaq üçün başımı qaldırdım.
Birdən dayandım: arıq, səliqəli biri bizə tərəf gəlirdi. O, psixi xəstəxananın formasını geyinmişdi: mavi köynək və ona uyğun şalvar. Qollarının əzələləri sanki müəyyən edilmişdi, lakin heç bir şişirtmə olmadan bədəni ilə uyğun görünürdü. Əlləri isə şalvarının cibində idi. Mən onu dərhal tanıdım: o idi...
Kölgə adam.
Onun çox yaraşıqlı olduğunu düşünürdüm: iti burun, mükəmməl müəyyən edilmiş yanaq sümükləri, qulaqlarını örtən və alnına düşən dağınıq qara saçlar kimi tünd qaşlar. Onun özünəməxsus yaşıl gözləri var idi və mən özümün yaxşı xatırladığım o dolğun dodaqlara baxmadan edə bilmədim.
O, üz ifadəsində aydın maraqsızlıqla mənə bir saniyə baxaraq bizdən tərəf getdi. Yanımdan keçdi və and içirəm ki, onun gizlicə gülümsədiyini gördüm.
-"Roza? Hey?"
Ülkər'in səsi məni reallığa qaytardı.
-"Hey?"
O, güldü.
-"Bu oğlan səni tamamilə şoka saldı ki."-dedi və mənə gülümsədi.
-"Yaraşıqlıdır, elə deyilmi?"
-"O..."
-"Ah, təəssüf ki, danışmır."
-"Nə?"
Qaşımı çatdım.
-"Bəli, ona nəsə olub, danışmağı dayandırıb. Mən hekayəni tam bilmirəm, amma bircə onu bilirəm ki, o, ruhi xəstəxananın direktorunun oğludur, ona görə də istəsə qızların tərəfində də dolaşa bilər. O, qısa müddətdir ki, buradadır."
-"Niyə xəstəxanaya yerləşdirilib ki?"
-"Çox yaxşı sualdır, mənim bu haqda öz nəzəriyyəm var. Düşünürəm ki, o, travmatik stressdən əziyyət çəkir və buna görə də danışmağı dayandırıb. Məncə onun başına pis bir şey gəlib."
-"Vay, sən lap psixoloq olmusan."
-"Təşəkkürlər, təşəkkürlər."
Ağlım hələ də Ülkər'in bayaq dediklərinə yönəlmişdi...
O, danışmırdımı?
Amma mən onu damda görəndə əmin idim ki, o, mənimlə danışırdı.
O, idi, elə deyilmi?
Yanlışmış ola bilməzdim, o yaşıl gözlərin özünəməxsus aurası var idi.
Otağıma əvvəlkindən daha çox maraqla daxil oldum. Yataqda oturdum, qollarımı ayaqlarıma dolayıb sinəmə doğru çəkdim. Çənəmi dizlərimin üstünə qoyub dərin bir ah çəkərək rahat yastıqlarıma uzandım.
Depressiyada olan insan həmişə otaqda qapalı qalır və işıqları sönmüş halda ağlayır. Bəzən sinifdə hər kəslə gülümsəyərək danışan gördüyünüz o qız, ya da sizi güldürən o oynaq uşaq... Həmişə maska taxırlar. Onlar sevinci əks etdirə bilərlər, amma bu real deyil. Depressiya yalnız boz miqyasda ölçülə bilər; Bu qədər mürəkkəb və anlaşılmaz olan bir insan ağlına gəldikdə ağ-qara deyə bir şey yoxdur. Hamımızın depressiya ilə eyni şəkildə mübarizə apardığımız barədə yayılmış fikir yanlışdır. Ağlımız bənzərsizdir, fiziki olaraq fərqli olduğumuzu görə biliriksə, problemlərimizlə fərqli şəkildə məşğul olduğumuza inanmağın niyə bu qədər çətin olduğunu heç vaxt başa düşə bilmirəm.
Mənim üçün depressiyaya düşmək həyatı dumanın içindən görmək, burada olmağın nə üçün vacib olduğunu hiss edə bilməmək və ya xatırlaya bilməmək, bütün bunların mənasının nə olduğunu düşünmək kimi bir şey idi.
Həyat sözün əsl mənasında dəyərini itirir və gündən-günə yaşamaq daimi bir döyüşə çevrilir. Və sən, hər zaman daxildə boğulursan.
Ah... və bir də o dərin ağrı...
Bərabər fiziki ağrı yoxdur. Sanki sinəmdə məni yeyib hər şeyi alan bir boşluq var.
Gözlərimi yumanda kabusları xatırladım. Yox, yatmaq istəmirdim, daha bir kabus görmək istəmirdim, o səsi eşitmək istəmirdim, yanğını görmək istəmirdim.
Durdum.
Getməliydim, bir şeylə məşğul olmalıydım, bu dörd divardan başqa bir şey görməliydim. Kim bilir, bəlkə onda fikrimi yayındırıb kabusları qova biləcəkdim.

  Kim bilir, bəlkə onda fikrimi yayındırıb kabusları qova biləcəkdim

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
ÖLÜ KƏPƏNƏK 🦋Wo Geschichten leben. Entdecke jetzt