7🦋

17 3 0
                                    

-"Salam

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

-"Salam."--deyə pıçıldadı Xan.
Qaşlarımı çatmış halda ona baxdım və qollarımı çarpazladım.
-"Məni təqib edirsən?"
-"Bunu istəyirsən?"-deyə soruşdu təbəssümlə. Onun yaşıl gözləri həzz ilə parıldadı.
-"Sənin burada nə işin var?"
Ətrafa qısa bir baxış atıb,-"Heç, divarların santimetrlərini ölçürdüm.”-dedi.
Onun cavabına,-“Bura qadınlar tualetidir amma."-deyə cavab verdim.
-"Mən də əksini iddia etmədim."
-"Bu təsadüf deyil. Sən məni izləyirsən?"
-“Sən çox eqoistsən, Rozalinda. Səncə, səni izləyərək dəyərli vaxtımı boş yerə itirərəm?"
Çiyinlərimi çəkdim.
-"Bəlkə də. Bilmək olmaz."
-"Səhvdəsən."-dedi və mənə tərəf addımladı.
Bir qədər aramıza məsafə qoyaraq qarşımda dayandı. Gözlərimi qeyri-ixtiyarı yumdum.
-"Mənə bax."-dedi.
Göz qapaqlarım yavaşca aralandı.
-"Nə etməyə çalışırsan?"-deyə soruşdum gözlərimi üstündən çəkmədən.
Xan daha bir addım atdı, çənəmdən tutdu və birbaşa gözlərimin içinə baxdı. Onun bədənindən yayılan istiliyi hiss edirdim. Biz təhlükəli dərəcədə yaxın idik. Ürəyim dəli kimi döyünməyə başladı. Yavaşca mənə tərəf əyildi və nəfəsini üzümdə hiss etməyimə icazə verdi.
-"Xan.."-deyə pıçıldadım fərqində olmadan.
Etiraz etdim və başımı çevirməyə çalışdım, lakin o, çənəmi daha möhkəm tutdu. Dodaqları az qala dodaqlarıma toxunurdu. Gözlərimi yumub nə etdiyimi bilmədən gözlədim. Bədənim od tutub yanırdı. İçimdə baş qaldıran duyğular məni fərqli şeylər düşünməyə vadar edirdi. Sanki mən getmişdim və yerimə başqa biri gəlmişdi.
Nə vaxt belə arsız bir qız olmuşdum?
Bir neçə saniyədən sonra təəccüblə gözlərimi açdım. O, gülümsəyirdi. Bir sözlə mənimlə əylənirdi.
-"Həqiqətən səni öpəcəyimimi düşünürdün?"-deyə istehza ilə soruşdu. Mən bütün gücümlə onu itələdim. Hiss etdim ki, damarlarımda qəzəb və utanc axır.
-"Sən axmaqsan!"
Qapıya tərəf getdim. Titrəyən əlimlə dəstəyi tutdum. Qapının bağlı olduğunu biləndə isə məyusluq məni bürüdü. Üzümü hələ də istehza ilə gülümsəyən Xan'a çevirdim. Əlini yuxarı qaldıraraq bir cüt açarı mənə göstərdi.
-“Sən bir müddət bu axmaqla birlikdə burada qalmağa məhkumsan, gözəlim."
-"Dəli olmusan?"
Xan açarlarla oynayaraq onları çevirdi.
-"Bu xəstəxanada olan hər kəs dəli deyilmi?"
-"Qapını niyə bağladın?"
-"Səninlə əylənməyi xoşladığımı demişdim."
-"Qapını aç."-dedim ciddi bir halda.
Onunla tək qalmaq fikri xoşuma gəlmirdi, hər dəfə bizi qəribə bir axın bürüyürdü.
Xan əylənərək divara yenidən söykəndi.
-"Olmaz. Ən azından bir müddətliyinə."
İç çəkdim.
-"Sənin burada nə işin var, Rozalinda?"
-"Sənə nə? Ürəyim hara istəyir ora da gedərəm."
-“Hm, siz iki qız xəstəxana qaydasını pozursunuz demək."
Qollarımı sinəmdə çarpazladım və tek qaşımı qaldırıb ona baxdım.
-"Sonra?"
-"Heç. Sadəcə fikirləşmişdim ki, siz öz keçmişinizi mükəmməl saxlamağa çox əhəmiyyət verirsiniz."
-"Nə demək istəyirsən...?"
-"Heç nə."
Çiyinlərini çəkdi və mənə gülümsədi.
Nəsə demək üçün ağzımı açdım, amma tez bağladım. Xan mənim haqqımda nəsə bilirdi. Mənimlə sanki hər şeyi bilirmiş kimi danışırdı. Bu necə mümkün ola bilərdi axı? Bir qədər sonra isə hər şeyi başa düşdüm. O,  xəstəxana direktorunun oğlu idi. Xəstələrin sənədlərinə asanlıqla girişi ola bilərdi. Bir əl üzümün qarşısından keçdi.
-"Hey? Hara uçub getdin?"
Xan məni fikirlərimdən oyandırdı və indi tam qarşımda idi. Onu yaxınlığımda bir az əsəbi hiss etdim. Yaşıl gözləri valehedici idi və belimdən aşağı bir titrəmə göndərdi.
-"Qapını aç."-deyə sakit səslə təkrar etdim.
O, işarət barmağını dodaqlarıma aparıb bir addım irəli gələrək məni qapıya tərəf itələdi. Əlini arxamdakı qapıya dayamaq üçün qolunu belimə doladı. Ona baxmadım və o, boş əli ilə çənəmdən tutaraq məni üzünə baxmağa məcbur etdi. Şübhəsiz ki, bu, onun etməkdən həzz aldığı bir iş idi.
-"Məndən qorxursan?"-deyə üzümə əyilərək soruşdu.
Özümü dodaqlarına baxmadan saxlaya bilmədim, çox yumşaq və nəmli görünürdülər, lakin bir neçə dəqiqə əvvəl məni necə alçaltdığını xatırladım və,-"Geri çəkil!"-dedim.
Onu itələmək üçün əllərimi sinəsinə qoydum. Amma təbii ki, o, bir heykəl kimi yerində sabit dururdu.
-"Məni rahat burax."
-"Niyə?"
Gözlərinin içinə baxdım və mənə gülümsədiyini gördüm.
-"Səni qəzəbləndirirəm?"
Əlbəttə, amma bunu heç vaxt ucadan deməzdim.
-"Yox, sadəcə..."
Onu yenidən itələməyə çalışdım. Olmadı. Saçımdan bir azını tutdu və yavaş-yavaş onunla oynadı.
-"Niyə məni tək qoymursan?"
O, fikirli halda başını tərpətdi.
-"Bağışla, bunu edə bilmərəm. Məni çox əyləndirirsən."
Mükəmməl dişlərini nümayiş etdirərək mənə əyri bir təbəssüm bəxş etdi.
Məyus halda ah çəkdim və ondan uzaqlaşmaq üçün kənara çəkilməyə çalışdım, amma o, biləklərimdən tutub üzümün hər iki tərəfində əllərimi qapıya yumşaq bir şəkildə basdı. Kifayət qədər itələsəm, özümü azad edə bilərdim, amma bunu istəyirdimmi?
Qızarmağa başladım, çox yaxın idik. Aramızda sükut hökm idi. Gözlərimi yerə dikmişdim. Başımı qaldırmağa cəsarət etmədim, çünki üzümüzün nə qədər yaxın olacağını bilirdim. Ürəyimin sinəmdə çarəsizcə döyündüyünü və nəfəsimin nizamsızlaşdığını hiss edirdim.
-"Mənə bax, Rozalinda."-dedi və dodaqlarını qulağıma yaxınlaşdırdı.
Onun burnunun ucu qulağıma sığal çəkərək bütün bədənimə sızlanma hissi göndərdi.
-"Mənə bax."-deyə pıçıldadı.
İçimdən soyuq bir hiss keçdi və yatmış hormonlarımı oyatdı.
-"Burax..."
Ciddi səslə danışmağı bacardım.
-"Mənə bax."-dedi və geri çəkildi biraz.
Onun yaşıl gözlərinə bir daha baxmaq üçün başımı qaldırdım.
-"Məndən nə istəyirsən?"
Çaşqın halda soruşdum.
-"Niyə danışdığın tək insan mənəm?"
Üzündəki sevinc tezliklə söndü və yerini soyuq bir ifadə aldı.
-"Sənə dedim, çünki məni əyləndirirsən."
-"Elə bu?"
-"Şş, sus"-dedi və mənə tərəf əyildi.
Donub qalmışdım.
Onun üzü hər keçən saniyə mənim üzümə daha çox yaxınlaşırdı. Nə edəcəyimi bilmədim... Yenə məni ələ salacaqdı?
-"Səni öpmək istəmədiyimimi düşünürsən?"--deyə yavaşça pıçıldadı dodaqlarıma doğru.
-"Ah Rozalinda, inan mənə bunu nə qədər istədiyimi təsəvvür belə edə bilməzsən. Etmirəm, çünki bilirəm ki, sənin dodaqlarının dadına bir dəfə baxsam özümü ələ ala bilməyəcəm. Belə ki, oğlanlar tualetində olmağımıza belə baxmayaraq sənə elə burdaca sahib olacam. Və sən bu dəqiqə özünü mənə böyük bir xoşluqla təslim edəcək haldasan."
Gözlərimi heyrətlə açdım.
-"Oğlanlar tualeti?"
Başını aşağı-yuxarı tərpətdi.
-"Yad insanların verdiyi heç bir şeyi içməməlisən, gözəlim."
-"Anlamıram. Nə demək...."
Geri çəkildi və divara söykəndi. Mənə başdan aşağı baxdı. Bu məni utandırırdı.
-"Tərləyirsən, göz bəbəklərin böyüyüb və tez-tez qoruyan dodaqlarını yalayırsan."
O, bunu deyəndə fərqində olmadan dodaqlarımı dilimlə yenidən islatdım. Dərin bir nəfəs verdi və bir saniyəliyinə gözlərini yumdu.
-"Səni bura kilitləməsəydim, çox güman ki, indi hansısa qaranlıq bir küncdə ayaqlarını tanımadığın hər hansısa bir oğlana aralamışdın. Sabah oyandığında isə nə etdiyini belə xatırlamayacaqdın."
-"Nə? Məni nə zənn edirsən?!"
-"Larissa."-dedi qısaca.
Davam etməsini gözlədim. Hər şey çox bulanıq idi. Ağlım baş verənləri anlamağa çalışırdı. Sonra onu, mənimlə söhbət etməyini və mənə içməyə bir şeyler gətirdiyini xatırladım. Əllərimi saçlarımdan keçirtdim. Aynaya tərəf döndüm və sürətimə baxdım. Oradaki qız mən deyildim. Xan'a baxdım güzgünün ardından. Əlində tutduğu siqareti dodaqlarına apardı.
-"Mənə nə verdi?"
Başını yuxarı qaldırıb dumanı üfürdü.
-"Çox güman ki, afrodiziak."
Heyrətdən dodaqlarım aralandı.
-"Nə? Axı o...."
Sözümü kəsdi.
-"Nə? O, sənin dostun idi?"
Başını aşağı salıb güldü.
-"Çox safsan."
Şok olmuşdum. Əgər Xan məni izləməsəydi və arxamca gəlməsəydi nələr olacaqdı kim bilir? Başım ağrayırdı. Arxaya doğru səndələdim. Xan məni belimdən tutdu. Ona tutundum.
-"Keçəcək. Biraz döz."
Bu mümkün deyildi. Qarşımda Xan var ikən bu heç mümkün deyildi. Yanaqlarım qızardı və çox güman ki, o, mənim nə düşündüyümü anlayırdı. Yerin dibinə girsəm bundan yaxşı idi. Əli yanağıma toxundu və gözlərimin içinə baxdı.
-"Xəyallarını bir gün gerçəkləşdirəcəyəm gözəlim, amma bu gün deyil."
Qapının döyülməsi ilə bir-birimizdən ayrılmaq məcburiyyətində qaldıq.
-"Roza? Ordasan?"
Qarşı tərəfdən dostumun narahat səsi eşidildi.
-"Hə, buradayam."-dedim.
Xan'a baxıb qapını açmağın işarə etdim. O açarı kilidə saldı və çevirdi. Açılan qapının önündə duran Ülkər ikimizə də heyrət ilə baxdı.
-"Qapı niyə bağlıdır? Və siz ikiniz oğlanlar tualetində nə edirsiniz?"
Xan çox rahat görünürdü. Mən isə utancdan qıpqırmızı olmuşdum.
-"Heç bir fikrim yoxdur."-dedim, yalan danışaraq o, isə mənə baxıb gülümsəyirdi. Daha sonra baxışları dostuma döndü və soyuq bir ifadə ilə, ona baxdı. O sırada yanımıza uzun boylu bir oğlan yaxınlaşdı və Ülkər'ə dönüb,-"Nəsə problem var?"-dedi.

 O sırada yanımıza uzun boylu bir oğlan yaxınlaşdı və Ülkər'ə dönüb,-"Nəsə problem var?"-dedi

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Mən ona baxanda şok oldum. O, bayaq bir kənarda durmuş məni izləyən oğlandan başqası deyildi, amma buna baş yoracaq halım heç olmadığı üçün üstələmədim. Çox güman ki, bərbad görünürdüm. Ülkər'in yanında duran gənc oğlan,-"Onu qızlar olan binaya apar və yatağa girdiyindən əmin ol. Bərbad görünür."-dedi.
Ülkər dəhşətli baxışlarını mənə tərəf çevirdi.
-"İlahi! Roza, yaxşısan?"
Xan kinayə ilə güldü. Ülkər dolu gözlərlə mənə baxırdı.
-"Bağışla məni, belə olacağını bilə bilməzdim."
Xan indi də ona qəzəblə baxırdı. Adını bilmədiyim gənc oğlan isə mənə baxaraq danışırdı.
-"Buradakı hamı qarşı cinsin nümayəndələridir. Onlardan biri belə dostunla bilə istəyə və ya səhvən birlikdə olsa heç kim onları günahlandırıb cəzalandıra bölməz. Çünkü..."
-"Çünki hamısı psixoloq sənədi ilə ruhi xəstələrdir."-deyə cümlənin ardını tamamladım. Ülkər'ə çevirdim üzümü.
-"Gedək buradan. Apar məni."
Ülkər'dən dəstək alaraq çıxışa tərəf yeriməyə başladım. Yanındakı oğlan da bizi izlədi. Biz gedərkən Xan hələ də qapının yanında durmuşdu. Üzümü yan çevirib ona baxanda gülümsədi və dodaqları mənim anlayacağım formada tərpəndi.
"Hələlik."

"

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
ÖLÜ KƏPƏNƏK 🦋Hikayelerin yaşadığı yer. Şimdi keşfedin