32🦋

9 2 0
                                    

Zəncirlənmiş

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Zəncirlənmiş....Özümü həm ruhən, həm də bədənən belə hiss edirdim artıq.
Sənan o gecə məni otağıma apararkən bütün bədənim boz tutmuşdu, lakin heç bir şey qorxduğum kimi olmadı. Mənə qarşı hər hansı bir zorakılıq etmədi, amma yenədə də, onunla yan-yana olmaq, varlığını ətrafımda hiss etmək məni gərgin hiss etdirirdi. Onda adlandıra bilmədiyim çox şey var idi.
Yetimxanadamı böyümüşdü? Bəs belə bir insana necə dönüşmüşdü? Suzanna ilə həqiqətdə nə kimi bir əlaqələri var idi? Ağlımda bir sürü suallar vardı...cavabsız suallar. Və heç birinə cavab tapa bilməmişdim.
🦋
Aradan neçə gün keçdiyini bilmirdim, bir zaman sonra saymağın mənası olmadığını anladım. Bircə onu bilirdim ki, zaman keçdikcə ümidsizlik və kədər öz yerini ailəmin öldürülməsindən sonra məni dəfələrlə bürüyən bir hissə buraxırdı: hissizləşmək. Nə qədər çalışsam da, heç nə hiss edə bilmirdim. Heç nəyi dəyişdirə bilməyəcəyim halda, özümü bu vəziyyətdən çıxarmaq üçün heç nə edə bilmirəmsə, hiss etməyin nə mənası vardı ki? Hər gün eyni idi: yuxudan oyan, duş qəbul et, səhər yeməyi ye, çöldə gəz, nahara gəl, televizora bax, şam yeməyi ye, gecə yat.
Başqa bir şey etmək istəmədiyim üçün yatmaq qərarına gəldim, heç olmasa yatarkən acı reallıqlarımdan qaça bilirdim.
Soyuq...
Qorxu...
Qaranlıq...
Ağzımdan çıxan nəfəsimi soyuq havada görürdüm. Titrəyirdim, yalın ayaqlarım hər addımda islanmış torpağı qazırdı. Paltarımda o qədər ləkələr var idi ki, ağdan çox qara kimi görünürdü. Barmaqlarımı yavaş-yavaş önümdə gəzdirdim. Niyə bu qədər ləkə vardı? Mən titrəməyi dayandıra bilmirdim.
"Qaçmalısan, Roza."
"Bacarmıram."
Sonra arxamda qorxulu bir uğultu eşitdim. Arxaya baxıb meşənin içinə qaçmağa cəsarət etmirdim, dönə-dönə büdrəyirdim. Ayaqlarım o qədər uyuşmuşdu ki, demək olar ki, ağrı hiss etmirdim. Arxamda ayaq səsləri eşidirdim. Məni izləyirdi, məni tutmaq istəyirdi. Lakin o, tələsmirdi, çünki bilirdi ki, mənim ondan xilasım yoxdur.
Qalın bir budağa ilişib yıxıldım və əllərimlə dizlərimin üstünə düşdüm. Yerdən bir budaq götürüb ayağa qalxdım və ona tərəf döndüm.
"Uzaq dur!"
Başını aşağı saldı.
"Roza."
Qollarım titrəyirdi, amma budağı sabit tuturdum.
"Yetər."
Dodaqlarımdan bir hıçqırıq qaçdı. 
"Yalvarıram, məni rahat burax."
"Olmaz."
Mənə tərəf bir addım atdı və mən budaqla ona vurdum. Amma o, budağı havada tutaraq əllərimdən çəkib aldı və məni itələdi. Yerə yıxıldım və o da üstümə çıxdı. O qədər qışqırırdım ki, qulaqlarım ağrıyırdı, amma onun vecinə belə deyildi. Heç kimin məni eşitmədiyini bilirdi. Mübarizə etdim, qollarına vurdum, amma heç nə olmadı. Bir əli ilə biləklərimdən tutub başımın üstündə torpağa basdırdı.
"Yalvarıram, burax." 
Mənə tərəf əyilib qulağıma pıçıldadı:
“Şşş."
Onun boş əli paltarımın altına gedib parçanı yuxarı sürüşdürdü və ayaqlarımı sığalladı.
"Yox."
Mənə toxunan soyuq barmaqları mənim unutmağa çalışdığım, xatırlamaq istəmədiyim bir şeyi xatırladırdı.
"Yox! Yalvarıram!'
Siqaret və içki qoxusunun xatirəsi, boynuma toxunan saqqalın hissi ürəyimi bulandırırdı.
Xatırlamaq istəmədiyim nədir? Niyə bu vəziyyət mənə tanış görünür? Bu əvvəllər mənim başıma gəlməyib, elə deyilmi?
Onun barmaqları alt paltarıma çatanda özümü iyrənc hiss etdim.
Bulanma hissi ilə yuxudan oyandım. Hamama qaçdım və dünənki yeməyi qusdum. Tualetin qabağında yerdə oturub sakitləşməyə çalışdım. Üzümün hər tərəfindən soyuq tərlər axırdı.
"Yox, dayan, yalvarıram..."
Gələn kəskin ağrı ilə iki başımı tutdum.
Nə baş verirdi?
Divara söykəndim və dərindən nəfəs almağa çalışdım. Titrəyən əllərimi ayaqlarımın üstünə qoydum.
-"Sakitləş. Hər şey yaxşıdır. Sən yaxşısan. Nəfəs al, dərin-dərin nəfəslər."
Kabusumdan gələn siqaret və içki qoxusunu xatırlayanda növbəti ürəkbulanma dalğasına məruz qaldım və tualetə əyilib yenidən qusdum. İsti göz yaşları yanaqlarımdan aşağı yuvarlananda özümü bərk-bərk qucaqladım.
Sonra isə saçlarımı tutan isti bir əl hiss etdim, digər əli isə kürəyimi yumşaq bir şəkildə sığallayırdı. Onu özündən uzaqlaşdırmaq istəyirdim, amma buna gücüm çatmırdı.
-"Nəfəs al, Roza."
Onun səsi yumşaq idi. 
-"Yavaş-yavaş."
Dediyini etdim.
Yavaş-yavaş ciyərlərimi hava ilə doldurdum. Suzanna belimdən tutaraq ayağa qalxmağıma kömək etdi, sonra üzümü və ağzımı yumağıma da kömək etdi. Güzgünün əksində, tam arxamda onu görürdüm. Gözlərinin hər hərəkətimi necə narahatlıqla izlədiyini görə bilirdim. Özümə gələndə onu yanımdan uzaqlaşdırdım.
-"Çəkil, sənin yardımına ehtiyacım yoxdur. Mənə dostunmuşam kimi davranma."
O, geri addım atdı və,-"Pis yuxu gördün?"-deyə soruşdu.
-"Hə, yuxumda onu gördüm."-dedim və başımda ağrı ilə ona tərəf döndüm.-"Meşədə sevgilinin mənə nələr etdiyini xatırladım, o..."
Yeni bir ürəkbulanma dalğasına məhəl qoymamağa çalışaraq geri çəkildim.
-"Bizdən iyrənirsən."-dedi öz-özünə.
Suzanna bir anlıq yaralı göründü.
-"Bu... sənin düşündüyün kimi deyil."
-"Doğrudan?" 
-"Bilmədiyin çox şey var, Roza."
-'Məni belə çağırma! Mən sənin dostun deyiləm."
Başım hələ də ağrıyırdı.
Heç nə demədi, ona görə də otağa qayıdarkən onun yanından keçdim. Çarpayıda oturub başımı masaj etməyə başladım. Suzanna arxamca gəldi və qarşımda dayandı.
-"Səhər yeməyinə nə istəyirsən?"-deyə məni dilsiz qoyan həvəslə soruşdu. 
-"Ac deyiləm."
-"Rozalinda, yemək yemək lazımdır, xüsusən də çox qusduqdan sonra."
Onu tanımayan hər kəs onun həqiqətən də mənim üçün narahat olduğunu söyləyərdi.
-"Mən yaxşıyam."
🦋
Səhər yeməyi üçün salona gəldik və yeməyə güclə toxundum. Gün başqaları kimi keçdi.  Axşam olanda isə Sənan və Suzanna sirli bir filmin içində idilər. Zaman keçdikcə onların filmləri nə qədər çox sevdiklərini kəşf etmişdim. Üç nəfərlik böyük divanda oturmuşduq, Sənan bir küncdə, Suzanna ortada, mən isə digər bir küncdə. Məsafəmizi saxlayırdıq. Normal görünürdük. Sanki üç xəstə deyil də, üç normal insan imiş kimi.
Sənan'a baxdım. Fikirləşirdim ki, nə vaxtsa qızlar onun sehrinə düşüb və bu canavarla razılığa gələrək cinsi əlaqədə olublar. Onun nəyə qadir olduğundan xəbərləri var idilərmi görəsən? Əslində onları qınaya bilməzdim, ilk baxışdan təhlükəli görkəmi çox cəzbedici idi. Bir çox qız oğlanlarda olan bu auranı sevir. Sadəcə bilmədikləri bir şey var isə, o da Sənan'ın həqiqətdə nə qədər təhlükəli olduğu idi.
Baxışlarımı gördükdə iki rəngli gözləri mənimkilərlə qarşılaşdı. Heç nə demədi və mən popkorn çeynəyərkən o, məni izləməyə davam etdi.
-"Filmi qaçırırsan."-dedim baxışlarından narahat olaraq.
-"Sənə baxmaq məni daha çox əyləndirir." -deyə cavab verdi.
-"Ah, əlbəttə, sizin kuklanız olduğumu unutmuşdum."
Gülümsədi.-"Biz bunu heç vaxt deməmişik."
-"Deməyə ehtiyac yoxdur."
-“Bu gün keyfi yoxdur."-dedi Suzanna ona baxaraq.
-"Necə ola bilər ki?"-deyə tərs-tərs baxdım ikisinə də.
-"Öyrəşəcəksən."
Bunu deyən Sənan idi.
-"Mənə deyin görüm, bir insanı məhbus olmağa məcbur etmək necə bir hissdir? Düşünürəm ki, bu sizə özünüzü daha güclü hiss etdirir."
Sənan'ın üzünün dəyişdiyini, dediklərimə əsəbiləşdiyini və ya bir az hirsləndiyini demək istərdim, amma əvəzində dodaqlarında əyri bir təbəssüm yarandı.
-"Asi olmağını sevirəm. Sən bizim oyuncağımız deyilsən. Sən heç vaxt belə olmadın."
-"Hə, əlbəttə."
Popkorn qabını stolun üstünə qoyub ayaqlarını yerə qoydu. Mənə olan baxışı xoşuma gəlməmişdi.
-"Qarğa, rahat dur."-dedi Suzanna ona xəbərdarlıq edib.
Amma durmadı.
Sənan o qədər sürətlə hərəkət etdi ki, sadəcə qışqıra bildim. O, topuqlarımdan tutub məni özünə tərəf çəkdi və məni divanda üzüstə uzanmağa məcbur etdi. Sonra üstümə çıxdı və üzümü az qala divanda basdıraraq budlarımın arxasında oturdu. Biləklərimi belimdə tutmaq üçün çevirdi. Divanın yumşaqlığında çıxılmaz iniltilər buraxaraq onunla mübarizə aparırdım.
-"Burax məni, əclaf. Burax!"
Biləklərimi sıxdı və boş əli ilə arxama şillə vurdu. Bacardığım qədər qışqırdım.
-"Qarğa, əl çək ondan."-dedi Suzanna önə doğru addım atıb.
Sənan başını qaldırıb ona qəzəblə baxanda isə o, məcbur geriyə çəkildi.
-"Əgər sən mənim oyuncağım olsaydın..."-deyərək əyilib soyuq səslə qulağıma pıçıldadı,-"sənə daha bir neçə şillə daha vurardım və sonra sənə elə buradaca sahib olardım. Belə ki, yerindən durmağa halın belə olmazdı, inan mənə."
-"Burax! Burax məni! Sən xəstəsən!"
Qışqırdım və mübarizə apardım. 
-"Burax!"
-"Oyuncaq olmadığını anlayana kimi olmaz."
-"Onu incidirsən."-dedi Suzanna narahatlıqla mənə baxıb.
-"Kəs səsini!"-deyə qışqırdı Sənan,-"Bu yaramaz qız bizdən daha ağıllı olduğunu düşünür madam, onda cəzasını da çəkməlidi."
Udqunaraq danışmağa çalışaraq,-"Anladım."-dedim,-"Hər şeyi çox yaxşı anladım. İndi isə burax, xahiş edirəm."
Başımı qaldırmağa çalışanda isə bulanıq görüşüm ilə yanımda bir cüt qara şalvarın peyda olduğunu gördüm. Sonra bir mələyin səsi kimi hiss etdiyim o səs qulaqlarımda əks-səda verdi:
-"Burax onu, Qarğa."
Suzanna qarşımızda duran adama qorxu ilə baxırdı. Sənan'ın istehzalı gülüşünü eşitdim və başımı qarşıya baxmaq üçün daha çox qaldırmağa çalışdım. Və tam orada, irəlidə duran adamın əlindəki silahı üstümdə oturan qatilə tərəf tutduğunu gördüm.
Cılız səsimlə ona baxaraq pıçıldadım,-"Xan..."

"

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
ÖLÜ KƏPƏNƏK 🦋Hikayelerin yaşadığı yer. Şimdi keşfedin