34🦋

7 2 0
                                    

8 ay əvvəl

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

8 ay əvvəl

Bu qədər normal və mükəmməl görünən birinin həyatında bu dərəcə nə baş verə biləcəyini düşünürdüm. Depressiya? Stress? Hər hansı bir yemə pozğunluğu? Nə dərdi vardı görəsən?"
Binadan çıxanda qeyri-ixtiyarı onu izlədim.
Orası mənim iş yerim idi və evə getmək üçün çıxışa doğru gedəndə onu görmüşdüm. Bir psixoloq olduğum üçün onu görər-görməz onda nəsə olduğunu anında hiss etmişdim və bu məndə marağa səbəb olmuşdu. Keçmişimi nəzərə alsaq onu təqib etməyim normal idi. Psixoloq olmağım ağıllı və uysal olduğum anlamına gəlməzdi. Həm, necə də olsa, mən də bir zamanlar ruhi bir xəstəydim. Dəyişən tək şey artıq özümü idarə edə bilməyim idi.
Mən onun arxasınca o qədər yaxın gedirdim ki, onun şirin ətri məni dərindən nəfəs almağa məcbur etdi. Mənim varlığımı görməməsinə təəccüblənməzdim. Onunla danışmaq, söhbətə başlamaq istədim, amma sonra yavaşladım, çünki gözümün ucu ilə baxanda qara bir jipin yavaş-yavaş məni küçədə izlədiyini gördüm və dönüb maşına tərəf getdim. Tündləşdirilmiş sərnişin pəncərəsi yavaş-yavaş aşağı endi və mən sürücü oturacağında əyləşən polis formalı şəxsi görən kimi tanıdım.
Yorğun səslə soruşdum:
-"İndi də məni izləyirsən?" 
O, gülümsədi.
-"Həmişə olduğu kimi çox eqoistsən."
Sağ dirsəyimi pəncərəyə dayadım.-"Mən cinayət törətmişəm, polis bəy?"
Səsimdəki kinayəni gizlədə bilmədim.
Xan gülümsəməyə davam etdi.-“Səni izləmirdim. Düşündüyün qədər önəmli bir insan deyilsən.”
Daha sonra onun baxışları küçədə yeriməyə davam edən qıza yönəldi.
-"Onu izləyirsən?"-deyə soruşdum.
Bu qız daha da maraqlı olmağa başlamışdı.
-"O, cinayətkardır?" 
Xan iç çəkdi.
-“Xeyr, sadəcə olaraq Suzanna məndən bir neçə günlük onu izləməyimi istədi."
Qaşımı çatdım.
-"Səbəb? Sənə nifrət etdiyini iddia edən dəyərli bacım niyə səndən belə bir şey istəsin ki?"
Xan başını mənə tərəf çevirib,-"Bilmirsən?"-deyə soruşaraq əlini maşınının sükanı üzərində gəzdirdi.
-"Nəyi?"
-"O, sizin ilə qonşudur və hətta Suzanna ilə rəfiqədir...amma çox da yaxın deyillər."
-"Bu qız bizim qonşumuzdur?"
-"Deyəsən, bacınla çox ünsiyyət qurmursan."
-"Niyə etməliyəm ki? Mən boşa vaxt itirməyi sevmirəm."
Xan ehtiyatla mənə baxdı.
-"Doğrudan? Bəs niyə onun arxasınca gedirdin?"
Mən çiyinlərimi geri çəkdim.-"Onu öldürəcəkdim."
Xan güldü.-"Məncə, o, sənin tipin deyil."
Mən də ona gülümsədim.-“Sən məni çox yaxşı tanıyırsan."
-"Kaş ki tanımasaydım."-dedi gənc adam bezginliklə.
-"Yaxşı da, biz praktiki olaraq qardaş sayılırıq. Yetimxanada birlikdə böyümək çox əyləncəli idi, əlbəttə ki, o dəli ailə məni övladlığa götürənə qədər."
-"O ailə sənə baxıb, yedizdirib. Nankorluq etmə."
Gözlərimi əsəblə yumdum.
-"Ardı nədir? İndi də mənə deyəcəksən ki, mən onları sevməli və hörmət etməliyəm?"
-"Yox, mən səndən qeyri-mümkün olanı istəyə bilmərəm və açığı, bu mənə maraqlı da deyil."
-"Amma mənə maraqlıdır. Niyə Suzi səndən onu izləməyini xahiş etdi?"
-"Deyəsən, onun həyatında nəsə tərs gedir. Bunu necə izah edəcəyini bilmir, amma qonşu evdə nəsə olduğunu düşünür. Elvin və o, bu qızı bir neçə dəfə boş sahədə tək gəzərkən görüblər və dediklərinə görə qız normaldan fərqli imiş."
Bu hadisə getdikcə daha da maraqlı olurdu. Elvin və Suzi mənim sayəmdə tanış olmuşdular. Biz üçümüz yetimxana uşaqları idik. Suzi isə məni övladlıq alan ailənin tək qızı idi. Onunla aramız çox da yaxşı sayılmazdı. Suzanna ağıllı bir qız idi və mən ilk dəfə onlara köçəndə belə mənim normal biri olmadığımı anında anlamışdı. İyirmili yaşların ortalarında iki xəstənin intihar etməsi ucbatından polis nəzarəti altına alınmışdım və oradan çıxmamın tək yolu da özümü dəliliyə vurmaq idi. Bu da çox çətin olmadı, çünki onsuz da normal sayılmazdım. Bir ilə yaxın ruhi xəstəxanada qaldım və oradan çıxanda artıq insanları manipulyasiya etməkdən əl çəkdim demək istərdim, amma tam əksinə....içimdəki canavar ovlanmağı sevirdi. Və buna görə də artıq qurbanlarımı diqqət çəkmədən ovlayırdım. İndi isə gözümə kəsdirdiyim yeni ovum bu qız olacaqdı deyəsən.
-"O, ağlaya-ağlaya binadan çıxdı, bəlkə də doktoru nəsə bilir."
-"Oradan bir şey çıxmaz. Xəstə gizliliyi deyə bir şey. Bunu ən yaxşı sən bilməlisən."
-"Onda onun haqqında məlumat topla. Sən ki, gizli polissən."
Xan qaşlarını çatdı.
-"Məni nə hesab edirsən?"
-"Tülkü... Sənin işin bu deyilmi? İz dalınca düşmək?"
Xan ürəkdən güldü.
-"Sənin kimi bir xəstənin psixoloq olmaği hələ də mənə çatmır."
-"Onu-bunu boş ver və dediyimi et. Məni də məlumatlandır."
Xan bir qaşını yuxarı qaldırıb,-"Niyə etməliyəm ki?"-deyə soruşdu.
Geriyə çəkilərək,"Sual vermə, deyiləni et."-dedim.
Xan başını tərpətdi və mən maşının pəncərəsi örtüləndə ona hərbi salam verdim. Dönüb ətrafa baxanda isə o qızın çoxdan getmiş olduğunu gördüm və evə tərəf yollandım.
🦋
Gecə oldu və qaranlıq çökdü.
Telefonum şkafın üzərində titrədi, əlimə aldım ve qulağıma apardım.
Qarşı tərəf,-"Aşağı gel."-dedi soyuq səsiylə.
Xan hələ mən heç nə deyə bilməmiş telefonu üzümə doğru söndürdü. Bir gün bu hərəkətinə görə onun ağzını-burnunu dağıdacaqdım.
Vaxt itirmədən evdən çıxdım. Evin aşağı döngəsində olan qara maşının qapısını açıb içəri oturdum. Xan mənə əlindəki hesabatı verdi və mən yuxarıdakı adı diqqətlə oxudum.
-“Rozalinda İvanova..."
Sənəddə onun şəxsi məlumatları, ünvanı, telefon nömrəsi və şəkli var idi. Sənədləri, o cümlədən doktorun seanslar zamanı etdiyi qeydləri vərəqlədim.
-"Nə imiş məsələ?"-deyə soruşdu Xan bir neçə dəqiqə sonra.
Mənim ixtisasım psixologiya idi. Doktorun onun bütün qeydlərindən nə əldə etdiyini bilməliydim. O qızın başına gələnləri anlayaraq hər şeyi diqqətlə oxudum və hər bir məqama xüsusi diqqət yetirdim. Amma Xan səbirli bir insan deyildi.
-"Hə, nə oldu?"-dedi dönüb mənə baxaraq.
Mən ah çəkib hesabatı ona geri qaytardım.
-"Məncə, artıq səbəbini bilirəm."
-"Yəni..?"-deyə soruşdu Xan səbirsizliklə.
-"Onda şübhəsiz ki, dissosiativ pozğunluqdur."
Xan qaşlarını çatdı.-"Doğrudan?"
-“Mən bu gün bir müddət onu izləməli oldum. Kilometrlərlə uzaqdan belə başa düşə bilərdin ki, qızın ona toxunulmasından xoşu gəlmir, amma buna əngəl də olmur."
Xan anlamayaraq mənə baxmağa davam etdi.
-"Daha açıq danış."
Üzümü ona çevirdim.
-“İradəsinə qarşı toxunulmaq və müqavimət göstərməmək. Mən onun gözlərindəki təslimiyyəti gördüm, dostum."
-"Səncə o, zorakılıq və ya cinsi istismar qurbanıdır?"
Bir an durub düşündüm.
-"Cinsi istismar...O, qorxmur və ya narahat deyildi, sadəcə iyrənirniş kimi görünürdü. Küçədə yanından keçən hər adama məsafəli yanaşırdı, sanki cüzi toxunulmağa belə dözə bilmirdi."
-"Əminsən? O, qarşı cinsdən qorxur? Kişilərdən?"
Başımı tərpətdim.-"Hə."
-"O zaman öz atasından da qorxur."
-"Ola bilər, amma dəqiq deyə bilmərəm."
Xan əllərini üzünə sürtdü.
-"Və bu hamısı deyil, daha da çoxu var."
Maraqla ona baxırdım.
-"Daha çoxu?"
Xan mənə bir neçə təhlükəsizlik kamerasının fotoşəkilini verdi.
-"Bu fotolar bir neçə gün əvvələ aiddir, onu izlədikdən və onun mağazaya girdiyini görəndən sonra çəkdim. Qızı benzin kanistrı  alanda gördüm. Fotolarda bunu görə bilməzsən, amma o, bu gün onu izlədiyim qızdan çox fərqli görünürdü. O, özündən qat-qat arxayın, çox kəskin və soyuq idi. Sanki başqa bir insan idi."
Anladığımı bəlli edərcəsinə başımı tərpətdim.
-“İkili şəxsiyyət pozğunluğu. Onun hesabatını oxuyandan bəri bu diaqnoz haqqında düşünürdüm."
Xan,-"Mən də eyni şeyi düşündüm."-dedikdə,-"Psixoloqun qeydlərində tez-tez qeyd etdiyi ani hücumlarından mən onun zaman-zaman özünü göstərən ən azı bir və ya iki şəxsiyyətə sahib olduğunu deyə bilərəm."-deyə danışmağa davam etdim.
Xan ah çəkdi.
-“Yaxşı, benzin kanistrı nəyinə lazımdır? Hansı şəxsiyyət əldə etməsindən asılı olmayaraq, onu nə üçün aldı bəs? Hər halda soba qalamaq niyətində deyil."
Üzümə geniş bir təbəssüm yayıldı.
-"Hər şeyi külə çevirəcək çünki."
-"Hər şey?"-deyə soruşdu Xan anlamayaraq.
Məğrur bir ifadə ilə başımı tərpətdim.
-“Lənət olsun, bu getdikcə daha da maraqlı olur."
-"Bunu oyuna çevirmə, Qarğa."-dedi Xan məni tərsləyərək.
-"Necə etməyim? Çoxsaylı şəxsiyyətləri olan xəstələr arasında qatil olan biri ilə heç qarşılaşmamışdım."-dedim ona yan gözlə baxıb.
-“O, qatil deyil....ən azından hələ ki, deyil."
-"İnan mənə, olacaq...bu çox keçmədən baş verəcək."-dedim və gülümsəməyə davam etdim. 
-"Ondan xoşum gəlməyə başlayır."
-"Sən xəstəsən."-dedi Xan maşını anidən xodlayıb.
Pəncərədən çölə baxıb şüşədə əks olunan yansımama gülümsədim.
-"Ölüm oyunu mənim ən sevimli oyunumdur Rozalinda, ümid edirəm ki, onu necə oynamalı olduğunu çox yaxşı bilirsən..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ÖLÜ KƏPƏNƏK 🦋Where stories live. Discover now