4🦋

14 3 0
                                    

-"Dünən də ac deyildin, nəsə olub?"Saxta təbəssümlə baxdım ona

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

-"Dünən də ac deyildin, nəsə olub?"
Saxta təbəssümlə baxdım ona.
-"Yox, yaxşıyam."
Valideynlərimin qətli barədə Ülkər'ə heç nə danışmamışdım. Onun mənə yazığı gəlməsini istəmirdim. Və hələ də bu barədə göz yaşlarına boğulmadan danışa bilmirdim.
O, fikrimi oxumaq istəyirmiş kimi bir anlıq mənə baxdı.
-"Dəqiq?"
Başımı yavaşca tərpətdim.
-"Gəzinti üçün həyəcanlısan?"
-"Nə gəzintisi?"
-"İlahi! Roza, heç fikir vermirsən, elə deyilmi?"
Başını buladı.
-"Gələn həftə yola düşürük."
-"Hara?"
-"Hələ bilmirəm, amma eşitdim ki, yaxınlıqdakı bir qəsəbəyə gedəcəyik. Məsələ burasındadır ki, bu həbsxanadan çıxdığımız müddətcə bizi hara aparacaqları məni qəti maraqlandırmır."
-"Yaxınlıqdakı qəsəbəyə gedəcəyik?"
-"Hə, gözəl mənzərəsi olan bir yerdir."
-"Ah, mənim babam və nənəm bura yaxın bir yerdə yaşayır."-dedim buterbrodu dişləməzdən əvvəl.
-"Bakıda qalırlar?"
-"Aha, mən onlarla birlikdə ölkəyə qayıtdım. Daha sonra da sağlamlığım üçün məni buraya gətirmək qərarına gəldilər. Əslində, bunu ən çox mən istədim."
-"Bəs valideynlərin?"
Bir an yeməyimdə boğuldum və öskürməyə başladım.
-"Yaxşısan?"
Tez meyvə şirəsindən biraz içdim. Sonra yenidən ciyərlərimi hava ilə doldurmaq üçün dərindən nəfəs aldım.
Ayağa qalxıb,-"Getməliyəm."--dedim.
-"Nə? Amma yeməyin hələ bitməyib ki..."
O, da mənimlə birlikdə qalxdı
-"Ac deyiləm, sonra bir şey yeyərəm."
Biz yeməkxanadan çıxmaq istəyəndə hər kəs susdu. Bunun nə demək olduğunu artıq bilirdim. Bu, hər gün baş verirdi. Həmişəki kimi yaraşıqlı oğlan görünərək yeməkxanadan keçdi. Deyəsən, hər gün anası ilə nahara gəlirdi. Bizə baxmadan yanımızdan keçdi.
Qəribə biri idi.
Yeməkxananın arxa qapısından itəndə bütün qızlar onun haqqında pıçıldamağa başladılar. Ülkər'i yerimək üçün başlamağa itələyərkən ah çəkdim.
-"Danışa bilsəydi, mükəmməl olardı."--dedi dostum yeriyərkən.
-"Heç kim mükəmməl deyil."-deyə cavab verdim.
Haqsız sayılmazdı. O, həqiqətən də sirli və çox cəlbedici idi...Və mənimlə danışanda heç olmasa nəzakətli davranırdı.
Ülkər məni otağıma buraxdıqdan sonra getdi. Növbəti dərsimə getmək üçün ayağa qalxmazdan əvvəl bir neçə dəqiqə dincəldim. Formamı geyinib koridorla getməyə başladım. Əlimi boynumda gəzdirərkən yadıma düşdü ki, boyunbağımı götürmək üçün şkafıma getməliyəm. Burada xəstələrin xüsusi əşyalarını qoymaları üçün kilidli şkaflar oluedu. Çünki təhlükəsizlik məqsədilə otaqlarımızda kəsici-deşici əşyalar saxlaya bilməzdik. Gedərkən boyunbağımı düşünərək gülümsədim. Uşaqcasına səslənirdi, amma onu mənə anam vermişdi və hər dəfə istifadə edəndə özümü ona daha yaxın hiss edirdim.
Soyunma otağı qorxunc dərəcədə sessiz idi. Mən şkafı açdım, bu son dərəcə mütəşəkkil bir iş idi. Bir az nizam-intizama bağlı bir insan idim çünkü. Amma nə qədər axtarsam da, onu tapa bilmədim. Orada yox idi.
Necə ola bilər axı? Mən belə şeyləri itirəcək bir insan deyildim.
-"Bunu axtarırsan?"
Diskindim və yerimdə dik atıldım.
Bu təkəbbürlü səsin sahibi ilə qarşılaşmaq üçün şkafımı çırparaq bağladım.
-"Sən."
Qollarımı çarpazladım.
Orada dayanıb şkaflara söykəndi. Onun yaşıl gözləri həzz ilə mənə baxırdı.
-"Mənim bir adım var."
-"Adını bilmirəm."
-"Çünki soruşmadın."
-"Sən də adımı soruşmadın, amma bilirsən."
-"Mən bilərəm."
Çoxdandır ağlımda olan şeyi soruşdum.
-"Adın nədir?"
-"Bunun sənə aidiyyəti yoxdur."
Dodaqları təbəssümlə qıvrıldı. O an anladım ki, əlində boyunbağım var.
-"Hey, o mənimdi. Necə oldu ki, səndədir?"
Almağa çalışdım, amma o, əlini qaldırdı və məndən uzun olduğu üçün tuta bilmədim. Məğlub olaraq bir addım geri çəkildim.
-"Geri qaytar."
-"Səbəb?"
-"Çünki mənimdi."
Gülümsədi, sonra əlindəkinə baxdı.
-"Mən sənin adını üzərində görmürəm."
Gözlərimi yumdum.
-"Mənimdi. Necə əldə etdin?"
-"İndi mənimdir."-dedi və arxaya çevrildi.
Ah, ola bilməz... o, burdan elə-belə çıxa bilməyəcəkdi. Mən onun qabağına qaçdım. Onun dəlici baxışları yenidən üstümə düşdü.
-"Qaytar."
Bir qaşını istehza ilə qaldırdı
-"Bunu niyə edirsən?"
Hirslə təkrarladım.
-"Çünki o mənimdir!"
-"Kim deyir?"
Mən onun qoluna hücum çəkdim və boyunbağını əlindən almaq istədim, amma o, çox güclü idi. Məni şkafın üstünə çırpdı və əllərini üzümün hər iki tərəfindəki metala qoydu. Qalın dodaqlarında arsız bir təbəssüm meydana gətirərək mənə yaxınlaşdı.
-"Çəkil!"--dedim qaçmaq istəyərkən. Sinəsinə vurdum.
Güldü.
-"Məndən qorxursan?"
-"Səndən niyə qorxmalıyam ki? Niyə insanların əşyalarını oğurlayırsan?"
-"Mən belə düşünmürəm."
Gülüşünü genişləndirdi.
-"Əyləncəlisən."
-"Lakin sən deyilsən."-dedim acı bir şəkildə.
Bir az daha mənə tərəf əyildi.
-"Məni rahat burax, Xan."
Adını deyəndə təəccübdən gözləri böyüdü. Təsadüfən sirri ortaya çıxmış bir uşaq kimi dərhal ağzımı əlimlə bağladım.
Xan güldü və arxaya əyildi.
-"Sən mənim adımı bilirsən."-dedi zəfərlə.
-"Sən mənim haqqımda maraqlanırsan, elə deyilmi?"
-"Yox! Əlbəttə, yox! Sadəcə... təsadüfən birinin adını dediyini eşitmişdim."
-"Yalan deyirsən."
Hirslə cavab verdim.
-"Mən yalan danışa bilmirəm!"
Mən sürətlə qızarırdım. Utanaraq uzaqlara baxdım. Çənəmdən tutdu və yenidən məni gözləri ilə görüşməyə məni məcbur etdi.
Güclə udqundum. Gözləri hərəkətimi izlədiyi üçün baş barmağı alt dodağımı sığalladı.
-"Bunu geri götürmək istəyirsən?"
-"Onu mənə ver."
Məni buraxıb arxaya döndü.
-"Əgər onu geri istəyirsənsə, gecə saat on birdə aşağı zirzəmiyə gəl."
-"Nə? Yeddidən sonra otağımdan çıxa bilmərəm. Gözlə!"
Sağollaşmaq üçün əlini havada yellədi. Mən isə məyus halda hönkürdüm. Bu oğlan normal deyildi. Gecə onunla görüşmək üçün xəstəxananın qaydalarını pozmağımımı gözləyirdi? Yenidən ah çəkib terapiya qrupunun olduğu otağa keçdim. Qrup terapiyası seansından çıxanda məni xoşbəxt dostum qarşıladı.
-"Roza! Təsəvvür et, rus dili imtahanından kim uğurla keçdi?"
Qaşlarını sürətlə yuxarı-aşağı hərəkət etdirdi.
-"Sən?"
-"Tamamilə doğrudur! Və bunu sənə borcluyam! Sən çox yaxşı müəllimsən."
O, çox xoşbəxt idi və bu bir az yoluxucu idi, ona görə mən də gülümsədim.
-"Sənin adına şadam."-dedim ona bütün səmimiyyətimlə.
Fikirləşirdim ki, Xan ilə gizli söhbətlərimi ona deyimmi? Onun mənə inanacağına şübhə edirdim, çünki buradakı hər kəs Xan'ın danışa bilmədiyindən əmin idi. İnsanların onun danışa biləcəyini bilməsini istəmirsə, nə etməliyəm? Hər nəysə. Bu, mənim problemim deyildi, onun şəxsi məsələsi idi.
🦋
Gecə oldu.
Saat çoxdan on biri ötmüşdü və bütün xəstələr otaqlarında idi. Koridorda ətrafa baxaraq çölə çıxdım. Orada gecə gözətçisi yox idi. Təcili pilləkənləri sürətlə enməyə davam etdim. Zirzəminin qapısını açdım və zifiri qaranlıq məni qarşıladı. Zəif şam işığından başqa heç nə yox idi və bu məni ürküdürdü.
Xan divara söykənmişdi. Əlində siqareti vardı. Mənə baxmadan nəfəs aldı. Qəzəblə ona yaxınlaşdım. Onun varlığı məni qorxudurdu, bunu inkar edə bilməzdim.
-"Gecikdin."
Tüstünü üfürdü.
-"Zaman anlayışını itirmişdim."
-"Harada idin?"
Gözünün ucu ilə mənə baxdı.
-"Bu sənin işin deyil."
-"Onda boyunbağını sənə qaytarmayacağam."--dedi laqeyd bir halda.
-"Sənə aid olmayanı götürməyə haqqın yoxdur. O mənimdir, onu mənə ver."
-"Niyə bu sənin üçün bu qədər vacibdir, Rozalinda?"
Hər dəfə adımı deyəndə qarnımda qəribə bir şey hiss edirdim. Mənim adımı düzgün tələffüz edən yeganə insan idi.
-"Sənə cavab verməli deyiləm."
-"Onda onu sənə verməyəcəyəm."
Yumruqlarımı sıxdım.
-"Niyə məni rahat buraxmırsan?"
-"Çünki əyləncəlidi."
Siqareti yerə atıb söndürmək üçün üzərinə basdı.
-"Nə?"
O, mənə tərəf bir neçə addım atdı və mən geri addım atmamaq üçün mübarizə apardım. Çox hündür, çox iddialı idi.
Mənim qarşımda dayandı.
-"Məni əyləndirirsən."
-"Mən sənin klonun deyiləm."
Bir addım geri çəkildim.
-"Demədim ki, sən mənim klonumsan."
Gúlümsədi.
-"Bura soyuqdur, zəhmət olmasa boyunbağını mənə ver."-deyə yalvardım.
-"Suallarıma cavab ver sonra."
Dərin bir ah çəkdim.
-"Bütün bunlar sənin üçün bir oyundur, elə deyilmi?"
-"Yox, mən səninlə oynamıram."
-"Məndən nə istəyirsən? Niyə məni tək qoymursan?"
Cibindən boyunbağını çıxarıb mənə göstərdi.
-"Cavab ver, sonra alacaqsan."
-"Yaxşı, nə bilmək istəyirsən?"
-"Bu gecə mən artıq səndən iki şey soruşdum. Əvvəla, harada idin?"
-"Otağımda idim."
Başını salladı.
-"Bu boyunbağı sənin üçün niyə bu qədər vacibdir?"
Onun yaşıl gözləri qaranlıqda mənə zillənib nəfəsimi kəsdi. Udqundum və nə deyəcəyimi düşünməyə çalışdım.
Yalan olmadan.
-"Anam verdi."-dedim nəhayət.
Gözlərim yaşla yandı. Uzağa baxdım.
-"Hər iki sualına da cavab verdim, indi mənə boyunbağını ver."-dedim, göz yaşlarımı saxlayaraq.
-"Ananın bunu sənə verdiyini söylədin, amma bu, onu xüsusi etmir."
İçimdən bir qəzəb keçdi.
-"Rozalinda?"
-"Çünki anam öldü!"-deyə səsimi yüksəltdim.
Bir damla yaş yanağımdan aşağı axdı və onun gözlərinə baxdım. Üzünün ifadəsi dəyişmədi, laqeyd kimi qaldı. Təəccüblü görünmürdü, sanki bilirdi. Boyunbağını mənə verdi və arxaya çevrildim. Mənim ağladığımı görməsini istəmirdim. Qapının qolundan tutdum, açmaq istədim ki, arxadan məni qucaqlayan güclü qolları hiss etdiyimde dayandım.
Xan çənəsini çiynimə dayadı. Onun qoxusu yüngül siqaret qoxusu ilə birləşib məni bürüdü.
Ondan xilas olmağa cəhd etdim.
-Ağla, Rozalinda."
Daha çox göz yaşı yanaqlarımdan aşağı süzüldü. Özümü saxlaya bilmədim.
-"Ağla, qoy hər şey uçub getsin."
Geri çəkilməyi dayandırdım..
Bir anlıq ağrını hiss etməyi özümə icazə verdim və sinəm yanırmış kimi oldu.
Çarəsizcə ağladım. Özümü saxlaya bilməyib ağladığım üçün Xan məni bərk-bərk qucaqladı. Anamın gülümsəyən görüntüləri ağlımı doldurdu.
Nə üçün ölməli idi?
Niyə o, mən yox?
Dizlərimin zəiflədiyini hiss etdim.
Bu əzab-əziyyəti təkrar etməli oldum, bu çox dağıdıcı idi.
Xan niyə bunu edirdi? Niyə mənə əhəmiyyət verirdi?
Və ən vacib sual; niyə onun qollarında özümü bu qədər təhlükəsiz hiss edirdim?
Axı o, ki, mənə yad bir insan idi. Mən ki, onu heç tanımırdım.

 Mən ki, onu heç tanımırdım

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
ÖLÜ KƏPƏNƏK 🦋Hikayelerin yaşadığı yer. Şimdi keşfedin