5🦋

8 3 0
                                    

Hıçqırıqlarım eşidilən tək şey idi

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Hıçqırıqlarım eşidilən tək şey idi.
Göz yaşlarımı cilovlamağa çalışsam da, yaşlar üzümə doğru axmağa davam edirdi. Anamın mənimlə gülümsəyərək söhbət etdiyi, xoş vaxt keçirdiyi anlardakı görüntülər bir-bir ağlımda canlanıb ürəyimi parçalayırdı.
Xan məni bərk-bərk tutdu, sanki parçalarımı bir yerdə saxlamağa çalışırdı. Ağrı dözülməz idi... Daha əvvəl belə bir şey hiss etməmişdim. İlk dəfə idi ki, ailəmin itkisini özümə hiss etməyə icazə verirdim və bu, dağıdıcı idi. Göz yaşlarımı yanaqlarımından aşağı salmaq əvəzinə havada itirməyə məcbur edərək yuxarı baxdım. Xan məni buraxıb özünə tərəf çevirdi. Özümü saxlaya bilməyib ağlayırdım, amma gözlərimi sabit saxladım. Utanırdım. O, iki əli ilə üzümü ovuşdurdu, soyuq və yumşaq ovuclarını yanaqlarımın nəm dərisində hiss etdim, sonra o, məni gözəl gözlərinə baxmağa məcbur etdi.
-"Ağrılı olsa belə, hiss etdiklərinlə üzləşməlisən."-dedi.
Başımı iki yana tərpətdim və bir addım geri çəkildim. Qollarını yanlarına saldı.
-"Bacarmıram."
Göz yaşlarımı silib dərindən nəfəs almağa çalışdım, amma bacarmadım.
"Etməlisən. Bu səni məhv edir."
Onun səsi o qədər isti, o qədər yumşaq idi ki...O, dəli idi? Bir dəqiqə, əvvəl tam bir axmaq davranırdı, indi isə həqiqətən də mənimlə maraqlanan biri kimi qayğıma qalırdı.
Böyük səylə bir az sakitləşə bildim.
-"Bunun necə bir hiss olduğunu bilmirsən."
Barmaqlarımı saçlarımda gəzdirdim.
Xan mənə tərəf gəldi və boyunbağını uzatdı. Cəld tutdum.
-"O sənindir."-dedi və gülümsədi.
-“Təşəkkür edirəm. Hər şey üçün."-dedim ona bütün səmimiyyətimlə.
Başını tərpətdi və arxasını mənə çevirdi.
-"İndi isə get yat."-deyə mırıldandı soyuqqanlılıqla.
Haqlıyam. Xan tamamilə dəli idi. Mən ona cavab vermədim. Niyə belə davranmalı idi ki? Qapını açıb ehtiyatla pilləkənləri yuxarı çıxdım. Gözətçi yatırdı. Yavaşca onun yanından keçib otağıma tərəf qaçdım. İçəri girən kimi arxamı qapıya söykədim. Bütün bunlar nə idi? Necə oldu ki, mən onun qollarında ağladım? Və çox ağladıqdan sonra daha yaxşı hiss etdiyimi başa düşdüm. Bütün bədənimi bir hüzur hissi bürüdü. Amma bilirdim ki, ağrı hələ də var, içimdə bir yerdə gizlənir.
Dərindən nəfəs aldım və dişlərimi fırçalamaq üçün vanna otağına getməyə qərar verdim. Geri qayıdanda qapını arxamca bağladım. Yatağa gedəndə donub qaldım, çünki yastığımda bir kağız parçası olduğunu gördüm. Onu alıb oxumağa qərar verməkdə bir qədər çətinlik çəkdim:
"Kimə aid olduğunu unutma."
Sarsıntı bütün bədənimi bürüdü. Həmin naməlum şəxs məni izləyirdi. O, mənim otağıma necə girdi axı? Artıq özümü nə otağımda, nə də başqa bir yerdə təhlükəsiz hiss etmirdim. Mən mütləq polisə məlumat verməli idim. Pijamalarımı geyinib yatağa girdim. Yuxuya getmək çətin idi, amma yorğunluq sonunda məni taqətdən saldı.
🦋
Sonrakı bir neçə gün çox darıxdırıcı idi. Etiraf etməliyəm ki, çox sıxılırdım. Xan'ı bir neçə dəfə kafeteryanın yanından keçərkən görmüşdüm, amma heç danışmadıq, mənə tərəf baxmadı belə. Həftə sonu idi. Çox da həyəcanlı deyildim, çünki bu, iki gün...iki möhkəm gün demək idi, heç nə ilə məşğul olmamışdım. Müəllimin lövhəyə yazdığı tapşırığı köçürərək ah çəkdim.
-"Bu günlük də bu qədər."
Nəhayət ki, dərs bitmişdi. Müəllim sinfi tərk etməyimizi xahiş etdi.
-"Xanım İvanova."-deyə səsləndi tam sinfin qapısından çıxarkən. Döndüm.
-"Bəli?"
-"Bir dəqiqə gözlə, zəhmət olmazsa."
Təəccübləndim. Mən nə etmişdim ki?
Sinif boş olanda müəllim mənə işarə etdi ki, onun masasına tərəf gedim.
-"Nəsə problem var?"-deyə soruşdum yanına gedərək.
-"Xeyr, sən əla tələbəsən, amma mənə dedilər ki, psixoloqunla görüşünə yenə getməmisən. O, mənə dedi ki, növbəti görüşə gələcəyinə söz vermisən, amma bu dünən olub və sən getməmisən."
İlahi!
-"Bağışlayın, dünən olduğunu unutmuşam."-deyə yalan danışdım.
-"Yaxşı, eybi yoxdur. Onda psixoloq səni bazar ertəsi günortadan sonra görə bilər."-dedi və sənədlərini masanın üstündən topladı.
-"Həmin gün dərsdən sonra səni mən özüm aparacam. Sənin görüşü bir daha unutmağını istəmərik, elə deyilmi?"
Səsindəki kinayəni açıq-aydın eşidirdim.
Başımı salladım. Səssizcə içimdən mırıldanaraq sinifdən çıxdım. Psixoloqla görüşmək istəmirdim, çünki o, məni ailəm haqqında danışmağa məcbur edirdi. Səssizcə koridorda getməyə başladım. Mən öz ağlımı şübhə altına almağa başladım. Otağımın qapısında Ülkər'in məni gözlədiyini gördüm.
-"Hey, mən də səni gözləyirdim."
-"Niyə?"
-"Yaxşı da, bu gün cümə günüdür və gördüm ki, bu günlərdə bir az boş görünürsən. Həmişəkindən daha sönük, yəni."
-"Onda nə fikirləşirsən?"-dedim üzünə baxaraq.
Ülkər ah çəkdi.
-“Düşünürəm ki, bizə təmiz hava lazımdır, ona görə də bir planım var, gəl bir az buradan uzaqlaşaq."
-"Necə?"
Dostum məyus halda başını tərpətdi.
-"Sinifdə səninlə danışanda məni dinləmirsən, elə deyilmi?"
Yenə ah çəkdi.
-"Oğlanların olduğu binaya tərəf gedək."
-"Nə? Necə? Dəli olmusan deyəsən."
-"Deməli belə, gözətçilər cümə gecələri daha az diqqətli olurlar. Biz bundan faydalana bilərik. Həm də arxa qapıda duran qadın bütün gecəni yuxuya gedənə qədər türk seriallarına baxır."
-"Hm. Oraya getməyin nə mənası var ki?
-"Xoş zaman keçirtmək üçün. Başqa nə ola bilər ki? Bir də..."
-"Bir də nə?-deyə soruşdum tək qaşımı qaldıraraq.
Ülkər yavaşça dodağını dişlədi.
-"Orda mənim xoşuma gələn bir oğlan var."--dedi utanaraq. Heç nə dəqiq deyil aramızda, amma bir-birimizi görəndə o, mənimlə xoş söhbətlər edir."
-"Yaraşıqlıdır heç olmazsa?"
-"Yaraşıqlı? Dəhşət cəlbedicidir!"
İkimiz də güldük.
🦋
Bir neçə saat sonra biz bilinməyən bir yola baş qoymuşduq. Bir yanım baş verən yeniliyin həyəcanı ilə sevinsə də, bir yanım isə gizli iş görməyin verdiyi peşmançılıq hissi ilə təşviş içərisində idi.
-"Şşş!"-dedi Ülkər mənə dönüb.
Gözətçi qadın dostumun dediyi kimi seriala baxırdı. Arxa qapını açıb sürətlə qaçmazdan əvvəl,-"Meşəyə tərəf get."-deyə pıçıldadı.
Ona itaət edərək meşəyə tərəf qaçdım, amma çox uzağa getdiyimi anlayanda qaçmağı dayandırdım. Soyuq meh bütün bədənimi titrətdi. Meşədəki qaranlığa heç vaxt öyrəşə bilməyəcəkdim. Qaranlıq məni qorxudurdu. Gözlərimin qaranlığa öyrəşməsi biraz zaman aldı.
-"Ülkər?"
Cavab yox idi.
-"Ülkər?"
Hansı tərəfdən gəldiyimi xatırlamağa çalışaraq pıçıldadım, amma ətraf çox qaranlıq idi. Ağacların ətrafında ancaq bayquşların səsini eşidirdim. Özümü ələ almağa çalışdım.
Bir qədər gözlədim. Sonra arxamda bir səs diqqətimi çəkdi. Ayaq səsləri altında xışıltılı yarpaqlar. Mənə baxılırmış kimi hiss etdim.
-"Ülkər?"
Arxaya döndüm, amma heç nə görmədim. Qorxdum, özümü hədsiz dərəcədə müdafiəsiz hiss edirdim və bundan xoşum gəlmirdi. O an mənə gələn qəribə məktublar yadıma düşdü və qorxuyla udqundum. Başımın üstündə anidən bir yarasa uçdu və məni qışqırmağa məcbur etdi. Ürəyimin döyüntülərini boğazımda və qulağımda hiss edirdim.
Məndə pis bir hiss var idi.
-"Roza?"
Uzaqdan dostumun səsini eşitdim.
Cavab vermək istəyirdim ki, soyuq bir əl ağzımı örtdü və bir qol cəld belimə dolandı. Qışqırdım, amma səsim əllərində boğuldu. Özümü azad etməyə çalışdım, amma faydası olmadı. Qaranlığa doğru sürüklənirdim. Beynimdə isə təkrarlanan bircə söz var idi.
"Kömək edin!"

"Kömək edin!"

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
ÖLÜ KƏPƏNƏK 🦋Hikayelerin yaşadığı yer. Şimdi keşfedin