14🦋

11 3 0
                                    

-"Xan

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

-"Xan..." -onu arxamda hiss etməyə davam edərək pıçıldadım.
Yenə onun tərəfindən tələyə düşmüşdüm. Hərəkət edə bilmirdim. Söz yox, bunu istədiyimə də əmin deyildim. Xan'ın bədəni mənə çox yaxın idi. Ona tərəf dönmək istədim, amma o, məni yerimdə sabit saxladı. Onun nəfəsi boynumun arxasını sığallayırdı və bütün bədənimdə sızıltı hissi yaradırdı.
-"Burax məni."--dedim qollarında çırpınaraq.
-"Niyə ki? Mənim keyfim yerindədir."
Birbaşa qulağıma dogru danışırdı. Çətinliklə udqundum.
-"Məni incidirsən."-deyə yalan danışdım.
-"Bu doğru deyil."-dedi isti dodaqları ilə qulağıma sığal çəkərək.
-"Oyunbazsan..."
-"Sonra?"
O, əylənmiş görünürdü.
-"Çəkil."
Təəccüblüdür ki, özümü bir daha geriyə atanda sərbəst buraxıldığımı hiss etdim. Çaşqın qaldım və arxaya çevrildim. Onun mənə sakitcə baxdığını gördüm. Hər kəsi dəli edə bilən o gözlər. Dərhal qızardım.
-"Niyə belə baxırsan mənə?"
O, mənə gülümsədi, sonra da çarpayıma yaxınlaşıb oturdu.
-"Heç. Sadəcə səni oxumaq çox asandır, Rozalinda."
Qarşısında durub qollarımı çarpazladım.
-"Hey! Nə edirsən? Sən burada qala bilməzsən."
Vecsiz bir halda çiyinlərini geriyə çəkdi.
-"Sıxıldım."-dedi və iç çəkib yatağıma uzandı.
-"Sənə deyirəm! Yatağımdan qalx."
-"Gəl və məni qaldır o zaman."
Dərin bir nəfəs aldım.
-"Deyəsən nənə və baban səni görməyə gəlib."-deyə danışmağa davam etdi.
Nənəm və babam haqqında necə məlumatı olduğunu soruşmaq əbəs idi. Xan sanki atdığım hər addımı bilirdi. Əllərini başının arxasına qoyub yataq başlığa söykəndi. Gözlərimi qısıb ona baxdım. Onun dodaqlarında əyri bir təbəssüm yarandı.
-"Niyə həmişə mənə qarşı belə müdafiəçisən?"
-"Çünki sadəcə məni bezdirməyə gəlirsən, hətta dəfələrlə bunu özün də mənə demisən."
-"Elədir."-deyə etiraf etdi.
-"Amma mən həm də sənin yaxşı olduğuna əmin olmaq üçün buradayam."
Bu məni təəccübləndirdi.
-"Bundan sənə nə ki?"
-"Səni ilk dəfə görəndə özünü öldürmək istəyirdin."-deyə mənə həmin gecəni xatırlatdı və mən onun bunu belə rahatlıqla dediyinə inana bilmədim.
-"Düşünək ki, bir daha belə bir şeyə cəhd etməyəcəyinə əmin olmaq istəyirəm."
-"Niyə axı?"
Bir qaşını qaldırdı.
-"Birinin intiharını əngəlləmək üçün bir səbəbə ehtiyacımmı var səncə?"
Bir neçə saniyə susdum.
-"Mən yaxşıyam, mənə qarşı özünü məsuliyyətli kimi hiss etməyinə ehtiyac yoxdur."
-"Bu mənim üçün bir məcburiyyət deyil ki. Mən səni əsəbiləşdirməkdən zövq alıram."
-"Ah, bunu bilirəm."
Ayaqlarını çarpayıya uzatdı.
-"Psixoloqla işlər necə keçdi bəs?"
-"Biraz, şey idi..."
-"Çətin?"-deyərək mənim üçün cümləni bitirdi.
-"Tamamilə yad bir insanla zəif tərəflərin haqqında danışmaq səni qarmaqarışıq hiss etdirə bilər."
-"Deyəsən, sən bunu yaşamısan."
Güldü. Onun boğuq gülüşü qarnımı qıdıqladı.
-"Əlbəttə ki, mən bunu yaşadım, deyəsən buradaki hamının xəstə olduğunu unudursan, gözəlim."
Diqqətlə ona baxdım, onu narahat etmək istəmirdim, amma özümə hakim ola bilmədim və sual dodaqlarımdan ixtiyarsız çıxdı.
-"Bəs sən niyə xəstəxanaya yerləşdirildin?"
Onun təbəssümü soldu, solğun üzünü ciddi bir ifadə aldı.
-"Bunu bilmək istəməzsən."
Onun haqqında daha çox şey bilmək istəyirdim... Çünki özüm başa düşməsəm də, ondan xoşum gəlirdi. Bu barədə düşünəndə yanaqlarımda hərarət hiss etdim. Belə şeylər haqqında düşünməyi dayandırmalıydım. Xan'ı sevə bilməzdim, onu sevməməliydim.
-"Nə haqqında fikirləşirsən?"-deyə soruşdu.
Gözümün ucu ilə ona baxdım.
-"Qızardın yenə."
Başımı iki yana salladım.
-"Heç, heç bir şey düşünmürəm."
-"Sənə inanmıram."-dedi yataqdan qalxarkən.
Dərhal bir addım geri çəkildim. Onun yanında niyə belə gərgin idim axı? Xan mənə yaxın durana qədər gəldi.
-"Mənə borclu olduğun öpüş haqqında düşünürsən?"
Ürəyim ağzımda idi.
-"Yox."
Üzümü əlləri arasına aldı və qoxusu məni bihuş etdi.
-"Mənə borcun olan öpüşü niyə hələ də səndən almadığımı bilirsinənmi?"
Baş barmağını alt dodağımda gəzdirdi. Gözlərim hərəkətini çox diqqətlə izləyirdi və mən nəfəs almağı o an dayandırdım.
-"Çünki... səni öpməyimi özünün tələb etməyini istəyirəm."
Bir söz deyə bilmədim, onun baxışlarında və yaxınlığında bütün iradəmi itirdim.
-"İstədiyin şeyin bu olduğuna tam əmin olmağını istəyirəm, çünki o bal dodaqlarını dadmağıma bir dəfə icazə versən, hər bir zərrənə sahib olana qədər dayanmayacağam."
Artıq ürəydən gedəcəkdim. Ölüm səbəbim isə bu dəli oğlan olacaqdı. Xan əyilib dodağımın kənarından öpdü, sonra isə məni yarımçıq halda buraxıb qapıya tərəf getdi.
-"Hələlik, Rozalinda."
Nə qədər orada hərəkət etmədən dayandığımı bilmədən bir neçə saniyə sabit bir nöqtəyə baxdım. Xan axırda məni dəli edəcəkdi.
Söz yox, biz onsuz da artıq dəlixanada idik. İki dəli bir araya gəlməməliydi. Öz-özümə güldüm.
Yatağımda oturub alnımı ovuşdurdum. Başım hələ də bir az ağrıyırdı və çox düşünmək də mənə kömək etmirdi, ona görə də yatağa uzandım, dincəlməyə və heç nə haqqında düşünməməyə çalışdım. Ən yaxşısı dincəlmək idi.
🦋
Dr.Sənan mənim onun kabinetinə girdiyimi görəndə təəccübünü gizlədə bilmədi.
-"Rozalinda."-dedi və gülümsədi.
-"Etiraf edim ki, məni belə tez görmək istədiyini eşidəndə təəccübləndim."
-"Sizinlə danışmaq istədiyim bir şey var."
Başını tərpətdi.
-"Müalicə üçün olan həvəsini görməyə çox şadam."
Mənə əliylə işarə edərək masasının qarşısında oturmağı təklif etdi.
-"Aqil doktor mənə ötən gecə sənin başına gələnləri danışdı."
Keçən gecə yaşadığım hadisəsindən danışdığını bilirdim.
-"Bəli, bilirəm. Lakin mən sizinlə başqa bir şey danışmaq üçün buradayam."
O, iki əlini önündəki stolun üstünə qoydu.
-"Səni dinləyirəm."
-"Mən bir şey etiraf etmək istəyirəm. Özümü bunu demək məcburiyyətində hiss edirəm. Və bunu etiraf etmək çox çətindir, amma etməliyəm. Çünki son zamanlarda özümü daha gərgin, yorğun və halsız hiss edirəm."
Psixoloq diqqətlə məni dinləməyə davam edirdi. Qurumuş dodaqlarımı yaladım və danışmağa başladım.
-"Mən sizin yazdığınız dərmanları bir müddətdir ki, qəbul etmirəm."-dedim onun üzünə baxaraq. Reaksiyasını ölçməyə çalışırdım, amma o, düşündüyümün əksinə çox sakit dururdu. Təəccüblənmişə bənzəmirdi.
-"Siz onsuz bunun fərqində idiniz, elə deyilmi?"

-"Nə qədər müddətdir?"-deyə soruşdu bir neçə saniyə sonra

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

-"Nə qədər müddətdir?"-deyə soruşdu bir neçə saniyə sonra.
Dərin bir nəfəs aldım.
-"Qarabasmalar başladığı gündən bəri."
-"Qarabasmalar?"
Başımı yavaşca tərpətdim.
-"Sizin verdiyiniz dərmanlar məni yorğun hiss etdirirdi və məndə yatma istəyi oyadırdı, ancaq mən gözümü hər yumduğumda qarabasmalarla boğuşuram. Nəfəs nəfəsə oyanıram. Belə ki...təkrar yatmağa qorxuram."
-"Bax, Rozalinda. Sən çox travmatik bir hadisə yaşamış, ailəsini itirmiş birisən, amma sən icazə vermədikcə və mənim dediklərimi etmədikcə sağalmağın qeyri-mümkündür. Dərmanları qəbul etməməyin isə sənin zərərinədir. Mən sənə güvənmək istəyirəm. Əgər xəstə istəməzsə bir doktorun onu sağaltması mümkün deyil. Məni anlayırsan,  elə deyilmi?"
-"Bağışlayın. Mən sadəcə həmin gecəni xatırlamaq istəyirəm, amma..."
-"Amma bir yandan da çox qorxursan."
-"Elədir."
-"Anladım. Dr. Aqil'in sənin üçün yazdığı diaqnozlara əsasən bir terapiya rejimi hazırlayacam və biz birlikdə həmin proqrama uyğun irəliləyəcəyik. Lakin bu dəfə mənim dediklərimə tam riayət edəcəksən, yaxşımı?"
-"Əlimdən gələni edəcəm, doktor."
-"Sənə inanıram, Rozalinda. Sənə inanmaq istəyirəm."
Terapiyadan biraz daha ümidli halda çıxdım. Otağıma qayıdanda yatmaq üçün yorğanımın altına girdim. Özümü çox yalnız hiss edirdim. Ailəm məni təhlükəsiz hiss etdirirdi, bu hiss üçün çox darıxırdım. Hələ on səkkiz yaşım var idi və onlarsız yaşamaq üçün özümü çox kiçik hiss edirdim, amma cəhd etməli olduğumu da bilirdim. Onlar haqqında hər düşünəndə bir çox emosiyalara qapılırdım: qəzəb, kədər, sevgi, həsrət...
Bunlar çox böyük bir duyğu birləşimi idi. Gözlərimdən yaşlar axdı, amma mən onları saxladım. Başlasam, dayana bilməyəcəyimi bildiyim üçün ağlamaq istəmirdim. Ağlaya bilməzdim, yox. Sadəcə gözlərimi yumub yatmalı idim. Yatanda heç nə hiss etmirdim. Bu mənim dünyadan, yaşadığım acılardan və hiss etdiyim ağrılardan bir müddətliyinə də olsa tək qaçış yolum idi.
🦋
Bir neçə saat dincəldikdən sonra otağımda qalmağa davam etdim. Huşumu itirmə hadisəsindən sonra psixoloqum bir neçə gün istirahət etməyimi söylədiyi üçün terapiyaya getməyimə ehtiyac yox idi. Pəncərəyə dəyən yağış damcılarını eşidirdim, amma buna məhəl qoymadım və yastığımı qucaqlamağa davam etdim. Fikirlərim eyni şeylər, son vaxtlar beynimi məşğul edən eyni insanlar ətrafında fırlanırdı. Daha sonra yataqdan qalxıb pəncərəyə yaxınlaşdım və çölə baxdım. Hava qaralmağa başlamışdı. Qara buludlar bir neçə ulduzun üstünü örtdü və bu da ətrafın tamamilə qara görünməsinə səbəb oldu. Yüngül külək ağacların budaqlarını bir az daha tərpətdi. Çöldə havanın çox soyuq olduğunu bilmək üçün pəncərəni açmağa ehtiyac yox idi. Özümü bərk-bərk qucaqladım və əlimdə bir fincan isti kofe və sevdiyim bir roman olmasını istədim.

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
ÖLÜ KƏPƏNƏK 🦋حيث تعيش القصص. اكتشف الآن