26🦋

17 2 0
                                    

Günəşin isti şüaları pəncərədən gözlərimə zəifcə əks olunanda yuxudan yavaşça oyandım və otağımda olduğumu anlamağım iki saniyəmi belə almadı

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Günəşin isti şüaları pəncərədən gözlərimə zəifcə əks olunanda yuxudan yavaşça oyandım və otağımda olduğumu anlamağım iki saniyəmi belə almadı.Çaşqın idim. Yorğanı qaldırıb üst-başıma baxanda paltarlarımın dəyişildiyini gördüm. Bir qədər ağlımdaki suallara cavab tapmaq üçün yataqda uzanmağa davam etdim. Uzun sükutu pozan yeganə şey isə divardan asılan saatın zəif tıqqıltısı idi. Dünən gecə olanlar bir-bir xatirəmdə canlanırdı: kabus görməyim, meşə getməyim və sonra qarşılaşdığım qara paltarlı adam. O rəngli gözlər. Bunlar həqiqətən yaşanmışdı. Xəyal olmadığına adım qədər əmin idim. Bəs buraya, otağıma necə gəlmişdim? Niyə hələ də sağ idim? Məqsədi mənə zərər vermək deyildimi? Dəqiqlərdir boş tavana baxmaqdan otaqda məni mühasirəyə alan gözlərin fərqində belə deyildim. Ta ki, başımı yana çevirib qarşı tərəfdə oturan adamı görənə kimi.
Bunu gözləmədiyim üçün refleks olaraq yataqda qorxu ilə geriyə doğru çəkildim.
-"Sən?"-deyə mırıldandım.
Əlimi ürəyim üstə qoyub dərindən iç çəkdim.
-"Məni qorxutdun. Burada nə edirsən?"
Xan ciddi bir üz ifadəsi ilə mənə baxırdı. Başında onu ilk dəfə gördüyüm zamanki kimi qara bir papaq var idi və qabağa doğru bir az əyik olduğu üçün onun üzünü tam görə bilmirdim, amma hiss edirdim. Mənə üstdən baxırdı. Baxışları soyuq idi. Sanki o hər zaman gördüyüm və söhbət etdiyim insan getmiş, yerinə ilk dəfə qarşıladığım birisi gəlmişdi.
-"Eyni sualı mən də sənə verməliyəm deyəsən."
Anlamayaraq baxdım üzünə. Xan danışmağa davam etdi.
-"Gecənin bir yarısı meşənin içində nə işin var idi, Rozalinda?"
Aman Tanrım! 
Yoxsa...yoxsa o qara paltarlı adam Xan idimi? Axı necə? Yox, yox bu mümkün ola bilməzdi. Gördüyüm şəxsin gözləri fərqli rənglərdə idi və qaranlıqda olsa belə onun Xan'dan daha uzun olduğuna hardasa əmin idim.
-"Mən bura necə gəldim?"-deyə soruşdum sualını cavabsız qoyaraq.
Xan'ın dodaqları kinayə ilə yuxarı qıvrıldı.
-"Necə xilas olduğunu bilmək istəyirsən?"
Tərəddüd ilə başımı təsdiq edərcəsinə tərpətdim.
-"Gizli yerimdə idim. Siqaret çəkmək üçün pəncərəni açanda sənin xəstəxanadan çıxışını gördüm və bir şeylərin normal olmadığını başa düşdüm. Sən özünü itirmiş kimi idin. Mən çölə çıxanda sən artıq meşəyə tərəf yollanmışdın. Səni təqib etdim və amma bir az geridə idim. Meşəyə girəndə sənə səslənsəm də, cavab yox idi. Və sonra onu gördüm. Səni qollarında tutmuşdu. Ona tərəf cəld addımlarla irəlilədim. Səni otların üstünə qoyduqdan sonra doğruldu və mən onunla boğuşmağa başladım. Ağlımda sadəcə sənin yaxşı olub-olmadığını bilmək var idi. Maskalı adam məni son olaraq arxaya doğru itələdi və mən yerə yıxılanda arxasını dönüb meşənin içinə tərəf qaçdı. Arxasınca getmək istəsəm də, səni tək qoya bilməzdim. Sonrası məlum."
Xan qalxdı və başını qaldırıb papağı yuxarı çəkdi və mən heyrətlə əlimi ağzıma apardım. Dodağının kənarı və qaşının üstü partlamışdı. Sağ gözünün altı da az da olsa göyərmişdi.
-"Aman Tanrım!"-dedim oturduğum yerdən qalxaraq. Ona doğru yaxınlaşıb üzünə toxundum və narahat dolu baxışlarla onu incələməyə başladım. Barmağımı ehtiyatla dodağına toxundurdum. Deməli məni otağa geri gətirən Xan idi. Həmişəki kimi o, mənim xilaskarım olmuşdu.
-"Sən yaxşısan? Tanrım! Bunlar hamısı mənə görə oldu. Offf!"
Əlimi üzündən yavaşça uzaqlaşdırdı
-"Önəmsiz bir şeydir. Böyütmə."-dedi qısaca.
-"Önəmsiz?"
Başını tərpətdi.
Arxamı dönüb ondan uzaklaşdım və otağın içində gəzməyə başladım.
-"Anlaya bilmirəm. Həqiqətən, anlaya bilmirəm. Deyəsən artıq dəli oluram. Dünən gecə yenə kabus gördüm və çölə çıxıb nəfəs almaq istədim..."
-"Nəfəs almaq üçün meşə seçimin əla fikir imiş."-dedi Xan kinayə ilə. Ona yan gözlə baxdım.
-"Xan...mən burda boğuluram. Məni anlamırsan. Heç kim məni anlamır. Bir nəfər, bax, çox yox cəmi bir nəfər belə məni anlamır. Mən ağlımla savaş halındayam sanki. Dünən olanların hamısı gerçək idimi, yoxsa beynimin yenə mənə bir oyunu idimi, bilmirəm. Ah! Çox yoruldum. Çox yorğunam."
Yatağa gedib oturdum və başımı iki əlimin arasına aldım. Düşünməkdən başıma ağrılar girirdi. O və mən bir qədər susduq.
-"Nə xatırlayırsan tam olaraq?"-deyə soruşdu Xan aramızdakı səssizliyə son qoyaraq.
Rəngli gözlər. Xatırladığım tək şey bu idi.
-"Onu gördüm."-dedim özümü ələ almağa çalışaraq. Başımı qaldırıb onunla göz gözə gteldim və səsimdəki soyuqluq bədənimi ürpərtdi.
-"Ailəmin qatilini, evimizi yandıran şəxsi gördüm."
-"Üzünü gördünmü bəs?"
Başımı iki yana salladım.
-"Maska taxırdı, amma gözləri..."
-"Gözləri nə?"-deyə soruşdu anlamayaraq.
Ayağa qalxıb pəncərəyə tərəf getdim. Hava günəşli idi və bəzi xəstələr təmiz hava qəbul etmək üçün xəstəxananın həyətində gəzişirdilər. Xan sakitcə yerində oturmuş mənim danışmağımı gözləyirdi. Onun mənə zaman verdiyini bilirdim. Biraz çölə nəzər saldım və Ülkər'in də çöldə olub-olmadığına baxdım, amma xəstələrin arasında yox idi.
Tam pəncərədən uzaqlaşmaq üzərəydim ki, Dr.Sənan'ın xəstəxana həyətinə giriş etdiyini fərq etdim. O, maşınından endi və qapını bağladı. Həmişəki kimi səliqəli geyimdə idi. Onun həddindən artıq titiz bir insan olduğunu deyə bilərdim. Ayaqqabısının üstündə toz qırıntısı belə olmurdu. Xəstəxana girişinə yönəldi və mən onu izləməyə davam etdim. Bir anda ağlıma gələn düşüncə ilə ürpərdim və əllərim ilə bədənimi ovuşturdum. Arxadan çiynimə dolanan güclü əllər məni özümə gətirdi. Başını çiynimə qoyan Xan məni pəncərədən uzaqlaşdırıb arxadan qucaqladı.
-"Danış mənimlə, Rozalinda."
Xan'a sığındım. O, mənim güvənli limanım idi.
-Xan..."
-"Hə?"
-"Mavi və qara rənglərdə idi."-dedim pıçıldayaraq.
Anlamamış kimi,-"Nə mavi və qara idi?"-deyə soruşdu.
Qollarının arasında ona tərəf döndüm və gözlərinin içinə baxdım.
-"Qatilin gözləri...onlar iki fərqli rəngdə idi. Və mən o gözləri daha öncə də gördüyümü xatırladım. Yəni elə düşünürəm. Amma anlamıram. O, ailəmi öldürmüş ikən məni niyə sağ buraxdı? Bəlkə də mənimlə pişiyin siçanla oynadığı kimi oynayır və bəlkə də..."
Dərin bir nəfəs aldım. Bunu düşünmək belə məni çox qorxudurdu.
-"Bəlkə də nə?"
Dodaqlarımı yaladım.
-"Bəlkə də o, hər zaman burada, burnumun dibində idi. Çox qorxuram, Xan. O, niyə məni təqib edir? Mənə verdiyi əzab və ağrı bəs deyilmi? Məndən alacaq daha nəyi var?"
Xan sağ gözümdən axan yaşı barmağı ilə sildi.
-"Ağlama."
Başımı sinəsinə qoyub onu bərk-bərk qucaqladım.
-"Yaxşı ki, varsan, Xan. Sənin yanında heç nədən və heç kimdən qorxmuram."
Xan da əllərini bədənimə dolayıb məni qucaqladı və başımın üstündən öpdü. Başımı sinəsindən qaldırıb üzünə baxdım.
-"Xan, mən.... mən səni...."
Xan barmaqları ilə məni susdurdu.
-"İndi deyil, Roza. İndi doğru zaman deyil."
Şübhəli baxışlarımı hiss etmiş olmalı ki, məndən bir qədər uzaqlaşdı. Niyə məndən qaçırsan, Xan?
-"Problem nədir?"-deyə soruşdum ona doğru bir addım ataraq. Lakin o, əlini qaldırıb mənim durmağımı istədi.
-"Yox, yaxınlaşma."
-"Axı niyə?"
Gözləri gözlərimə zilləndi və mən orada dərin bir kədər gördüm.
-"Peşman olacağın bir şey etməyini istəmirəm sadəcə."-dedi və başını başqa tərəfə çevirdi.
Onu anlamırdım. Bir gün çox tutqulu bir aşiq kimi davranırdı, bir gün isə mənə dünyalar qədər uzaq yad bir insan olurdu. Ancaq bu dəfə onu dinləməyəcəkdim. Bu dəfə olmaz. Yanına getdim və onu özümə doğru çevirib iki əlimlə üzünü tutdum. Dodaqlarımı dodaqları ilə həbs edərkən Xan ilk başda hərəkətsiz qaldı. Alt dodağını dişləyərək onu daha çox özümə çəkəndə isə iradəsi qırıldı və bir əli belimi sardı. Üzümü tutdu və məni öpməyə başladı. Onun isti nəfəsi mənim nəfəsimə qarışmışdı, onun gözəl üzü mənimkindən bir qədər aralıda idi və mən özümü saxlaya bilmirdim. Mən onun şirin, asılılıq yaradan dodaqlarının dadına baxaraq, ümidsizcəsinə onu yenidən öpdüm və o, əllərini ombalarıma endirib, məni özünə yaxınlaşdırarkən eyni həvəslə cavab verdi. Dodaqlarımdan yüngül bir inilti qaçdı. Bir öpüşün məni bu qədər yaxşı hiss etdirəcəyini heç ağlıma belə gətirə bilməzdim. Xan inanılmaz öpüşürdü. O, alt dodağımı dişlədi və titrəmə bədənimdən aşağı axaraq bütün hüceyrələrimə yayıldı. Nə etdiyimin fərqində olmadan ona sürtünürdüm. Amma əynimizdəki geyimimiz bizə bir maneə kimi görünürdü. Xan aşağı hərəkət etmək üçün dodaqlarımı buraxdı və çənəmi, sonra boynumu öpdü. Başımın arxaya düşməsinə icazə verdim. O, boynuma başdan çıxaran öpüşlər buraxdı. Dərimi dişlədi və əmdi, bir az ağrıyırdı, amma mən buna fikir verə bilməyəcək qədər ehtiras dənizinə qərq olmuşdum. O, məni öpməyə davam edərkən ayaqlarımı belinə doladım. Öpüşlərimiz artıq daha həssas və ehtiraslı olmuşdu.
Məni çarpayıya tərəf apardı və ikimiz də onun üstünə, mən kürəyimə, o da üstümə yatağa doğru düşdük və sanki sabah yoxmuş kimi öpüşdük.
Əlləri bədənimdə dolaşırdı, hər yerimi kəşf edirdi. Ola bilsin ki, o an pis bir qərar verirdim, amma heç nə vecimə deyildi. Mən hər şeyi təhlil etməkdən, hər şeyi bilməyi istəməkdən yorulmuşdum. Sadəcə bu andan həzz almaq istəyirdim. Sadəcə sevilmək istəyirdim.
Dodaqlarımız bir neçə saniyəlik ayrılanda onun ilıq nəfəsi üzümü sığalladı. Gözlərinin içinə baxıb gülümsədim və,-""Məni belə öpəndən sonra heç nə hiss etmədiyini söyləməyə cəsarət belə etmə."-dedim.
Təkrar onu özümə çəkib öpmək istəyəndə isə Xan məni durdurdu. İki əli ilə üzümü tutub dərin nəfəs alaraq məndən ayrıldı.

 İki əli ilə üzümü tutub dərin nəfəs alaraq məndən ayrıldı

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-"Bağışla, Roza... mən bunu edə bilmərəm."
Təəccübümü gizlədə bilmədim, nə deyəcəyimi bilmədim. Xan yenidən danışarkən yaşıl gözləri məni axtardı.
-"Sən də bunu etmək istəməzsən, inan mənə."
-"Nə haqqında danışırsan, Xan? Heç nə anlamıram."
Məndən uzaqlaşıb çarpayının ucunda dayandı. Ona baxmaq üçün dirsəklərimə söykəndim. O, çox uzaqlarda itmiş kimi görünürdü.
-"Sənə dürüst olmadım və kor-koranə özünü mənə təslim etməyinə layiq deyiləm."
Onun dedikləri beynimdə həyəcan təbili çaldı. Yataqda oturdum və ona baxdım.
-'Onda mənə qarşı dürüst ol, Xan."
Onun tərəddüd etdiyini gördüm. Əlini gərginliklə üzündə gəzdirdi.
-"Mən dürüst olmaq istəyirəm, amma sənin üçün ən yaxşısı bu deyil."
Nə deyəcəyimi bilmirdi sanki. Uzanıb əllərimi əllərinin arasına aldı.
-"Sənə qarşı dürüst olacağıma söz verirəm Roza, amma mənə bir az vaxt ver."
Etiraz etmək üçün ağzımı açdım, amma mən heç nə deməmiş o, məni əvvəlkindən daha da çaş-baş qoyaraq ayağa qalxdı və qapıya tərəf gedib otağı tərk etdi.

ÖLÜ KƏPƏNƏK 🦋Where stories live. Discover now