9🦋

12 3 0
                                    

Yerimdə dik atıldım və dərin bir nəfəslə yuxudan oyandım

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Yerimdə dik atıldım və dərin bir nəfəslə yuxudan oyandım. Buraya necə gəldiyimi xatırlamağa çalışdım. Ən son xəstəxananın həyətində idim. Yağışın altında huşumu itirənə qədər durduğum anı xatırlayırdım, amma sonrası yox idi. Üst-başıma əl gəzdirəndə, paltarlarımın təmiz və quru olduğunu gördüm. Məni otağa kim gətiribsə, çox güman ki, pijamalarımı da o, geyindirib. Hava çoxdan qaralmışdı və mənim saatdan belə xəbərim yox idi. Yastığımın yanında duran nəmli bezi görəndə əlimə alıb baxdım. Məni kim sağaltmışdı? Yanımda kim var idi? Masanın üzərində bir qab su və yanında da termometr vardı. Çox güman ki, yağışda durmaq məni xəstələndirmişdi. Sadəcə olaraq heç nə xatırlaya bilmirdim. Başım biraz ağrayırdı və bədənim hələ də gücsüz idi. Ən son nə zaman yemək yediyimi belə xatırlaya bilmirdim. Bu aralar yemək yemə rejimim yenidən pozulmağa başlamışdı. Bu da məni bədənən daha gücsüz edirdi. Üzümü ovuşdurub ayağa qalxdım. Dəsmal və sabunu götürüb vanna otağına yollandım. On dəqiqə sonra geri qayıdanda yatağımda birinin oturduğunu hiss etdim və qorxudan olduğum yerdə geri addım atdım. Otaq biraz qaranlıq idi, çünki gecə lampasını hələ yandırmamışdım və çöldəki çiskinli hava ətrafı aydınlatmağa köməklik etmirdi. Pəncərədən içəri süzülən tək şey ayın zəif işığı idi. Ürək döyüntülərimi qulaqlarımda hiss edə bilirdim. Yatağımda oturan adamı tanımağa çalışaraq qorxuyla udqundum. O, ayağa qalxıb lampanı az rejimdə yandırdıqdan sonra kim olduğunu anladım və rahat bir nəfəs verdim.
-"Yenə sən."
-"Aha, yenə mən."-dedi Xan yenidən yatağıma oturarkən.
-"Məni qorxutdun."
-"Bilirəm."-dedi vecsiz bir halda.
-"Burda nə işin var?"-deyə soruşdum əlimdəkiləri masanın üzərinə qoyaraq.
-"Biraz sıxılmışdım və ona görə də qərara gəldim ki, gəlib səni qorxutmaq əyləncəli ola bilər. Gördüyün kimi yanılmamışam."
Ayağa qalxıb mənə tərəf bir addım irəli gəldi. Əlini qaldırıb alnıma qoydu. Mən hərəkətsiz durmuş onun nə etdiyinə baxırdım. Yaşıl gözləri üzərimə düşdü.
-"Sağalmısan. Qızdırman keçib."
Özümə gəlib əlini alnımdan çəkdim.
-"Burada olmamalısan."-dedim fısıltı ilə.
-"Sən yağışın altında durub özünü xəstə etməsəydin, mən də gecənin bu vaxtı burada olmazdım bəlkə də."
-"Məni otağa sənmi gətirdin?"
Başını yavaşça tərpətdi.
Üst-başımı göstərib,-"Pijamalarımı də sənmi geyindirdin?"-deyə soruşdum.
Xan iki əli yanda yenidən yataqda rahat bir hal aldı. Üzündə yaramaz cizgilər peyda olmağa başladı.
-"Heç nə xatırlamırsan, hə?"
Boş-boş üzünə baxmağa davam edirdim. O, isə çox rahat görünürdü. Baş barmağını dodağının kənarında gəzdirdi. Məni çılpaq görmüş ola bilməzdi, elə deyilmi? Bu qədərini etməzdi hər halda. Ən azından mən buna inanmaq istəyirdim. Məndəki narahatlığı hiss etdi və məyusluq içində təslim oldu.
-"Yaxşı yaxşı, qorxmağa ehtiyac yoxdur. Səni dəyişən mən deyiləm. O möhtəşəm bədənini görüb ürəkdən getmək istəmədiyim üçün əziz dostundan köməklik istədim."
-"Ülkərdənmi?"
Başını salladı.
-"Axı sən ki, burada məndən başqa heç kim ilə danışmırsan?"
Oturduğu yerdən ayağa qalxıb mənimlə üzbəüz durdu. Göz təmasını kəsmirdi.
-"Danışmadım onsuz. O, dəli dostun səni mənim qollarımda görəndə az qalsın bütün xəstəxananı ayağa qaldıracaqdı. Əl hərəkətləri ilə ağzını bağlamağını işarə etdim. Sonra səni otağa gətirdim. Titrəyir və sayıqlayırdın. Üst-başını dəyişəndə də arxamı döndüm və gözlədim. Narahat olma yəni. Qızdırman vardı. Ülkər hərarətin düşməsi üçün soyuq suda bez ilə bədənini kompres etdi. Bəxtin gətirdi ki, çox ciddi deyildi halın. Əks halda baş həkimə xəbər verməli olacaqdıq."
Əlimlə üzümü ovuşturdum.
-"Anladım. Hər şey üçün çox sağ ol. Ülkər ilə də dərsdə danışaram artıq. Lakin, indi getməlisən."
Gözəl dodaqlarında istehzalı bir təbəssüm yarandı.
-"Mən birlikdə yatmağı təklif edərsən deyə düşünmüşdüm halbuki. Heyif, xəyallarım suya düşdü."
Ona gözlərimi qısaraq baxdım.
-"Ancaq yuxunda görərsən."
Əlini uzatdı və dodağımın kənarında baş barmağını gəzdirdi. O, mənə toxunanda niyə qarşı çıxa bilmirdim? Toxunuşları heç yad gəlmirdi. Narahat da etmirdi.
-"Yuxularımda sən olacaqsansa, mən razı."
Geri çəkilməsi üçün yavaşça əlinə vurdum.
-"Nə istəyirsən məndən?"
Onun üzündəki təbəssümü itdi və əllərini şalvarının cibinə qoydu.
-"Necəsən?"-dedi anlamadığım bir halda. Sualı məni təəccübləndirdi. Cavab verə bilmədim.
-"Hey? Məncə eşitmə itkisi qızdırmanın yan təsiri deyil."
İstəksizcə ona baxdım.
-"Ha ha. Necə də gülməlidir."
Sülh içində gəldiyini mənə bildirmək üçün əllərini yuxarı qaldırdı.
-"Mən həqiqətən sənin necə olduğunu bilmək istəyirəm."
-"Niyə?"
-"Çünki biz dostuq."
-"Biz dost deyilik."-dedim heç düşünmədən.
Xan əlini ürəyinin üstünə qoydu.
-"Bu məni incitdi."
-"Məni tək qoymayacaqsan, elə deyilmi?"
-"Yox."
Mən məyus halda ah çəkdim və çarpayının yanındakı lampanı söndürmək üçün onun yanından keçdim. Biri ışığı yanıq görsə məni yoxlamaq üçün içəri baxmağa gələ bilərdi və mən otağımda xəstəxana sahibinin oğlu ilə tutulmaq istəmirdim. Bir an ağlıma gələn şey ilə ona tərəf döndüm.
-"Mən nə sayıqlayırdım ki?"
Xan vecsiz bir şəkildə çiyinlərini çəkdi.
-"Yaxınlaşma, uzaq dur kimi şeylər deyirdin."
Heç nə demədim. Nə deyəcəyimi də bilmirdim. Mənə nə olduğunu hələ də anlaya bilmirdim, qaldı ki, qarşımdakı insana bunu izah edə bilim.
-"Getməlisən."-dedim yenidən.
Nəfəsim ciyərlərimdə sıxışdı. Ayın işığı onun üzünü aydın şəkildə işıqlandırırdı. Onun yaşıl gözləri heyrətamiz idi, onlara baxmağı dayandıra bilmirdim. Xan düz qarşımda durmaq üçün bir neçə addım atdı. Önə tökülən saç telimdən bir azını qulağımın arxasına ötürdü. Onun yaxınlığı yanaqlarımı qızardırdı.
-"Getməyimi həqiqətən istəyirsən?"-deyə sakitcə soruşdu.
Mən tamamilə utanaraq aşağı baxdım.
-"Xan..."
O, çənəmdən tutdu və məni yuxarı baxmağa məcbur etdi. Gözlərində nəsə var idi.
-"Niyə həmişə belə edirsən?"
Anlamayaraq üzünə baxdım.
-"Nə edirəm ki?"
-"Gözlərini məndən qaçırırsan."
-"Yox... mən sadəcə..."
Aramızda bir az boşluq yaratmağa çalışaraq bir addım geri çəkildim. Dizlərimin arxası yatağa toxundu. Niyə Xan həmişə məni küncə sıxırdı ki? Yaxınlaşdı, ürəyim artıq dəli olub çarəsizcə döyünürdü.
-"Dayan. Yaxınlaşma."
-"Niyə?"
-"Çünki xəstəxana qaydalarını pozursan."-dedim tələsik bir halda.
-"Anladım. Bəs niyə qızarırsan?"
-"Mən..."
Əllərimi sinəsinə qoydum.
-"Sən nə?-dedi dodağını dişləyərək.
Bir qaşını qaldırdı, əylənirdi.
-"Çəkil. Yoxsa səni şillələyəcəm."
-"Et. Hə, vur mənə."-dedi və sol yanağını mənə tərəf çevirdi.
-"Bunu etməyin üçün çox həyəcanlanıram. Ancaq bunun nəticəsini çəkməli olacaqsan, gözəlim. Bunu bil."
Qaşımı çatdım.
-"Nəticələri nədir ki?"
-"Sənə deyə bilmərəm."
-"Geri çəkil."
Bədənlərimiz bir-birimizə yüngülcə toxundu.
-"Gözləyirəm. Vur mənə."
Yan gözlə mənə baxırdı. Onun gözləri ilə mənə necə meydan oxuduğunu görürdüm. Nəfəs aldım və əlimi qaldırdım. İstədiyim qədər sərt olmasa da, onun üzünə şillə vurdum.
Xan əlini yanağına qoyaraq mənə baxdı və gülümsədi.
-"Niyə gülürsən? Mən ki, sənə şillə vurdum!"
Sağ qolunu anidən belimə doladı. Bunu gözləmirdim.
-"Saf qız."
Məni özünə tərəf çəkdi. Nəfəsi bədənimi titrədirdi. Əyilib qulağıma pıçıldadı:
-"İndi bunun nəticəsini çəkməlisən."
Udqundum.
-"Nə demək istəyirsən?"
Geri çəkildi. Qolu hələ də belimə dolanmış halda idi. Xan gülümsəyərək dodaqlarıma baxdı və,-"İndi sənin mənə bir öpüş borcun var."-dedi.
Göz bəbəklərim heyrətlə böyüdü. Xan gözlərimə və daha sonra həyəcandan qurumuş dodaqlarıma baxaraq danışmağa davam etdi:
-"Borcunu indi ödəməyə nə deyirsən, Rozalinda?"

 Xan gözlərimə və daha sonra həyəcandan qurumuş dodaqlarıma baxaraq danışmağa davam etdi:-"Borcunu indi ödəməyə nə deyirsən, Rozalinda?"

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
ÖLÜ KƏPƏNƏK 🦋Onde histórias criam vida. Descubra agora