39🦋

7 2 0
                                    

-"Niyə biz ona həqiqəti hələ də demirik?"-deyə soruşdu Suzanna bizə baxaraq.
Gecə yarısı idi və Rozalinda yuxarıdakı otaqda yatırdı. Rahat bir yuxu çəkməsi üçün mən onun yeməyinə gizlicə dərman tökmüşdüm.
İndi isə dördümüz salonda oturmuş son zamanlarda olan bitəni müzakirə edirdik. Əlbəttə ki, bu çox sıxıcı idi.
-"Sən düşündüyümdən də eqoistsən."
Ayağa qalxdım və pəncərəyə tərəf getdim.
-"Ona həqiqəti demək istəyirsən, Suzanna?"
Sualı verən Xan idi.
-"Ona valideynlərini özünün öldürdüyünü söyləmək istəyirsən? Bütün bu müddət ərzində ailəsini öldürənin biz olduğumuzu düşünən və bizə qatil canavarlar deyən o qıza əslində canavarın özü olduğunu həqiqətən deməkmi istəyirsən?"
-"Bu nə qədər davam edəcək bəs?"
Elvin əlini Suzanna'nın çiyninə qoyub baxışlarını bizim aramızda gəzdirdi.
Ah, sevgilisinə dəstək olan sevimli aşiq.
Bir saniyə susdum, sonra o iki eşq quşuna zillədim baxışlarımı.
-"Siz ikiniz, onu məhvmi etmək istəyirsiniz? Onun etdiklərimizə görə təşəkkür edib-etmədiyini görmək üçün onu paramparça etməyə dəyərmi sizcə?"
Suzanna başını aşağı saldı və mən davam etdim:
-"O, indi fərqli bir insandır, o, çox şey yaşadı və bir doktor kimi sizi əmin edə bilərəm ki, Rozalinda həqiqətlə mübarizə apara bilməz, bu...onu məhv edəcək. Ya da tam tərsi...o, özünü məhv edəcək."
-"Mən heç vaxt onu ncitəcək bir şey etmərəm."-deyə cavab verdi Suzanna.
Əlimi onun çiyninə qoydum.
-"Bilirəm, buna görə də sən dünyəvi duyğularını idarə etməlisən. Səni yenidən sevməyinimi istəyirsən? Onda sıfırdan başla."
Arxamı ona çevirib yerime oturdum, Xan'ın baxışlarını üstümdə hiss edirdim.
-"Bəs bütün bunlardan sən nə qazanacaqsan?"
Rosalinda'nı və ya Katerina'nı müşahidə edə bilmək, öyrənmək, həyatını məhv etdiyini düşündüyü insanlara qarşı heç nə hiss etməmək, uğursuzluğunu görməmək üçün bütün varlığı ilə necə mübarizə apardığını görmək fərqli bir təcrübə idi mənim üçün. Rozalinda indiyə qədər təhlil etdiyim ən füsunkar zehnə sahib biri idi: bir ağlın iki fərqli şəxsiyyəti necə qəbul edə biləcəyini, onun illərlə davam edən zorakılığı necə unuda biləcəyini və evində hər şeyin mükəmməl olduğu bir dünyanı necə yarada biləcəyini görmək məni valeh etmişdi açıqcası.
Xan hələ də cavabımı gözləyirdi.
-“Heç nə. Bir az əylənib sıxılanda da gedəcəm. Bu qədər.-deyə cavab verdim əllərimi başımın arxasında birləşdirib divanda geriyə söykənərək.
Tək qaşını qaldırıb;
-"Ona qarşı hisslərin yoxdur yəni, eləmi?"
Mən sualına gülməyə başladım.
Xan qaşlarını çatdı.
-"Biz ona qatil olduğumuzu düşünməyə icazə verdik. Biz öldürmədiyimiz bir ailənin ölümünə görə məsuliyyət daşıyırıq. Hər nə qədər ovlanmağı sevsəm də, mənim də standartlarım və seçənəklərim var."
Suzanna qorxuyla mənə baxdı.
-"Sən... birini öldürdünmü yəni? Tanrım...!
-"Dramanı dayandıraq... Həm üstəlik, qurbanlarım həmişə problemli insanlar idi; narkotik problemi, fahişəlik... Artıq nicat tapmayan, özünü yalnız dərd və ağrıya həsr edən insanlar."
-"Bu unudulmuş dünyada bir az təmizlik etdi sadəcə."-dedi Xan divanda rahatca uzanaraq.
Suzanna ayağa qalxdı.
-“Mən anlamıram...sən və Xan necə belə soyuqqanlı ola bilirsiniz axı?"-dedi.
-"Mən də sizin üçün eyni şeyi deyə bilərəm."-dedim gülümsəyib onu və sevgilisini işarə edərək.
-"İnkar edə bilmərəm ki, bu barədə bəzən düşünmürəm. Hərdən fikirləşirəm ki, sizdə olan bu empatiyanı, mənə yad bir anlayışı hiss etmək necə olardı? Amma empatiya sayəsində mənim nə qədər zəif ola biləcəyimi düşünəndə bu marağım yox olur."
-"Əlbəttə, axı unutmuşam ki, sən özünü bizdən üstün hesab edirsən."-dedi Elvin Suzanna ilə salonu tərk edərkən.
Güldüm.
-"Mən özümü sizdən üstün hesab etmirəm dostum, onsuz da eləyəm."
🦋
Artıq tamamilə dəli olurdum.
Bundan əmin idim, çünki onlar kimi olmağa çalışırdım. Səssizcə onların mimikalarını, jestlərini, bir-birini əvəz edən hər baxışlarını izləyir, bütün bu dəlilikləri anlamağa çalışırdım. Onların səbəblərini, məqsədlərini, zəif tərəflərini anlamağa çalışırdım. Amma bu mənim üçün asan deyildi, çünki mən onlar kimi deyildim və heç vaxt onlar kimi olmayacaqdım. Onları təqlid edə biləcəyim və ya kopyalamağa çalışdığım çox şey var idi, amma hər şeyin öz həddi var idi.
Qarğa... İçlərində ən təhlükəlisi o, idi, heç nəyi ciddiyə almırdı, nə qədər riskli və qanlı olsa da, hər şey onun üçün bir oyun idi. O, son dərəcə ağıllıydı və insanları manipulyasiya və aşkar etmək bacarığı da istənilən fiziki qabiliyyətdən daha təhlükəli ola bilərdi.
Xan...O soyuqluq maskasının arxasında gözlənilməz və dəyişkən idi. Bir şey düzgün olmayanda və ya bir şey onu narahat edəndə onun necə qeyri-sabit ola biləcəyini görürdüm. Bu şəkildə qarşındakını manipulyasiya etmək daha asan idi onun üçün. Onun ən pis cəhəti o idi ki, nə qədər çalışsam da, o, heç nədən qorxmurdu.
Bu onu daha da təhlükəli edirdi.
Elvin...onu hələ də tam olaraq tanıya bilməmişdim və içindən nə çıxacağı müəmmalıydı. Bildiyim tək şey Suzanna'ya həddindən artıq bağlı olduğu idi.
Buna görə də özümü riskə ata bilməzdim.
Suzanna isə...Onların ən zəif nöqtəsi idi, bu mənə daha da aydın oldu. Emosiyalarına, xoş niyyətlərə sahib olduğu ifadələrindən, sözlərindən görünürdü. Dəfələrlə onun bu vəziyyətdə tərəddüd etdiyini görmüşdüm və bu mənim yeganə üstünlüyüm idi.
Xan, Sənan və Elvin heç vaxt məni buradan çölə buraxmazdılar, amma Suzanna...
O, tamam başqa məsələ idi.
"Ondan istifadə et, o, səni bu buradan çıxara bilər."
Beynimdəki o soyuq səs bir neçə gündür məni narahat edirdi. 
Bu mənim sızlayan vicdanım idimi?
Yoxsa nəhayət geri dönüşü olmayan o nöqtəyə çatmışdım? 
Mən həqiqətən dəli olmuşdum?
Bu günlərdə planımı tətbiq etməyə çalışırdım. Onunla hər gün danışırdım, kiçik söhbətimiz yavaş-yavaş uzun-uzadı söhbətlərə çevrilirdi.  Onu bir gecədə dostluğumuza inandıra bilməzdim, bu inandırıcı olmazdı, hər şey tədricən olmalı idi. Mən də onu xəbərdar etdim ki, nə Sənan, nə Xan, nə də Elvin bu söhbətlərin aramızda getdiyini bilməsinlər.
Çünki onların mənim niyyətimi başa düşmələri üçün bir neçə saniyə belə bəs edəcəkdi.
Onlarla nə koridorda, nə də mətbəxdə rastlaşanda salam belə vermirdim. Sənan mənə baxanda həmişə gülümsəyirdi, sanki onunla axırda danışacağımı bilirmiş kimi, bu səssizliyə nə qədər dözə biləcəyimi görməyə çalışırmış kimi, bu bir oyun idi. Bu, onu həyəcanlandırmaq və əyləndirmək üçün bir şey tapmaq istəyən manipulyator, psixopat Qarğa'nın oyunu idi və təəssüf ki, o da məni tapmışdı. Zaman keçdikcə səbrini itirdiyini deyə bilsəm də, Xan mənə təzyiq göstərmirdi.
Duş qəbul edib şalvar və qolsuz üst köynək geyindikdən sonra güzgü qarşısında dəsmal ilə saçlarımı qurutdum. Görüntüm məni təəccübləndirdi, sağlam görünürdüm. Yanaqlarım belə çökməmişdi və ya gözlərimin altındakı qara dairələr yox idi. Dərim daha yaxşı görünürdü. Fiziki cəhətdən yaxşılaşırdım. Sənan bununla xüsusi maraqlanırdı: sağlamlığa faydalı yeməklər, mən yata bilməyəndə yuxu həbləri... o, hətta mənimlə terapiya seanslarını da sınadı, amma mən imtina etdim.
Ancaq psixi vəziyyətim hələ də qarışıq idi. Onlar ilə yaşamaq mənə fiziki cəhətdən yaxşı idi, amma mənəvi cəhətdən heç də belə deyildi. Saçlarım hələ də nəmliydi, ehtiyatla koridorda hər iki tərəfə baxaraq otaqdan çıxdım. Ətrafda heç kim yox idi. Mən Suzanna'nın otağına girdim. Qapını tıqqıldatmağa ehtiyac görmədim, içəri girdim və qapını arxamca bağladım.
Çox erkən olduğu üçün o, çarpayısında oturub gülümsəyərək məni qarşıladı.
-“Buna alışa bilərəm."-dedi.
-"Mən səninlə yalnız ona görə danışıram ki, sən onların içərisində ən sağlam düşüncəli olanısan. Başqa bir səbəb yoxdur."
-"Başa düşürəm."
-"Sən də onlar kimi mənim üçün hələ də qatilsən və səni heç vaxt bağışlaya bilmərəm."
Başını tərpətdi.
-"Bunu mənə artıq demişdin."
Otağının pəncərəsinə tərəf getdim. Səhər işığı içəriyə süzülürdü. Çölə baxmaq üçün pərdələri kənara çəkdim. Suzanna'nın gözlərinin üzərimdə olduğunu hiss edirdim.
-"Çox daha yaxşı görünürsən."-dedi. 
-"Bunun məni necə sevindirdiyini bilmirsən."
Ona tərəf döndüm.
-"Heç kim mənimlə maraqlandığını düşünə bilməz." 
Qaşlarını çatdı.
-"Sənə dəyər verdiyimi bilirsən, Roza."
-"Bunu göstərməyin lənətə gəlmiş bir yolu var, amma etmirsən."
İç çəkdi və yataqdan qalxıb yanıma gəldi.
-“İndi heç nə anlamırsan, lakin zamanla başa düşəcəksən."
-"Nəyi başa düşəcəm? Sizin birləşib mənim ailəmi öldürüb həyatımı məhv etməyi planlaşdırdığınızımı? Əgər bu kifayət deyilsə, davam edim. Sən də məni qaçırıb burada səninlə yaşamağa məcbur etdin. Unutma."
Mən onun gözlərində qətiyyət gördüm.
-"Mən heç vaxt səni incitmək niyyətində deyildim."
-“Yaxşı, ancaq mən artıq sənə qarşı dostluq hiss etmirəm."
-"Bunu görürəm."
-"Onlar məni istəyirlər."--dedim yanından keçdib yatağa oturdum.
-"Onlar səni heç nəyə məcbur edə bilməzlər, narahat olma."
-"Bəs mənim iradəmə zidd nəsə etsələr? Məsələn, mənim sevgimi qazansalar necə? Xan və mənim bir keçmişimiz var. Yenidən ona təslim olsam necə olacaq? Ya da Sənan? Onun da mənə qarşı bir şeylər hiss etdiyini düşünürəm, amma dərin duyğular deyil təbii ki."
Suzanna güldü.
-"Ögey qardaşımda duyğu deyilən bir şey yoxdur ümumiyyətlə."
-"Bəs mənim duyğularım dəyişsə necə? Sən məni, sözdə dostum dediyin insanı o iki canavarın vicdanına buraxacaqmısan? Hər şeyə göz yumub yenə susmağa davammı edəcəksən? Mənim bildiyim dostlar bele etməz. Haqsızmıyam?"
Suzanna heç nə demədi, sadəcə dodaqlarını büzdü. Mən isə yataqdan qalxıb üzümdə zəfər təbəssümü ilə otaqdan çıxdım.
Tələsik addımlarla otağıma çatanda içəri girdim, qapını bağladım və arxamı qapıya söykədim.
Başımı qaldırıb qarşıya baxanda isə təəccüblə qışqırdım.
Xan...
O, otağımda idi.
Pəncərənin yanındakı kiçik divanda uzanmışdı, əlləri başının arxasında, tamamilə rahat görünürdü. O, qara pijama altı və qara köynək geyinmişdi, saçları həmişəkindən daha nəm və dağınıq görünürdü.
Təəccübləndiyimi söyləmək kifayət etməzdi.  Onu bu saatda otağımda görəcəyimi gözləmirdim, gözlərində məni qorxudan o soyuq baxışlarla həm də.
Dodaqlarında təbəssüm yarandı.
-"Mənsiz əylənirsən, prenses?"
Mən güclə udqundum.
-"Burada nə edirsən?"
Əllərini başından endirdi.
-"Mənim haqqımda danışmaq üçün hələ tezdir."
O, əlləri ilə üzünü sığalladı.
-"Niyə sənin haqqında danışmırıq, Rozalinda?"
Adımı deməsi, mənə baxması, duruşu, baxışı... hamısı bir şeyi işarə edirdi: nə etdiyimi bilirdi.
Lənət olsun!
O, sakitcə orada dayandı. Onun boyu həmişə olduğu kimi məni qorxudurdu və onun boz gözləri mənə baxır və mənə meydan oxuyurdu. Aramızdakı səssizlik ağır idi və nəfəs almaq çətinləşirdi. Onun getməsinə ehtiyacım vardı.
-"Otaqdan çıx, şəxsi həyatıma hörmət edəcəyini düşünürdüm."-deyə ona xatırlatdım və diqqətsiz görünməyə çalışdım.
Ürəyimin döyüntüsünə məhəl qoymadan onun yanından keçib hamam otağına tərəf getdim. Özümü elə aparırdım ki, guya orada nəsə axtarıram, çünki getməyinə ehtiyacım var idi. Burada qalsaydı, məndən şübhələndiyini təsdiqləmək üçün bir yol tapmayacağına əmin ola bilməzdim. Qapıya tərəf çevrildim və ikinci dəfə ucadan qışqırdım.
Xan orada, qapının yanında durmuşdu.
-"Bilirsən, özümü bir az alçaldılmış hiss edirəm. Niyə məni həmişə aşağı qiymətləndirirsən, Roza? Vaxtını mənə qarşı oynamağa sərf etmə, çünki heç vaxt qalib gəlməyəcəksən."
-"Nə haqqında danışırsan bilmirəm."
Qulaqdan qulağa dişlərini yırtıcı kimi göstərərək gülümsəyirdi. O, çox nadiren gülərdi ve indiki vəziyyətdə bu çox qorxulu görünürdü.
Özümü belə kiçik bir məkanda ov kimi hiss edirdim.
-"Doğrudan da bu axmaqlığı edəcəksən?" 
Qapının kənarında yavaş-yavaş hərəkət edən barmaqlarını izləmək üçün gözlərini mənimkindən ayırdı.
-"Suzi'nin zəif tərəfimiz olduğunu ən axmaq adam belə bilər."
Başını tərpətdi.
-"Aşkar olanı seçməkdə özünü ağıllı hiss etmə, gözəlim."
-"Nə danışırsan bilmirəm. Və mən sənin gözəlin deyiləm."
-"Mənimlə oynama!"
Qapının kənarına bərk vurub məni susdurdu. 
-"Yalan danışma. Məndən daha ağıllı olmağa çalışdığın zaman dözə bilmirəm."
-"Yalan zad yoxdur. Sən də mənim üçün hər kəs kimisən artıq."
O, ürəkdən güldü və gülüşü kiçik məkanda əks-səda verdi.
-"Məni sınamaq istəyirsən? Sən doğrudan da bu oyunu mənimlə oynamağa hazırsan?" 
O, vanna otağına bir addım atdı və mən qorxaqcasına geri çəkildim.
-"Xan..."-deyə pıçıldadım.
-"Aha?"
-"Mənə yaxınlaşma."
-"Planını etiraf et, onda səni tək qoya bilərəm."
Yaxınlaşdı və geri addım atdım, belə ki, arxamdakı divara asılmış hamam xələtinə kürəyim dəydi. Çıxış yolu yox idi. Sabun və şampun qoxusu burnuma doldu. Xan təzəcə duş almışdı və o, artıq mənə çox yaxınlaşmışdı.
-“Mənim qəbul edəcəyim heç nə yoxdur."
O, gülümsədi.
Hamam otağının qapısını arxadan bağladı və işığı söndürdü. Və beləliklə, bizi zülmət qaranlığa məhkum etdi.
Qaranlıq boğucu idi və çətinliklə nəfəs alırdım. Ürəyim tez-tez döyünürdü və məni yerindən çıxmaq ilə hədələyirdi. Qapının altından gələn günəş işığı bir neçə addımlıqda Xan'ın kölgəsini görməyə çətinliklə bəs edirdi, belə ki, onun üzünü və ifadəsini görə bilmirdim və bu məni qorxudurdu.
-"Xan..."
Səsim də titrəyir, boğazım quruyur, əllərim isə tərləyirdi.
Heç nə demədi, susqunluq məni yeyib bitirirdi.
-"Xan, qapını aç."-dedim və bunun bir neçə dəqiqəlik oyun olması üçün dua etdim.
Ondan bir növ cavab və ya istehza gülüşü gözləyirdim, amma bunun əvəzinə yalnızca sükutla qarşılaşdım. 
Niyə danışmırdı? 
Niyə yerindən tərpənmirdi?
Boğazımı təmizlədim.
-"Qapını aç, yoxsa qışqıracam."
Suzanna'nın ən qısa zamanda burada olacağına əmin idim.
Onun mənə tərəf gəldiyini eşitdim və refleks olaraq geri çəkildim, özümü arxamda asılmış hamam xələtinə basdırdım. O, düz qarşımda idi, bədənindən yayılan hərarəti hiss edirdim, xoşuma gəlməyəcək qədər mənə yaxın idi.
-"Nə etməyə çalışırsan?"
Nəfəssiz qalaraq soruşdum.
-"Nə hiss edirsən, Rozalinda?"
Daha əvvəl eşitmədiyim yumşaq səsiylə soruşdu.
-"Heç nə, mən sadəcə buradan çıxmaq istəyirəm, ona görə də..."
Barmağını dodaqlarıma qoyub məni susdurdu.
-"Dürüst ol."
Bu mənim təxəyyülüm idi, yoxsa onun nəfəsinin səsi də qeyri-bərabər idi?
Barmağını dodaqlarımdan çəkdim.
-"Heç nə hiss etmirəm."
Xan bir əli ilə üzümü tutdu, baş barmağı yanağıma yumşaq bir şəkildə sığal çəkdi. Öldürən əllər necə belə nəvazişli ola bilərdi? Əlini itələmək istədim, amma bacarmadım.
O, sənin ailənin qatilidir deyə özümü danladım.
Bu məni kədərləndirdi və çaşqın etdi.
Xan baş barmağını dodaqlarıma endirib yavaş bir nəvazişlə sığal çəkməyə davam etdi, özümə etiraf etmək istəməsəm də, bu məndə yaratdığı hissləri gücləndirdi.
Və bu, məni tamamilə dəli edirdi.
-"Heç nə hiss etmirsən?"
Artıq onun sualını unutmuşdum, nəfəsi ağzımı sığallayırdı.
-"Mənə yalan danışma, prenses."
-"Yalan demirəm, bəlkə mən də sənin kimiyəm, bəlkə..."
Udqundum.
-"Bəlkə mən də artıq heç nə hiss etmirəm."
Xan ombalarımdan tutub məni özünə tərəf çəkdi.
-"Kim dedi ki, heç nə hiss etmirəm?" 
Onun sərtliyini qara pijama altından hiss edirdim.
Hərarət üzümə yayıldı.
-"Mən... bunu nəzərdə tutmurdum."
-"Bəs nəyi nəzərdə tuturdun?" 
Üzünü boynuma basdırdı və nəfəsinin məni qıdıqladığını hiss etdim.
-"Duyğuları nəzərdə tutursan?"
Boynuma bir öpüş qoydu.
-"Səni sevdiyimi söyləməyimi istəyirsən?"
Onu məndən uzaqlaşdırmaq üçün əllərimi sinəsinə qoydum.
-"Mən hər şeyi çox yaxşı başa düşürəm onsuz."
Qulağımda onun sakitcə güldüyünü eşitdim.
-"Çox həssassan, gözəlim. Sənə qarşı hiss etdiyim şey bir sözlə təsvir edilə bilən axmaq bir hissdən çox daha mürəkkəb, çox daha dərin və davamlıdır."
Bu bir etiraf idi?
Xan soruşmağıma icazə vermədi, çünki dişləri yüngülcə boynuma batdı, utancaq bir xırıltı çıxardım, sonra ağzı qulağıma yaxınlaşıb pıçıldadı:
-“Mən heç vaxt səni istədiyim qədər heç nəyi bu qədər istəməmişəm, Rozalinda."
Nəfəs almağım nizamsız olduğu üçün çətinliklə danışa bilirdim.
-"Sənin zövqüncə olmadığımı düşünürdüm."
-"Yalnış düşündüyünü sənə göstərə bilərəm."
Onun dodaqları dodaqlarıma yaxınlaşanda bir-birinin ardınca yanağıma sulu öpüşlər buraxdı.
Xan bir an dayandı, dodaqları dodaqlarımı ovuşdurdu, nəfəslərimiz qaranlığa qarışdı.
Heç nə görmürdüm, lakin hisslərim kəskinləşmişdi.
Son bir zərbə ilə onu itələdim və ondan qaçmağa çalışdım, amma o, məni geriyə itələyib arzu ilə öpdü. Dodaqları dodaqlarımın üzərində aqressiv hərəkət etdi və bu məni daha çox həyəcanlandırdı.
Aramızda var olduğunu bilmədiyim bir cazibə cərəyanı öpüşün içindən axırdı və o, özünə gəlməmiş mən onu öpdüm. Sanki bir hissəm bunu inkar edə bilmirdi. Saçlarından tutub özümə yaxınlaşdırdım və dodaqlarımı ritmə uyğun hərəkət etdirdim. Dodaqlarımızın yaş, sərt toxunuşunda çarəsizliyi, saf istəyi hiss edirdim. Xan məni yuxarı qaldırmaq üçün ombalarımdan tutdu və mən onu ehtirasla öpərkən ayaqlarımı onun belinə doladım.  Artıq düşünmək istəmirdim, hiss etmək istəyirdim və nədənsə heç də doğru olmasa da, bunun o an ən doğrusu olduğuna əmin idim.
Xan boynumu, körpücük sümüyümü, sinəmi öpmək üçün dodaqlarımı buraxaraq məni özünə yaxınlaşdırdı...
İniltilərimi susdurmaq üçün alt dodağımı dişlədim.
-"Yox..."-deyə mırıldandım, amma səsimdəki istək çox aydın idi və mən buna nifrət etdim. 
-"Xan, yox."
İki əli ilə məni bədəninə doğru sıxdı.Ağzı mənimkiləri tapdı və mən onu daha da ehtirasla öpdüm.
O, yalnız boğuq səslə pıçıldamaq üçün məndən ayrıldı:
-"Artıq qaçış yoxdur, prenses."
Onun öpüşlərində, ustaca nəvazişlərində özümü itirdim və vanna otağının qaranlığında özümü ona təslim etdim. Onun adını təkrar-təkrar inildəyirdim, Xan'ın o anki çılğınlığına sürüklənirdim və bunun hər saniyəsindən zövq alırdım.

ÖLÜ KƏPƏNƏK 🦋Hikayelerin yaşadığı yer. Şimdi keşfedin