25🦋

20 2 0
                                    

Hər şeyi əlimdən alan şeytan

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Hər şeyi əlimdən alan şeytan.
Mənim ovçum.
Onun məni tutacağını içdən-içə bilsəm də, başqa yolum olmadığı üçün qaçmağa çalışdım. Onu arxamda hiss edəndə isə özümü müdafiə etmək üçün yolda gördüyüm yerə düşmüş budağı götürərək arxaya döndüm.
"Uzaq dur!"
Güldü və başını yana əydi.
"Ah, Roza.. mənim gözəl Rozam."-, deyə mırıldandı.
Əllərim titrəyirdi, amma yenə də əlimdəki budağı sabit tuturdum.
"Bəsdir. Əl çək məndən. Yaxınlaşma!"
Dodaqlarımdan bir hıçqırıq qaçdı.
"Məni rahat burax. Yalvarıram."
O, isə başını iki yana salladı.
"Nc, olmaz."
Mənə tərəf bir addım atdı və mən budaqla bacardığım qədər ona möhkəm vurdum, amma budağı tutub əlimdən çəkib aldı və kənara atdı. Qorxu ilə geri addım atdım. Çarəsiz halda arxamı dönməyə çalışdım, amma o, məni tutub geriyə itələdi və mən bel üstə yerə yıxıldım. Ayağa qalxa bilməmiş o, üstümə çıxdı. O qədər yüksək səslə qışqırdım ki, qulaqlarım ağrıyırdı, amma onun vecinə belə deyildi.
"Bilirsən ki, heç kim bizi eşitməz."
Qaçmağa çalışırdım, sinəsinə, qollarına vururdum, amma ona heç nə edə bilmirdim. Bir əli ilə biləklərimdən tutdu və başımın üstündə sabitləyib torpağa basdırdı.
"Yox, yalvarıram burax."
"Şşş, rahat dur."
Onun boş əli paltarımın ətəyinə uzandı və sonra ayaqlarımdan yuxarı parçanı sürüşdürməyə başladı. Nəfəs alması sürətlənirdi. Özümdən, varlığımdan iyrəndim. Gözyaşlı, qorxulu, çarəsiz yalvarışlarım ona heç təsir etmirdi. Onun əli ombalarıma çatanda isə mən yerdə çarəsizcə qıvrıldım.
"Yox! Eləmə! Yox!"
Dik atıldım və ayılıb çarpayımda oturan halda tapdım özümü. Tər üzümdən aşağı süzülüb pijamama hopurdu. Yazıq ürəyim dağılmaq ərəfəsində idi. Daha bir xatirə...
Şkafın üstündəki stəkanı götürüb bir qurtum su içdim. Gecə yarısı idi. Səhərin bu vaxtı həmişə kabuslar görürdüm. Yorğanı çəkdim və yataqdan qalxdım.
🦋
Artıq düşünmək istəmirdim. Ağlımın içindəki səsləri susdurmanın bir yolu vardımı görəsən? Qorxu...Hiss etməyi unutmadığım tək duyğu qorxu idi. Qorxu insanı aldadır, çaşdırır, kukla kimi hərəkətə gətirib oynadır. Sanki kritik bir vəziyyətdə özümüz üzərində bir növ nəzarətimiz var, əslində isə necə reaksiya verəcəyimizi, stresli bir vəziyyətdən təhdid və ya təzyiq hiss etdiyimiz zaman beynimizin necə hərəkət edəcəyini bilmirik....Qorxmağın nə olduğunu və nə qədər gözlənilməz ola biləcəyini unutdurduğu üçün vaxtı günahlandırdım. Və bunun axmaqlıq olduğunu bilirəm.
Gecəydi. Səhər yavaş-yavaş açılmağa üz tuturdu. Gözətçinin yatmağını fürsət bilib xəstəxananın arxa qapısından çölə çıxdım. Nəfəs almağa ehtiyacım var idi. Bina, divarlar, hər şey üstümə-üstümə gəlirdi. İçimdə fərqli duyğuların birləşimi vardı sanki və mən bütün bu hisslərin ağırlığı altında əzilirdim.  Artıq yaz aylarında idik, lakin hava hələ də soyuq idi. Soyuq bir qış gecəsində intihar etməyimin üstündən ilk dəfə idi ki, yenidən eyni şeyi etməyi düşünürdüm....Özümü öldürməyi.
Varlığımdan iyrənirdim. Hər şeyi xatırlamasam da, artıq kirli bir bədənə sahib olduğumu az-çox bilirdim. Bir qədər yeridim. Hara getdiyimi bilmirdim belə. Sadəcə yeriməyə davam etdim. Meşəyə girdiyimi isə ağacdaki bir bayquşun digər tərəfə uçub səs çıxarmağından anladım. Başımı qaldırıb gecənin qaranlığında parlayan aya baxdım. Burda tək idim. Yalnız. Qorunmasız. Kimsəsiz. Necə də tanış hisslər idi. Mən kim idim? Niyə özümü bu qədər məyus hiss edirdim?
-"İlahi, susdur artıq beynimin içindəki bu səsləri. Dözə bilmirəm artıq."
Ağlayırdım. Çarəsizlik məni gücsüz buraxırdı. Çox yorğun idim, çox. Bilinməzlik məni yox edirdi. İki əlimlə başımı tutdum. Baş ağrıları dözülməz idi. Meşədə ileriye doğru yeriməyə davam etdim. Bir yırtıcı heyvan tərəfindən parçalanmaq belə o an vecimə deyildi. Bəlkə də belə daha yaxşı olardı. Bütün ağrılar sona çatardı.
Soyuq idi. Ayaqlarım soyuq havada donurdu, bədənim üşüyürdü və düşüncələrimdə mənimlə danışan biri var idi sanki.
"Qaç! O səni tutacaq... Qaç!"
Bir neçə saniyə ərzində mən meşənin içində qaçmağa davam etdim. Hava çiskinli olduğu üçün və ay tam görünmədiyi üçün hər yer gözlədiyimdən də qaranlıq idi. Qaçarkən bədənim taqətdən düşürdü. Artıq üzümün bir hissəsini isə soyuqdan hiss edə bilmirdim. O qədər üşümüşdüm ki, bədənim artıq soyuğa reaksiya vermirdi. Dayandım, arxamı ağaca söykədim və ağır-ağır nəfəs aldım.
-"Xahiş edirəm, kömək edin..."-deyə pıçıldadım.
Sonra onu eşitdim... İstehzalı bir fısıltı.
-"Aman Tanrım, yox!"
Qaçmağa davam etmək, ondan uzaqlaşmaq üçün özümü ağacdan ayırdım.
-"Biri mənə kömək etsin!"-deyə qışqırdım.
Bilirəm ki, yeganə ümidim qonşulardır. Evlər uzaqda olsa da, qaçıb səy göstərməliydim. Çiyərlərim yanırdı və məni qismən soyumuş hava ilə nəfəs almağa məcbur edirdi. Ürəyim o qədər sürətlə döyünürdü ki, nəfəs ala bilmirdim. Arxamda tələsik addım səslərini eşitdim və çiynimin üstündən baxmağa cəsarət etdim. Onu arxamda görəndə isə dodaqlarımdan bir qışqırıq qaçdı. O, qaçmırdı, sadəcə tez-tez yeriyirdi. Uzun ayaqları onu qaçmaq problemindən xilas edirdi. Meşənin qaranlığında onu əynindəki qara paltarı ilə fərqləndirmək demək olar ki, mümkün deyildi.
-"Uzaq dur!"-dedim dodaqlarım titrəyərək.
Başını əydi və iki yana salladı. Yaxınlaşmağa davam etdi. Geri-geri addımlayırdım. Çox qorxurdum.
-"Kimsən? Məndən nə istəyirsən?"-deyə soruşdum, lakin o, danışmır, ya da bir şey demirdi. Bir addım daha geriyə atdım və ayağım arxadakı budağa ilişdi. Müqavimətimi itirdim. Tam yerə düşmək üzərəydim ki, o, cəld uzanıb əlimdən tutdu və məni özünə çəkərək düşməkdən xilas etdi. Bədənim onun sərt bədəni ilə toqquşdu. Mən üzündə maskası olduğu üçün onu tanıya bilməsəm də, gözlərini ayın işığında gördüyüm an içimdəki təəccübü gizlədə bilmədim. Onun gözləri... Onlar fərqli idilər. Sol gözü mavi, sağ gözü isə qara rəngdə idi. Sonra ağlımda bir xatirə canlandı. Yanğın.... Məni qucağında daşıyan güclü qollar. Məni yanğından xilas edən birisi vardı. Ailəmi və evimizi oda verdikdən sonra məni o yanğından çıxaran biri. Niyə məni ölməyə qoymadı bəs? Niyə məni xilas etdi ki?Deməli, məni tutan bu qara geyimli şəxs idi hər şeyin səbəbkarı? Məni yanğından xilas etdi və ailəmi öldürdü. Sonra da məni meşəyə aparıb orada tək buraxdı. Bəlkə də həmin gecə məni istismar edən elə o, idi. Və sonra ağlıma bir anda mənə gələn gizli məktublar gəldi.
Onları mənə Xan yazmamışdı? İlahi! Mən tələyə düşmüşdüm. Qollarında çırpındım və qışqırmaq üçün ağzımı açmışdım ki, o, məni tərs çevirib sinəsinə doğru sıxdı.
-"Burax! Kömək edin! Kömək edin!"
Onu təpikləməyə çalışırdım. Bütün gücümü məni sərbəst buraxması üçün sərf etdim, amma faydasız idi. O, çox güclü idi. Bir anda ağzımı və burnumu örtən bir bez parçası ilə gözlərim qorxudan böyüdü. Tünd qoxunun nəfəsimə dolması ilə göz qapaqlarım ağırlaşdı və eşitdiyim son şey onun uzaqdan gələn səsi oldu:
-"Yenidən xoş gördük, atəş quşu."

"

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
ÖLÜ KƏPƏNƏK 🦋Hikayelerin yaşadığı yer. Şimdi keşfedin