36🦋

3 2 0
                                    

Rozalinda valideynlərini öldürərkən gördüyümüz qızdan çox fərqli idi.
Atəş quşu soyuq və təhlükəli idi. Biz onun evi oda verəcəyini anlamışdıq və evin yaxınlığında pusquya qalmışdıq. Gözlədik. Ona əngəl olmaq deyildi məqsədimiz. Biz onu bu zillətdən qurtarmaq üçün burada idik.
Xan və mən sakitcə gözlədik. Sadəcə ikimiz vardıq. Digərləri oyuna sonradan daxil olacaqdı.
Bir yanım bütün bu travmatik təcrübələrlə məşğul olan, Rozalinda'nın normal bir həyat sürməsi üçün bu yükü daşıyan atəş quşuna heyran qaldı... Onun kifayət qədər yaxşı olmadığı açıq-aydın görünürdü. Lakin digər tərəfi reallıqla mübarizə aparmaq üçün güclüdür.
Evin içində alovların olduğunu görəndə artıq zamanın gəldiyini anlamışdım. Başımın üstündəki maskanı aşağı çəkdim. Onun bu dəqiqə hansı şəxsiyyəti ilə qarşımızda olacağını bilmirdik və işi riskə ata bilməzdik. Rozalinda məni görməməli idi. Digər yani görsə belə problem olmazdı. Necə də olsa o, Rozalinda ortaya çıxanda itib gedəcəkdi. Planımız belə idi: mən evə mətbəxdən daxil olub onu çölə çıxaracaqdım və Xan hər şeyin qaydasında olduğunu anlayanda polisə zəng vuracaqdı. Onlar buraya gəlib çatanda isə Rozalinda'nı evin çölündə meşə tərəfdə üstü-başı dağınıq vəziyyətdə tapacaqdılar. Çox güman ki, onlar evin yağmalandığını və ortada sübut qalmasın deyə də qatilin onun ana-atasını öldürdüyünü zənn edeceklerdi. Qızı meşədə sağ tapanda isə onun təcavüzə məruz qaldığını düşünəcəkdilər və heç kim ondan şübhələnməyəcəkdi. Çünki onlar buraya gələnə qədər Rozalinda'nın içindəki şəxs çoxdan getmiş olacaqdı. Ən azından biz bunun belə olması üçün çalışacaqdıq. Əminəm ki, o, da bizim kimi Rozalinda'nın sağalmasını istəyir və bizə köməklik edəcək. Xəstəxana müayinəsində onun zorakılığa məruz qaldığı və əqli cəhətdən sağlam olmadığı aşkarlanacaqdı. Beləliklə, onu tibbi nəzarət altına alacaqlardı. Xəstəxanada yaddaşını itirmiş bir xəstə olması, həbsxanada valideynlərini öldürən bir cinayətkar olmasından çox daha yaxşı idi.
Xəstəxana məsələsi ilə Elvin və Suzi məşğul olacaqdı. Suzanna tibb bacısı olduğu üçün işimiz rahat idi. Rozalinda'ın gedəcəyi nəzərdə tutulan xəstəxanada işçi kimliyinə girərək ona yaddaş pozğunluğu yaradacaq dərmanlar verməklə vəzifəliydi. Əlbəttə ki, bu onun tek edəcəyi bir şey deyildi. Elvin də onunla olacaqdı.
Rozalinda hər şeyi unutmalı idi. Əks halda gerçəyin ağırlığı ilə özünə zərər verə bilərdi. Biz onu qoruyacaqdıq. Hər birimiz bu yaralı qızı sağaltmaq üçün əlimizdən gələni edəcəkdik.
Ev oda verilmədən bir az əvvəl mətbəx qapısına tərəf yaxınlaşıb qapının şüşəsini dirsəyim ilə sındırdım. Əlimi içəri soxub qapının kilidini açdım və içəriyə girdim. Necə bir mənzərə ilə qarşılaşacağımı bilmədiyimdən belimdəki silahı əlimə aldım və qışqır-bağır gələn tərəfə yeridim. Və budur, orada idi. Ata-anası alovlar içinde can çəkişərkən onları keyiflə izləyirdi.
Lakin o, Rozalinda deyildi.
Daha sonra kibriti yandırıb evin kənarına tullayanda nə etdiyini anlamağım iki saniyəmi aldı. Digər şəxsiyyət gənc qızın bu sonsuz izdirabına son vermək üçün onu da özü ilə birlikdə yox edəcəkdi. Buna izin verə bilməzdim. Hər tərəf alova büründü və o, tez-tez öskürdü. Ətrafa cəld nəzər yetirdim. Silahi təkrar belimə qoydum. Asılqanda olan pencəyi götürüb vannaya yaxınlaşdım və suyu açıb onu tamamilə islatdım. Üzərimə geyinib qapıya tərəf sürətlə getdim. İçəriyə girəndə gözlerim qamaşdı və əlimi gözlərimin önündə tutdum. Rozalinda yavaş-yavaş taqətini itirirdi ki, arxadan əlimi belinə dolayıb onu qollarıma aldım.
-"Dayan, Roza! Ölməyəcəksən!"
Yarı qapalı gözləri maska arxasında olan gözlərimə baxdı və üzündə zəfər gülüşü peyda oldu.
-"Adım... mənim adım Katerina."
Katerina Rozalinda'nın ikinci kimliyi idi demək ki.
Vaxt itirmədən gəldiyim yerə tərəf döndüm. Alovlar evi bürümüşdü və çox zaman yox idi. Dəqiqələr ilə yarışırdım. Mətbəxin qapısından çölə çıxıb o, qucağımda ikən önə doğru atıldım və evin pəncərələrindən odlar püskürdü. Qızı sinəmdə gizlədib başının üstünü əlim ilə örtdüm. Hər yeri bürüyən od çox keçmədən evin kül olmasına səbəb olacaqdı.
Elə də oldu.
Doğrulub onu qollarımda meşəyə tərəf aparanda Xan'ın bizi gözlədiyini gördüm.
Ona baxanda başı ilə polisə xəbər verdiyini təsdiqlədi. Qucağımda olan qızın öskürərək qollarımda sarsılması ilə diz çöküb yerə oturdum.
-"Yaxşısan?"-deyə soruşanda o, ayaq üstə duran Xan'a baxdı və gülümsedi.
-"Bəyaz atlı şahzadə yerinə ölüm mələklərimi gəldi xilasıma?"
Başdan ayağı qara paltarda olduğumuz üçün nəyi nəzərdə tutduğunu anlamaq çətin deyildi. Xan hərəkətsiz qalarkən mən güldüm.
-"Sənə ölüm mələkləri yaraşar, atəş quşu."
Qaşları çatıldı.
-"Atəş quşu?"
Güldü.
-"Rozalinda olsa-olsa ölü bir kəpənək olar. Amma haqlısan, mən tam anlamı ilə atəşin özüyəm."
-"Cəld olmalıyıq."-dedi Xan söhbətimizi yarıda qoyub.
-"Polislər çox keçməz burada olacaqlar. Onu meşəyə aparmalıyıq."
Qollarımda olan qıza çevirdim başımı.
-"Səni görməyimə şadam, Katerina, amma sənin bizə kömək etməyinə ehtiyacımız var. Sənin Rozalinda'nı qorumaq üçün ortaya çıxdığını bilirik, amma onun bədənini tərk etməlisən. Artıq biz varıq. Onu qoruyacağıq."
Katerina Xan'a və mənə baxdı. Sonra da gülümsədi.
-"Onu qoruyacağınıza inanmaq istəyirəm, əksi olarsa mən onu qorumaq üçün yanında olmaqdan çəkinmərəm, amma mənim də getmədən öncə istədiyim bir şeyler var."
-"Onda istə. Vaxtımız yoxdur."-dedi Xan soyuq səsiylə ətrafa nəzər salıb.
-"Oooooo, dostun çox əsəbidir."-dedi mənə baxıb gülümsəyərək.
Gülüşünə qarşılıq verdim.
-"Bəzən robot olduğunu belə düşünürəm."
Gözləri gözlərimə zilləndi. Katerina əlini uzadıb boynuma doladı ve məni özünə doğru əydi. Dodaqlarını dodaqlarıma basdıranda isə onu məmnuniyyətlə qəbul etdim. Dodaqlarımın üstündə gülümsedi ve geri çekildi.
Baxışları Xan'a çevrildi.
-"Bəs sən mənə vida öpüşü verməyəcəksən?"
Xan başını iki yana salladı.
-"Mən Rozalinda ilə maraqlanıram, səninlə yox."
Katerina qəhqəhə çəkdi.
-"Doğrudan? O, zəif və qorxaq qız daha çoxmu diqqətini çəkir?"
Xan başını tərpətdi.
-"Hə. Sən o, yenidən ortaya çıxanda yox olacaq bir yansımasan sadəcə."
Katerina istehza ilə ona baxdı.
-"Rozalinda bu yansıma sayəsində həyatda qaldı bu günə kimi."
-"Bilirik."-deyə cavab verdim.
-"Lakin indi onu bu hadisədən qorumaq məcburiyyətindəyik. Buna görə də sən getməlisən."
İç çəkdi.
-"Rozalinda ata-anasının ölümünə çox kədərlənəcək, amma öyrəşəcək."
Mən ona hər şeyi qısaca başa saldım və biz onu meşəyə aparıb orada tək qoyduq. Müəyyən bir məsafədən polislər gələnə qədər hər şeyi takib etdik. Bir müddət sonra onun hərəkətləri dəyişdi və ürkək baxışları ətrafda gəzinməyə başladı.
Xan ilə baxışdım. O, başını tərpətdi.
Təkrar baxışlarım ona çevrildi. Katerina getmişdi və Rozalinda qorxu və çaşqınlıq içində hərəkətsiz yerdə durmuşdu.
Ta ki, polis məmuru gəlib onu meşədə tapana qədər. Polislər onu xəstəxanaya aparmaq üçün ağrıkəsici verdilər və bir başqa polis onu qucağına alıb aparanda  Rozalinda onun qollarında cansız bir kukla kimi sallanırdı.

ÖLÜ KƏPƏNƏK 🦋Tahanan ng mga kuwento. Tumuklas ngayon