18🦋

12 2 0
                                    

Xan'ın ətrinin qoxusu içimi doldurdu və yaxınlığının daha da çox fərqinə varmamı sağladı

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Xan'ın ətrinin qoxusu içimi doldurdu və yaxınlığının daha da çox fərqinə varmamı sağladı. Yanağı mənimkinə sürtündü və dodaqları boynuma qısa bir öpüş qondurmaq üçün aşağı endi.
Nəfəsim kəsik-kəsik çıxırdı.
-"Xan..."
O, aramızdaki bütün təması kəsərək yavaşcq geri çəkildi. Bədənim onun yoxluğuna etiraz etti. Mənə daha çox yaxın olmasını istədim. Onun yaşıl gözləri mənimkilərlə qarşılaşdı və yanaqlarımda istilik hiss etdim. Gülümsədi və mən onun mükəmməl üzünə heyranlıqla baxdım. Çox gözəl gülüşü vardı.
-"Qızarırsan."-dedi olduğumuz vəziyyətdən əylənərək.
-"Heç də belə."
Niyə aşkar olanı inkar edirdim axı? Bu çox utancverici idi.
-"Bəs onda nə?"
-"Sadəcə...səni öpməyəcəyəm."-dedim uzağa baxaraq. Əli ilə çənəmi tutdu və məni yenidən onunla üz-üzə gəlməyə məcbur etdi.
-"Niyə?"
Əllərimi sinəsinə qoyub onu özümdən uzaqlaşdırmağa çalışdım.
-"Çünki sən mənə yadsan, səni tanımıram heç."
Cavabım onu hazırlıqsız yaxalamışdı. Xan yavaşça geri çekildiği an, mən də yerimdə qalxdım və belimi yataq başlığına söykədim. Səssizlik aramızda hökm sürürdü. Onun danışmağını gözlədim, lakin Xan çox rahat və vecsiz bir halda pəncərəyə tərəf getdi. Pəncərəni açaraq cibindən çıxardığı siqaret paçkasının içindən birisini çıxarıb dodaqlarına qoydu və alışqanı siqaretə tərəf tutaraq yandırdı. Siqaretdən bir-iki nəfəs çəkdikdən sonra dumanı çölə üfürdü.
-"Ağlında dəli suallar gəzinir, elə deyilmi?"-deyə soruşdu təkrar dumanı çölə üfürərkən.
-"Sadəcə səni tanımaq istəyirəm. Mənim üçün qaranlıq qalan məqamlar var və bunların cavabı da sadəcə səndədir."-dedim səs tonumdakı marağı gizlətməyə çalışaraq.
Xan siqareti çölə tulladıqdan sonra pəncərəni bağladı və arxasını divara yaslayıb iki əlini cibinə qoydu.
-"Məni tanımaq istəyirsən?"
-"Hə."-dedim bir az tərəddütlə.
Başını tərpətdi.
-"Yaxşı. Ağlındaki suallara cavab tapmağa başlayaq onda. Göndər gəlsin."
-"Mənə qarşı dürüst olacaqsanmı?"-deyə soruşduğumda üzündə acı bir təbəssüm yarandı.
-"Sənə nə zaman yalan danışdım ki?"
-"Bunu bilmirəm. Çünki sən mənə demək olar ki, heç nə danışmamısan. Müdirin oğlu olduğunu bilirəm sadəcə və...."
-"Müdirin oğlu deyiləm."-dedi mənim sözümü yarıda qoyaraq.
-"Nə? Necə? Axı o...."
-"O, məni özünə övladlığa götürüb. Bütün sənədlərdə onun oğlu kimi göstərilirəm, amma deyiləm."
-"Bəs anan və atan. Onlar sağdılarmı?"
-"Mən kiçik ikən ikisi birlikdə bir qəzada dünyasını dəyişiblər. O vaxtdan bəri Jasmin mənə həm ana, həm də atalıq edir deyə bilərəm."
-"Anladım. Başın sağ olsun bu arada. Ana-ata itkisi nədir çox yaxşı bilirəm."
Xan gözlərimin içinə baxırdı və sanki orada bir şeylər görmək istəyirmiş kimi məni izləyirdi.
-"Hə."-dedi qısaca,-"Başqa nə sualın var?"
Bir neçə saniyə durub düşündüm. O, isə qarşıya doğru baxırdı. Gözlərində dərin bir kədər vardı ki.
-"Niyə heç kimlə danışmırsan, Xan?"
-"Səninlə danışıram."-dedi vecsiz bir halda.
-"Demək istədiyim...digər insanlarla niyə danışmadığındı."
-"Xüsusi bir səbəbi yoxdur."
-"Niyə belə oldun bəs?"
Gözünün ucu ilə mənə baxdı.
-"Niyə bu qədər maraqlanırsan?"
-"Sadəcə bilmək istəyirəm."
-"Niyə?"
-"Sənin haqqında daha çox şey bilmək istəyirəm çünki."
-"Vacib bir şey yoxdur, Rozalinda."
Mənim adım onun ağzından həmişə çox gözəl səslənirdi.
-"Mənim üçün vacibdir amma."
-"Niyə?"
-"Hər dəfə səndən bir şey soruşanda "niyə" sualını verməyi dayandır."-dedim əsəbləşərək.
-"Mən maraqlıdır ki, sən niyə bunları bilmək istəyirsən?"
Barmaqlarımı dağınıq saçlarımda gəzdirdim. Xan ilə söz dalaşına girmək asan deyildi. Mənimlə özü barədə danışmaqdan imtina etdiyi isə çox bəlli idi.
-"Bu ədalətli deyil."-deyə şikayət etdim yerimdən qalxarkən.
-"Necə ki?"
Ona tərəf yürüdüm.
-"Sən mənim haqqımda hər şeyi bilirsən, mən isə sənin haqqında çox az şey bilirəm."
Xan bir anlıq heç nə demədi.
-"Nə oldu? Niyə danışmağı dayandırdın?"
Cavab ala bilməyəcəyimi bilsəm də, onu bu barədə danışdırmağa cəhd etməliydim.
-"Tezliklə öyrənəcəksən."-dedi iki əli ilə üzümü tutaraq.
-"Nə demək istəyirsən?"
-"Vaxtı gələndə başa düşəcəksən. İnan mənə."
-"Tanrım!"
Qəzəblə onun əllərini geriyə itələdim.
-"Niyə belə qapalı qutu olmalısan axı?"
-"Bəs sən niyə bu qədər inadkar olmalısan?"
-"İnadkar? Mən?"
Güldü və əlini uzadıb burnumu çimdiklədi. Dərhal qızardım.
-"Yenə qızarırsan."
Çiyninə vurdum.
-"Səninlə əlaqəsi yoxdur."
Arxasına doğru söykəndi.
-"Ah!"
Xan çiynini ovuşturdu biraz. O, özünü ağrılı kimi göstərirdi, lakin mən ona heç də möhkəm vurmamışdım.
-"Yalançı!"
-"Çox bərk vurdun."
Mən ona inanamayaraq baxdım.
-"Ciddi deyirəm."
-"Yaxşı. Sənə vurduğum üçün bağışla, amma məni həmişə əsəbləşdirsən."
Başını salladı.
-"Yox, bu bir üzr istəmə ilə keçəsi deyil."
Tək qaşımı qaldırıb,-"Daha nə etməliyəm ki?"-deyə soruşdum. Mənə tərəf yeridi və məni arxa divara doğru söykənməyə məcbur etdi.
-"Öpsən ağrı keçər məncə."-dedi yaramaz uşaqlar kimi gözlərimin içinə baxaraq.
-"Sənin ağlında ancaq bu var, hə? Hər iki sözündən biri öpmək ilə bağlıdır."
Dodaqlarını bir-birinə bastırdı.
-"Kişi olmanın mənfi cəhətləri deyək biz buna."
İkimiz də güldük.
-"Artıq getməlisən."-dedim havanın yavaş-yavaş ağarmağa başladığını görəndə.
-"Haqlısan. Vampirlər gün işığında gizlənməlidir necə də olsa."
Əli boynuma getdi və barmaqları bayaq məni yataqda ikən öpdüyü yerdə gəzindi.
Gülümsədi.
-"Hər nə olursa olsun, bilməni istəyirəm ki, məqsədim səni incitmək deyil."
Onun sözləri məni çaşdırdı.
-"Nə haqqında danışırsan?"
-"Tezliklə biləcəksən."-dedi və getdi.
🦋
Səhər açılanda hər gün etdiyim şeyləri təkrarlamağa başladım. Dəsmal və sabunu götürüb hamama yollandım. İçəri girdiyimdə Ülkər dəsmala bürünmüş halda kabinalardan birindən çıxırdı. Onu görəndə gülümsədim.
-"Sabahın xeyir."
-"Hər vaxtın xeyir. Necəsən?"
-"Yaxşı."-dedim qısaca və üstümdəkiləri çıxartmağa başladım. İlk öncə saçımı yuxarıda toplamaq üçün iki əlimlə saçımı at quyruğu etməyə çalışırdım ki, Ülkər'in təəccüblü üzü məni vahiməyə saldı və heyrətlə ona tərəf baxdım.
-"Nə oldu?"
Barmağını mənə doğru uzadıb boynumu işarə etdi.
-"Bunu kim etdi?"
-"Nəyi?"
Hələ də nə dediyini anlaya bilmirdim. Çiyinlərimdən tutub məni divarda asılı duran aynalardan birinin önünə apardı. Gördüyüm şey ilə dodaqlarımdan kiçik bir qışqırıq çıxdı.
-"Aman Tanrım!"
Əlimi boynuma aparıb güzgüyə daha da yaxınlaşdım. Ağ dərimdə gözə çarpacaq böyüklükdə bir göyərmə var idi. Utanc ilə başımı önə əydim və Xan ilə olan xatirələr bir-bir ağlıma üşüşməyə başladı. Sonra onun yanımdan getmədən öncəki halını xatırladım və əsəb bütün bədənimi bürüdü.
-"Bu necə oldu?"-dedi Ülkər aynadan mənə baxaraq.
-"Yəqin hansısa həşərat dişləyib."-deyə cavab verdim öz dediyim yalana özüm belə inanmaz ikən.
-"Həşərat?"
Başımı tərpətdim. O, mənə şübhə ilə baxdı.
-"Çox böyük bir həşərat olub deyəsən. Belə möhtəşəm bir tablonu üstündə həkk edəcək qədər böyük həm də."

ÖLÜ KƏPƏNƏK 🦋Hikayelerin yaşadığı yer. Şimdi keşfedin