12🦋

15 3 0
                                    

Soyuq

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Soyuq...
Çox soyuq idi
Dizlərimin üstündəydim. Əllərim titrəyirdi. Ətrafımda böyük bir xaos baş verirdi; siqnal səsləri, qışqırıq səsləri və elə hiss edirdim ki, mən heç orada deyiləm, ağlım uzaqlaşmağa və məni bu dondurucu havada yatmağa məcbur edirdi. Ürəyimi sıxdım. Nəfəs ala bilmirdim, sanki qabırğalarımın arasında nəsə ilişmişdi. Bu ağrı...Gözlərimdə nəhəng göz yaşlarının əmələ gəlməsi ilə görmə qabiliyyətim bulanırdı. Uzaqdan mənə doğru gələn bir kişi kölgəsi görürdüm sadəcə.
"Sən..."
Bir əl çiynimə toxundu və mən vahimə içində yüksək səslə qışqırdım. Gözlərimi yavaşca açıb ətrafımdakı işığa uyğunlaşmaq üçün gözlərimi qırpdım. İlk gördüyüm şey ağ tavan oldu. Qar kimi ağ...
Harada idim mən?
Altımda yumşaq çarpayı hiss etdim. Arxası üstə uzanmışdım. Damar yolumda sistem olduğunu hiss edəndə qolumu yavaşça qaldırdım. Yuxudan dik atılmağımın nəticəsində iynə damarı azca qanatmışdı. Mənə nə olmuşdu belə? Düşünməyə başladım. Keçən gecədən bir xatirə beynimi işğal etdi;
Detektiv. Ailəm. Xatirələr. Yanğın. Və anidən gələn kəskin baş ağrısı...Başımı çevirib ətrafa göz gəzdirdim. Qarşıya baxanda isə qaşlarımı çatdım. Orada, böyük divanda Ülkər və keçən səfər yanında gördüyüm oğlan birlikdə yan-yana yatırdılar. Onların bura necə gəldiyini bilmirdim, amma buna baxmayaraq özümü rahat və təhlükəsiz hiss etdim. Gülməli idi, lakin şirin görünürdülər. Başım hələ də bir az ağrayırdı, amma ağrı dünən gecə ilə müqayisədə heç də bərbad deyildi.
-"Hey!"
Dostumun səsini eşitdim birdən. Bir neçə saniyə ərzində o, yanındakı oğlanı kənara itələdi və yanıma gələrək əlimdən tutdu.
-"Özünü necə hiss edirsən? Məni tanıdın?"
Təəccübləndim.
-"Nə?...Əlbəttə ki, səni tanıyıram."-dedim anlamayaraq.
-"Şükürlər olsun!"-dedi rahat bir nəfəs alaraq.
Mən tamamilə çaşqın halda qaşımı çatmışdım. Ağlım qarışmışdı.
-"Sadəcə düşmədən səbəb yaddaşını itirib-itirmədiyini yoxlamağa çalışıram."-deyə izah etdi üzümə baxmağa davam edərkən.
Özümü saxlaya bilməyib güldüm. Uzanan yerdə dik oturduğum üçün başım bir az gicəlləndi və geridə yastığa söykəndim.
-"Yaxşısan?"
Ülkər'in səsi məni özümə gətirdi.
O, düz yanımda dayanmışdı. Ona baxdım. Gözünün altında göy dairələr var idi. Saçları dağınıq, üzü isə yorğun görünürdü.
-"Mən yaxşıyam, narahat olma."
Onun üzü rahatlıqdan işıqlandı.
-"Məni çox qorxutdun, Roza."
-"Bağışla."-dedim və xəcalətlə aşağı baxdım.
Bir əli ilə çənəmdən tutdu və məni yuxarı baxmağa məcbur etdi. Bu mənə Xan'ı xatırladan bir hərəkət idi.
-"Üzr istəmə, axmaq. Sənin günahın deyildi ki."
Mənə isti bir təbəssüm bəxş etdi.
-"Dünən gecə baş verənləri çətinliklə xatırlayıram."-dedim qaşqabağımı tökərək.
İç çəkdi.
-"Səni hamamda huşsuz halda tapdım. Həqiqətən, çox qorxdum."
Gözlərindəki kədəri görürdüm.
-"Bağışla, mən niyə belə oldu bilmirəm."
-"Əsas odur ki, indi yaxşısan. Axı bu necə oldu?"-deyə narahat olaraq soruşdu.
-"Bilmirəm, sadəcə duş qəbul etmək istədim. Hər halda təzyiqim aşağı düşüb."
-"Özünü indi necə hiss edirsən bəs?"
-"Artıq yaxşıyam, narahat olma."
O, yanağımı sığalladı.
-"Məndən mümkün olmayanı istəmə."
Onunla gələn oğlan da ayaqlanmışdı. O, Ülkər'in arxasında durmuş mənə baxırdı. Gözlərim əynimdə olan köynəyə ilişdi.
-"Sənin köynəyinə nə olub belə?"-dedim qurumuş qan ləkələrinə baxaraq soruşdum.
Ülkər,-"Ah... Bu sənin qanındır. Necə də olsa səni bura gətirmək üçün biri qucağında daşımalıydı."
-"Mənim qanımdır?"
-"Hə, burnundan gəlmişdi. Çox deyildi, biraz axmışdı. Hərhalda təzyiqin düşməsindən səbəb olub."
Gənc oğlana utanc ilə baxdım.
-"İlahi! Mən çox xəcalət çəkirəm. Sizə əziyyət verdiyim üçün məni bağışlayın."
-"Eybi yoxdur."-dedi mənə baxaraq.
Ülkər ikimizə də göz gəzdirdikdən sonra gülümsədi və,-"Ah, mən sizi tanış etmeyi unutdum. Roza, bu Elvin'di. Elvin, sən artıq mənim digər yarım olan bu qızı tanıyırsan onsuz."
Gülümsədim.
-"Şadam. Bir daha təşəkkürlər."
-"Qarşılıqlıdır."-dedi qısaca.
-"Siz ikiniz gecə birlikdə idiniz ki?"
Soruşmadan edə bilmədim.
Ülkər'in yanaqları qızardı. Elvin isə çox rahat görünürdü.
-"Mən səni tapmaq üçün gizlicə otağına gəlmişdim ki, gecə mənim yoxluğunu idarə edəsən. Biz gizlicə çölə çıxmağı planlamışdıq. Sonra otaqda olmadığını görəndə hamam tərəfə gəldim və səni yerdə huşunu itirmiş halda tapdım. Nə edəcəyimi bilmədim. Gecə yarısını çoxdan keçmişdi. Mən də çöl qapıda duran Elvin'dən kömək istədim."
Nələrə səbəb olmuşdum belə? Tanrım!
Dostuma dönərək-"Bəs biz indi hardayıq?"-deyə soruşdum.
-"3-cü mərtəbədəyik."-deyə cavab verdi Elvin onun əvəzinə.
-"Nə?"
Alnımı ovdum. Ağrı ara-sıra özünü xatırladırdı.
-"Biz həqiqətən 3-cü mərtəbədəyik?"
Ülkər əlimi tutdu.
-"Narahat olma, sən buradasan, çünki xəstəxananın müşahidə zonası bu mərtəbədədir."
Elvin onun yerinə danışmağa davam etdi.
-"Elədir, psixiatr və növbətçi nevroloq problemin tam olaraq nə olduğunu bilmədikləri üçün səni tez-tez yoxlamaq adına burada nəzarətdə saxlamaq istədilər..."
-"İlahi! Bu ki, heç ümidverici səslənmir."
Ülkər'in baxışları kədərlə doldu. Elvin iç çəkdi.
-"Əsas odur ki, yaxşısan."
Və sonra yadıma düşdü.
-"Ah, yox..."
-"Nə baş verir?"
İkisi eyni anda soruşdu.
-"Bəs müdirin bundan xəbəri varmı?"
-"Narahat olma, doktor çox yaxşı insandır."-dedi Elvin gülümsəyərək.
-"Bizə kömək etdi və hesabatında yazdı ki, səni Ülkər otağında tapıb və gözətçidən köməklik istəyib."
-"Bəs sən?"
Mən onu işarə etdim.
-"Burada olmağını necə izah edəcəksən?"
-"Üçüncü mərtəbədə olsaq da, bura həm də kişilərin binasıdır."
-"Anladım."
-"Doktorun bu sahədə tam səlahiyyəti var, ona görə də narahat olmağa ehtiyac yoxdur."
Azca olan baş ağrım isə artıq tamamilə keçmişdi.
-"Təəssüf ki, gəzintiyə gedə bilmədik."-dedi Ülkər başını yelləyərək.
-"Mənə görə görüşü əldən buraxdınız. Çox təəsüf edirəm. Hamısı mənə görədir."
Ülkər əlini uzadıb burnumu sıxdı.
-"Axmaq olma, onsuz da səni bu halda buraxıb heç yerə getməzdim."

ÖLÜ KƏPƏNƏK 🦋Where stories live. Discover now