11🦋

19 3 0
                                    

Psixoloqun otağının qapısını yavaşça döydüm və qapını açdım

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Psixoloqun otağının qapısını yavaşça döydüm və qapını açdım. İçəri girdiyimdə bir an təəccüblə dayandım. Doktorun oturduğu yerdə başqa biri oturmuşdu. O, başını sənədlərdən qaldırıb mənə baxdı və gülümsədi.
-"Xoş gəldin, Rozalinda."
Yaşlı birisi deyildi, çox güman ki, qırxlı yaşlarında olardı. Məni adımla çağırmağına təəccüblənmədim. Hərçənd bütün məlumatlarım onun əlində, masanın üzərindəki fayldaydı, ona görə də mənim haqqımda çox güman ki, hər şeyi bilirdi.
-"Otur, zəhmət olmazsa."-dedi nəzakətlə.
Səsi yumşaq idi.
-"Təşəkkürlər."
Masasının qarşısındakı stula doğru addım atıb yerimə oturdum. Doktorum da otaqda idi və qarşımdakı stulda oturmuş, əllərini bir-birinə çarpazlamışdı.
-"İcazənlə özümü təqdim edim. Mən detektiv Polad Axundzadə. Məni sənə baban Pyotr yönləndirdi. Evinizdə baş verən yanğın ilə bağlı araşdırmalar aparmağım üçün məndən köməklik istədi. Necəsən, Rozalinda?"
-"Yaxşıyam."-dedim yalan danışaraq.
-"İnanım?"
-"Bəli, indi otağıma gedə bilərəm?"
Babam məni görməyə özü niyə gəlməmişdi? Aylar olardı ki, nə onu, nə də nənəmi görmürdüm. Yoxsa mən yoxmuşam kimimi davranırdılar?
-"Hələki olmaz. Niyə söhbətimizə bir az dürüstlüklə başlamırıq? Həqiqətən, necəsən?"
-"Mən sizə yaxşı olduğumu bir az öncə demişdim."-deyə cavab verdim.
-"Rozalinda, həmişə hisslərini boğa bilməzsən."
-"Belə etmirəm."
-"Doğrudan? Onda gəl yoxlayaq. Razısan?"
Başımı tərpətdiim yavaşca.
-"Anan üçün darıxırsanmı?"
Sual bir neçə dəfə qulaqlarımda əks-səda verdi. Üzümü detektivə çevirdim. Donuq baxışları mənim reaksiyamı ölçmək üçün gözlərimə kilitlənmişdi. Birdən gözlərim yaşla doldu və uzağa baxdım.
-"Mən bu barədə danışmaq istəmirəm."
-"Niyə?"-deyə soruşdu detektiv.
-"Sadəcə...istəmirəm."--dedim və düşməyə hazırlaşan göz yaşımı əlimin tərsi ilə sildim.
O, içini çəkdi, amma yarımçıq təbəssümünü üzündə saxladı.
-"Dinlə..."
Göz yaşlarımı tutdum. Ağlamaq istəmirdim.
-"Mən sənə kömək etmək, səni dinləmək üçün buradayam. Bilirəm ki, canın ağrıyır və ən asan yol duyğularını boğmaqdır, sanki heç bir şey yoxmuş kimi. Lakin onlar oradadılar Rozalinda, orada..."-deyərək qəlbimi göstərdi.
-"Bununla üzləşməli, bunu qəbul etməlisən ki, sağalmağa başlayasan. Valideynlərin..."
-"Susun! Xahiş edirəm, susun."-dedim anidən və sözünü kəsdim. Bir neçə saniyə ikimiz də susduq. Dr.Sənan indi pəncərənin önündə durmuşdu və bizi izləməyə davam edirdi.
Daha doğrusu məni.
-"Yaxşı, gəl işləri bir az asanlaşdıraq, amma səy göstərməlisən."
Acı bir təbəssüm yarandı üzümdə.
-"Səy?"
Ona inanamayaraq baxdım və ayağa qalxdım.
-"Mənim haqqımda heç nə bilmirsiniz! Mənim nələrlə savaşdığımdan xəbəriniz belə yoxdur! Siz sadəcə fərziyyələr üzərindən danışırsınız."
-"Rozalinda, otur."-dedi psixoloqum gəldiyimdən bəri mənimlə ilk dəfə danışaraq.
-"Yox! İstəmirəm."-dedim ikisinə də baxaraq.
-"Hər səhər qalxıb yaşamağa çalışıram. Mən hər şeyimi itirdim! O yanğın ailəmi mənim əlimdən aldı."
Səsim hər kəliməmdə kəsilirdi sanki. Nəfəsim çatmırdı.
-"Heç nəyim yoxdu, sadəcə xatirələr var və onlar məni incitdiyi üçün ağlımdan çıxarmağa çalışdım! Sadəcə bu! Çünkü hər dəfə nəsə xatırlayanda çox dözülməz ağrılarım olur."
-"Yaxşı, nəfəs al. Sakitləş."-dedi detektiv oturduğu yerdən qalxaraq. Psixoloq ilə bir an göz-gözə gəldilər və sanki aralarında mənim eşitmədiyim bir dialoq oldu.
Mən isə danışmağa davam etdim.
-"Hisslərim haqqında danışmağımı istəyirdiniz madam, onda danışım. Xatirələrimdə ailəm var. İçimdə isə ağrıdan başqa heç nə yoxdur."
Dərindən nəfəs almağa çalışdım, amma hava boğazımda tıxanıb qalırdı.
-"Özümə nifrət edirəm, çünki mən buradayam... onlar qəbirlərində çürüyərkən mən nəfəs alıram. Yaşamağa davam edirəm."
Stula oturdum və əlimi ürəyimin üzərinə qoydum. Səssizcə ağlayırdım. Doktor Sənan mənə bir salfet uzatdı və qarşımda dizləri üstə çökdü. Yavaşca əllərini üzümə aparıb yanaqlarımı ovcunun içinə aldı və sakitcə,-"Bunların heç biri sənin günahın deyildi, Rozalinda."-dedi.
Ona kədər dolu gözlərlə baxdım.
-"Sizcə mən bunları bilmirəm? Mən bu olanlar haqqında həmişə düşünmüşəm."
Göz yaşlarım üzümdən aşağı axırdı.
-"Amma bu hiss etdiklərimi dəyişmir. Kaş mən ölsəydim... Kaş."
-"Sağalacaqsan, ağrın indi şiddətlidir və hər şey ağlını bulandırır, amma zamanla sağalacaqsan."
Hönkür-hönkür ağlar ikən göz yaşlarımı sildim.
-"Ailəm...Yanğın....Ah, bu çox çətindir."
Aşağı baxdım, yanaqlarımdan daha çox göz yaşı axdı.
-"Mənim ailəm öldü."
İlk dəfə idi ki, bunu yüksək səslə deyirdim.
-"Təəssüf edirəm. Bu yaşda belə ağır bir şey yaşamağını istəməzdim."-dedi detektiv.
Çarəsizcə ağladım.
-"Mən... çox üzr istəyirəm..."-dedim göz yaşlarım arasından.
-"Sənin günahın deyildi."-deyərək təsəlli verərcəsinə çiynimə toxundu psixoloqum.
Bir müddət çarəsizcəsinə ağlamağa davam etdim. Zaman anlayışını itirdim. Nəhayət ki, ağlamağı dayandıra bildim, ayağa qalxdım və utanaraq göz yaşlarımı sildim.
-"Çox sağ olun. Hər şey üçün."
İkisi də mənə gülümsədi.
-"Bizim borcumuz sənin yanında olmaqdır. Özünü daha yaxşı hiss edirsənmi?"-deyə soruşdu detektiv.
-"Bir az."-deyə etiraf etdim.
Bədənimdən bir rahatlıq hissi keçdi.
-"Deməli, nə imiş? Sən kədərini buraxmalısan, hər ağlayanda özünü daha yaxşı hiss edəcəksən. Özünü sıxma, Rozalinda. Nə vaxt ağlamaq istəsən, bunu et. İnan mənə, bu ən yaxşı dərmandır."
Başımı yavaşça tərpətdim. Qapının döyülməsi isə davam edən söhbətimizi yarıda qoydu.
-"Buyurun."-deyə səsləndi Dr.Sənan masasının arxasına keçərək.
Qara yubka və ağ köynək geyinən yetkin yaşlarda bir qadın içəri girdi. Üstündə xəstəxana xalatı yox idi. Ona diqqətlə baxanda xəstəxana müdirindən başqası olmadığını anladım.
-"Hər vaxtınız xeyir."-deyərək bizi salamladı.
Onu başımla salamladım.
-"Buyurun. Mən sizə necə kömək edə bilərəm?"-deyə soruşdu doktor. O, artıq öz stulunda oturmuşdu.
Qadın mənə baxdı.
-"Sən Rozalinda İvanova'san?"
-"Bəli, özüyəm."
-"Bəs siz?"-deyə qarşıda duran adama səsləndi.
-"Mən detektiv Polad Axundzadə. Tanış olmağa şadam, xanım..."
-"Adım, Jasmin Sultanova. Burda nə etdiyinizi soruşa bilərəmmi?"
-"Əlbəttə. Mən Rozalinda ilə danışmağa gəlmişəm."
O, göz ucuyla təkrar mənə baxdı.
-"Nəsə problem var, detektiv?"-deyə təəccüblə soruşdu.
-"Deməli belə, mən Rozalinda'nın ailəsinin cinayəti işinə cavabdehəm."
Bunu təkrar eşidəndə otaq ətrafımda fırlandı. Dəstək almaq üçün stulun qoluna söykəndim.
-"Biz onun ifadəsində hər hansı bir dəyişiklik olub-olmadığını bilmək istəyirdik."
Cəld başımı tərpətdim. Nəfəsim tezləşirdi, sinəm ağırlaşdı və nəfəs almaq çətinləşdi.
-"Hmm, anlayıram. Amma təəssüf ki, o, həmin gecə haqqında heç nə xatırlamır."-dedi.
-"Lakin o, hadisə gecəsi orada olan və sağ qalan tək insandı."
Detektiv ifade almaq üçün təkid etdi.
-"Polislər onu hadisə günü tapanda qollarında və ayaqlarında yaralar və göyərmələr var imiş, paltarı da dağınıq haldaymış. Və onun həmin an hadisənin şokundan şüuru yarı qapanıq olub. Buna görə də ifadəsini yenidən nəzərdən keçirtmək istərdim."
Çaş-baş qalmışdım, çünki bunların heç biri yadımda deyildi. Aldığım hər çarəsiz nəfəsdə bədənim titrəyirdi. Nə hala düşdüyümü görən psixoloq detektive dönüb,-"Məncə, bu qədəri kifayətdir. O, indi heç nə xatırlamır..."-dedi.
Detektiv başını anladığını bəlli edərcəsinə salladı.
-"Haqlısınız. Ancaq bu, araşdırmamız üçün çox vacibdir. O, bizim yeganə şahidimizdir, doktor."
-"Başa düşürəm, amma o, valideynlərini dəhşətli bir hadisə nəticəsində itirdi, xahiş edirəm onu hələlik tək buraxaq. Ona xatırlamaq üçün vaxt lazımdır."
Sanki heç orada deyilmişəm kimi danışırdılar və mən buna nifrət edirdim.
-"Dedektiv..."
Bir anlıq hamı susdu.
-"Mən kömək etmək istəyirəm, ailəm üçün ədalət istəyirəm. Bilirəm ki, indi çox yararsızam, çünki heç nə xatırlaya bilmirəm, amma yenə də əlimdən gəldiyi qədər kömək etmək istəyirəm."
Dr.Sənan etiraz etmək üçün ağzını açdı, amma mən onun sözünü kəsdim.
-"Problem deyil, doktor. Ailəm üçün edə biləcəyim tək şey budur. O gecəni xatırlamaqda mənə kömək edə biləcəyiniz hər hansı bir yol varmı?"
-"Mən sənə bunu etməyə icazə verməyəcəyəm, Rozalinda. Bunun üçün hələ doğru zaman deyil."-dedi çox ciddi bir şəkildə.
-"Sən bu dəqiqə sadəcə valideynlərinin ölümünü mənimsəyirsən."
-"Başqa şansım yoxdur. Bunu etməliyəm." -dedim soyuqqanlılıqla.
-"Onlar öldülər və artıq yoxdurlar. Xahiş edirəm, qərarıma hörmət edin."
O, içini çəkdi.
-"Yaxşı, xatırlamağına kömək etmək üçün bəzi terapiyalar edə bilərik, amma faydası olub olmayacağına zəmanət verə bilmərəm."
Detektiv pencəyinin cibindən bir şey çıxardıb mənə vermək üçün əlini uzatdı.
-"Yaxşı onda, bu mənim kartımdır. Yadına nəsə düşsə, mənimlə əlaqə saxlayın."
Mən detektivdən kartı götürdüm və o, mənə gülümsədi.
-"Sən çox güclü qızsan."
Gülümsəməyə çalışdım.
-"Təşəkkürlər."
O, doktora və müdir xanıma baxaraq,-"Artıq getməliyəm, hələlik."-dedi və yanımızdan keçərək qapıdan çıxdı.
Arxasınca müdir xanım da otağı tərk etdi. Dr.Sənan ilə növbəti seans haqqında danışdıqdan sonra otağıma getdim. Qapını arxamdan bağlayıb pəncərəyə tərəf yürüdüm. Axşamçağı idi. Bir gün daha bitmək üzərəydi. Yenə səma çiskinli idi. Günlər olardı ki, günəş üzü görmürdüm Sabah yeni bir gün olacaqdı. Daha yaxşı bir gün. Ən azından belə ümid edirdim. İç çəkdim və çöldə hava çox soyuq olmasına baxmayaraq, duş qəbul etmək vaxtım olduğuna qərar verdim.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ÖLÜ KƏPƏNƏK 🦋Where stories live. Discover now