6🦋

8 3 0
                                    

Qaranlığa sürüklənərkən topuqlarım yanırdı

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

Qaranlığa sürüklənərkən topuqlarım yanırdı. Özümü xilas etmək üçün çox çabaladım, amma yad insanın əli ağzım tutmağa davam edirdi. Məni tutan şəxs çox güclü biriydi və şübhəsiz ki, o, kişi idi. Buna bir son verməliydim. Məni geriyə doğru sürükləməyə davam edərkən dirsəyimi qarnına möhkəmcə vurdum. O, məni buraxan kimi ağrıdan sızlandı və mən ani buraxılma ilə yıxılıb yerə diz çökdüm.
-"Burdayam!"-deyə qışqırdım, amma ayağa qalxmamış bir əl saçımdan möhkəmcə tutub məni geriyə doğru dartdı. Zorla ayağa qalxdığım üçün ağrıdan hayqırdım. Dönüb onunla üz-üzə gəlmək istədim... amma bacarmadım.
O, bütün gücü ilə saçımı çəkməyə davam etdi və məni arxaya çəkdi. Çiynim onun sinəsinə dəydi. Hərəkətlərimi məhdudlaşdırmaq üçün saçlarımı buraxıb məni çiynimdən möhkəm tutdu.
-"Kömək edin! Mənə kömək edin!"
Bacardığım qədər qışqırdım. Boş əli ilə ağzımı yenidən örtdü.
-"Şşş."
Onun isti nəfəsini qulağımda hiss etdim.
-"Şşş, sakit ol..."
Bu sözləri mırıldanan bir səsin xatirəsi nəfəsimi kəsdi.
Soyuq dodaqlarını yanağıma basdırdı və sonra məni anidən özündən uzağa itələyərək sərbəst buraxdı. Tez geriyə çevrildim, ancaq qaranlığa doğru çəkilən bir kölgədən başqa heç nə görmədim.
-"Roza?"
Ülkər'in səsi uzaqdan gəlirdi.
-"Burdayam!"
Tez ayağa qalxıb dostumun səsi gələn yerə tərəf getdim. Titrəyirdim. Hələ də damarlarımda adrenalinin axdığını, bütün bədənimi gərginləşdirdiyini hiss edirdim. Uzaqdan onun gəldiyini görürdüm. Çox narahat görünürdü. Məni görəndə qaçaraq yanıma gəldi. Danışmazdan əvvəl sakitləşməyə çalışdım.
-"Səni itirdiyimi düşündüm. Harada idin, Rıza?"
Üzümü əlləri arasına aldı.
-"Yaxşısan?"
-"Hücuma məruz qaldım."
Sinəm sürətlə yuxarı və aşağı hərəkət etdi.
-"Nə? Nə hücum?"
-"Meşədə... kimsə var idi... və mən..."
-"Gözlə, sakitləş. Daha yavaş danış."
Ülkər əllərini çiyinlərimə qoydu.
-"Yaxşısan? Sənə hücum etdilər?"
-"Mən..."-deyə udqundum.
-"Orada kimsə var idi... Məni incitməyə çalışdı."
-"Səni incitdilər? Meşədə? Əminsən?"
-"Əlbəttə ki, əminəm. Biz buradan getməliyik. Əgər qayıtsa..."-təlaş içində ətrafa nəzər saldım.
O, rahatlıqla çiyinlərimi ovuşdurdu.
-"Heç kim səni incitməyəcək, söz verirəm."
Qarşıdakı böyük bir binaya çatana qədər səssizcə yeriməyə davam etdik. Oraya getdikcə nə baş verdiyi barədə düşünürdüm. Niyə mənə hücum etdi? O, kim idi?
Mən nə baş verdiyini tamamilə anlamalı idim.
-"Roza...Hələ də getmək istədiyinə əminsən?"
Ülkər narahatlıq içində soruşdu.
-"İstəsən otağına geri qayıda bilərik."
-"Yaxşı olacam. Narahat olma."-deyə cavab verdim.
Mən ona haqsızlıq etmək istəmirdim. O, bura gəlmək və bəyəndiyi oğlanla görüşmək üçün çox həyəcanlı idi. Həm də ki, otağa geri qayıtsam nə qazanacağam?
Tək qalmaq fikri məni o an çox qorxudurdu.
-"Yaxşı onda. Bax, bu oğlanların olduğu binadır."
Ülkər səsindəki həyəcanı gizlədə bilmirdi. Gülümsəyə çalışırdım. Bayaq olanlar haqqında düşünməməyə çalışdım.
-"Hey."-dedi Ülkər.
Ona ilk dəfə o an aydınlıqla baxdım. O, qara cins şalvar, qırmızı rəng köynək geyinmişdi. Geyim tərzini bəyəndim Onun qara gözləri bu gecə sakit görünürdü və qara saçları dağınıq idi. Yanaqları soyuqdan bir az qızarmışdı.
-"Roza?"
-"Hi?"
-"Yaxşı olduğuna əminsən?"
-"Hə."
Mənə isti bir təbəssüm bəxş etdi.
Ülkər qara saçlarını barmaqları ilə darayaraq,-"Onda içəri keçək."-dedi.
Kiçik dəmir bir qapıdan keçib boş, ağ divarlı dəhlizlə səssizcə addımlayırdıq. Bina bir az qaranlıq olsa da, mənə qadınların binasını xatırladırdı.
-"Onlar aşağıda olmalıdır."-deyə Ülkər pıçıldadı.
-"Dəqiq?"
-"Bu axşam buraya yaxşı vaxt keçirməyə gələn çoxlu insan var."
Qaranlıq dəhlizlə gedərkən,-"Buraya gələn tək qadınlar biz deyilik yəni."-deyə izah etdi.
Bir neçə dəqiqədən sonra pilləkənləri yavaş-yavaş aşağı enirdik. Bura qadınların yaşadığı binaya bənzəyirdi. Mahiyyətcə eyni idilər, amma burada hörümçək torları və ya qırıq stullar yox idi. Yer bir az boş idi, amma təmiz idi. İçəri girən kimi bir neçə nəfər gördüm. Axtardığım şəxsi tapmaq üçün ətrafa nəzər saldım... Fikrimə mane olmaq üçün isə başımı iki yana tərpətdim.
-"Tezliklə qayıdacağam."-dedi Ülkər bir qrupa yaxınlaşaraq.
Ah çəkdim. Çox güman ki, sevdiyi oğlanı axtarmağa gedəcəkdi.
-"Roza."
Arxadan bir səs səsləndi. Mən arxaya çevrildim və onu görəndə təəccübləndim.
-"Larissa?"
-"Salam! Sən burda nə edirsən?"-deyə məni bərk-bərk qucaqlayaraq soruşdu.
O, çox qəribə idi. Elə davranırdı ki, sanki biz ömürlük dost olmuşuq. Halbuki cəmi bir dəfə onunla görüşmüşdük.
-"Mən dostumla gəldim."-dedim saxta təbəssümlə.
-"Səni yenidən görməyimə şadam." -dedi həyəcanla.
-"Bir şey içmək istəyirsən?"
Nəzakətlə soruşdu.
-"Mən spirtli içki pərəstişkarı deyiləm."-deyə tez cavab verdim.
Mənə kiçik bir təbəssüm bəxş etdi.
-"Ah, mən soda və ya meyvə şirəsi nəzərdə tuturdum."
-"Ola bilər."
Qəzəblənməyimi gizlədə bilmədim.
-"Əlbəttə, soda yaxşıdır."
-"Yaxşı, mən tezliklə qayıdacağam."-dedi və o, da məni orada tək başıma qoyub getdi.
Belə görünürdü ki, bu onun xobbilərindən biri idi. Əsəbdən barmaqlarımla oynamağa başladım. Ülkər'in gəlməyi niyə bu qədər uzun çəkdi ki? Elə hiss etdim ki, kimsə məni izləyir. Ətrafa baxdım və gözlərim bir cüt qəhvəyi gözlə qarşılaşdı. Ürəyim heç bir səbəb olmadan döyünürdü. Qəhvəyi saçlı oğlan inadla mənə baxırdı. O, əlində köpük stəkanı tutaraq divara söykənmişdi. Əsəbləşirdim, amma nədənsə ona baxa bilmirdim. Stəkanı dodaqlarına yaxınlaşdırıb bir qurtum almaq üçün əlini qaldıranda dodaqlarında təbəssüm yarandı. Qaşımı çatdım, ağlım qarışdı bir an.
-"Demək burdasan. Götür."
Larissa'nın mənə verdiyi plastik stəkanı götürdüm.
-"Təşəkkürlər."
-"Xoşdu. Otur, ayaq üstə durma."
Yanındakı stulda əyləşməyimi işarə etdi. Tərəddüd etmədən dediyinə əməl etdim.
-"Ülkər haradadır? Onu görməmisən?"
Plastik stəkandan bir qurtum soda içərək soruşdum.
-"Heç bir fikrim yoxdur. Xoşuna gəldi?"
-"Pis deyil."
O, əlində stəkanla oynayırdı.
-"Nə fikirləşirsən?"
-"Bu qədər xəstənin heç kimin fərqinə varmadan belə bir yerə getməsinin mümkün olmadığını."
-"Haqlısan. Xan ilə aranın yaxşı olduğunu bilmirdim."
-"Nə demək istəyirsən?"
-"Yaxşı da. Xan'ın burada çoxlu pərəstişkarı var. Bunu hamı bilir."
-"Doğrudan? Belə de."
Larissa çox qəribə idi, amma yaxşı biri kimi görünürdü.
-"Hə, birinci mərtəbənin demək olar ki, yarısı ilə münasibətdə oldu."
İstəmədən güldüm. Stəkanı tutan əlimlə onu işarə etdim.
-"Səninlə də?"
Sualıma cavab vermədi, amma hiss etdim ki, bu onun xoşuna gəlmədi.
-"Bağışla. Mən..."
Sözümü yarıda qoydu.
-"Eybi yoxdur. Hə, gələn həftə sən də gəzintiyə gedəcəksən?"
-"Yəqin ki."-deyə cavab verdim.
Ülkər'in mənə bu haqqda danışandaki həvəsini xatırladım.
-"Əvvəllər kiçik şəhərlərdə olmusan?"
Ağrılı bir fikir beynimdən keçdi.
-"Hə, mən ailəmin yanında idim və orada nənəmlə babam yaşayırdı və biz onlara baş  ara-sıra çəkirdik."
-"Əminəm ki, gedəcəyimiz yeri çox sevəcəksən."
-"Elə ūmid edirəm."
Əlində stəkanı çevirərkən onun narahatlıqla mənə baxmasına diqqət yetirdim.
-"Sən içmirsən?"
-"İçirəm."
Mən təəccüblə ona baxdım. Başımı tərpətdim. Ətraf biraz dönürdü sanki. Yerimdə yavaşça tərpəndim. Nə isə demək istəyirdim ki, başımı qaldıranda donub qaldım.
Xan.
Bizə tərəf addımlayırdı. Papağını çıxarmışdı, əlləri şalvarının cibində idi. Onun yaşıl gözləri bir anlıq mənimlə toqquşdu. Burada nə edirdi? Axı o, ki heç kimlə danışmırdı! Bizdən yan keçdi və bir qrupa qoşuldu.
-"Roza?"
Larissa'nın səsi məni fikirlərimdən ayırdı. Əlini üzümə tərəf salladı.
-"Dünya səni geri çağırır, geri qayıt."
-"Bağışla."-dedim ona baxaraq.
-"Nə deyirdin?"
-"Heç. Boş ver."
-"Bağışla. Mən..."
-"Xan'dan xoşun gəlir?"-dedi, qollarını çarpazlayıb.
-"Yox!"
Tez başımı tərpətdim.
-"Əlbəttə, yox."
Başıma vurdu.
-"Yalan danışmağa çalışanda çox şirin görünürsən."
Bir qaşımı qaldırıb ona baxanda yenidən başımı sığalladı.
-"Yaxşı yaxşı."
-"Bunu etmə. Mən uşaq deyiləm."
Özümü saxlaya bilmədim və bir az da olsa güldüm. Mənə uşaq kimi davranırdı.
-"Problem deyil."
-"Mən ciddiyəm"-dedim gülümsəyərək.
Özümü narahat hiss edərək stuldan ayağa qalxdım.
-"Mən tualetə getməliyəm."
-"Sol tərəfdə."-dedi yolu göstərərək.
-"Amma sakit olmağa çalış."
Başımı tərpətdim və onlardan uzaqlaşdım. Koridorda tualetləri tapdım. Böyük bir taxta qapı var idi, üzərində nəhəng bir lövhə asılmışdı. Özümü çox qəribə hiss edirdim. Fərqli. Bədənim çox həyəcanlı idi. İçimdə anlamadığım bir adrenalin vardı sanki. Gözlərim yanırdı. Dodaqlarım tez-tez quruyurdu. İçəriyə girib suyu açıaraq əlimi yudum. Daha sonra boynumu nəmləndirmək üçün əllərimi boynuma apardım.
-"Çox istidi."
Sıx nəfəs alırdım. Mənə nə olurdu belə?
İsti suyun təsirindən dumanlı olan güzgüdə öz əksimi gördüm bir an, güzgünü təmizləyib üzümü daha yaxşı görmək üçün əlimi uzatdım, amma arxamda kimisə görəndə donub qaldım. Qışqırmamaq üçün özümü ələ almağa çalışdım. Sonra onun kim olduğunu anlayanda geriyə döndüm.
-"Sən?"

-"Sən?"

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.
ÖLÜ KƏPƏNƏK 🦋Opowieści tętniące życiem. Odkryj je teraz