23🦋

13 3 0
                                    

Dəmir qapıdan keçib binadan çıxdıq. Hava soyuq idi və çöldə olmaq üçün üstümü qalın geyinməmişdim. Xan meşəyə girərkən başımı qaldırıb ətrafa baxmağa çalışdım.
İlahi! Biz hara gedirdik?
-"Özümü bu dəqiqə Jane kimi hiss edirəm."-dedim.
-"Jane'mi? Nə əlaqəsi var?"-deyə soruşdu Xan nə dediyimi anlamayaraq.
-"Mağara insanı kimi bir qızı çiynində meşəyə aparmağın mənə Tarzan'ı xatırlatdı deyirəm"
Güldü. Hətta qəhqəhə çəkdi desəm yalan olmaz.
-"Sənin çox yaradıcı bir insan olduğunu daha öncə də söyləmişdim. Tarzan, hə? Bəyəndim. Hə əzizim, mən Tarzan'am və sən də mənim Jane'imsən."
Əllərimlə çiyninə vurdum.
-"Mən heç kimin deyiləm. Artıq məni yerə endir. Ayaqlarım var. Yeriyə bilərəm."
Artıq başımın gicəlləndiyini hiss edirdim.
-"Olmaz. Bəlkə də qaçıb gedəcəksən. Bu riski gözə ala bilmərəm."
-"Qaçmayacam. Həm yolu tanımıram ki."
Xan bir an dayandı və məni tutuşunu dəyişdi. Və beləliklə, mən onun çiynindən qucağına endim və o, məni yeni evlənən gəlinlər kimi qucağımda daşımağa başladı. Ona tərs-tərs baxdım və onun da mənə baxdığını gördüm. Etiraf etməliyəm ki, onun qucağında özümü çox yaxşı hiss edirdim. Təhlükəsiz və güvənli.
-"Qaçmayacağam, söz verirəm. Burax məni."-dedim mırıldanaraq. Yalvaran gözlər ilə ona baxdım. Onun yaşıl gözləri məni həmişə hazırlıqsız yaxalayırdı. Onların içində itə bilərdim. Xan cavab olaraq mənə füsunkar əyri təbəssümünü bəxş etdi.
-"Bağışla prenses, mən buna icazə verə bilmərəm."
-"Prenses?"
Mənə belə deməsinə inana bilmədim. Başını tərpətdi və üzümə baxaraq güldü.
-"Üzünü bu dəqiqə görməlisən."
-"Gülməli deyilsən."-dedim gülümsəyərək.
Xan güləndə çox cəlbedici olurdu.
-"Elə olduğumu bilirsən."-mənə göz vurdu və nəfəsim boğazımda tıxanıb qaldı.
O, şübhəsiz ki, necə seksual olmaq lazım olduğunu çox yaxşı bilirdi. Xan təkcə cəzbedici biri deyildi, o, həm də özünə inamlı biri idi. Qızları dəli edə biləcək bir enerji yayırdı ətrafa. Buna görə də onun qollarında olduğum üçün, danışmaq istədiyi yeganə insan mən olduğum üçün özümü xoşbəxt hiss etməyə bilməzdim.
Xan məni reallığa qaytardı və yerə endirdi. Mən təəccüblə qabağa doğru baxdım. Biz kiçik, qayalı bir yerin ətrafında idik. Çox hündür deyildi, amma mənzərə heyranedici idi. Axşamçağıydı. Uzun zaman sonra dörd divar arasından çıxmaq məni çox fərqli hiss etdirirdi. Quş kimi azad idim sanki. Xan irəli doğru yürüdü və mən isə arxada durmuş onun hara getdiyini izləyirdim. O, daşların arasına doğru əyilib otların içindən kiçik bir poşet və bir termos çıxartdı. Mənə tərəf gəlməyə başlayanda isə təəccübdən ağzım açıq qalmış ona baxırdım. Qarşıda olan bir qaya parçasının üstünə oturdu və mənə yanına gəlməyimi işarə etdi. Onun yanına getdim və mən oturanda o, poşetdən iki fincan və bir paçka acı şokolad çıxartdı.
-"Sən həqiqətən dəlisən."-dedim gülüşümü gizləyə bilməyərək.
Xan fincanları mənə verdi və mən onları tutarkən termosun qapağını açdı və fincanlara kofe dolduranda mənə göz qırpdı.
-"Uzun müddətdir ki, normal insanlar kimi fincandan kofe içmirik. Məncə bu ikimizə də yaxşı gələcək."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ÖLÜ KƏPƏNƏK 🦋Where stories live. Discover now