20🦋

13 3 0
                                    

Güclü ildırım çaxması səsinə yuxudan oyandım

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Güclü ildırım çaxması səsinə yuxudan oyandım. Yağışın yağması məni təəccübləndirmədi. Bu aralar tez-tez yağış yağırdı. Hava artıq qaralmağa başlamışdı. Otağımdan çıxmaq istəmədim, ona görə də bədənimi yorganla örtüb yataqdan qalxdım və pəncərədən şiddətli yağışın mənzərəsini seyr etməyə başladım. Bəlkə də insanlar bu qədər kirli olduğu üçün yağış hər gün dayanmadan yağırdı. Kim bilir...
Son xatırladığım xatirələr ilə özümü bədənən kirlənmiş kimi hiss edirdim. Buna görə də hər kəsdən uzaqda, bütün günümü otağımda keçirmişdim. Pəncərəni açıb barmaqlarıma düşən damcıları hiss etmək üçün əlimi uzatmağı arzulayırdım, amma pəncərələr kilidli idi və hamısında dəmir barmaqlıqlar vardı. Necə də olsa heç kim ruhi xəstələrin bu yerdən qaçmasını istəməzdi. Elə deyilmi?
Gözlərimi yumub dərindən nəfəs aldım.
Niyə heç nəyi tam xatırlamırdım? Detektiv mənə zorakılıq edənin kim olduğunu soruşanda cavab verməyi o qədər çox istədim ki... Amma onun nə üzünü, nə də kim olduğunu xatırlamırdım. Bir yanım hər şeyi xatırlamaq istəyirdi, bir yanım isə bundan dəlicəsinə qorxurdu. Yanğının olduğu gecənin araşdırılmasında köməklik edə bilmədiyim üçün özümü çox məyus hiss edirdim. Valideynlərimin qətlə yetirildiyi gecə yeganə sağ qalan mən idim və mənim ifadəm bütün məsələnin aşkar olunması üçün yeganə çıxış yolu idi. Özümü heç bir şəkildə kömək edə bilməyən boş bir insan kimi hiss edirdim.
Yağan yağışa baxdım və ilk dəfə özümə valideynlərim, dağdakı evimiz haqqında aydın şəkildə düşünməyə icazə verdim... Ağrılar sinəmi doldururdu, amma gözlərimi bərk-bərk yumdum və bağlı saxladım. İşə yarayacağını bilmirdim, amma cəhd etməli idim. Son bir neçə aydan yadımda qalan son şeyin nə olduğunu anlamağa özümü məcbur etməyə çalışdım. Ilk xatırladığım şey isə yeni bir yerə köçməyimiz idi...
Yağış.
O gün də çox yağış yağırdı...
Bağlı gözlərimdən yaşlar səssizcə axdı və yanaqlarımdan aşağı sürüşərək çənəmdən süzülüb yerə düşdü. Dodaqlarım titrədi, amma yenə də o günləri düşünməyə çalışdım. Bəlkə bu xatirələr başqalarını da canlandıra bilərdi.
"Roza, atanın qollarına gəl."
Başımı iki yana salladım.
"Mənim gözəl qızım."
Hıçqırıqlar bədənimi nəzarətsiz qoydu, çox bu ağrılı idi, amma dayanmaq istəmirdim.
-"Xatırlamalıyam, bunu etməliyəm."-dedim öz-özümə. Gözümün önündə üşüşən bir neçə görüntü ilə qapalı gözlərimi daha çox sıxdım.
Açılan kəmər səsi, burnuma dolan içki qoxusu və.... və bədənimə toxunan böyük əllər. Kəsik-kəsik xatirələr döş qəfəsimi möhkəm sıxmağa davam edərkən gözlərimi qorxu ilə açdım.
-"Nəfəs ala bilmirəm."
Yorganı üstümdən atdım və otaqda gəzindim, qollarımı havaya qaldırdım və içimdən geriyə doğru saymağa çalışdım. Amma hava ciyərlərimə getmirdi...
Dizlərim üstündə yerə çökdüm, titrəyirdim.
-"Nəfəs ala bilmirəm, kömək edin."-deyə pıçıldadım cılız səsimlə. Əzalarımda, üzümdə sızlama hiss etdim... Kömək çağırmaq istədim, lakin dodaqlarımdan heç bir söz çıxmadı. Çarəsiz idim.
Uzaqdan otağın qapısının açıldığını eşitdim. Bir az sonra isə qarşımda bir cüt qara bot ortaya çıxdı. Göz yaşlarından görməyim bulanıq idi və mən çox qorxurdum.
-"Mən öləcəyəm."--dedim cılız səsimlə.
Qarşımdaki şəxs diz çökdü.
-"Rozalinda."
Onun səsi o qədər tanış idi ki, özümü anında təhlükəsiz hiss etdim.
-"Mən... nəfəs ala bilmirəm."
Əlləri üzümü iki yandan tuturdu.
-"Rozalinda, mənə bax."
-"Nəfəs ala bilmirəm!"
Hava boğazımda qalıb ciyərlərimə çatmadığı üçün çarəsizcə dərindən nəfəs alaraq qışqırdım.
-"Mənə bax!"
Bu dəfə Xan'ın səsi daha tələbkar idi və mən onun yaşıl gözlərinə baxanda dediyi ilə razılaşdım.
-"Yaxşısan, sadəcə panik atak keçirirsən, yaxşı olacaqsan."
Başımı iki yana salladım.
-"Öləcəm."
-"Ölməyəcəksən, nəfəsini tənzimləməyə çalış."
Qorxu ilə qoluna bərk-bərk yapışdım.
-"Mən nəfəs ala bilmirəm. Öləcəm, öləcəm, ayaqlarımı hiss eləmirəm, nəfəs ala bilmirəm, tezliklə ürəyim dayanacaq, nəfəsim kəsiləcək..."
Bu qorxulu düşüncələr bir-bir beynimdə təkrarlanırdı.
-"Sən hiperventilyasiya edirsən, ölməyəcəksən."-deyən Xan üzümü diqqətlə tutaraq məni sakitləşdirməyə çalışdı.
-"Keçəcək, yaxşı olacaqsan."
Gözlərində gördüyüm güvən məni bir az da olsa sakitləşdirdi, amma yenə də qorxudan titrəyən bədənim fikirlərimi dayandırmağa kifayət etmədi.
-"Başım gicəllənir."
Xan dodaqlarını büzdü.
-"Roza..."
Səsi ciddi idi.
-"Nəfəsini idarə etməsən, huşunu itirəcəksən. Sakitləş. Sənə heç nə olmayacaq."
Onun sözləri beynimdə mənasını itirdi, narahat və qorxulu fikirlər isə ağlımı doldurdu. Xan baş barmağını yanaqlarımda gəzdirərək axan göz yaşlarımı baş barmağı ilə sildi və içindən bir söyüş mırıldandı. Görünüşüm qaralırdı. Sonra o, üzümü əlləri arasına alaraq mənə doğru əyildi... Dodaqlarını yavaşca dodaqlarıma bastıranda isə bütün dünyam durdu. Nəfəs almağım tamamilə dayandı və gözlərim genişcə açıldı. Xan'ın üzümə əyilmiş üzünə baxdım... Dodaqları yumşaq və nəmli idi.
Xan dodaqlarını tərpətmədən sabit dururdu. Düşüncə xalqası qırıldı. O, məni öpərək bütün diqqətimi özünə çəkmişdi. Bir az gözlədi. Sonra məndən yavaşça uzaqlaşdı və mən yenidən rahatca nəfəs ala bildim. Normal nəfəs alma ritmini bərpa etməyə çalışarkən isə çiyinlərim titrəyirdi. Əlləriylə saçlarımı geriyə itələyib üzümü açdı və gözlərimiz toqquşdu. Nə deyəcəyimi bilmirdim. Beynimdə bir qarışıqlıq var idi. Belə ki, dəhşətdən heyrətə və nəhayət çaşqınlığa doğru gedirdi. Əlim qeyri-ixtiyarı dodaqlarıma getdi. Xan məni öpmüşdü. Həm də ikinci dəfə.
Yenidən.
Nəfəsim normal ritminə qayıdırdı, amma ürəyim həyəcanla döyünürdü.
Cavabı bildiyimə baxmayaraq, pıçıltı ilə soruşdum,-"Niyə belə etdin?"
Xan başını tərpətdi.
-"Diqqətini yayındırmaq lazım idi. Bu qədər..."
Bu cavabı gözləsəm də, ürəyim ağrıdı.
O, bunu istədiyi üçün deyil, panik atakımı dayandırmağa kömək etmək üçün etmişdi. Yenə də içimdəki sevinc hissini saxlaya bilmirdim.
-"Yaxşısan indi?"-narahat halda soruşdu.
Aşağı baxdım. Yanaqlarımdakı hərarəti hələ də hiss edirdim.
-"Məncə...hə."
Ayağa qalxdım və yorğanımı yerdən götürüb yatağa doğru getdim. Xan hələ də yerdə durmuş məni izləyirdi. Daha sonra qalxıb yanıma geldi və yatağın ucunda oturdu.
Üzündə sorğu işarələri gəzinirdi.
-"Niyə mənə elə baxırsan?"-deyə soruşdum dözə bilməyərək.
-"Necə?"
Əla. Sualıma sual ilə qarşılıq verirdi. Deməli nəsə doğru deyildi.
-"Sanki bir şeyləri anlamağa çalışmaq istəyirmiş kimi."
Başıyla məni təsdiqlədi.
-"Səni bu aralar tez-tez psixoloqun otağından çıxar ikən görürəm."
-"Yəni? Bu normal deyilmi? Mən ruhi xəstəyəm və o, da mənim doktorumdu."
-"Gənc və yaraşıqlı bir doktor."-dedi istehza ilə.
Ona inanamayaraq baxdım.
-"Nə deməyə çalışırsan?"
-"Heç."
-"Xan..."
O, danışmazdan əvvəl barmaqları ilə burun kəmərini sıxdı. Fərqli görünürdü.
-"Ondan xoşun gəlir?"
Sualı qarşısında ağzım açıq qaldı. Belə bir sualı bir başa və adi bir şeymiş kimi söyləməsi isə inanılmaz idi.
-"Sən nə dediyini bilmirsən. O, sadəcə mənim psixoloqumdu və mənə..."
-"Sənə nə?! Sənə kömək etməyəmi çalışır deyəcəksən? Hah! Bir az əvvəl sən yerdə can çəkişərkən yanında o əziz psixoloqun yox, mən var idim, Rozalinda."

Əsəblə yataqdan qalxdım və ona yuxarıdan baxdım

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Əsəblə yataqdan qalxdım və ona yuxarıdan baxdım.
-"Çıx otağımdan."
Xan ayağa qalxdı. Mən gedəcəyini gözləyirdim, lakin o, tam tərsini etdi və məni yatağa doğru itələdi. Yerimdən doğrulmağa çalışanda isə üstümə çıxdı və iki əli ilə əllərimi başımın üstündə sabit tutdu.
-"Nə etdiyini zənn edirsən? Qalx üstümdən."
Biləklərimi yatağa daha da bastırdı.
-"Onunla arana məsafə qoyacaqsan."
-"Burax!'
Özümü xilas etmək üçün mübarizə apardım, amma gücüm çatmırdı. Onun iri cüssəsi qarşısında kiçicik idim.
-"Sənin mənə nə edəcəyimi söyləməyə haqqın yoxdur."
-"Bunu sən deyirsən?"
Bədənini bədənimin üstünə qoydu və üzünü boynuma basdırdı. Dodaqları boynumdan yavaş-yavaş yuxarıya qalxıb qulağımın altına toxunanda isə yavaşça pıçıldadı;
-"Nə o, nə də bir başqası sənə sahib olmayacaq, Roza. Sən mənimsən! Sadəcə mənim."
Onun sözləri bütün bədənimi titrətdi. Dedikləri məni bir yandan qorxutsa da, eyni zamanda həyəcanlandırırdı da. Mənə nə olurdu belə? Üzünü boynumdan qaldıranda qətiyyətlə dolu yaşıl gözləri dodaqlarıma endi və mən etiraz belə edə bilmədən Xan dodaqlarını dodaqlarıma basdırdı. Və bu dəfəki öpüşü bir neçə dəqiqə əvvəl etdiyinin əksinə yumşaq tərzdə deyildi. Xan'ın mənə hiss etdirdiyi şeylər o qədər dərin idi ki...bədənimdən keçən həyəcanlı hisslər mənə o qədər naməlum idi ki... Hər şey qarmaqarışıq idi. Dodaqları dodaqlarımın üzərində hərəkət etdi və ona qarşılıq verməyimi tələb etdi. Onun öpüşü sadəcə sahiblənmə hissindən ibarət deyildi, eyni zamanda duyğu ilə dolu idi. Bütün bu müddət ərzində mənim üçün bunları həqiqətən hiss etmişdimi?
Ópüşündəki çarəsizlik çırpınan ayaqlarımı zəiflətdi və bədənimi titrətdi. Bir qədər sonra isə sanki necə kövrək hiss etdiyimi bilirmiş kimi mənimlə nazik rəftar etməyə başladı.
"O, məni sevir."
Bu düşüncə gözümdən yaş gəlməsinə səbəb oldu və niyə belə olduğunu bilmirdim, amma kiminsə qayğıma qalmasının mənim üçün çox mənası var idi. Sərbəst qalan əllərimi Xan'ın boynuna doladım və onu özümə yaxınlaşdırdım. Kifayət qədər yaxın deyildik, bəlkə də heç vaxt ola bilməyəcəkdik, amma yenə də cəhd edəcəkdim.
Onun baş barmaqları islanmış yanaqlarımı sığalladı və geri çəkilməzdən əvvəl mənə son bir öpüş bəxş etdi. Alnını alnıma söykədi. Gözləri səssizcə məni axtarırdı.
Danışmaq istəyirdim, demək istəyirdim ki, məni ağladan onun öpüşü deyil. Məni ağladan sevildiyimi, arzulandığımı hiss etdirən bütün bu müsbət duyğular idi; amma ağzımı açanda dodaqlarımdan yalnız hıçqırıqlar çıxacağından qorxurdum. Buna görə də sadəcə susdum və onun qollarında səssizcə ağladım.

 Buna görə də sadəcə susdum və onun qollarında səssizcə ağladım

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
ÖLÜ KƏPƏNƏK 🦋Hikayelerin yaşadığı yer. Şimdi keşfedin