38🦋

6 2 0
                                    

Yanğın...
Hər tərəfdə yanğın var idi....
Və o yumşaq mələk kimi səs...
"Ölməyəcəksən."
Onun uzaqdan gələn səsi... 
Başımda kəskin bir ağrı hiss etdim, beynimi sıxan ağrıdan nəfəsim kəsilirdi.
"Mən Rozalinda ilə maraqlanıram, səninlə yox."
Başım çox ağrıyırdı.
Mənə yaxınlaşan ayaq səslərini eşidirdim, onlar ləng və əmin idilər, kimliyindən asılı olmayaraq, tələsmirdilər. Ağrı çəkən başımı tutaraq ayağımın üstündə o yan-bu yana büdrəməyi bacardım.
Hər yer ətrafımda fırlanırdı və o, arxadan mənə yaxınlaşdı.
-"Bööö!"-dedi qulağıma doğru.
İnana bilmirdim.
"Ata...mənim başım çox ağrıyır."
Atam üzümə gülümsəyirdi. Məni qucaqladı, amma bu yaxşı hiss etdirmək əvəzinə məndə xoşagəlməz bir hiss yaratdı.
Atam başımdan öpdü və qulağıma pıçıldadı:
"Salam, qan*ıq." 
O, mənə vurmaq üçün əlini qaldırdı və mən ancaq onun yumruğunun üzümə enməsini seyr edə bildim. Mən reaksiya vermədən atam üstümə bir şey səpdi və məni sərbəst buraxanda paltarımın ətəyinin od tutub yandığını gördüm.
Gözlərimi açıb çarəsizcə qışqırdım.
-"Yox!"
Oturub yaxşı olduğuma əmin olmaq üçün üst-başıma baxdım.
-"Rozalinda, bu sadəcə bir yuxu idi, yaxşısan."
Hə də yuxunun təsirindən çıxa bilmirdim.
-"Mənə bax."-deyə pıçıldadı.
Başımı qaldıranda o boz gözlərlə qarşılaşdım.
-"Xan...”
Göz yaşları yanaqlarımı isladırdı.
Xan çarpayıda yanıma oturmuşdu, əlləri çiyinlərimdə və üzü məndən bir neçə santimetr aralıqda idi. Ona baxdım.
Onun necə yaraşıqlı olduğunu unutmuşdum.
Qorxudanmı, yoxsa kabusun məndə buraxdığı müdafiəsiz vəziyyətdənmi bilmirdim, amma onu yanımdan itələmədim.
Əksinə, mən onu qucaqladım.
Xan'ın bədəni gərginləşdi, yəqin ki, ona olan rəftarıma təəccübləndi, amma onu qucaqlamağıma icazə verdi. Üzümü boynunun çıxıntısına basdırdım və qoxusunu içimə çəkdim.
Cəmi bir neçə saniyə...
Düşünmək istəmirdim, bir neçə saniyəlik....reallığa qayıtmaq istəmirdim, amma buna məcbur oldum. 
Yavaş-yavaş acı reallığa qayıtdım.
Qucaqlaşma zamanı əlimi bir az aşağı salanda, əlim təsadüfən onun belindəki silaha toxundu. Sağ qalma və burdan qaçma dürtülərim işə düşdü və mən ehtiyatla onu tutdum, lakin soyuq bir əl anidən biləyimdən tutdu və məni dayandırdı.
Xan əlimi silahdan çəkib məndən uzaqlaşdı.  Onların heç biri mənə doğru bir söz deməmişdi, deyəcək bir şey də yox idi bu saatdan sonra...mübahisələrlə, ağrılarla və hətta daha çox məyusluqla davam edən sonsuz zamandan başqa heç nə yox idi artıq.
Ağlım və duyğularımla oynayan adam qarşımda durmuşdu və mənə baxırdı. 
Həmişə üzünə boş bir ifadə geyinsə də, gözləri mənə onda yaxşı bir şeyin, gerçək bir şeyin olduğunu söyləyirdi.
“Nifrət edirəm...Yalan...Mən ona nifrət etmirəm, amma ona nifrət etmək istəyirəm və bu, artıq kifayət qədər yetərli bir səbəbdir"
Xan silahı belindən götürən kimi mənə gülümsədi. Onu qovluğundan çıxarıb əlində saxlamasına ehtiyatla baxdım.
-"Axtardığın bu idi?" 
Nə etdiyimi anlamışdı, bu məni qorxutdu.
-“Mən sizin oyunlarınıza aldanmayacam artıq."
-"Oyun yoxdur. İstəyirsən al onu."
Mən barmağımı belə qaldırmadım. Xan ah çəkdi, əlimdən tutdu və silahı əlimin içərisinə qoydu.
Mən onu əlimdə qorxu ilə tutdum.
Ağır və soyuq idi.
Dodaqlarımı bir-birinə sıxaraq və titrəyən barmağımı tətiyə basaraq onu Xan'a tərəf dogrultdum. O, silahın sinəsinə tuş gəlməsi üçün əlimdən tutdu və silahın ucunu sinəsinə basdırdı.
-“Boşa atmaq istəmirsənsə, məni bu məsafədən vurmalısan, prenses."
Yəqin ki, silah boşdur deyə düşündüm.
O, gülümsədi və tapanca ilə birlikdə əlimdən tutub onu tavana tərəf tuşladı və məni tətiyi çəkməyə məcbur etdi, atışın gücü əlimi aşağı itələdi və silahın səsi yerimdən sıçramağıma səbəb oldu.
-"Doludur."-dedi.
Xan yenidən silahı sinəsinə basdırdı.
-"Məni öldürmək istəyirsənsə, et. Sən mənim başlanğıcım idin Roza, sonumun sənin əlindən olması da daha ədalətlidir."
-"Nə danışırsan?"
Çöldə tələsik addım səslərini eşitdim və bir neçə saniyə sonra Sənan, Elvin və Suzanna otağa daxil oldular. Elvin və Suzanna'nın üzündəki narahatlıq göz qabağında idi, lakin Sənan'ın üzündə təbəssüm var idi.
-"Mənsiz əylənirsiniz?"-dedi küskün halda bizə baxıb.
Silahı iki əlimlə tutdum və qətiyyətlə Xan'a tərəf tuşladım.
-"Uzaq durun!"
O, əllərini qaldırdı, ayağa qalxdı və otaqda olan hamı ilə birlikdə geriyə doğru getdi.
-"Roza, özünə zərər vermədən əvvəl silahı yerə qoy."-dedi Suzanna mənə qorxu ilə baxaraq.
-"Sus!"
Sənan'ın təbəssümü və Xan'ın laqeydliyi qəzəbimin yanacağı oldu. 
Niyə qorxmurdular? 
Niyə canları üçün mənə yalvarmırdılar?
Mənim tətiyi çəkməyəcəyinə bu qədərmi əmin idilər?
Xan'ın gözlərinin içinə baxdım.
-"Bilmirəm nə etməyə çalışırsan, amma sən silahı mənə verməklə səhv etdin, indi məni buradan çıxaracaqsınız, yoxsa and içirəm ki, hamınızı bir-bir vuracam."
Sənan gülümsədi və mənə tərəf bir addım atdı.
-"Vur."
-"Məni sınağa çəkmə, mənə yaşatdığınız o qədər şeydən sonra həm də..."
Silahı əlimdə daha bərk sıxdım.
-"Ailəmi əlimdən aldınız. Mən tərəddüd etməyəcəyəm."
-"Doğrudan? Lakin sən indi tərəddüd edirsən."-dedi Sənan rahatlıqla.
İlk dəfə gördüyümdə mənə valehedici görünən müxtəlif rəngli o gözlər məni hiddətləndirən bir parlaqlıqla doldu.
-"Sənin üçün hər şey oyundur, elə deyilmi?"
Onun mənə yaxınlaşmasını seyr edərkən qəzəblə silahı ona tərəf tutdum.
-"Vur."
-"Məndən uzaq dur!"
Gülümsədi.
-"Məni vurmayacaqsan, atəş quşu."
-"Bu qədər əmin olma."
O, silahı sinəsinə sıxana qədər mənə yaxınlaşdı. Üzünü üzümə tərəf əyib pıçıldadı:
-"Onda vur."
-"Sən öz həyatına heç dəyər vermirsən."--dedim inanamayaraq.
-"Atəş quşu...”-deyə ah çəkdi. 
-"İnan ki, ölümdən qorxduğumu demək istərdim, amma niyə qorxmalıyam ki? Var olmanın səbəbi həyat dediyimiz bu daimi oyunun sona çatması deyilmi onsuz?"
-"Səndə çatmır. Sən həqiqətən dəlisən."
-"Dəliyəm?"
O, mənim şərhimə təəccüblənmiş kimi davrandı.
İkimiz də bir-birimizin gözlərinə baxdıq. 
Əgər barmağımı tətiyə keçirsəydim, bu onu öldürərdi. Və o, buna layiq idi. Ailəm haqqında düşünməyə çalışdım, bu insanların onlara nə qədər ağrılar verdiyini düşündüm. Onu vurmaq üçün o qəzəb, o qisas aclığına ehtiyacım var idi.
-"Vur məni, Rozalinda!“
Bu səs....
Soyuq, lakin ona çox bənzəyən bir səs ağlıma pıçıldadı və məni çaşdırdı. Həmin tərəddüd anında isə Sənan silahı əlimdən aldı, arxaya çevrildi və onu yenidən Xan'a verdi.
-"Günə başlamaq üçün əla bir başlanğıc."-dedi gülümsəyərək.
Qapıdan çıxmaq istəyəndə isə dönüb mənə baxdı.
-"Etiraf etməliyəm ki, əlində silahla çox cazibədar görünürdün."
-"Si*dir get!"-deyə qışqırdım.
Mənə göz vurdu.
-"Baş üstə."
Suzanna mənə tərəf bir addım atdı.
-"Roza..."
Əlimi qaldırdım.
-"Yox, yaxınlaşma."
Onu dinləmək istəmədiyim üçün incidiyi açıq-aydın görünürdü, amma vecimə belə deyildi.
-“Səhər yeməyi hazırdır, tez düş aşağı.”-dedi məyusluqla getməzdən əvvəl. Elvin də onu təqib etdi.
Xan orada dayanıb hələ də mənə baxırdı.
-"Sən nə istəyirsən? Yenidən mənimlə oynayırsan? Ailəsinin qatillərini belə güllələyə bilməyən axmaq olduğumu sübut etmək üçünmü burdasan yoxsa?"
Yumruqlarımı böyrümə sıxdım ve başımı dik tutub gözlərinə baxdım.
-"Məni kifayət qədər alçaltmadınmı?"
Heç nə demədi, sadəcə mənə baxırdı və bu məni daha da əsəbiləşdirirdi.
-"Deyəcək bir şeyin yoxdursa, çıx get." 
Başını aşağı saldı.
-"Sənin hələ də mənə qarşı hisslərin var."
Bu məni təəccübləndirdi. Ona inanamayaraq baxdım.
-"Nə? Nə boş-boş danışırsan? Sən ağlını itirmisən."
Mənə tərəf iki addım atdı.
-“Mənə nifrət etdiyini deyirsən, amma mənə nifrət edə bilmirsən və bu səni qəzəbləndirir."
-"Mənə yaxınlaşma." 
Lakin o, dayanmadı və dizimin arxası çarpayıya dəyənə qədər mənə doğru gəlməyə davam etdi.
-“Hər şeyə baxmayaraq, məndən xoşunun gəlməsi sənə çətin gəlir."
Ona nifrət edirəm, ona nifrət edirəm, o, qatildir dedim öz-özümə.
Amma Xan düşünməyimə imkan vermədi, anidən uzandı və bir qolu ilə belimdən bərk-bərk tutub məni özünə tərəf sıxdı. Mən ona vurdum və özümü qollarından xilas etməyə çalışdım.
-"Burax məni, Xan. Burax!"
Üzümə baxdı və gülümsədi.
-"Sənin üçün çox darıxmışam, Roza..."
Və mən heç nə deyə bilməmiş o, boş əli ilə üzümü tutdu və dodaqlarını dodaqlarıma basdırdı.
Dəfələrlə öpdüyüm o yumşaq dodaqları hiss etmək hələ də gözəl idi, amma ona qarşılıq verə bilmirdim. Bu hiss ilə mübarizə apardım və onu özümdən uzaqlaşdırmağa çalışdım. 
Xan gülümsəyərək geri çəkildi və mən ona bacardığım qədər güclü bir şillə vurdum.
-"Bunu bir daha etmə!"
Əlini yanağına apardı və güldü.
-"Niyə? Yoxsa özünü idarə edə bilməməkdən və mənə cavab verməkdənmi qorxursan?"
Nə qədər təkəbbürlü ola biləcəyini unutmuşdum.
-"Get və məni yalnız burax."
Geriyə doğru addımladı.
-"Yaxşı. Səhər yeməyi üçün aşağı düş, gecikmə.”-dedi.
Qapıdan itdiyini görmədən öncə ona son dəfə tərs-tərs baxdım.
-"Dəli dediyin o adamın gəlib səni zorla aparmasını istəmirsənsə əgər."

ÖLÜ KƏPƏNƏK 🦋Hikayelerin yaşadığı yer. Şimdi keşfedin