15🦋

7 3 0
                                    

Günlərdən nə idi? Bu gün ayın neçəsi idi?Ya da nə qədər vaxt idi ki, buradaydım?Məsələ budur ki, bunların heç bir fərqi yox idi;  Psixiatriya xəstəxanasında günlər ard-arda o qədər eynilə təkrarlanırdı ki

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Günlərdən nə idi?
Bu gün ayın neçəsi idi?
Ya da nə qədər vaxt idi ki, buradaydım?
Məsələ budur ki, bunların heç bir fərqi yox idi;  Psixiatriya xəstəxanasında günlər ard-arda o qədər eynilə təkrarlanırdı ki...
Baxışlarım qonşu binanın pəncərəsinə düşdü.  Qrup terapiyası həmişəki kimi keçirdi. Biz on qadın idik, irəliləyişlərimizi sayırdıq və hiss etdiklərimizi bölüşməyə həvəsləndirilirdik. Otaq sadəcə biz on qadın və psixoloq üçün çox böyük görünürdü. Psixiatriya binası köhnə olsa da, baxımlı idi. Mən yenidən kiçik taxta stulda arxaya söykəndim və pəncərələrdəki soyuq dumanı seyr etdim. Qışın bu vaxtında hava həmişə çox soyuq olurdu.
-"Rozalinda."
Psixoloq səslənərək diqqətimi özünə çəkdi.
-"Bu gün bizimlə paylaşmaq istədiyin bir şey varmı?"
Gözlərim digər xəstələrin üzündə gəzindi. Başımı iki yana salladım.
-“Xeyr, hələ hazır deyiləm."
Psixoloq mənə güvən verici bir təbəssüm bəxş etdi.
-“Hər şey zaman alır. Əminəm ki, tezliklə bizimlə danışarkən özünü daha rahat hiss edəcəksən."-dedi və daha sonra başqa bir xəstəyə nəzər saldı. Lalə adında olan və ön tərəfdə oturan qız danışmadan öncə içini çəkdi.
-"Otuz doqquz gündür ki, özümə zərər vermirəm."-dedi.
Psixoloq başda olmaq üzrə hamı onu alqışladı.
-“Bunu eşitdiyimə çox şadam, irəliləyişin inanılmazdı. Hamımız səninlə fəxr edirik."
Lalə bizə gülümsədi və mən yenə ağzıma hakim ola bilmədən ona sual verdim;
-"Niyə özünə zərər verirdin ki?"
Gözlərim onunla qarşılaşdı. Psixoloq bir an gərginləşdi.
-"Rozalinda..."
Qız mənim sualıma görə əsəbi və ya qəzəbli görünmürdü. Ola bilsin ki, bunu pis niyyətlə soruşmadığımı hiss edirdi, sadəcə onu başa düşmək istəyirdim, çünki mən də özümü öldürməyə çalışmışdım, necə də olsa intihar hər şeyə, xüsusilə ağrıya son qoymaq idi.
Bəs o, niyə belə etmişdi?
-"Cavab vermək məcburiyyətində deyilsən, Lalə."-dedi psixoloq ona baxaraq.
-"Problem deyil, doktor. Öhdəsindən gələ bilərəm."-deyə cavab verdi və mənə tərəf baxdı.
-"Çox çətin günlər yaşayanda və ya ağrı dözülməz hal alanda ya qəzəbimi ətrafdan çıxardırdım, ya da özümdən. Bir müddət sonra isə tamamilə özümü cəzalandırmağa başladım. Çünki belə etmək məni rahatladırdı."
Ona bütün səmimiyyətimlə gülümsədim.
-"Cavab verdiyini üçün çox sağ ol."
O, da mənə gülümsəyib,-"Xoşdu. Ümidvaram sən də tezliklə sağalıb problemlərini bizimlə bölüşəcək qədər hazır olarsan."
On beş dəqiqə sonra psixoloq terapiya seansını sonlandırdı.
🦋
Bütün həftə heç bir əlamətdar hadisə olmadan keçdi. Xan'ı demək olar ki, heç yerdə görmədim və bunun olduqca qəribə olduğunu düşündüm. Onun üçün darıxdığımı etiraf etməliydim. Həm nə gözləyirdim ki? Onsuz da onu qadınlar olan bölmələrdə tez-tez görə bilməzdim. Kirli paltarlarımı səbətə qoyaraq otaqdan çıxdım vəvpaltarların ümumi yuyulduğu bölməyə tərəf yollandım. Sağa -sola baxmadan düz addımlarla irəliləyirdim. Qapını açıb içəri girdim. Səbəti paltaryuyan maşının yanına qoydum və əyilib maşının qapağını açdım. Əlimi yuxarı, kirli səbətinə uzadanda qarşı divarın küncündəki insan fiquru məni qorxutdu və geriyə doğru sıçradım.
-"Aman Tanrım!!"
Xan yarımçıq gülümsəsiylə mənə baxmağa davam edirdi.
-"Köməklik lazımdır?"
Ona tərs-tərs baxaraq yerimdə dikəldim və paltarları səbətdən bir-bir çıxarıb maşına qoymağa davam etdim. O, mənim səssiz qalmağıma təəccüblənmiş olmalıydı, amma mən onun etdiyi növbəti hərəkət ilə sözün əsl mənasında daha çox şok oldum.
Xan qapıya doğru getdi və kilidi çevirdi.
-"Hey! Nə etdiyini zənn edirsən? Burası ümumi bölmədir."
-"Rahat ol! Sadəcə səninlə danışmaq istəyirəm. O yapışqan dostun olmadan."
Ona gözlərimi qısaraq baxdım. Ülkər'i nəzərdə tuturdu.
-"Dostum haqqında düzgün danış."-deyə onu tərslədim.
Gözlərini yuxarı çevirdi.
-"Hə hə, siz ikiniz best friend'siniz. Bunu bütün palatalar bilir."
Paltaryuyan maşını işə saldıqdan sonra doğruldum və əllərimi iki yanıma qoyub üzünə baxdım.
-"Bütün həftə harda idin?"
Üzündə yaramaz bir gülüş peyda oldu. Arxasını paltaryuyan maşınlardan birinə dayadı və qollarını çarpazladı.
-"Mənim üçün darıxdığını bilmirdim."

-"Əlaqəsi yoxdur

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-"Əlaqəsi yoxdur. Sadəcə bir həftə asudə nəfəs almaq məni təəccübləndirdi."
-"Hmm, deməli, səni varlığımla boğuram?"
Cavab vermədim. Söhbəti dəyişmək adına,-"Harada idin?"-deyə soruşdum.
-"Niyə bilmək istəyirsən?" 
-"Çünki, sən..."
Qara qaşlarından birini qaldırdı.
-"Mən nə?"
-"Çünki sən mənim dostumsan."-dedim gözlərimi qaçıraraq.
Güldü.
-"İndi sənin dostunam demək, elə bilirdim ki, mənə nifrət edirsən."
-"Mən heç vaxt belə bir şey demədim..."
-"Ah gözəl, Rozalinda! Biz səninlə hər şey ola bilərik, amma dost, əsla."
Dediklərini tam anlamasam da, üstündə çox durmamağa qərar verdim. Xan'ı anlamaq bəzən imkansız olurdu. Hətta qeyri-mümkün. Mənə tərəf yaxınlaşıb üz-üzə baxacaq halda durdu. Barmaqlarını saçlarımın ucuna dolayıb oynamağa başladı. Vecsiz bir halda,-"İşlərim var idi."-dedi.
Nə gözləyirdim ki? Xan'ın mənə izahat verməsinimi? O, heç kimə açıqlama verəcək bir insan deyildi.
-"Psixoloqla olan terapiya seansları necə gedir?"
Onun sualı məni təəccübləndirdi.
-"Hər şey qaydasındadır."
-"Dərmanlar bəs? Vaxtı vaxtında qəbul edirsən, deyilmi?"
-"Hər şey yaxşıdır."-deyə təəccüblə cavab verdim. 
Onu əgər biri kənardan izləsəydi, mənə görə narahat olduğunu deyərdi. Xan başını aşağı əyib ayaqlarına baxdı, sonra gözümün içinə baxmaq üçün üzünü mənə çevirdi.
-"Mən sənə görə biraz narahatam."  -dedi.
O an nəfəs almağı dayandırdım. Nə deyəcəyimi bilmirdim.
-"Mənə görə niyə narahatsan ki?"
Əlini saçlarının arasından keçirdi və diqqətini pəncərəyə cəmləmək üçün məndən uzaqlaşdı.
-"Çünki ağrıya məhəl qoymamaq və onu yoxmuş kimi göstərmək ən çox insanın özünü incidər, gözəlim."
Ağrı...Bu sözü eşidəndə sinəmdə bir sızı hiss etdim. Həmin sükut anında içimdəki ağrının nə qədər böyük və yüngül olduğunu anladım. Bilirdim ki, kədəri gizlətmək daha asandır.
Xan mənə biraz vaxt verdi.
-"Amma o ağrı gec-tez səni məhv edəcək."-deyə davam etdi.
Özümü bilməməzliyə qoydum.
-"Sən nə dediyini başa düşmürsən."
Göz yaşlarım gözümdən axmasın deyə yumruqlarımı sıxdım. Xan döndü, mənə tərəf gəlməyə başladı və yanıma çatanda dayandı. Anidən iki əli ilə çiyinlərimdən tutdu. Tutuşu məni incidəcək səviyyədə deyildi, amma nəyisə bəlli etməyə çalışmaq istər kimi bədənimi möhkəm tutmuşdu. Üz-üzə durmuşduq və o, gözlərimin içinə baxırdı.
-"Mən nə danışdığımı bilirəm!"-dedi və məni sərbəst buraxıb irəli gedərək qapının dəstəyindən tutdu. Çölə çıxmadan öncə isə,-"Çünki mən bunu yaşadım, Rozalinda."-dedi.
Mən ona baxmaq üçün arxamı döndüm, amma o, çoxdan getmişdi. Uzun bir müddət qapıya boş-boş baxdım. Dediyi son söz isə qulaqlarımda əks-səda verməyə davam edirdi.

"Çünki mən bunu yaşadım..."

ÖLÜ KƏPƏNƏK 🦋Where stories live. Discover now