22🦋

15 3 0
                                    

-"Haradasan?"Doktorun yumşaq səsi beynimdə dövrə vurdu

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

-"Haradasan?"
Doktorun yumşaq səsi beynimdə dövrə vurdu. Hipnoz seansı bir az əvvəl başlamışdı, nə qədər davam etdiyini isə xatırlamırdım. Seansa başlamazdan əvvəl bir həb qəbul edərək psixoloqun rəhbərliyi altında bir sıra rahatlama məşqləri etmişdim. Özümü çaşqın hiss edirdim, sanki yarıyuxulu, həm də oyaq idim. Ancaq doktor mənə izah etmişdi ki,  əsas məqsəd məni şüuraltıma daxil ola biləcəyimiz qədər dərin bir rahatlama vəziyyətinə gətirməkdir.
-"Çox rahatsan, güvəndəsən."
Doktor hər sözünü yavaş-yavaş deyirdi, səsi uzaqlardan gəlirdi.
-"Heç nə haqqında düşünmə, ətrafının, hər şeyin boş olduğunu təsəvvür et."
"Boş..."-deyə mızıldandım.
-"İndi səndən müsbət bir şey düşünməyini istəyirəm. Atanın aldığı dağdakı gözəl evi xatırla. O evi bəyəndinmi?"
Başımı tərpətdim.
-"Bəli."
-"Necədir?"
-"Çox böyükdür, pilləkənləri və taxta döşəmələri var."
Gülümsədim.
-"Ən çox bəyəndiyim şey isə böyük pəncərələri olmasıdır."
-"Oranı çox sevirsən, aha... İndi istəyirəm ki, o evə gedəsən, mən burdayam, güvəndəsən. Dərin nəfəs al."
Bir az sonra gözümü açdım və valideynlərimin olduğu böyük evin qarşısında idim. Gecə idi, soyuq bədənimi titrədirdi.
-"Soyuqdu..."
-"Soyuq? Üşüyürsən, Rozalinda?
Başımla təsdiqlədim.
-"Nə hiss edirsən?"
-"Qaranlıq və çox soyuqdur."
Baxışlarımı aşağı saldım. Çılpaq ayaqlarım palçıqlı torpaqda yarıya qədər batmışdı. İslanmışdım. Geyindiyim nazik gecəlik diqqətimi çəkdi. Soyuqda düzgün geyinməmişdim və titrəyirdim..
-"Ev necə görünür?"
-"Qaranlıq, işıq yanmır."
-"İçəri girə bilərsən?"
-"Cəhd edə bilərəm."
Ayaqlarım o qədər üşüyürdü idi ki, soyuqdan hətta yanırdı.
-"Amma ətraf çox qaranlıqdır."
-"Yaxşı, sən güvəndəsən, mən səninləyəm."
-"Bilirəm."
Soyuq külək qollarımın və ayaqlarımın çılpaq dərisini qamçıladı. Titrəyərək ön qapıya tərəf getdim.
-"Mən qorxuram. Bir şey səhvdir. Mənə elə gəlir ki, o evdən uzaqlaşmalıyam."
-"Sənə heç nə olmayacaq, söz verirəm."
O, cümləsini bitirəndə ətrafımdakı hər şey dəyişdi. İndi öz otağımda, evdə idim. Bir az başım gicəlləndi.
-"Otaqdayam... Elektrik yoxdur, hər şey qaranlıq görünür..."
Yatağım dağınıq idi. Pəncərədən çölə baxdım. Gecə yarısıydı...Hər şey çox sakit idi. Səssiz.
-"Valideynlərin indi haradadırlar?"
-"Otaqlarında.Yatmış olmalıdırlar."
-"Sən niyə oyanıqsan?"
-"Bilmirəm."
-"Sənə heç nə olmayacaq. Otağından çıxacaqsan?"
-"Yox."
-"Niyə?"
-"Biri gəlir."
-"Kim?"
-"Bilmirəm."
Otağımın qapısı yavaşça aralandı və mən qorxu ilə udqundum. İçəri iri cüssəli, uzun boylu bir adam girdi və qapını arxadan bağladı. Əlində içki şüşəsi var idi. Şüşəni makyaj stolunun üstünə qoydu və mənə baxdı.
"Gözəl qız."
"Yox!"
"Həqiqətən, gözəlsən."
Mənə doğru bir addım atdı, sonra bir addım daha. Qorxudan iflic olmuş halda ancaq ona baxa bildim. O, çox hündür idi və onun sol əlində qaranlıqda aydın görə bilməsəm də, ay işığında daha rahat gözə çarpan bir doğum ləkəsi var idi.
"Yox. Yaxınlaşma!"-dedim qorxu ilə.
Otaqdan çıxmaq üçün qapıya tərəf bir addım atmışdım ki, mənə əngəl oldu və dərin, lakin yumşaq bir səslə, -"Bu barədə düşünmə belə, gözəlim."-dedi.

ÖLÜ KƏPƏNƏK 🦋Où les histoires vivent. Découvrez maintenant