40🦋

12 2 0
                                    

Hər şey öz axarında davam edirdi. Rozalinda çətin də olsa, mühitlə uyğunlaşmağa çalışırdı. Əlbəttə ki, bunda Xan'ın böyük təsiri olduğu göz qabağında idi. Onların bir-birinə atdığı gizli baxışları görə bilməyəcək qədər axmaq deyildim. Xan'ı ilk dəfə idi ki, belə görürdüm. Deyəsən, mənim robot dostum həqiqətən o qıza aşiq olmuşdu.
Etiraf etməliyəm ki, Rozalinda çox gözəl bir qız idi. Sarı saçları, mavi gözləri və ağ bədəni bütün kişiləri özünə ram edə biləcək bir birləşimdi. Normal kişiləri əlbəttə ki...amma mən normal deyiləm. Qısacası, mənim diqqətimi çəksə-çəksə Katerina çəkərdi, o, deyil. Bundan başqa Rozalinda'nın digər tərəfi indiyə qədər ortaya çıxmamışdı. Biz bunun ehtiyatını hər zaman tutmuşduq. Amma mən bilirəm ki, o, bir gün yenidən gün üzünə çıxacaq. Bunu hiss edirəm.
Tək təsəllim bu olduğu zaman bizim onun yanında olmağımızdı.
Aradan günlər və həftələr keçdi. Rozalinda ilk başda rədd etdiyi terapiya seanslarını qəbul etməyə başladı. Mən onu bir psixoloq kimi yönləndirməyə davam edirdim. Verdiyim dərmanları qəbul edir, onun üçün təyin etdiyim proqrama əsasən yemək rejimini tənzimləyirdi.
Rozalinda'nın xəstəxanadan qaçırılmasından hardasa üç ay keçmişdi və Xan'ın dediyinə görə məsələ artıq tamamilə bağlanmışdı. Bu da bizim Azərbaycandan bir dəfəlik başqa bir yerə getməyimiz üçün doğru zamanın gəldiyini göstərirdi.
Bir yerdə sabit qalıb yaşamaq heç vaxt mənə görə olmamışdı. Getmək üçün hamıdan çox tələsirdim. İstiqamət olaraq Almaniyanı seçmişdik. Daha doğrusu Xan seçmişdi. Bizə saxta pasport və kimlik çıxartma işi isə Elvin'də idi. O, bu məsələnin tezliklə həll olacağını söyləyirdi.
Suzanna Rozalinda ilə arasındakı bozları yavaş-yavaş əritməyi bacarırdı. Artıq daha çox birlikdə vaxt keçirdirdilər. Hətta bizə yemək belə bişirirdilər. Birlikdə eyni masa arxasında oturur, bir yerdə film izləyir və söhbətlər edirdik. Hər şey normal davam edirdi.
Hələ ki...
Masanın üstündə duran kofe fincanını əlimə alıb dodaqlarıma apardım və bir qurtum içdim. İnternetdə gəzinməyə davam etdim. Hər ehtimal günlük hadisələri daima takib edərdim. Elvin və Xan çoxdan səhər yeməyini yemiş çöldə söhbət edirdilər. Suzanna səhər yeməyi yeməsi üçün Rozalinda'nı çağırmağa getmişdi. Pilləkənlərdəm gələn tələsik addım səsləri ilə başımı planşetdən qaldırıb qorxu ilə aşağı enən qıza baxdım.
Laqeydcəsinə güldüm.
-"Nə olub? Səhər-səhər cin görmüsən?"
Suzanna şok olmuş bir ifadə ilə mənə baxmağa davam edirdi. Bu sırada Elvin və Xan da içəriyə girərək mənə və qarşımda qorxu ilə  duran qıza baxdılar. Bir problem olduğunu anlamaları üçün iki saniyə yetərli idi.
-"Sənə nə oldu?"-deyə soruşdu Elvin Suzanna'nın yanına gedərək.
Ögey bacım hamımıza nəzər saldı və tərəddütlə udqundu.
-"O, burdadı."-deyə pıçıldadı cılız çıxan səsiylə.
-"Kim burdadı?"-deyə soruşdu Elvin onun üzünə baxıb.
Xan gözlərini yumdu və dərin bir nəfəs aldı.
-"Katerina."-deyə cavab verdim oturduğum yerdən qalxıb.
Suzanna'nın qarşısında durdum.
-"İndi hardadır?"
-"Otağında."
Üzümü çevirib Xan'a baxdım.
-"Mənimlə gəl."
O, başını tərpətdi və arxamca məni takib etdi.
Otağın qapısı aralıq idi və biz içəri girən kimi qəribə ətrafda  bir hiss yarandı. Rozalinda'nı görəndə isə yerimdə dayandım.  Məni takib edən Xan, Elvin və Suzanna da arxamda durmuşdular.
O, divanda ayaq-ayaq üstə atmış halda oturmuşdu, sanki bu yerin sahibi oymuş kimi. Gözləri heç vaxt görmədiyim dərəcədə parıldayırdı. Üzündə nadinc ifadə verən əyri təbəssüm vardı.
-"Axır ki, gələ bildiniz."-dedi bizə əminliklə baxaraq.
-"Oturun."
Biz bir-birimizə baxdıq və ona itaət etdik.  Danışmaq istəsəydi, onunla danışardıq.
Lakin mən yenə də səssiz qala bilmədim.
-"Sənin üçün darıxmışdım, atəş quşu."
Bir qaşını qaldırdı.
-"Necə də şirinsən, amma eyni şeyi mən sizin üçün deyə bilmərəm." 
Bu məni çaşqın etdi bir an, onu belə görmək qəribə idi.
-"Ah, ailəmi öldürəndə sənə verdiyim vida öpüşünə görə sənə əhəmiyyət verdiyimimi düşünürsən? Siz sadəcə çox pis və öpüləsi görünürdünüz o an, mən də sənə təsəlli verdim, bu qədər. Söz yox, dostun o zaman bu təklifi dəyərləndirmədi. Duyğular mənim işim deyil, bu Rozalinda'nın işidir. Görürəm ki, olanlar çaşqınlıq yaradıb sizdə. Ailəmi soyuqqanlılıqla qətlə yetirəndə hər şeyin  aydın olduğunu düşünmüşdüm halbuki. Odur ki, gəlin ailə olmağı bir kənara qoyub, sizin nə istədiyinizi dəqiqləşdirək."
-"Düşünürəm ki, bizə rəftarını yaxşılaşdırmalısan."-dedim, çənəmi sıxaraq, lakin onun gözlərindəki cazibə bariz idi.
-"Olan hər şeydən sonra ..."
-"Şşş."
Məni susdurdu. 
-"Vaxtımı əhəmiyyətsiz şeylərə sərf etməyin, əsas sual siz nə istəyirsiniz? Rozalinda ilə ömür boyu bir növ ailə kimi bir yerdəmi yaşayacaqsınız? Məni səhv başa düşməyin, bu olduqca həyəcanlı səslənir, amma bu sizin deyil, mənim qərarım olmalıdır."
Xan güldü.
-"Sən özünü kim hesab edirsən?" 
Katerina gözünü belə qırpmırdı.
-"Sizcə, bu vəziyyətdə nəzarət kimin əlindədir?"
Ürəkdən gülmək növbəsi onun idi.
-“Həmişə nəzarət məndədir, yoxsa siz həqiqətən əksinimi düşünürdünüz?"
Bu, Xan'ı qəzəbləndirdi, görürdüm, amma bu dəfə danışan Suzanna idi.
-"Biz onu təhlükəsiz və ağlı başında saxlamaq üçün çox şey etdik."
-"Çox şirinsən."-dedi və məsumcasına gülümsədi.
-"O qədər ki, bəzən bu sevgi çoxluğundan qusmaq istəyirəm." 
Danışmaq növbəsi indi Xan'da idi.
-"Bu vəziyyətdə gəlib bir şeylər istədiyini söyləməyə səni vadar edən nədir? Sən sadəcə xəstə Rozalinda'nın içindəki ikinci şəxsiyyətisən. Və o, sağalanda da yox olub sonsuza qədər çıxıb gedəcəksən."
Xan'ın təhqiri ona təsir etmədi.
-"Yaxşı cəsur adam, amma sən başa düşmürsən ki, sənin qiymətli sevgilin bütün bu illər ərzində mənim sayəmdə zorakılıqdan sağ çıxdı. Mən olmasaydım, gücü çatmadığı üçün ya intihar edərdi, ya da çoxdan dəlixanada olardı. Sizcə mən necə formalaşmışam? Heç nədən? Durduq yerə?"
Başını iki yana tərpətdi. 
-"Onun zəifliyi mənim üçün xoşagəlməz olsa da, onu təhlükəsiz saxlamaq mənim üçün daha vacib idi, çünki onsuz mən mövcud ola bilməzdim. Sadəcə sağ qalması üçün orda idim. Elə isə  indi boş-boş çərənləməyi buraxın və deyin. Sonda nə etmək istəyirsiniz?"
Xan qollarını çarpazladı.
-"Biz bunu sənə demək məcburiyyətində deyilik."
O, ah çəkdi.
-"İnan mənə düşündüm ki, sən elə belə də deyəcəksən."
O, əlini divanla kürəyinin arasına uzatdı və ov bıçağı çıxartdı. Bütün hisslərim hərəkətə keçdi, amma reaksiya vermədim. Biz heç nə edə bilmədən bıçağı boğazına apardı və güldü.
Elvin və Suzanna donmuşdu. Hərəkət etməyə çalışdım, amma o, mənə qəzəblə baxdı.
-"Hey, sən! Bu barədə heç düşünmə belə."
Mənə baxdı və mən əllərimi təslim olurcasına yuxarı qaldırdım. 
-"Dediyim kimi, sizin əməkdaşlıq etməyəcəyinizi bilirdim, ona görə də sevimli polisimizin ehtiyatsızlığından istifadə edərək, təchizat əldə etdim. Pis adamlar olsanız da çox dərin emosiyalara qapılmısınız."
Mən səhnəni qiymətləndirdim, belə vəziyyətlərə öyrəşmişdim.
-"Onu yerə at, istifadə etməyinə ehtiyac yoxdur. Burada heç kim Rozalinda'nı incitmək istəmir."
Başını aşağı saldı.
-"Mən buna o qədər də əmin deyiləm və siz onunla nə etməyi planlaşdırdığınızı hələ tam  izah etməmisiniz. Mənə elə gəlir ki, siz məni ciddi qəbul etmirsiniz, ona görə də mən sizinlə çox açıq danışacağam."
O, qarşısındakı adamı gözləri ilə işarə etdi. 
-"Danış, yoxsa sənin sevimli Rozalinda'nı öldürərəm."
Xan başını tərpətdi.
-"Heç nə edəsi deyilsən. Yalan danışırsan."
-"Yalan danışıram demək, hə?"
O, bıçağı boynundan çəkib aşağıya doğru apardı və gecəliyinin ətəyindən açıqda olan sol ayağının üstündə gəzdirdi və anidən üst tərəfi uzununa dərin olmadan kəsdi.
Xan'a baxdım.
-"Cəsuru oynamağın vaxtı deyil Xan, o, Rozalinda deyil."
Katerina mənə gülümsədi.
-"Nəhayət, məni anlayan biri tapıldı. Yaxşı. Onda səndən başlayaq, əzizim Suzanna."
Suzanna'nın ağrılı ifadəsi onu heç narahat etmirdi.
Suzanna ara-ara danışmağa başladı.
-"Mən... Rozalinda'nı bu dünyada hər şeydən çox sevir və dəyər verirəm. O, mənim ən yaxşı dostumdur. Mən onu heç vaxt bilə-istəyə incitmərəm."
Katerina gözlərini yumdu.
-"Bu gülməli dərəcədə qorxuludur, amma sənə inanıram."
Onun baxışları bu dəfə Xan'a tuşlanmışdı.
-"Bəs, sən?"
-"Mən onu çox sevirəm..."
-"Yalan danışma. Mən sizə bir şans daha verəcəyəm, çünki bu gün əhvalım çox yaxşıdır və həqiqət budur ki, Rozalinda'nı belə bir vəziyyətdə öldürmək pis olardı."
-"Rozalinda haqqında nə hiss etdiyimi tam bilmirəm, amma bu, indiyə qədər hiss etdiyim sevgiyə ən yaxın olan şeydir."-dedi Xan tüm səmimiyyətlə. 
Xan dönüb bir an bizə baxdı və daha sonra baxışlarını qarşısında oturan Katerina'ya çevirdi.
-"Mən onu uşaqlıqdan bəri tanıyıram."-dedi danışmağa başlayıb.
-"O, mənim bu dünyadan qaçış yolum oldu. Onunla yollarımız çox tez ayrıldı, amma onu heç vaxt unutmadım. Ta ki Suzanna mənə onun arxasınca getməyimi söylədiyi günə qədər. Əvvəlcə mənə sadəcə tanış göründü, amma onu ilk başda tam tanıya bilmədim. O, çox dəyişmişdi və gənc bir qadına çevrilmişdi. Lakin onun gözləri artıq parıldamırdı, uşaqlıqda olduğu kimi rəngli paltarlar geyinmirdi, yaşadıqlarının görünən izlərini daşımırdı, yalnız canlılığını söndürən daxili yaraları var idi. Bütün bu müddətdən sonra onu yenidən tapmışdım və indi onun o iyrənc həyatdan qaçmasına kömək olmaq üçün əlimdən gələn hər şey var idi. Mənim ona ehtiyacım olduğu kimi, onun da mənə ehtiyacı vardı."
İlk dəfə idi ki, Katerina'nın üzündə bir ifadə gördüm: təəccüb.
-"Bu, sən idin... Rozalinda bilirmi?"
Başını tərpətdi.
-"Məni xatırlamır."
Katerina anladığını bəlli edərcəsinə başını tərpətdi və daha sonra məni işarə etdi.
-"Və sən? Sən nə istəyirsən?"
Xan mənə xəbərdarlıq etdi, indi oyun oynamaq vaxtı deyil. Əgər məni təhdid kimi görsəydi, Rosalinda'ya zərər verəcəkdi.
Çiyinlərimi geri çəkdim.
-"Üstündə işləmək və öyrənmək üçün maraqlı bir ağıl kimi görünür doğrusu."
Katerina gözlərini qısdı, Suzanna cəld söhbətə müdaxilə etdi.
-"O, psixiatrdır."
Katerina ah çəkdi və bıçağı yerə endirdi.
-"Bu o deməkdir ki, sən Rozalinda'nın unutduğu bütün o axmaqlıqların öhdəsindən gəlməyinə kömək edə bilərsən, elə deyilmi?"
Mən onu təsdiqlədim.
-"Əla, onda sizi təbrik edirəm, heç kim ölməyəcək. Yaxşı, iki, üç, dörd və ya neçə nəfər olursa olsun: psixiatr onun qayğısına qalır, bu qız və sevgilisi ona dostluğunu verir, sən isə yaraşıqlı polis...ona sabitlik və təhlükəsizlik verirsən. Anladım."
Bir an düşündü və yenidən danışmağa davam etdi.
-"Mənim sizdən yalnız bir istəyim var."
Xan ona baxaraq,-"Nədir?"-deyə soruşdu.
-“Rozalinda bütün olanları yadda saxlamalıdır, çünki xatırlamadığı bir şeyin öhdəsindən gələ bilməyəcək və tam sağalmayacaq."
Suzanna dodaqlarını büzdü.
-"O, həqiqəti qəbul edə bilməz axı."
Katerina gülümsədi.
-"Onun nə qədər güclü olduğuna dair heç bir fikrin yoxdur, onu aşağı qiymətləndirmə." 
Daha sonra ayağa qalxdı.
-"Mən onu sizin himayənizə buraxacağam və bilirəm ki, bu cür olmaq mənim qərarımdır. Ah, amma əgər onu incitsəniz, qayıdıb hamınızdan bir-bir başlayaraq sizləri öldürəcəyəm. Rozalinda sizin üçün bir şey hiss edə bilər, amma mənim üçün siz heç bir şey deyilsiniz. İndi isə, əlvida."
O, bıçağı divana tulladı və vanna otağına getdi.
Ertəsi gün isə o, aşağı enəndə biz artıq bilirdik ki, Rozalinda geri qayıdıb və indi ona hər şeyi xatırlatmağın vaxtı gəlib çatmışdı.
GÜNLƏR SONRA🦋
Başım çox ağrayırdı. Gözlərim yaşlarla doldu və titrəməmək üçün özümü idarə etməli oldum, lakin xatirələrin öhdəsindən gələ bilmirdim.
Mən... mən ailəmi öldürmüşdüm.
Qatil mən idim.
Əllərimi sinəmə qoyub nəfəs almağa çalışdım.
Başımı qaldırıb mavi səmaya baxdım və dərin-dərin nəfəs aldım. Nəhayət, yavaş-yavaş sakitləşməyə başlayırdım. Döndüm və uzaqda duran evə baxdım. İçimdə bir sözlə ifadə edə bilməyəcəyim dərin bir kədər var idi.
Sənan, Suzanna, Elvin və Xan...
Mən onları bu cinayətdən ötrü dəfələrlə ittiham etmişdim, lakin onlar mənim cəlladlarım yox, xilaskarlarım olmuşdular. Bütün bu vaxt ərzində mənim onlar haqqında ən pis şeyləri düşünməyimə icazə verdilər ki, o acı xatirələrin ağırlığını çiyinlərimdə daşımayım.
Lakin sağ qalmaq təsəlli etmirdi, yaşamağımı istəyirdilər və mən buna ancaq həqiqəti bilməklə nail ola bilərdim. Və bu, həqiqətən azad edici idi. Artıq bu insanlarla olduğum üçün özümü günahkar hiss etmirdim, amma bir çox tutarsız və məntiqsiz şeylər hiss edirdim içimdə.
Bütün o iyrənclikləri xatırlayırdım artıq. Atamın zorakılığını, məni başqa kişilərə satmağını, anamın vecsizliyini, yanğını və bədənimə hökm edən digər yanımı.
Bir qərar verməli idim.
Özümlə birlikdə onları da uçurma sürükləyə bilməzdim. Katerina'nın nə zaman və yenidən ortaya çıxacağı məlum deyildi və mən heç kimi riskə atmaq istəmirdim.
Sabah Almaniyaya uçuşumuz var idi.
Yeni bir ölkə, yeni bir kimlik və yeni bir başlanğıc....
Lakin mən özümü bir kəpənək kimi hiss edirdim....ölü bir kəpənək. Onlar məni nə qədər sağaltmaq istəsələr də, mənim qanadlarım çoxdan qopmuşdu.
Uça bilməzdim yenidən.
Göz yaşları yanaqlarımdan axdı. Sağ ayağımı irəli atıb uçurumun ucunda dayandım. Əsən səhər küləyi saçlarımı geriyə itələyirdi. Bədənim boz tutmuşdu.
Əynimdə sadəcə ağ pijamam var idi.
Kəfənlər də ağ olurdu, elə deyilmi?
Dənizin cosqun dalğası mənə doğru yavaşça fısıldayırdı. Çox yorğun idim. Artıq dincəlməyə ehtiyacım var idi.
Sonsuza qədər...
-"Roza!..."
Arxamdan gələn qışqırıq səsiylə donub qaldım. Başımı çevirib baxanda isə o çox sevdiyim çöhrəni gördüm. Ehtiyatla mənə doğru addım atdı, lakin ona mane olub əlimi qaldırdım.
Xan'ın gözlərində ilk dəfə idi ki, yaşlar görürdüm.
-"Yox, Rozalinda. Bunu edə bilməzsən. Məni tək qoyub gedə bilməzsən, yox."-deyə hayqırırdı çarəsizcə.
Digərlərinin arxadan gəlməyi də uzun çəkmədi.
Hamısının üzündə eyni ifadə var idi: qorxu. Hər birinə tək-tək baxdım və kədərlə gülümsədim.
-"Etdikləriniz üçün çox minnətdaram, amma mən artıq həyata davam edə bilmirəm. Kirli bədənim və ruhum buna icazə vermir."
-"Sən kirli deyilsen!"-deyə qışqırdı Xan mənə bir addım ataraq.
-"Yaxınlaşma, Xan..."
Durdu və çaşqın bir halda onlara tərəf baxdı.
Evdən çox uzaqda bir uçurum var idi və mən bunu bir neçə gün əvvəl Suzanna ilə çöldə gəzəndə görmüşdüm. Təbii ki, ona heç nə hiss etdirməmişdim.
-"Mən intihara meyilli bir ruham."-dedim cılız çıxan səsimlə.
-"Sən məni bir neçə dəfə ölümün qollarından çəkib aldın, lakin mən gec-tez bunu edəcəm və nəinki sən, heç biriniz mənə əngəl ola bilməyəcəksiniz."
Xan dizləri üstə çökdü.
-"Səni sevirəm, Rozalinda. Bilirəm ki, sən də məni sevirsən. Sənin yaşamaq üçün bir səbəbin var. Biz varıq."-dedi yalvararaq.
-"Səbəbim var....amma gücüm yoxdur."
-"Bizdən güc ala bilərsən."
Bu dəfə danışan Suzanna idi.
-"Sən mənə bacı oldun. Ən yaxın dostum oldun. Gücün bitdiyində mənə söykənə bilərsən."
-"Biz sənin üçün hər şey etməyə hazırıq."-deyərək ona arxa çıxdı Elvin.
Baxışlarım Sənan'a çevrildi. Digərlərinin əksinə o, həmişəki kimi çox sakit idi.
-"Öldürmək istədiyin Rozalinda'dırmı, yoxsa Katerina'mı? Yox etmək istədiyin kimdi?"-deyə soruşdu gözlərimə baxaraq.
Sualı məni əsəbləşdirdi.
-"Bu taleyi mən seçmədim."-deyə qışqırdım.
-"Mən qatil olmaq istəmədim. Əllərimə qan bulaşdı. Ailəmin qanı. Mənim yaşamağa haqqım yoxdur."
-"Doğru deyil. Əsas onların yaşamağa haqqı yox idi."-deyən Xan əlinin tərsi ilə göz yaşlarını sildi.
Sənan bütün diqqətini üstümdə cəmlənmişdi. Ətrafına baxmırdı belə.
-"Onlar yaxşı insanlar deyildilər. Ölməyə layiq idilər. Və onları öldürən Katerina idi, sən deyil."
Başımı iki yana salladım.
-"Katerina mənim içimdədir. Mən yaşamağa davam etdikcə o, da var olacaq və həmişə bizim üçün təhlükə yaradacaq."
-"Mən onunla çox yaxşı yola gedirəm."-dedi Sənan gülümsəyərək.
-"Həm nə deyiblər? Dəli dəlini görəndə çomağını yan tutarmış. Bilirsən ki, mən də az dəli deyiləm."
Titrəyirdim. Səhərin əsən sərin mehi bütün bədənimi üşüdürdü.
-"Ölmüş bir kəpənəyi yenidən yaşamağa və uçacağına necə inandırmaq olar axı?"
-"Sən ölü bir kəpənək deyilsən, Roza..."-dedi Xan asta addımlarla mənə yaxınlaşıb.
-"Sən küllərindən yenidən doğan bir atəş quşusan."-deyərək cümləni tamamladı Sənan.
Ağlayırdım. Görüşüm bulanıqlaşmışdı.
Başım fırlandı və müqavimətimi itirir kimi oldum. Geriyə doğru büdrədim. Güclü qollar məni tutub ayağa qaldırdı, çünki ayaqlarım anidən boşaldı və tutmadı.
Daha çox tab gətirə bilmədim və Xan'ın qollarında huşumu itirdim.
🦋
Yavaş-yavaş gözlərimi açdım, gün batımı otağıma narıncı rənglər salırdı. İlk gördüyüm şey Xan'ın mənim yanımda yatdığı idi.  Kirpikləri az qala yanaq sümüklərinə dəydiyi və saçları dağınıq olduğu üçün o, çox məsum görünürdü. Digər tərəfə uzanmaq üçün yuvarlandım və Sənan'ın o biri tərəfimdə yatdığını gördüm. Suzanna və Elvin isə onun yanında, çarpayının başlığına söykənmişdilər, yatarkən başları aşağıya doğru əyilmişdi.
Gülümsədim.
Bu dördlü mənim xilaskarım idi. Onlar sayəsində həyatdaydım. Məni hər şeyimlə qəbul etdilər və sevdilər. Qınamadılar və ya aşağı görmədilər.
Sadəcə sevdilər...
Bel üstə uzanıb tavana baxdım. Tavanda asılmış böyük aynadan əksimizi görürdüm. Sanki mən bir günəş idim, onlar isə ətrafımda fırlanan planetlər. Bu məni güclü hiss etdirdi.
Böyük bir əl uzanıb əlini əlimin üstünə qoydu.
Başımı çevirib ona baxdım.
-"Sən bizim işıq saçan atəşimizsən, Rozalinda İvanova."
Suzanna'nın saçımı sığalladını hiss etdim.
-"Və biz də ətrafına toplaşan pərvanələrik."
Hüzur dolu baxışlarla onlara baxmağa davam edərkən yanaqlarımın islandığını hiss etdim. Sənan baş barmağı ilə göz yaşımı sildi.
-"Tək deyilsən, atəş quşu."
-"Biz səni heç vaxt yalnız buraxmayacağıq."-deyə əlavə etdi Elvin.
Başımı tərpətdiim və uzun müddətdən sonra ilk dəfə özümü tamamilə təhlükəsiz hiss edərək yenidən gözlərimi hüzurla yumdum.
AEROPORT _ALMANİYA'YA UÇUŞ🦋
-"Almaniya sərnişinləri, zəhmət olmasa soldakı çıxışa doğru yaxınlaşın. Heç kim qalmasın. Təkrar edirəm.."
Ayaqqabılarımın topuq səsi düz zəmində əks səda verərəkən qeydiyyat bölməsinə yaxınlaşıb gözümdəki eynəyi çıxartdım və qarşıda oturan və mənə gülümsəyə gənc qıza pasport və vəsiqələri uzatdım. O, sənədləri aldı və kompüterdə məlumatları qeyd etməyə başladı.
-"Katerina Mahler, Albert Mahler?"-deyərək başını qaldırıb mənə sual verərcəsinə baxdı.
Gülümsədim və başımı tərpətdim.
-"Doğrudur."
O, sənədləri təhvil verərək,-"Keyifli uçuşlar."-dedi və gülümsədi.
Qarşılıq olaraq yüngülcə təbəssüm etdim.
Geriyə dönmək üzərə ikən böyük bir əl əlimi tutdu və mən başımı qaldırıb aşiq olduğum adamın üzünə sevgi ilə baxdım.
-"Hazırsan, sevgilim?"
Uzandım və dodaqlarına kiçik bir öpüş qondurdum.
-"Heç olmadığı qədər həm də."--dedim dodaqlarına doğru pıçıldayaraq.
Xan məni təkrar öpdü və əlimi bərk-bərk tutdu. Biz çıxışa doğru birlikdə yeriməyə başladıq.
Təyyarədəki yerimizə keçib oturanda arxadan gələn Sənan'ın tox səsi oxuduğu qazetin ardından eşidildi:
-"Axır ki, gələ bildiniz? Bir az daha geciksəydiniz, sizsiz uçmaq məcburiyyətində qalacaqdıq."
Xan çiyinlərini çəkdi və arxaya söykənib kəmərini bağladı.
-"Əsas odur ki, vaxtında gəldik, problem yoxdur."
-"Hə, əlbəttə. Bu qədər vaxtı nə edirdiniz bəs?"-deyə soruşdu Suzanna əlindəki stəkanın pipetini dodaqlarına apararkən.
-"Boş zamanlarını dəyərləndirirdilər yəqin ki."-deyə cavab verdi yanında oturan Elvin çox bilmiş bir şəkildə gülümsəyrək.
Onlar bir sıra bizdən öndə oturmuşdular.
-"Boş zamanlarını necə dəyərləndirirdilər ki?"
Suzanna'nın bu sualına aşağı səslə qəhqəhə çəkdim. Sənan'ın ögey bacısının bu saflığına kinayə ilə güldüyünü arxamdan hiss edə bilirdim.
-"Bunu sənə fasilə anında başa salacam, əzizim."-deyə pıçıldadı Elvin onun qulağına doğru və yanağını öpüb yerinə oturdu təkrar.
Təyyarə qalxmağa başladı.
-"Hazırsınızmı uşaqlar?"-deyə soruşdu Xan bizə səslənib.
Əllərimiz yenidən birləşdi.
Hamımız bir səslə,-"Hə."--dedik.
Mənə baxdı və göz qırpdı.
-"Onda getdik...."

ÖLÜ KƏPƏNƏK 🦋Where stories live. Discover now