31🦋

8 2 0
                                    

Həyatda qalmaq

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

Həyatda qalmaq...
Yaşamaq üçün nə edərdiniz?
Yaşamaq üçün nələr edə biləcəyimi  heç düşünməmişdim. Düşünürəm ki, insan həyatda qalmaq üçün çətinə düşəndə hər şeyi edə bilər. Qorxu və sağ qalma hissi insanı ələ keçirdikdə biz çox fərqli birinə çevrilə bilirik. Belə ki, heç vaxt tanımadığımız bir insana dönüşürük. Şəraitin bizdən tələb etdiyi biri oluruq. Mənim indiki məqsədim isə qaçmaq fürsəti tapana qədər özümü bu iki ruh xəstəsinə itaətkar görünmək və onların etibarını qazanmaq idi.
Qaranlıq düşdü və evi zülmətlə doldurdu. Artıq məni zəncirləmirdilər və bütün olası təhlükələrə qarşı tədbirlər görmüşdülər. Suzanna və Sənan iki sevgilidən çox, iki yaxın dosta bənzəyirdi sanki. Məsələn, onları heç yan-yana və ya öpüşəndə görməmişdim. Anlamadığım çox şeylər var idi, amma bunlara baş yoracaq zamanım olmadığı üçün sadəcə öncəliyimi düşünürdüm: buradan qaçmaq.
Pilləkənlərlə enib salona girərkən stolun ətrafındakı sarı işıqlar üzümə vurdu...şamlar. İşıqlar söndüyü üçün hər yerdə şamlar var idi və bu romantik bir şam yeməyi təəssüratı bağışlayırdı. Evdəki bağlı yerlərin açarının sadəcə Sənan'da olduğunu nəzərə alsaq, planımı çox yaxşı qurmalıydım. Yüngülcə öskürdüm. Suzanna əlindəki çörək qabını masaya qoyarkən mənə baxdı və güldü.
-"Oksigenin çatmır deyəsən, hə?"
Ona məhəl qoymadım.-"Hər yerdə şam var. Bu riskli deyilmi? Tüstüdən boğulmaq və ya yanaraq ölmək istədiyim bir şey deyil, ona görə deyirəm."
Sənan və o, bir an baxışdılar. Nə düşündüklərini isə bir az gec anlasam da, özümə boşluğa düşməyə icazə vermədim.
Stulu çəkib masanın arxasına keçdim.-"Nə oldu? Niyə təəccübləndiniz? Yoxsa, ailəmi və bizim evi necə oda verdiyinimi xatırladın?"--dedim ayaq üstə duran adama baxaraq.
Sənan'ın yumruğunu sıxıb açdığını gördüm. Əsəblərinəmi toxunurdum?  Deməli, doğru yoldayam. Özümü tuta bilmədim və qulaqdan qulağa gülümsədim. Deyəsən, həqiqətən də dəli olurdum.
-"Gülməli olan nədir?"-dedi Suzanna tək qaşını qaldırıb masanın arxasına, sol yanıma keçib oturanda. Ardınca Sənan da masanın digər ucuna keçdi və oturdu.
Çiyinlərimi çəkdim.
-"Heç, elə belə. Həm mənim ruhi bir xəstə olduğumu unudursan deyəsən. Necə də olsa ağıllı hərəkət etməyimi gözləməyin doğru olmaz."-dedim və ona nifrətlə baxaraq gülümsədim.
Başımı çevirdiyimdə Sənan'ın məni seyr etdiyini gördüm. Onun gözləri üst geyimimin hər tərəfində gəzindi və üzündə məmnunluq ifadəsi olduğunu gördüm. Gecə üçün V yaxa qırmızı bir köynək və qara yun şalvar geyinmişdim. Qırmızı rəng köynək ağ bədənim və sarı saçlarım ilə olduqca diqqət çəkici idi. Üzümdə isə zərrə makyaj yox idi.
Şam işığı Sənan'ın rəngli gözlərinə vururdu və çox sirli görünürdü. Daha sonra o, başını aşağı saldı və diqqətini yeməyinə verdi.
-"Görürəm, çox xoşuna gəldi."-dedim çəngəlimi qızarmış kartofa batırıb ağzıma apararkən.
Yeməyi çeynəyərək qarşımda oturan adamı göz nəzarətinə aldım. O, isə normal bir halda yeməyə davam edirdi. Suzanna da sakitcə yeməyini yeyirdi.
Sənan,-"Yaraşıb."-dedi qısaca.
Unutma Rozalinda, aktyorluq etmək həyatda qalmaq deməkdir dedi içimdəki səs.
Dodaqlarımı gülümsəməyə məcbur etdim -"Ah, təşəkkürlər."
Yeməyimizə davam etdik. Günlər sonra ilk dəfə idi ki, iştahla yemek yeyirdim. Əti çeynəyəndə keyifli səsim otağı doldurdu.
-"Hmm, çox ləzzətlidir."--dedim digər parçanı da bıçaq ilə kəsib.
Sənan'ın baxışlarını üstümdə hiss etdim.-"Belə dadlı yemək bişirə bildiyini bilmirdim, Ülkər. Ah, bağışla, hərdən gerçək adını unuduram. Suzanna idi, deyilmi?...İnsanın bəzi şeyləri unutması bir az zaman alır, yəqin ki, bilirsən."
Suzanna salfet ilə ağzını sildi və onu əlində əzişdirib boşqabın yanına atdı.
-"İnsan sözü nisyandan yaranıb və mənası unutmaq deməkdir. Narahat olma, Rozalinda. Yaradılışımızda unutmaq var. Zamanla bir çox şeyi sən də unudacaqsan."-dedi və stulunu geriyə çəkib ayağa qalxdı.
-"Bu arada yeməyi hazırlayan mən deyiləm. Sizə nuş olsun."
Saçlarımı çiynimdən geriyə atıb yüksək səslə güldüm. İkisi də mənə tərəf baxırdı.
-"İndi nəyə gülürsən?"
Bu dəfə sualı verən Sənan idi.
İkisini də barmağımla göstərib,-"Siz ikiniz... çox gülməlisiniz. Xüsusilə, sən..."--dedim gözlərimi masanın qarşısında ayaq üstə duran qıza zilləyib.-"Sən mənə unutmaqdan dəm vurursan? Hah! Mən nəinki keçmişi, özümü belə unutmuş bir insanam, Suzanna."
Adını tələffüz edəndə səsimi bilərək yüksəltdim. Daha sonra hələ də masa arxasında oturmuş adama tərəf döndüm.-"Və sən, düzü səni alqışlamalıyam."--dedim əllərimi bir-birinə çırparaq.
-"Oscar mükafatına layiqsən, inan mənə. İnsan öldürmek desəm səndə, rola girmək desəm səndə, insan müalicə etmək desəm  səndə..."-masanı əlimlə işarə edərək danışmağa davam etdim,-"yemək bişirmək desəm, o da səndə. Doğrudan, sənin bacarmadığın bir şey varmı bu həyatda? Həqiqətən bu mənə çox maraqlıdır."
Sənan baxışlarını yuxarı qaldırdı və mənə baxdı.-"Mən həmişə yemək bişirməyi sevirdim."-dedi sakitcə,-"Bizim kimi yetimxanada böyümüş uşaqlar həyatda qalmaq üçün hər şeyi bilmək məcburiyyətində qalır."
Mən onun gərgin olduğunu gördüm, lakin o, ətini kəsməyə davam edərkən ifadəsini sakit saxladı.
Əsəbdən güldüm.-"Ailəmi öldürmək və evimizi yandırmaq məcburiyyətində səni qoyan nə idi bəs?"
Baxışlarını mənə çevirdi və gözləri yenidən məni tapdı.-"Nə düşündüyünü bilirəm, amma səhv yoldasan."
İç çəkdi.
-"Həyatda qalma içgüdüsünün bizi nəyə çevirə biləcəyi heyrətamizdir, inan mənə."
Nə deyəcəyimi bilmədim bir an. Sənan çəngəl və bıçağı boşqabının hər iki tərəfinə qoydu.
-"Bizim sağ qalma içgüdümüz çox qəribədir, səncə də elə deyilmi, Rozalinda?" 
Güclə udqundum. Birbaşa gözlərimin içinə baxdı.-"Mən nə etməyə çalışdığını bilirəm. Etiraf etməliyəm ki, sən çox yaxşı oynayırsan və mən orta intellektə malik bir insan olsaydım, buna inanardım, amma məni axmaq yerinə qoyma. Məndən qaçmağın bir çox yolu var, amma məndən daha ağıllı olmaq...bu mümkün deyil."
Qorxu və həyəcan hiss edərək yemək yeməyi dayandırdım.-"Bəs sən nə etməmi istəyirsən? Sizə hücum edim? Qışqırım? İtaətsizlik edim?"
-"Əlbəttə ki, yox."
Başını tərpətdi.  -"Mən şadam ki, bunun səni heç bir yerə aparmayacağını başa düşəcək qədər ağıllısan, sadəcə bilməni istəyirəm ki, sən bütün bunlardan razısanmış kimi davranırsan; Məsələn, bir az öncə yaxşı göründüyünü dedikdən sonra sən mənə cavab olaraq "təşəkkürlər" deyəndə bunu rahatlıqla anladım. Sənin nə zaman dürüst olmadığını asanlıqla deyə bilərəm. Buna görə də aktyorluq etmək zəhmətinə girmə."
Dodaqlarımı sildim və salfeti masaya fırladıb ayağa qalxdım.-"Lap yaxşı. Necə istəyirsən."
Özümü idarə etmə zərurətindən qurtulub boşqabımı yan divara fırlatdım. Zərbənin səsi otaqda əks-səda verdi. Sənan isə yerindən tərpənmədi belə.
-"Suzanna..."-deyə səsləndi yan tərəfdə duran qıza.-"Bizi tək burax."
Suzanna bir an tərəddüt etdi.-"Axı..."
-"Suzanna!"-deyə qışqırdı Sənan.
Suzanna başını tərpətdi və salonu tərk etdi. İndi salonda sadəcə ikimiz qalmışdıq.
-"Sən xəstəsən."--dedim üzünə qəzəblə baxıb.
Hər sözü bacardığım qədər nifrətlə deyirdim. 
-"Və mənə qarşı centilman kimi davranmağının hər şeyi unutduracağını düşünürsənsə, çox yanılırsan, Mr. Psixopat "
Sənan,-"Bütün deyəcəklərin elə bu qədər?"-deyə soruşdu və gülməyə başladı.
-"Daha çox şey deməyini gözləyirdim doğrusu."
Onun sakitliyi qəzəbimi daha da artırırdı. Masadakı çəngəli götürüb ona atdım. O, üzünü örtmək üçün əlini qaldıranda çəngəl qoluna dəydi.
-"Sənə nə qədər nifrət etdiyimi ifadə etməyə sözlər bəs etməz!"
Gözlərimdən yaşlar gəldi.  -"Sən mənim həyatımı məhv etdin! Onu cəhənnəmə çevirdin! Necə qarşımda sakit otura bilərsən, hə?! Sən xəstəsən!"
Sənan stulda arxaya söykəndi.-"Aha, sonra?"
Dodaqlarında rəqs edən o təbəssümün kölgəsini silmək üçün onun axmaq üzünə yumruq vurmaq istədim. Lənətə gəlmiş psixopat. Sinəm sürətlə qalxıb enirdi, ürəyimi qulaqlarımda hiss edirdim.
Yumruqlarımı sıxdım.-"Əgər bütün bu drama ilə mənə bir şey hiss etdirəcəyini düşünürsənsə, çox yanılırsan."
Sənan uzun bir nəfəs verdi və ayağa qalxdı.  Onun boyu otağı çox kiçik göstərirdi.-"Səncə, mənim istədiyim şey səndə bağışlanma duyğusu oyatmaqdır?" 
Mənimlə söhbət edərkən əlini masanın kənarında gəzdirərək üzərimə doğru gəlməyə başladı.-"Hisslərin mənim işim olmadığı artıq sənə aydındır məncə."
Udqundum,-"Yaxşı, onda məndən nə istəyirsən?"-deyə soruşdum.
Sənan əlini uzatdı və məni stulun kənarını tutmağı buraxıb bir addım geri çəkilməyə məcbur etdi.
-"Özünü mənim təslim etməyini..."
Kürəyim divara dəyənə qədər məni geri itələdi.-“Mən səni istəyirəm və qeyri-mümkün görünsə də, mən sənə sahib olacağam, Rozalinda. Mən ömrün boyu sənin ətrafında olan tək şey olacağam. Zaman gələcək ki, sən mənə təslim olacaqsan. Mən səni səbrlə gözləyə bilərəm."
-"Sən dəlisən."-dedim pıçıldayaraq.
Bu qədər açıq bir şeyi o anda üzümə doğru deyəndə özümü axmaq kimi hiss etdim. O, gülümsədi və əllərini üzümün hər iki tərəfindəki divara qoyub məni qolları arasında tutdu.
-“Gözlərindəki qəzəb çox cəlbedicidir, atəş quşu. Odunda yanmaq üçün səbirsizlənirəm."
Əllərimi sinəsinə qoyub onu itələməyə çalışdım.-"Məndən uzaq dur."
Əlimə çatana qədər barmaqlarını yavaş-yavaş qolumdan aşağı sürüşdürdü, buraxmamaq üçün onu yumşaq tutub sıxdı.
-"Məni bağışla demək istərdim, təəssüf ki, hər şey belə oldu deyə, amma yalan danışmış olaram. Peşmanlıq hissi əvvəllər yaşadığım bir şey deyil."
Əzələlərim gərgin idi, lazım gələrsə onunla döyüşməyə hazır idim, ancaq bundan əlavə uzun müddətdir məni narahat edən sualı ona verməli idim.
-"Niyə mən?"-deyə soruşdum gözlərinə baxıb.
Sənan qulaqdan qulağa gülümsədi, rəngli gözləri parıldayırdı.-"Bunu niyə edirsən? Niyə mən?... Bu sualları o qədər çox eşitmişəm ki."
Qorxudan gözlərim böyüdü.-"Başqa qızlarla da belə etmisən?" 
Başını tərpətdi.-“Yox, sən ilksən."
Heç nə demədim, amma o, danışmağa davam etdi.-"Bu insanların mən onları öldürməzdən əvvəl verdiyi suallardır sadəcə." 
Onun laqeyd şəkildə bunu dediyini eşidəndə qorxuma məhəl qoymamağa çalışdım.-"Sən hələ də sualıma cavab vermirsən, niyə mən?"
-"Suallardan qaçmaq mənim etdiyim bir işdir, onları soruşmaq isə sənin etdiyin bir iş." 
Sənan'ın boş əli yanağımı sığalladı və mən nifrətdən titrədim. O, bir addım geri çəkildi və o biri əlini əlimə dolayaraq məni arxasınca getməyə məcbur etdi.
-"Yatmaq vaxtı." 
Sinəmdə sıxışma hiss etdim, nəfəsim tutuldu.-"Yuxum yoxdur."-dedim əlimi geri çəkməyə çalışaraq.
Çiyninin üstündən mənə baxdı və əlimi daha möhkəm tutdu.-"Kim dedi ki, yatacağıq?" 
Onun əyri təbəssümü nəfəsimi kəsdi və qanımın çəkildiyini hiss etdim. 
-"Yeri, düş qabağıma, atəş quşu."

"

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.
ÖLÜ KƏPƏNƏK 🦋Where stories live. Discover now