17🦋

12 3 0
                                    

-"Gecə yarısıydı

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

-"Gecə yarısıydı. Hə, buna əminəm, çünki ətraf qaranlıq idi. Məni oyadan şey isə tüstünün qoxusu oldu."-dedim və titrəyən əllərimi stulun qollarına dayadım.
Psixoloqun otağında idim. Bəzi xatirələr kəsik-kəsik ağlıma gəlməyə başlamışdı və mən doktora bu barədə səhər seansında danışmaq istədiyimi bildirdim. O, mənim razılığım ilə detektivi buraya çağırmışdı. İndi isə mən stulda gözlərim yumulu oturmuş ağlıma üşüşən xatirələrin ağuşunda boğulurdum.
-"Yanğın...Hər tərəfdə yanğın vardı. Görə bildiyim tək şey yanğın idi."
Detektiv dediklərimi bir-bir əlində tutduğu kitabçaya yazırdı. Əlimi ürəyimin üzərinə qoydum. Nəfəsim çatmırdı sanki. O günki kimi...
-"Çox duman vardı. Boğulduğumu hiss edirdim. Ah, bu dözülməz idi..."
-"İstədiyin zaman bitirə bilərsən, Rozalinda. Özünü çox yorma."
Dr.Sənan'ın səsindəki narahatlığı hiss edirdim. Çətin olduğu doğruydu, amma bunu etməyə məcbur idim.
-"Sonra? Daha nə xatırlayırsan?"-deyə soruşdu detektiv qaldığı yerdən davam edərək.
Onun səsindəki soyuqluq bədənimi ürpərtdi. Üşüdüm. İki əlimlə bədənimi ovuşturdum. Psixoloqum məni çiyinlərimdən yavaşça tuttu və gözlərimi açmağım üçün mənə səsləndi;
-"Gözlərini aç, Rozalinda. Biz burdayıq. Tək deyilsən."
Ona itaət etdim. Ağlamaqdan ağırlaşan göz qapaqlarım yavaşça aralandı. Qarşımda oturan detektiv kitabçanın qapağını örtdü və qələmi pencəyinin cibinə qoydu.
-"Detektiv, bu günlük yetərlidir məncə. O, hələ buna tam hazır deyil."-dedi doktor.
Detektiv mənə baxdı. Necə göründüyümü bilmirdim, amma çox güman ki, bitkin görünürdüm. Çünki o, baxışlarını üç saniyədən çox üstümdə tutmadan psixoloqa yönəldi.
-"Problem deyil. Az-az da olsa bir şeyləri xatırlamağı da qənaətbəxşdir. Əminəm ki, zamanla hər şeyi tam aydın bir şəkildə xatırlayacaq. Yeni bir şey olduqda bu gün olduğu kimi məni xəbərdar etməyiniz kifayətdir."
Dr.Sənan əlində tutduğu stəkanı və kiçik dərmanı mənə uzatdı.
-"Al iç. Bu səni sakitləşdirəcək. Otağına qayıt və bir qədər dincəl."
Dediyini etdim. Dərmanı dilimə qoyub stəkandakı suyu sonuna qədər içdim. Stəkanı masaya qoyaraq ayağa qalxdım.
-"İcazənizlə."
-"Özünə yaxşı bax, Rozalinda. Sən bizə lazımsan."-dedi detektiv mən otaqdan çıxmadan öncə.
-"Çalışaram."
🦋
Otağıma qayıdanda bədənindəki üşümə hissi azda olsa davam edirdi. Birbaşa yatağa getdim və yorğanın altına girdim. İçimdə anlamadığım halda içtən gələn bir ağlama hissi vardı. Hər dəfə yeni bir şey xatırlamaq məni bitkin hala salırdı. Bunun normal olub olmadığını bilmirdim, amma çox yorucu idi.
Qapımın yavaşça açıldığını eşitsəm də başımı qaldırıb gələnin kim olduğuna baxacaq gücü özümdə tapa bilmədim. Lakin baş ucumda dizləri üstündə duran dostumu görüncə bir rahatlama hissi içimi bürüdü və gülümsəməyə çalışdım.
-"Necə keçdi deyə soruşmayacağam, çünki halından nəticəni görmək olur."-dedi kədərlə üzümə baxa-baxa.
-"Yorğunam."-deyə cavab verdim.
-"Dincəlsəm keçər."
Başını tərpətdi.
-"Xatırlamaq səni qorxutdumu?"
-"Artıq bunun haqqında danışmaq istəmirəm."
-"Yaxşı, haqlısan."-dedi gülümsəyərək.
-"Onda daha pozitiv şeylərdən danışaq."
-"Məncə də."
O, mənim diqqətimi yayındırmağa çalışırdı. Hər zaman belə edirdi. Nə zaman bu cür hala düşsəm, Ülkər hər zaman mənim yanımda olurdu. Buradaki ən böyük dəstəkçim o, idi.
-"Elvin ilə dostluğunuz necə gedir?"-dedim normal şeylərdən söhbət açmaq qərarına gələrək.
Ülkər iç çəkdi.
-"Ah, bu bir az qarışıq məsələdir. O, və mən....fərqli iki insanıq."
-"Necə yəni? Sənə qarşı yanlış bir davranışımı oldu yoxsa?"
-"Nə? Yox yox, elə bir şey deyil. O, elə bir insan deyil. Sadəcə o..."
Baxışlarını qaçırdı.
-"Sadəcə o, nə?"-deyə soruşdum.
-"Onun çox böyük psixoloji bir problemi var məncə."
Güldüm.
-"Buradaki hər kəsin psixoloji problemi var, Ülkər. Hamımız bir səbəbdən ötəri buradayıq. Fərqli olan nədir, anlamadım açıqcası."
-"Onun problemi.... şey, necə desəm, o, yaxın məsafədən qaçınır. Qorxur. Bilmirəm, ən azından mənim gördüyüm və hiss etdiyim budur."
Başını qaldırıb mənə baxdı.
-"Yox, mənə elə baxma. Mən bu baxışı çox yaxşı bilirəm."-dedi məni işarə edərək.
-"Ondan xoşun gəlir, hə?"-deyə soruşdum.
-"Of, bilmirəm. Ondan xoşum gəlsə də, bunun mümkün olub-olmayacağını bilmirəm. Amma onu görəndə üzümdə yaranan təbəssümə də əngəl ola bilmirəm. Onun yanımda olması xoşuma gəlir. Onunla söhbət etmək əyləncəlidir."
-"Hə, anladım. Sənin ondan xoşun gəlmir. Bu başqa bir şeydi."
Mənə sual dolu baxışlarla baxdı.
-"Doğrudan? Bəs bu hiss etdiyim nədir?"
Əlimi uzadıb burnunu çimdiklədim.
-"Sən ona aşiq olmusan, dostum. Və tibbdə bu xəstəliyə hələki çarə tapılmayıb."
Ülkər iki əli ilə başını tutdu və mənə inanamayaraq baxdı.
-"Mən belə bir axmaqlıq etmiş ola bilmərəm, elə deyilmi? Ona aşiq olmuş ola bilmərəm."
-"Təbrik edirəm. Sən artıq bu xəstəliyə düçar olmusan. Keçmiş olsun."
Gözlərini qısdı.
-"Hey! Mənə bunu deyənə də baxın siz. Xan'ı görəndə az qalır ürəkdən gedəsən. Ona baxanda ağzının suyu axır. Fərqində olmadığımımı zənn edirsən?"
Xan'ın adını eşitmək bütün hüceyrələrimi hərəkətə keçirdirdi. Sanki qan damarlarımda daha sürətli axırdı. Ancaq özümü bilməməzliyə qoydum.
-"O, yaraşıqlıdır, amma mənim zövqümə görə çox solğundur."
Ülkər güldü.
-"Solğun?"
-"Hə, vampirlərə bənzəyir."
-"Vampirlərdən xoşun gəldiyini düşünürdüm."
-"Gəlir, amma yalnızca kitablarda."
Bir müddət sonra Ülkər qrup terapiyasına qoşulmaq üçün yanımdan ayrıldı və mən otaqda tək qaldım.
🦋
Aradan nə qədər zaman keçdi bilmirəm, amma saçlarımda gəzinən əllər məni yuxudan oyandırdı. Yanımda kimin olduğunu anlamağım üçün gözlərimi açmağa ehtiyac yox idi. Çünki artıq onu qoxusundan tanıya bilirdim.
-"Gözlərini aç, Rozalinda. Oyanıq olduğunu bilirəm."-deyə pıçıldadı üzümə doğru. Gözlərimi yavaşça açdım və budur, Xan yanı başımda oturmuş məni izləyirdi.

-"Oyanıq olduğumu necə bildin?"Əlini ürəyimin üzərinə qoyub,-"Çünki buradakı şey mən yanında olanda döş qəfəsini parçalayacaqmış kimi döyünməyə başlayır

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

-"Oyanıq olduğumu necə bildin?"
Əlini ürəyimin üzərinə qoyub,-"Çünki buradakı şey mən yanında olanda döş qəfəsini parçalayacaqmış kimi döyünməyə başlayır."
Haqlı idi. Ürəyimin döyüntüsü otaqda əks-səda verirdi və mən buna əngəl ola bilmirdim. Susdum. Nə deyəcəyimi bilmirdim çünki. Pəncərədən vuran ay işığı onun üzündə öz əksini tapmışdı. Və mən haqlı idim. O, həqiqətən də vampirlərə oxşayırdı.
-"Vampir?"-deyə soruşdu Xan tək qaşını qaldıraraq.
-"Məni vampirə bənzədirsən? Tanrım! Həyatımda eşitdiyim ən qeyri-adi komplimentdi bu. Etiraf etməliyəm ki, sən çox yaradıcı bir insansan, Rozalinda İvanova."-dedi və güldü.
Gülüşü nəfəsimi kəsirdi. Məncə o, tez-tez gülməli idi. İki yanağındaki qəmzəsi güləndə yanaqlarında peyda olurdu və mən o çuxurlara toxunmaq arzusu ilə alışıb yanırdım. Hələ də yatağımda uzanmış onu seyr etməyə davam edərkən Xan mənə doğru yavaşça əyildi. Üzü üzümə yaxınlaşıb boynuma doğru irəlilədi. Uzun barmaqları saçımı geriyə itələdi və boynumu açığa çıxartdı. Onu geriyə itələmədim. Və bunu niyə etmədiyimi də bilmirdim. Nəfəsimi tutdum və gözlədim.
İsti nəfəsi boynumu sığallayırdı. Yeni çıxan saqqalları yumşaq dərimi cızırdı, lakin bu hiss məni narahat etmirdi. Tamamilə ona təslim olmuşdum. Xan gözləmədiyim bir şey etdi. Dişlərini məni incitmədən yavaşça boynuma keçirtdi. Gözlərim təəccüb içində açıldı. Daha sonra isə o, dilini dişlədiyi yerdə gəzdirib yumşaq dodaqları ilə boynumu öpdü.
Titrədim. Qeyri-ixtiyarı dodaqlarımdan onun adı süzüldü.
-"Xan..."
O, yavaşca başını qaldırıb mənimlə üz-üzə qalacaq halda durdu və gözlərimə baxdı. Göz bəbəkləri aldığı həzzdən tündləşmişdi. Udqundum və qurumuş dodaqlarımı fərqində olmadan yaladım. Baxışları dodaqlarıma getdi və daha sonra yenidən gözlərimə baxaraq mənə doğru pıçıldadı;
-"Nə vaxt məndən səni öpməyimi istəyəcəksən, Rozalinda? Hərçənd iradəmin və səbrimin də bir həddi var."

"

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
ÖLÜ KƏPƏNƏK 🦋Hikayelerin yaşadığı yer. Şimdi keşfedin