29🦋

15 2 0
                                    

Kabus

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Kabus...
Bütün bunlar kabus olmalı idi...
Özümə gələn kimi səssizcə içimdən dua etdim. Xəstəxanadakı otağımın tavanını görmək ümidi ilə yavaşca gözlərimi açdım. Ancaq ilk gördüyüm şey həyatımda heç görmədiyim bir tavan lüsturu oldu. Qorxu hiss etdim və acı reallıq qarşısında ürəyim sıxışdı.Gözlərimdən yaşlar süzülərək yanaqlarımdan aşağı düşdü. Sakitləşməyə çalışdım və ətrafa baxmaq üçün başımı qaldırdım. Ağ örtüklü böyük bir çarpayıda arxası üstə uzanmışdım. Burası, ağ pərdəli böyük pəncərəsi olan böyük bir otaq idi. Üstümdəkilərə baxanda gördüm ki, xəstəxana forması üstümdən çıxarılıb. Əynimdə pijama var idi. Bağlı deyildim, bu mənə qəribə göründü. Amma belə daha yaxşı idi. Buradan qaçmağın planını diqqətlə düşünməli idim. Örtükləri kənara itələdim və xilas olmaq ümidim anında puç oldu.
Sol ayağım ətrafına keçirilmiş metal halqaya zəncirlə bağlanmışdı. Nə qədər uzağa gedəcəyini görmək üçün onu dartdım və gördüm ki, qarşı divardakı metal qarmağa bərkidilib. Onlar məni heyvan kimi zəncirləmişdi. Ürəyim ağzımda, hər şeyi dəyərləndirməyə davam etdim. Sağımda və solumda iki qapı var idi. Hamam? Paltar şkafı? Çıxış?
"Mən haradayam? Bura haradır?"
Ehtiyatla ayağa qalxdım və zəncir taxta döşəməyə dəydi. Qapılara çata biləcək qədər uzun idi, amma pəncərələrə yox. Özümü müdafiə etmək üçün bir şeyə ehtiyacım var idi. Əminəm ki, onlar hər an burada görünə bilərlərdilər. Şkafa baxıb heç nə tapmayanda vanna otağına getdim və silah kimi istifadə edə biləcəyim bir şey axtardım, amma yox idi. Sadəcə bir neçə dəsmal və sabun var idi.
-"Bir şeymi axtarırsan, gözəllik?"
Onun səsi mənim qorxu ilə atılıb hamamın qapısına tərəf düşməyimə səbəb oldu. Ülkər orada, qapıda dayanmışdı və qollarını bir-birinə birləşdirmiş məni izləyirdi. Əylənmiş görünürdü, sanki bir neçə saat əvvəl mənim həyatımı məhv etməmiş kimi.
-"Boşuna vaxt itirmə."
Dodaqlarında əyri bir təbəssüm yarandı.
-"Heç bir şey tapa bilməyəcəksən onsuz."
Necə bu qədər sakit ola bilərdi? Necə belə gülə bilərdi? Vəziyyətimi nəzərə alsaq, onunla dalaşmaq və ya onu qəzəbləndirmək indi ən ağıllı iş deyildi. Ən kiçik bir sağ qalmaq şansına sahib olmaq istəyirsəmsə, ağıllı olmalı idim. İçimdəki səs hər şeyə vur və qışqır deyə israr etsə də, udqunub sakit görünməyə çalışdım.
-"Mən heç nə axtarmırdım."-dedim düşdüyüm yerdən qalxıb.
Ülkər bir qaşını qaldırdı.-"Bəs nə axtarırdın?"
Ona yalan danışmaq yaxşı fikir deyildi.
-"Bir çıxış."
Buna inanmışa bənzəyirdi. Başını anladığını bəlli edərcəsinə tərpətdi.
-"Acsan?"-deyə soruşdu.
Onunla oyna, Rozalinda...-"Səncə?"
Qollarını aşağı salıb hamama doğru bir addım atdı. Refleks olaraq zəncirin məni apardığı yerə geri qayıtdım.
Ülkər ah çəkdi.-"Qorxma, səni incitməyəcəyəm."
-"Sənə niyə inanmalıyam ki?"
Öz-özünə gülümsədi.-"Əgər səni incitmək istəsəydim, bunu sənə çoxdan edərdim."
-"Yaxşı, onda məndən nə istəyirsən?
O, mənə doğru daha bir addım atdı.-"Hər zaman çox sual verirsən, Roza."
-"Və sən də həmişə suallardan qaçırsan."
Qulaqdan qulağa gülümsədi və mənə tərəf bir addım daha atdı.-"Nə etmək olar ki? Bəzi şeylər dəyişmir."
-"Etiraf etməliyəm ki, çox yaxşı bir oyuncusan. Bu qədər zaman mənimlə sanki həqiqətən dostummuş kimi davrandın."
-"Mən hələ də sənin dostunam."
Güldüm.-"Doğrudan? Ona görəmi məni zəncirlədin?"
-"Səni mən yox, o, zəncirlədi və bu keçici bir şeydi."
O dediyi qatil idi.
Bunu tamamilə unutmuşdum. Qorxu ilə qapıya baxdım. Ülkər davranışımdaki dəyişikliyi hiss etdi və mənə baxdı.
-"Qorxma, o, aşağıdadır."
-"Ailəmin qatili ilə işbirliyi qurmaqdakı məqsədin nədir? Və bu arada, adın həqiqətən Ülkər'dimi?"
Dodaqlarını bir-birinə sıxdı və çıxışa tərəf getdi. -"Hər zaman dediyim kimi, çox sual verirsən. Narahat olma. Tezliklə, hamısına cavab tapacaqsan. Duş qəbul et. Birazdan yenə gələcəm. Sənə yeməyə bir şeylər hazır etməliyəm."
-"Dediklərini edəcəyimi sənə düşündürtən nədir?"-deyə sual verdim.
Ülkər gözlərimə baxıb dodaqlarını dişlədi.-"Dediklərimi etməli deyilsən əlbəttəki, amma bunu sənə etdirəcək birini tanıyıram və o, çox da uzaqda deyil."-deyə göz qırpdı və otağı tərk edərək məni yalnız qoydu.
Olduğum yerdə əsəbdən təpinmək istəyirdim, lakin dediklərini etməsəm qatili buraya yollaya bilərdi və bu hal-hazırda istəyəcəyim ən son şey idi. Tanrım! Mən onların əlində idim. Ailəmin qatili məni tapmışdı və kim bilir mənə nələr edəcəkdi...İşgəncəmi edəcəkdi? Təcavüz? Yoxsa məni yavaş-yavaşmı öldürəcək? Ya da bəlkə də hamısı.
Qorxu ilə titrədim. Göz yaşlarımı silərkən tələsmək qərarına gəldim. Neçə dəqiqə keçdiyini bilmirdim, amma onun mənə nəsə etməyə məcbur etməsini istəmirdim. Şkafda paltar axtardım və bütün paltarların mənim ölçümdə olduğunu görəndə ürəyim ağrıdı.
Bütün bunları nə vaxtdan bəri planlaşdırmışdılar?
Uzunqol köynək və yun şalvar seçdim. Pijama kimi görünürdü, amma vecimə deyildi. Mümkün qədər örtülü olmaq istəyirdim. Yuyunmağım tez oldu, çünki burada özümü təhlükəsiz hiss etmirdim, ona görə də tələsik geyindim. Saçlarım islanmış halda çölə çıxıb çarpayının ucunda oturdum və gözlədim. Mən onlara itaət etməyə məcbur qaldığım üçün özümə nifrət edirdim, lakin indiki halda ikisi vəziyyətə nəzarət edirdi və onlara qarşı çıxmaq heç bir işə yaramazdı.
-"Hazır olduğuna sevindim."-dedi Ülkər və içəri girib qarşımda diz çökdü.
Ayağımdan tutdu və mənə toxunmaması üçün qışqırmaq istədim, amma özümü sıxdım. O, biləyimə taxdığı metal halqanı açmaq üçün açarı cibindən çıxartdı. Qaşımı çatdım.
Məni sərbəstmi buraxacaqdılar?
Zənciri açdı və ayağa qalxıb əlini mənə uzatdı.-"Qalx, yemək vaxtıdır."
Onun əlini tutmadan ayağa qalxdım. Başını tərpətdi və əlini aşağı saldı.-"Həmişə çox inadkarsan."
Mən onun ardınca otaqdan çıxdım. Hər tərəfində qapıları olan uzun dəhlizlə, sonra bir neçə pilləkənlə aşağı, qonaq otağından keçdik və nəhayət, yemək otağına girdik. Ətrafa baxanda başa düşdüm ki, burası dağ evidir. Masa hər cür yemək variantları ilə dolu idi. Düşündüm ki, əgər onun fikrini yayındırsam, qapıya yaxınlaşıb qaçmağa vaxtım olar.
-"Ağlından belə keçirmə."-dedi.
Onun səsi məni təəccübləndirdi. Stolun o biri tərəfində oturdu, üzü dönük mənə baxırdı.
-"Sən qaça bilməzsən. Bu yer kilidlidir və açarlar yalnız bizdədir. Qapıya və ya pəncərəyə çatsan belə, çıxa bilməyəcəksən, ona görə də vaxtını itirmə və oturub yeməyini ye."
-"Mən bunu düşünmədim."-deyə cavab verdim.
-"Yalan danışma."-dedi və özünə bir stəkan portağal suyu süzdü.
-"Sən heç vaxt yalan danışmağı bacarmamısan və mən də insanları oxumağı çox yaxşı bacarıram."
Onun sözləri mənə ruhi xəstəxananı və söylədiyi bütün yalanları xatırlatdı. Bu beynimdə çoxlu suallar yaratdı.
-"Mənə həmişə yalan danışdın, amma başa düşmədiyim çox şey var."
Ülkər çəngəli götürdü və yeməyini yeməyə başladı.-"De gəlsin, keyfim yerindədir. İstədiyini soruş."
-"Gerçək adın nədir?"
O, çəngəli kənara qoyub yanında duran stəkanı alıb dodaqlarına apardı.-"Suzanna."-dedi qısaca.
Təxmin etmişdim. Adı da özü kimi saxta idi.
-"Ailəmin qatili ilə nə kimi bir əlaqən var?"
Suzanna ağzını salfet ilə silib baxışlarını mənə sabitlədi.-"Ah, onu deyirsən.. O, mənim sevgilimdi."
Heyrətdən dodaqlarım aralandı.-"Sevgilin? Bəs Elvin ?"
Güldü.
-"O, sadəcə bir piyada idi, Rozalinda və oyun bitənə qədər mənə gərəkliydi."
Əllərimi masaya dayayıb oturduğum yerdən qalxdım.-"Bir insanın duyğuları ilə oynamağa haqqın yoxdur. Bunu necə edə bildin? Siz necə insanlarsınız?"
-"Bunu sən deyirsən? Sənin duyğuların bəs?"
Ona anlamayaraq baxdım.
-"Xan...bu sənə xatırlamaqda köməklik edər məncə. Ya da gizli polis Xan Ağayev'mi deməliydim? O, məlumat toplamaq üçün sənin duyğularını heç önəmsəmədi belə, Rozalinda."
Nəfəs almağı buraxdım.-"Nə? Gizli polismi?"
Başını təsdiq edərcəsinə tərpətdi.-"Onunla olan saxta sevginizi pozmaq üçün hələ tezdir, amma sən nə edə bilərsən ki?"
Suzanna əllərinin tozunu sildi və yenidən portağal suyundan bir qurtum içdi.
-"Xan gizli polis məmurudur. Sənin arxanca gələcəyimizi bildilər, ona görə də səninlə olmaq üçün gizli polis göndərdilər. Onun sənə yaxınlaşmasının yeganə səbəbi səni qorumaq ilə vəzifələndirilmiş olması idi."
Ürəyim ağrıyırdı. Nəfəs ala bilmədim.-"Yalan deyirsən."-dedim titrək səsimlə.
O, başını iki yana salladı.-"Yalan demirəm, Roza. Heç hiss etmədinmi ki, o, səndən nəsə gizlədir? Qəribə bir şey hiss etmədinmi heç?"
Aşağı baxdım. İnkar edə bilmədim.
-"Üzün hə deyir."
Suzanna'ya ürəyimi qırmaq məmnuniyyətini vermək istəmirdim, onun üzündəki o təbəssümü silmək istəyirdim.
-"O, nə üçün xəstəxanada olduğuna dair dürüst olmaya bilər, amma onun mənə olan hisslərinin real olduğunu bilirəm."
-"Hisslər?"
Suzanna bir qaşını qaldırıb güldü və bu məni təəccübləndirdi.
-"Problem də elə budur. Xan hiss edə bilmir, Rozalinda. O da bizim kimidir. Səncə, polis başlığındakı "gizli" sözü haradan gəlir? Psixopat, sosiopat, onu nə istəsən çağır, o da bizim kimidir. Sadəcə o, günahkarları tutarkən ədalətin tərəfində olmağa qərar verib."
Ürəyimin sinəmi yandırdığını hiss edirdim. Yox...Bu doğru deyildi. O, yalan danışırdı. Beynim hər anı, hər hərəkəti, hər sözü təkrar xatırlamağa başladı. Mənə soyuq münasibət bəslədiyi bütün anları, yanğın gecəsindən heç nə yadımda olub-olmadığını soruşduğu anları xatırladım... Axırıncı görüşümüz, sözləri... yadıma düşdü.
"Sənə dürüst olmadım və kor-koranə özünü mənə təslim etməyinə layiq deyiləm."
Xeyr, bu mümkün deyildi. Xan gözlərində, ifadələrində mənə o qədər duyğu göstərmişdi ki...Bunu heç nə hiss etməyən bir adam edə bilməzdi.
Mənim səsim az qala pıçıltı kimi çıxdı;-"O... mənə qarşı necə hiss etdiyini göstərdi, mən bunu onun üzündə görürdüm. O, məni sevirdi."
Suzanna oturduğu stulda arxaya söykəndi.-"Biz emosional ifadələri təqlid edə və ya kopyalaya bilərik, lakin bu, onların real olduğu anlamına gəlmir."
İç çəkdi.
-"Başa düşürəm ki, Xan'ın bütün bu müddət ərzində səninlə oynadığını öyrənmək səni incitdi."
-"Sən mənimlə oynayırdın, dostum imiş kimi davranırdın, amma Xan yox!"
-"Yaxşı, səni başa düşdüm, amma məncə artıq bizim Xan ilə nə qədər oxşar olduğumuzu görə bilərsən, elə deyilmi?
Göz yaşlarıma qarşı mübarizə apardım. Onun qabağında ağlaya bilməzdim, ürəyimi məhv etdiyini bilmənin həzzini ona verə bilməzdim. Hal-hazırdakı öncəliyim sevgi həyatım deyildi. Sağ qalmaq üçün sakit və təmkinli davranmalı idim. Hər nə qədər yeni öyrəndiyim bu şeylər məni çox incitsə də...
Amma yenə də Suzanna'nın yalan dediyinə bütün qəlbimlə ümid bəslədiyimi də inkar edə bilməzdim.
Diqqətimizi açılan kilidin səsi yayındırdı. Çölün qapısı yavaşça açıldı və mən qorxu ilə geriyə çəkildim. Suzanna isə rahatca yerində oturmağa davam etdi. Qapıda olan çox güman ki, onun işbirlikçisi-ailəmin qatili idi. Qorxu ilə gözləməyə başladım. O, içəriyə girib ilk öncə qarşımda oturan qıza, daha sonra da mənə baxdı və mənim gözlərim dəhşət içində açıldı. Şok içində üzünə baxdım və bütün bədənimdəki qanun çəkildiyini hiss etdim.
O fərqli gözlər...
-"Sən?..."
Qarşımda duran adam məni aylardır müalicə edən psixoloqumdan başqası deyildi.

"Qarşımda duran adam məni aylardır müalicə edən psixoloqumdan başqası deyildi

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
ÖLÜ KƏPƏNƏK 🦋Hikayelerin yaşadığı yer. Şimdi keşfedin