33🦋

8 2 0
                                    

Heç kim tərpənmədi

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

Heç kim tərpənmədi.
Nəfəs almadı.
Danışmadı.
Otaqda sadəcə gərginlik hiss olunurdu. Hamı gözləyə bilərdi ki, qatilə silah tuşlananda məni tez buraxacaq, amma o, bunu etmədi. Əksinə, biləklərimi daha da möhkəm sıxmışdı. Mən öz mövqeyimdən Sənan'ın üzünü yaxşı görə bilmədim, amma hiss edirdim ki, o, çox rahat görünürdü.
-"Bizimlə oynamaq istəyirsən?"-deyə soruşduqda, Xan çənəsini sıxdı.
-"Beyninə güllə istəyirsən?" 
Sənan bir az güldü.
-“Necə də aqressivsiniz, polis bəy."
Xan gözlərini ondan çəkmədən danışdı.
-"Oyunlarına vaxtımız yoxdur, burax onu."
Onun diqqətini qatilə yönəltdiyini deyə bilərdim, amma nədənsə onun mənə baxmasını, çox sevdiyim o yaşıl gözlərdəki təhlükəsizliyi görmək istəyirdim.
"Mənə bax, Xan." 
Ailəmi öldürən canavarla gündəlik həyatın sonsuz dövrəsində tələyə düşmüşdüm və nəhayət kimsə məni xilas etməyə gəlmişdi.  Həftələrdir ilk dəfə idi ki, ağrıyan ürəyimi ümid doldurmuşdu. Sevinc göz yaşlarım görməmi bulandırırdı. Lakin Xan'ın qara formasında nə qədər fərqli göründüyünü nəzərdən qaçıra bilməzdim. O, daha yetkin, daha güclü, daha yaraşıqlı görünürdü.
Sənan nəhayət məni buraxdı və mən ayağa qalxıb bacardığım qədər ondan uzaqlaşdım. Xan'ı qucaqlamaq, özümü onun sinəsinə basdırmaq istədim, amma özümü saxladım.  O, Sənan'ı nişan almağa davam etdi və diqqətini ondan yayındırmaq istəmədi.
Xan mənə göz ucuyla baxdı.-"Evdən çıx və məni çöldə gözlə."
Tərəddüd etdim, ona sarılma istəyim yarıda qaldı. Əclaf...
-"Dediyimi et!"
Sənan mənə gülümsədi, gözlərindəki əyləncə açıq-aydın görünürdü.-"Onu dinlə. Qaç, Roza."
Diqqətlə onlardan uzaqlaşdım. Qapının yanına gələndə isə gördüm ki, qapı açıqdır. Zorla açılmağına dair isə əsər-əlamət yoxdur. Amma daha çox fikrimi buna vermədim və evdən cəld çıxıb getdim. Xan'a görə narahat olmadığımdan deyil əlbəttə, amma təəssüflər olsun ki, ona kömək etmək üçün edə biləcəyim çox şey yox idi. Mən sadəcə ona bir maneə olardım.
-"Tanrım, ona bir şey olmasın." 
Çölə çıxanda axşam mehi üzümə dəydi, qara jipin yanında dayanan şəxsi görəndə isə bir anlıq donub qaldım. Yavaş-yavaş ona tərəf getməyə başladım. Şərait məni ehtiyatlı etdi.
-"Elvin?" 
Onun gözləri mənimkilərlə qarşılaşdı.  Şübhəsiz ki, o, məni görəndə rahatladı.
-“Ah, Roza..."
O, mənə tərəf qaçdı və məni dostca qucaqladı. Üzümü sinəsinə basdırarkən onun qoxusu məni sakitləşdirdi. Ayrılanda üzümü əlləri arasına alıb alnımdan öpdü.
-"Burada nə edirsən?"
Mən çaşqın halda soruşdum.
O, cavab vermək üçün ağzını açdı, amma anladım ki, hazırda ən vacib şey bu deyil. Xan'ın həyatı təhlükə altında idi.
-"Xan'a kömək etməlisən, o iki dəli ilə içəridə tək qaldı."
-"Rozalinda..."
Əllərini üzümdən çəkib köynəyinə yapışdım.-"Xahiş edirəm, bilirəm ki, ondan çox xoşun gəlmir, amma ona kömək etməlisən. Ona heç nə olmasına imkan vermə."
Elvin kədərli görünürdü.-"Bağışla..."
Geri addım atdım.-"Ona kömək etməyəcəksən?"
-“Məni dinləməyinə ehtiyacım var."
-“Mən dediyini edəcəyəm, amma indi yox. Xan orada ikən yox."
Elvin əlimdən tutdu.-“O, təhlükədə deyil..."
Qaşlarımı çatdım və onun əlindən əlimi çəkdim.-"Nə haqqında danışırsan?"
Onun sonrakı dedikləri isə ətrafımda dönən dünyamı məhv etdi və bir neçə dəqiqə əvvəl hiss etdiyim ümid hissini öldürdü.
-"Biz bütün bunları birlikdə etdik, Rozalinda."
🦋
-"Gözəl silahdı."-deyə pıçıldadım divanda oturanda.
Xan onu belindəki qovluğuna qoydu. Popkorn qabını masadan götürdüm və təkrar yeməyə başladım. Suzanna da ayaq-ayaq üstə atmış oturarkən mənimlə birlikdə popkorn yemək üçün qaba əlini uzatdı və birin alıb ağzına atdı.
-"Mən içəri girəndə ona nə edirdin?"
Xan bizim qarşımızdakı divanda oturaraq soruşdu.
-"Qısqanırsan?"
Sualı verən Suzanna idi.
O, gülümsədi.
-"Yox."
-"Bəs onda nə?"-deyərək bir qaşımı qaldırdım.
O, çiyinlərini çəkdi.-"Sadəcə maraq. Həm ona toxunmayacağına söz vermişdin."
-"Və mən bunu etmədim."-deyə cavab verdim.
Xan mənə inanmadığını bəlli edən bir baxış bəxş etdi. -"Bir azca, amma travmatik bir şey yoxdur.  Əslində mən özümlə fəxr edirəm, çox yaxşı uşaq oldum. Elə deyilmi, Suzi?"
-"Şübhəsiz."-dedi.
-“Əgər medal gözləyirsinizsə, məncə, məyus olacaqsınız."
Bu məni bir az güldürdü.-"Medalı taxacağın yeri təxmin edə bilirəm. Ona görə də ehtiyac yoxdur."
Xan ah çəkdi.-"O, necədir?"
-“Normal, amma bu gündən sonra bir müddət onun asi olacağını düşünürəm. Roza ilə o, danışacaq?"
Xan başını tərpətdi.-"Mən düşündüm ki, Elvin bunu ona deyə biləcək ən yaxşı insandır." 
Başımla onu təsdiqlədim.
-"Yoxsa səndən nifrət edəcəyini bildiyin üçünmú özün deməyə cəsarətin yoxdur?"-deyə sual verdi Suzanna Xan'a baxaraq.
Xan,-"Vecimə deyil."-dedi.
-"Əlbəttə, burdan baxanda vecinə olmadığı açıqca hiss olunur."
Mən popkorn çeynəyərək sual verdim. -"Bəs polis necə oldu?"
Suzanna önə doğru əyilib iki əlini bir-birinə birləşdirdi.
Gənc adam,-"Onlar sizin sərhədi keçdiyinizi düşünürlər, lakin beynəlxalq qurumları işə cəlb etmək istəmirlər. İş artıq soyuyur, bu templə getsə mövzu tezliklə bağlanacaq."
-"Sən gözlədiyimizdən daha tez gəldin doğrusu."-dedi Suzanna ona baxmağa davam edərkən.
-"Bu hadisə üstündə işləyən hamımıza müvəqqəti məzuniyyət verdilər. Bu, aylarla davam edən gizli bir araşdırma idi."
-"Anladım. Elvin ona nə deyəcək?"
Suzanna artıq ayaq üstə idi və narahatlıqla otaqda gəzinirdi.
Xan əlini saçlarında gəzdirdi.-"Əslində..."
Mən ona narahatlıqla baxdım,-"Demək olar ki, bütün həqiqətləri."
-"Niyə mənə elə bir hiss gəlir ki, sən ona hər şeyi demək istəyirsən?"-dedi Suzanna baxışlarını Xan'ın üstünə zilləyib.
Xan başını iki yana tərpətdi.-"Yanılırsan."
-"Doğrudan? Xan, onun sənə nifrət etməsini istəmirsən, mən bunu açıq-aydın görürəm."
Ah çəkdim. 
-"Mən axı sizə demişdim ki, onunla münasibət qurmağın nəticələri olacaq. Sən onunla dost oldun, Xan isə sevgili. İndi də onu itirməkdən qorxan iki axmağa çevrilmisiniz."
-"Mən yaxşıyam."-deyərək başını salladı Xan.
Sarsaq yerinə qoyulmağı heç xoşlamırdım.-"Mənə yalan danışa biləcəyini düşünürsən, Tülkü?"
Xan,-"Sənin nə düşündüyün məni maraqlandırmır."-dedi soyuq səsiylə üzümə baxıb.
Suzanna araya girdi.-"Ancaq onun nə düşündüyünə əhəmiyyət verirsən."
Və o, heç nə demədi.
Ona təsəlli vermək ehtiyacı hiss etdim. Son istədiyim şey onun nəzarəti itirməsi və o qıza hər şeyi deməsi idi. Xan ilə mənim aramdakı ən böyük fərq bu idi: o, çox duyğusal ola bilərdi.
-"Narahat olma, bir müddət bizə nifrət edəcək, amma sonra öhdəsindən gələcək və bu həyata öyrəşəcək. O, həmişə bizimlə olacaq. İstədiyin budur, elə deyilmi?"
Xan yenə susdu.
-"O, sənə qarşı hiss etdiyi kimi hiss etməyi dayandırmayacaq. Xan...sakitləşdir özünü, depressiv halın mənə baş ağrısı verir."
-"Bilmirəm nədən danışırsan, bunların heç biri mənim üçün əhəmiyyət kəsb etmir."
-"Ah, əlbəttə..."
Mən ona popkorn qabını təklif etdim.-"Popkorn?"
Xan mənə tərs-tərs baxdı. Və tam da o an Elvin ağrılı bir ifadə ilə içəri girdi. İlahi! Duyğuları bir kənara qoyaraq bu vəziyyəti idarə edə bilən tək insan mən idim?
Xan ayağa qalxdı.
-"Nə olub?"-deyərək ona doğru getdi Suzanna.
Elvin başını tərpətdi.-“O, məni itələyib qaçdı."
Qəzəblə üzünə baxıb oturduğum yerdən qalxdım.
-"Sən də onu əldən buraxdın?"
Xan hirslə yumruğunu divara vurdu və zərbədən oynaqlarından qan süzüldü.-"Lənət olsun!"
-"Kimsə onun arxasınca gedəcək?"-deyə soruşdu Suzanna dönüb bizə baxaraq.
Cavab yox idi.
-“Niyə həmişə çirkli işlərlə mən məşğul olmalıyam axı?"
Qapıya tərəf getdim.
-"Onu incitmə."-deyən Suzanna arxamca yalvardı.
Güldüm.-"Mənə nə edəcəyimi söyləmə." 
O, bunu mənə doğrudanmı dedi? Onu incitmək istəsəydim, bunu çoxdan edərdim. Hərçənd o, bütün bu günlərdə mənim ovcumun içində idi.
Evdən çıxdım və onun uzun boş bir yolda qaçdığını gördüm. Əslində, onu ovlamaqdan və tələyə salmaqdan nə qədər həzz aldığımı bilsəydi, buna cəhd etməzdi.
Keyiflə gülümsədim.-"Səni tutmağın vaxtı çoxdan gəlib çatdı, atəş quşu."

"

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
ÖLÜ KƏPƏNƏK 🦋Wo Geschichten leben. Entdecke jetzt