21🦋

11 3 0
                                    

Xan alnımdan öpdü və məni qucaqladı

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Xan alnımdan öpdü və məni qucaqladı.
-"Rahatla, heç nə deməyinə gərək yoxdur. Mən səni başa düşürəm."
Üzümü onun sinəsinə basdırdım. Çox gözəl qoxurdu və məni təhlükəsiz hiss etdirirdi. Göz yaşlarımın səssizcə axmasına icazə verdim, çox güman ki, onun xəstəxana formasını da göz yaşlarımla isladırdım. Yenə də vecimə deyildi, bilirdim ki, o, məni buna görə qınamayacaqdı. Hətta məni intihar etmək üzrə tapanda belə bunu etməmişdi
Başımın yan tərəfindən öpdü və pıçıldadı:
-"Artıq tək deyilsən, Roza."
Məni adımı qısaldaraq çağırması içimi daha da isitdi. Sanki aramızdakı o divarlar aradan qalxmışdı. Özümü ona daha yaxın hiss etdim və güclü bədəninə sığındım.
-"Bilirəm..."-dedim uzun zaman sonra hiss etdiyim bu rahatlıqla.
Aradan bir az vaxt keçdi və bir-birimizdən ayrıldıqdan sonra əllərimin tərsi ilə göz yaşlarımı silib ona gülümsədim. Xan da mənə gülümsədi və mən onun gözəl üzünün işıqlandığını gördüm.
-"Ilk dəfədir ki, bir qız mən onu öpəndə ağlayır. Məgər mən çoxmu bərbad öpüşürəm?"
Onun sualı məni güldürdü.
-"Hə, olduqca bərbad idi."
-"Qürurum incindi."-dedi yalandan əlini sol tərəfinə qoyaraq.
-"Dəli."
Əlini uzadıb burnumu çimdiklədi.
-"Ağıllı."
Qarşılıqlı gülüşdük.
-"Getməliyəm."-dedi və yataqdan qalxıb qapıya doğru irəlilədi. Ancaq getməzdən əvvəl dayandı və gözləri məni tutdu. Onlarda gördüyüm qətiyyətlilik isə məni çox təəccübləndirdi.
-"Mən ciddi idim."
-"Nə haqqında?"
-"Ondan mümkün olduğu qədər uzaq dur."
-"Niyə axı?"
Xan tamamilə mənə tərəf döndü.
-"Mənə güvənirsən?"
-"Bu güvənlə bağlı deyil. Mən sadəcə bilmək istəyirəm ki, niyə mənim ondan uzaq durmağımda bu qədər israrlısan?"
-"Bunun mütləq bir səbəbi olmalıdır, hə?"
-"Mən sadəcə bunun səbəbinin nə olduğunu bilmək istəyirəm."
Xan iki yanında yumruqlarını sıxdı.
-"Niyə bilmək istəyirsən? Onun haqqında bir şeylər bilmək niyə bu qədər sənə maraqlıdır?"
-"O, məni maraqlandırmır."-deyə cavab verdim,-"sadəcə xəbərdarlığının arxasında duran səbəbləri bilmək istəyirəm."
Xan gərginliklə yanağını sığalladı.
-"Onsuz öhdəsindən gəlmək üçün kifayət qədər problemin var, nəysə, bunu unut."
Yaxınlaşıb mənə tərəf əyildi və yanağıma yumşaq bir öpüş qondurdu.
-"Məni dinləməsən də fərq etməz, ona çox yaxınlaşmağına imkan verməyəcəyəm onsuz."-bunu dedi və qapımın arxasında gözdən itdi.
Uzun bir nəfəs alıb çarpayının kənarında oturdum. Xan doktorum haqqında mənim bilmədiyim bir şeyimi bilirdi? Beynim yavaş-yavaş yarımçıq parçaları birləşdirməyə başladı. Xan doktorun keçmişini nəzərdən keçirmiş ola bilərdimi? Axı necə də olsa o, xəstəxana müdirinin mənəvi oğlu idi. Bütün xəstələrin fayllarına girişi var idimi görəsən?
Mənimkini də oxudumu?
Tərs döndüm və yatağa uzanıb tavana baxdım, amma fikrim başqa yerlərdə dolaşmağa, düşünməyə və təhlil etməyə davam etdi.
🦋
Terapiya qrupu nəhayət ki, dözülə bilən bir hala gəlmişdi. Artıq özümü yad adamların əhatəsində hiss etmirdim. Onların bütün hekayələrini eşitdikdən sonra hiss etdim ki, onlar haqqında həyatlarında olan insanların əksəriyyətindən daha çox şey bilirəm. Bütün bu insanların qarşısında birinin öz zəif cəhətlərini, zəifliyini üzə çıxarması asan deyildi. Bununla belə, hamımızın öz yükü olması və öz mübarizəmizi aparmağımız bizi daha asan söhbət edən bir auditoriyaya çevirmişdi. Həmin gün qrup və söhbət hər zamanki kimi başladı. Amma içimdə nəsə dəyişmişdi.
İlk dəfə mənə ötürdükləri dürüstlüyün bir hissəsini geri qaytarmaq və özümü azad etmək üçün danışmaq ehtiyacı hiss etdim. Əlimi qaldırdım və psixoloqun diqqətini çəkdim.
Bir anlıq sükut çökdü və mən dərindən nəfəs alaraq danışmağa başladım,-"Ailəm öldürüldü və yeganə sağ qalan mənəm."
Səssizlik.
Bunu yüksək səslə söyləmək üzərimdəki yükün bir hissəsini çiyinlərimdən götürdü. Ülkər mənə təsəlliverici bir təbəssüm bəxş etdi.
-"Həqiqətən, çox təəssüf edirəm, lakin əlimdən gələn sadəcə budur."--dedim başımı aşağı salaraq. Etiraf etdiklərim məni nəfəssiz buraxdı və məni hadisədən sonrakı günlərə apardı.
Rusiyadan Ukraynaya köçməyimiz və orada yaşamağa başlamağımız...Daha sonra baş verən yanğın və itkilər...Ətrafımdakı insanların bütün söylədiyi sözləri, mənə baxan, acıyan baxışları və pıçıltıları hələ də xatırlayırdım. Daha sonra Rusiya ilə Ukrayna arasında baş verən müharibə nəticəsində ölkəni tərk etməli olduq və buraya, Azərbaycana çıxıb gəldik. Babamın burada yaxın dostları var idi və bizə buraya yerləşmək üçün şərait yaratdılar. Aylar ötdü, lakin mən içində olduğum depressiyadan tam çıxa bilmədim. Azərbaycanda insanların çoxu rus dilinə bələd idilər və istifadə etdikləri nitqdə də çox sözlər ruscaydı. Buna görə də buraya uyğunlaşmaqda çox da çətinlik yaşamadım. Zamanla onların dilini yaxşı öyrənməyə başladıqda isə, artıq özümü ifadə edə biləcək şəkildə azərbaycanca danışa bilirdim. Məndə heç bir irəliləyişin baş vermədiyini görən nənəm və babam, sonunda çarə olaraq məni buraya, Bakı Psixi Sağlamlıq Mərkəzinə yerləşdirməyə qərar verdilər.
Onlara qarşı çıxmadım. Hətta boyun əydim və tabe oldum. Hərçənd onları da özümlə birlikdə bir bilinməzliyə sürükləmək istəmirdim. Ağlımın bir kənarında intihar seçimi isə hər zaman var idi. Sadəcə reallaşdırmaq üçün lazımi gücü və cəsarəti özümdə tapa bilmirdim. Ta ki, Xan ilə tanışdığım günə kimi....
Dərin nəfəs alıb yavaş-yavaş buraxdıqdan sonra çiyinlərimi rahatlatdım. Psixoloq mənə razılıqla baxdı.
-"Afərin sənə, Rozalinda."
Yanımdakı da qızlar təsəlliverici şəkildə çiyinlərimi sıxdılar.
-"Çox təəssüf edirik. Bizə məlumat verdiyin üçün isə təşəkkür edirik."
-"İndi özümü tam bir axmaq kimi hiss edirəm, mənim problemlərim sənin yaşadıqlarınla müqayisədə heç bir şey deyilmiş."
Başımı təşəkkür edərcəsinə tərpətdim.
-"Yüklərimiz müxtəlif ölçülərdə ola bilər, amma yenə də yükdür və ruhumuzu əzməyə davam edir."
Psixoloq dediklərimi təsdiqlədi.
-"Çox haqlısan, Rozalinda."
Qrup terapiyası bitdi və hamı otağı bir nəfər kimi tərk etdi. Ancaq mən hələ də oturduğum yerdə hərəkətsizcə durmuşdum. Bəzən belə də olurdu. Bir şeylər xatırladaqda və ya qəbul etdikdə bədənim bunun ağırlığı altında əzilirdi. Həzm etməyim üçün isə müəyyən vaxt keçməsi lazım gəlirdi.
Qarşıma oturan birini hiss edikdə, əllərimə sabitlədiyim baxışlarımı yuxarı qaldırdım və onu gördüm: Dr.Sənan.
-"Bu gün çox cəsur davrandın."-dedi mənə gülümsəyərək,-"Daha da irəli gedəcəyinə inanıram."
-"Bu... ağrıdır."-dedim baxışlarımı pəncərədən çölə zilləyib. Bu gün hava mülayim idi. Günlər sonra günəş səmada işıq saçırdı. Hava soyuq olsa da günəşin varlığını yenidən hiss etmək xoş idi.
-"Səni öldürməyən ağrı gücləndirər, Rozalinda."

ÖLÜ KƏPƏNƏK 🦋Where stories live. Discover now