3🦋

18 3 0
                                    

Yenə burada idim

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yenə burada idim.
Keçən gecəki kimi xəstəxananın damına qalxmışdım. Uzaqdan şəhərin parlaq işığı əks olunurdu. Kənardan izləyərkən oralarda bir yerlərdə davam edən həyatlar olduğunu bilmək mənə özümü canlı hiss etdirirdi. Soyuq hava yuxumu qaçırmaq üçün əsl çarə idi. Arxamda bir addım səsi eşidənə kimi hər şey normal davam edirdi. Başımı çevirib gözətçinin qınayan baxışları ilə üzləşmək əvəzinə onu gördüm. Qarşımda idi. Onu görəcəyimi gözləmirdim. Suallarım çox idi, amma nədənsə bir söz deyə bilmədim. Onun yaşıl gözləri dərin və qorxulu görünürdü. Buna görə də onlardan qaçınmağa çalışdım.
-"Rozalinda."
Onun adımı mükəmməl tələffüz etdiyini eşidəndə təəccüblə başımı qaldırdım.
-"Bu sənin adındır, elə deyilmi?"
-"Necə bilirsən?"
-"Sadəcə...bilirəm."
O, ehtiyatsızlıqla çiyinlərini çəkdi.
-"Amma deməliyəm ki, gizlənməyi yaxşı bacarmırsan."
-"Mən..."
-"Hərçənd hiss etdiklərini gizlətməyi çox yaxşı bacarırsan."
-"Nə? Nə haqqında danışırsan?"
-"Heç nə, unut getsin."
-"Məndən nə istəyirsən?"
Başını tərpətdi, sonra da istifadə etdiyi odekolonun qoxusu burnuma dəyəcək qədər mənə tərəf bir neçə addım atdı.
-"Nə istəyirəm?"-deyə soruşdu, ətrafımda gəzərək. Bu məni narahat edirdi.
Özümü ovçusu tərəfindən ovlanmaq üzrə olan qurban kimi hiss etdim. O, mənim arxamda dayandı. Nəfəsini boynumun arxasında hiss edirdim.
-"Mənə nə təklif edə bilərsən, Rozalinda?"
-"Mənə nə etmək istədiyini söylə."-dedim.
O, yenidən mənimlə üz-üzə gələnə qədər ətrafımda fırlandı.
-"Düşünürəm ki, nə istədiyimi bilirəm."
-"Bəs, o nədir?"
-'Beş dəqiqəlik dürüst olmağını istəyirəm."
-"Nə?'
-"Sənə suallarım var və mənə səmimi cavab verməyini istəyirəm."
-"Elə bu?"
Məndən dəlicə və ya başqa bir şey etməyimi istəyəcəyini düşünmüşdüm, amma yəqin ki, yanılmışdım. Başıyla bunu təsdiq etdi. Heç nə yox idi.
Qollarımı sinəmdə çarpazladım.
-"Özünü necə hiss edirsən?"
Onun sualı məni ehtiyatsızlıqla tutdu.
-"Mən, biraz..."
-"Yadda saxla, yalan danışmaq olmaz.":-deyə sözümü kəsdi.
-"Mən... mən..."
Nə deyəcəyimi bilmədən susdum.
-"Kədərli? Əsəbi? Depressiv?"
Yumruqlarımı sıxdım, onun məndən belə şeylər soruşmağa haqqı yox idi.
-"Bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil."
Ətrafa baxdım.
-"Mən sənə cavab vermək məcburiyyətində deyiləm. Məni buna məcbur edə bilməzsən."
-"Niyə hiss etdiyin şeylərlə üzləşmirsən?"
Mənə tərəf bir addım atdı.
-"Duyğularını içində saxlamağa üstünlük verirsən ki, onlar sənə yenidən intihara cəhd etmək üçün kifayət qədər güc versin?"
Təəccübdən ağzım açıq qaldı.
-"Sən özünü kim hesab edirsən? Mənim həyatım haqqında belə danışmağa necə cəsarət edirsən? Getməliyəm."
Arxamı ona dönüb yeriməyə başladım.
-"Hə, qaç. Həmişə belə edirsən, elə deyilmi?"
-"Nə?"
-"Hiss etdiklərinlə üzləşməmək üçün qaçırsan."
Bir an dayandım və ona tərəf döndüm.
-"Ağzını yum! Sən mənim həyatım haqqında heç nə bilmirsən! Mənim haqqımda heç nə bilmirsən!-deyə qışqırdım.
-"Məni tək burax."
Dodaqlarında istehzalı bir təbəssüm yarandı, sanki məni qəzəbli görərkən əylənirdi.
-"Mən sənin haqqında kifayət qədər şey bilirəm, kifayət qədər şey də görmüşəm."
Başımı salladım.
-"Sən normal deyilsen!"
-"Və sən də qorxaqsan."
Yenidən arxaya dönüb qaranlıq yola getdim. O təkəbbürlü dəlini dinləməyə ehtiyacım yox idi. Sonra adını belə bilmədiyimi xatırladım. Onunla söhbət etmək məni dəli edirdi. Məndə iki əlimlə onu boğmaq hissi oyadırdı. Birbaşa otağıma getdim və qapını qeyri-ixtiyarı şiddətlə çırpdım. Çox güman ki, səhər buna görə danlanacaqdım. Örtüyü açıb yatağa girdim. Üstümü dəyişməyə halım yox idi. Başımı yastığa qoydum və tavanı seyr etməyə başladım. Əslində dincəlməyə çox ehtiyacım var idi. Dərin bir yuxuya getməyə. Bədənim çox yorğun idi. Bir qədər sonra düşüncələrdən uzaqlaşıb yuxunun qollarına özümü buraxdım və kabuslar yenidən məni əsir aldı.
-"Roza!"
Kimsə çiyinlərimi silkələdi.
-"Roza!"
Yavaş-yavaş gözlərimi açdım və bulanıq bir üz gördüm.
-"Roza?"
Görünüşüm aydınlaşana qədər bir neçə dəfə gözümü qırpdım.
-"İlahi, səni oyatmaq çox çətindir."-deyən Ülkər arxaya söykənərək deyindi.
Təəccüblə ona baxdım, oturub ətrafa baxmağa özümü məcbur etdim.
Otağımda idim.
-"Nə olub?"
Başım ağrayırdı, əvvəlki gecənin xatirələri beynimi doldurdu.
-"Nə baş verir?"
-"O... mən..."
Yatmazdan əvvəl geyindiyim mavi köynəyi və tünd mavi şalvarı artıq geyinmirdim. Pijama geyinmişdim. Təəccübləndim.
-"Tələs! Gecikəcəyik."
Ülkər ayağa qalxdı, sonra güzgüyə tərəf getdi.
-"O, haradadır?"
-"Kim?"
Ülkər saçlarını səliqəyə salarkən mənə aynadan qaşlarını çatdı.
-"Mən... mən..."
Bu, kabus deyildi, elə deyilmi? Dünən gecə yataq otağıma qayıtdım... və o... Birdən titrədim.
Ülkər mənə tərəf döndü.
-"Nə?"
Qollarını çarpazladı.
-"Gecikəcəyik, Roza."
-"Burada nə edirsən?"
-"Deməli belə, mən səni duşda görmədim, ona görə də narahat oldum."
O, yəqin ki, üzümdəki dəhşəti görmüşdü.
-"Nə baş verir?"
-"Dünən gecə yuxu gördüm..."
-"Aha?"
Davam etməyimə işarə etdi.
-"Boş ver."-dedim və onun heç bir şeydən xəbəri olmadığını anladım.
-"Tələs!"
-"Sən dərsə get. Professora de ki, özümü yaxşı hiss etmirəm. Sonra gələcəm."
-"Özünü yaxşı hiss etmirsən?"
-"Narahat olma, sadəcə olaraq pis bir gecə keçirdim."
-"Elə mi?"
O, ehtiyatla mənə baxdı.
-"Hə."
-"Problem deyil. Mən ona deyəcəyəm."
Getməzdən əvvəl,-"Bir şeyə ehtiyacın olarsa, məni tap."-dedi.
Daha sonra getdi. Aydındır ki, gecikmək istəmirdi.
Çaşqın halda çarpayıda tək oturdum. Dünən gecə nə oldu? Bu kabus idi mi? Xeyr, yuxu görmədiyimə əminəm. Mən otağıma necə gəldim? Paltarımı kim dəyişdi?
Keçən gecədən olan paltarlarımı yerdə tapdım və o an anladım ki, kimsə mənim üstümü dəyişib. Mən heç vaxt paltarımı belə yerdə qoymazdım. Kiçik yaşlarımdan bəri hər şeyi çox yaxşı təşkil etməyi sevirdim.
Qarışıqlıq beynimi bürüdü. Nə olmuşdu? Polisə deməliyəmmi? Amma mən nə gördüyümə, hətta bunun real olub-olmamasına da əmin deyildim. Faktları dəqiqləşdirmədən ortalığı qarışdırmaq istəmirdim.
Məyus halda ah çəkdim. Sabun və dəsmalımı götürdüm. Duşda bütün bunları düşünməyə vaxtım olacaqdı. Hamam otağına çatanda arxamda bir hərəkət hiss etməklə durdum.
-"Hey, sakit ol."
Arxaya dönəndə uniformalı bir qadın gördüm. Qızlar binasında gecə gözətçisi idi.
-"Bağışlayın."-deyə üzr istədim.
-"Qrup terapiyasında olmalı idin."
-"Özümü yaxşı hiss etmirəm."
-"Təyin olunmuş psixiatrın sənə günə görə icazə verməsi üçün xəstə stansiyasına getməlisən."
-"Mən bunu duşdan sonra edəcəm."
Gözətçi gözlərini qıydı.
-"Söz verirəm."
-"Tələs."
Duş qəbul etdikdən sonra formamı geyinib növbəti fəaliyyətimə yollandım. Hər şey normal görünürdü, sanki heç nə olmayıb.
Mən dəli idim? Mən hər şeyi xəyal edirdim? Ola bilər ki, yuxu idi hər şey və mən bunun başqa bir şey olduğunu düşündüm.
Qrup terapiyası etdikləri kiçik otağın qapısını döydükdən sonra doktor qapını açdı və keçməyim üçün kənara çəkildi. İçəri daxil oldum.
-"Xanım İvanova, gecikmisiniz."
O, narazı bir sifət göstərdi.
-"Bağışlayın, özümü yaxşı hiss etmirdim."
-"Hə, dostunuz bu barədə mənə məlumat verdi."
Stuluma tərəf getdim. Ülkər sessiya zamanı etməli olduğumuz fəaliyyəti mənə izah etmişdi.
-"Özünü bu gün necə hiss edirsən?"
-"Normal."
-"Normal? Lap yaxşı. Məndən qaçmağa çalışdığını bilirəm. Amma bu faydasızdır."
-"Sizdən qaçmıram."--dedim vecsiz bir halda.
-"Hm, mənə elə gəlmədi doğrusu. Dərmanlar yatmağına kömək edirmi?"
-"Çox."-deyə yalan danışdım. Çünki demək olar ki, yata bilmirdim.
Psixoloq içtən bir nəfəs çəkdi.
-"Bax, Rozalinda. Ətrafa divar hörmək başqa, mənim yanımda bunu etməyə çalışmağın tamam başqa. Mən səni görə bilirəm çünki."
Üzümü ona çevirdim.
-"Nə görürsünüz mənə baxanda?"
Bir-iki saniyə mənə baxaraq düşündü. Nə deyəcəyini ölçüb biçirdi çox güman ki.
-"Yalan danışdığını."
-"Anlamadım?"
-"Sən heç nə xatırlamadığını deyirsən, amma mən belə düşünmürəm. Mənə elə gəlir ki, sən həqiqətlərdən qaçırsan."
Güldüm, lakin gülüşüm normal deyildi.
-"Bir psixoloqun fərziyyələr üzərindən danışması gülüncdü doğrusu."
-"Bəlkə də. Amma davranışların haqlı olduğumu göstərir."
-"Xatırlamıram. Heç nə xatırlamıram!"-dedim ayağa qalxaraq.
İstəmədən səsimi yüksəltmişdim, lakin artıq dözə bilməyəcəyim bir səviyyəyə gəlib çatmışdım. Göz bəbəklərim tutmaq məcburiyyətində qaldığım yaşlardan səbəb qan çanağına dönmüşdü. Keçmişə qayıtmaq və o anları yenidən, sanki dünən baş veribmiş kimi yaşamaq məni tozlanmış xatirələri yenidən xatırlamağa vadar etmişdi.
Psixoloq oturduğu yerdə arxasına söykəndi və əllərini bir-biriylə birləşdirdi. Çox sakit görünürdü və onun belə olmağı məni daha da əsəbləşdirdi. Çox güman ki, qarşısında reaksiyasız insanlar görməyə öyrəşməmişdi. Doktor baxışlarını əllərimə endirənə qədər titrədiyimin fərqində belə deyildim.
Əllərimi bərk bərk sıxdım, belə ki, dırnaqlarım ovcumun içinə batırdı. İçimde partlamağa hazır bir volkan var idi sanki. Və qarşımdakı adamın baxışlarından elə məlum olurdu ki, onun da istədiyi məhz budur.
-"Bilərək etdiniz."-dedim pıçıldayaraq.
-"Mənim bu hala düşəcəyimi bilirdiniz, amma yenə də üstümə gəlməkdən əl çəkmədiniz. Məni bura gətirmələrinin səbəbi guya ki, sağalmağım üçündür. Fəqət mən özümü indi daha da pis hiss edirəm. Deyəsən, buraya gəlməklə səhv qərar vermişəm."
Psixoloq qara çərçivəli eynəyini çıxarıb masanın üzərinə qoydu. Daha sonra baxışlarını mənə çevirdi.
-"Özündən qaçdığın müddətçə sağalmağın mümkün deyil, Rozalinda. Lakin mənə maraqlı olan başqa bir şey var. Sən həqiqətən sağalmaq və yenidən həyatına qayıtmaq istəyirsənmi?"
Mən bir an tərəddütdə qaldım.
-"Əlbəttə, sağalmaq istəyirəm. Sağalmaq və xatırlamaq. Bunun üçün xəstəxanada yatmaq qərarına gəldim. İstəməsəm burada nə işim var?"
Doktor oturduğu yerdən qalxıb bəzi sənədləri çantasına qoymağa başladı. Bir yandan da qarşısında duran mənimlə danışmağa davam edirdi.
-"Sən mənim ilk xəstəm deyilsen, amma etiraf etməliyəm ki, məni ən çox yoran pasientsən. Sən pandoranın qutusu kimisən."-dedi və başını qaldırıb gözlərimin içinə baxdı.
-"Və inan, içindən nələr çıxacağı mənə çox maraqlıdır."
Mən onun dediklərini ölçüb biçdim. Nə dediyini anlasam da, yox saymağı seçdim. Doktor önə gəlib qapıya doğru getmədən öncə mənə əli ilə çıxışı göstərdi.
-"Otağına get və biraz dincəl. Növbəti seansda qaldığımız yerdən davam edərik."
Açılan qapıdan keçib koridora çıxdım və arxama baxmadan yeriməyə başladım. Addımlarım tələsik idi. Otağıma çatmaq və içəri girib qapını arxamdan kilitləmək niyətində idim. Nəhayət, 103 nömrəli qapıya çatdım və dərhal açıb içəri girdim.
Dərin bir nəfəs aldım. Sağ əimi ürəyimin üstünə qoyub gözlərimi yumdum və qapıya söykəndim. İçimdə anlamadığım bir sıxıntı yenə gün üzünə çıxmışdı. Hər seansdan sonra bu panik ataklar məndə özünü göstərirdi. Məhz buna görə seanslara getməkdən boyun qaçırırdım. Əllərim hələ də titrəyirdi. Sol divarın yanında duran masama doğru ilərləyip özünə qrafindən bir stəkan su süzdüm. Stəkanı dodaqlarıma aparıb bir yudum içmişdim ki, qapım möhkəmcə döyüldü. Əlimdəki stəkanı masaya qoyub qapıya tərəf getdim və kilidi açdım. Əlində sakitləşdirici dərman ilə nəzarətçi tibb bacısı qapıda durmuş mənə qınayıcı baxışlarla baxırdı.
-"Yenə qapını kilitləmisən? Bunun qadağan olduğunu sənə dəfələrlə deməyimə baxmayaraq həm də."
Mən onun əlində tutduğu plastik stəkanın içindəki dərmana baxdım.
-"Sadəcə biraz tək qalmağa və düşünməyə ehtiyacım var idi."
Tibb bacısı dərmanı mənə uzatdı.
-"Doktor bu dərmanı qəbul etməyini tapşırdı. Bugünkü seans gərgin keçib deyəsən."
Plastik stəkanı alıb kiçik dərmanı içindən çıxardım və ağzıma apardım. Daha sonra masamda olan suyu içmək üçün geri getdim. Qırxlı yaşlarda olan balacaboy və gumbul tibb bacısı mənim hərəkətlərimi izləyirdi.
Suyu içdim və ona baxdım.
-"Tapşırıq yerinə yetirildiyinə görə artıq məni tək buraxa bilərsiniz?"
Tibb bacısı başını salladı və qapını bağlamadan öncə,-"Bu qapı bir de kilitli olsa, baş həkimə deməli olacam."-dedi.
Gözlərim qapıda ikən sağ əlimi ağzıma apardım və dilimin altında gizlətdiyim dərmanı çıxartdım. Yatağa yaxınlaşıb döşəyi qaldırdım və əlimdəki dərmanı dəmirlərin arasında olan kiçik deşiyə, digərlərinin yanına qoydum. Daha sonra yatağı əvvəlki halına salıb pəncərəyə tərəf yürüdüm. Otağının pəncərəsi xəstəxananın ön bağçasına baxırdı. Hava bu gün buludlu idi. Noyabr ayında olmağımıza baxmayaraq hava normal istilikdə idi.
Bir an baxışlarım maşınına doğru yeriyən psixoloquma tuş gəldi. Uca boylu və saçlarında seyrək ağlar olan 30 yaşındaki bu adamla hər seansda üz-üzə gəlmək məni həm rahatladır, həm də gərginləşdirirdi. Sanki izləndiyini hiss edən adam maşına oturmadan öncə bir saniyə durdu ve başını qaldırıb mənim pəncərəmə tərəf baxdı.
Baxışlarımız toqquşdu. Lakin mən gözlərimi ondan çəkmədim. Doktor bir dəqiqəlik baxışmadan sonra dodağının kənarı ilə mənə gülümsədi. Mən o soyuq baxışlara gülümsəməylə qarşılıq verdim.
Gənc adam maşına oturdu və motoru işə saldı. Bir qədər sonra isə xəstəxana darvazasından çıxaraq gözdən itdi.
Bu demək olar ki, hər həftə baş verən ritual halını almışdı. Mən altı ay idi ki, buradaydım, amma hələ də heç nə xatırlamırdım. Hər panik atak keçirəndə məni sakitləşdirmək üçün dərmanlar verməyə çalışırdılar. İlk başda bunları qəbul edirdim. Amma dərmanlar mənim sadəcə yuxumu gətirirdi və mən yatmaq istəmirdim. Çünki hər yastığa başımı qoyduğumda kabuslar məni ağuşuna alırdı. Aylar olardı ki, rahat yata bilmirdim. Ən çox yatsam-yatsam üç saat yata bilirdim. Kabusların səbəbi xatırlamadığım üçün idi. Buna görə də dərmanları qəbul etməkdən imtina etdim. Mənim istədiyim yatmaq deyildi, mənim istədiyim həmin gecəni xatırlamaq idi.
🦋
Terapiya bitdikdən sonra hamımız səhər yeməyi üçün yeməkxanaya getdik. Təbiətə heyran olduğum üçün pəncərənin yanındakı masa seçdim. Yağış başlamışdı. Soyuq bir gün olacaqdı. Meyvə suyumdan bir qurtum aldım və o vaxt onu gördüm.
Kölgə adam.
Yemək otağından keçən kimi hər kəs sakitləşdi. Bütün qızlar ona Hollivud ulduzu kimi baxırdılar. And içirəm ki, onlardan bəzilərinin ağzının suyu belə axırdı. Onları qınaya bilməzdim. Görəsən o, ruhi xəstəxananın formasına necə sığırdı? Qalın dodaqlarında təbəssüm yarandı və qızların yarısı az qala huşunu itirəcəkdi.
Təkəbbürlü axmaq.
-"Vallah, hər gün daha da yaraşıqlı olur!"
Ülkər ətli sendviçini dişləməzdən əvvəl mırıldandı.
-"Mənə elə gəlmir."
Gözümü ondan çəkmədən dedim.
O, mənə tərəf heç baxmadı. Yemək otağının arxa qapısından keçib getdi.
-"Şükür Tanrıya, danışmır. Təsəvvür et ki, bütün bu dəli qadınlar onunla flört etməyə çalışırlar."-deyə Ülkər əlavə etdi.
-"Onun neçə sevgi məktubu aldığını bilirsənmi? Qızlar danışa bilmədiyi üçün heç olmasa yaza biləcəyini düşünür, amma o, heç birinə cavab vermir."
-"Qəribədir."-deyə səsli düşündüm.
Nahardan sonra günorta dərslərinə qədər bir az dincəlmək üçün birbaşa otağıma keçdim. İçəri girəndə çarpayıma atılıb tavana baxdım. Bir neçə saatlıq hər şeyi unutdum. Qapının döyülməsi fikirlərimi yarımçıq qoydu. Yavaş-yavaş ayağa qalxdım ki, kim olduğunu görüm, amma onu açmaq istəyəndə qapının altına atılan bir kağız parçası diqqətimi çəkdi. Qapını açıb ətrafa baxdım: heç kim yox idi. Bağlayıb kağızı yerdən götürdüm.
Oxuyanda isə donub qaldım;
"Çox gözəlsən. Və mənimsən, yalnızca mənim."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ÖLÜ KƏPƏNƏK 🦋Where stories live. Discover now