28🦋

9 2 0
                                    

O, yerindən tərpənmədi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

O, yerindən tərpənmədi. Orada dayanmış qaranlıqdan bizə baxırdı; başdan ayağa qara geyinmişdi, üzünü isə maska ilə örtmüşdü. Sadəcə gözləri görünürdü və mən onun baxışlarını üstümdə hiss edirdim. Artıq qorxu içində yaşamaq istəmirdim, dönüş nöqtəsi gəlmişdi və çox qorxsam da, artıq bütün bunların....yaxşı və ya pis hər şeyin bitməsi lazım idi. Həyatda qalmaq yetərli deyildi, mən yaşamaq istəyirdim.
Qatil qaranlıqda çətinliklə görünən yüngül bir hərəkətlə başını qaldırdı. Hərəkət etməli, qaçmalı, qışqırmalı olduğumu bilirdim, amma beynim heç nəyə cavab vermirdi. Lakin Ülkər qolumdan tutub məni kritik vəziyyətimdən çıxartdı.
-"Lənət olsun Rozalinda! Biz buradan getməliyik."
Mən onunla bir addım geri çəkildim və qatil bizə doğru yeriməyə başladı.
-"Qaç!"
Ülkər qolumdan tutdu və biz koridorda qaçmağa başladıq. Ürəyimiz ağzımızda dayanmadan qaçırdıq. Boğazımız quruyurdu. Nəfəsimizi idarə edə bilmirdik. Sürətli addımlarımız koridorda əks-səda verirdi. Səssizcə içimdən dua edirdim. Çiynimin üstündən ona baxdım və yavaş-yavaş bizə tərəf gəldiyini gördüm. Niyə qaça bilməyəcəyimizə bu qədər əmin idi? O, heç narahat görünmürdü. Biz əsas girişə açılan qapıya çatdıq və kömək axtarmaq üçün qarşı binaya tərəf qaçmaq istədik, amma biz çıxışa çata bilməmiş kimsə arxadan qapını bağladı.
-"Yox, yox!"
Ülkər qapını dəfələrlə təpikləməyə başladı. Çarəsiz bir halda ətrafa baxdım və ikinci mərtəbəyə qalxan pilləkənləri gördüm. Heç fikirləşmədən Ülkər'in əlindən tutub onunla birlikdə pilləkənlərdən yuxarı qalxdım. Pillələri mümkün qədər sürətlə iki-iki qalxırdıq. Ancaq ikinci mərtəbəyə çatanda ürəyim dayanmaq ərəfəsində idi. Niyə ətrafda heç insan yox idi?
-"Nəfəs ala bilmirəm."-dedi Ülkər və əlini sinəsinə qoydu.
-"Mən... nəfəs ala bilmirəm."
Üzünü əllərimin arasına aldım.-"Buradan sağ çıxacağıq. Söz verirəm."
O, hələ də hiperventilyasiya edirdi.
-"Mənə bax. Üzümə bax!"
Onun dolmuş gözləri mənimlə görüşdü.
-"Biz yaxşı olacağıq, bizə sadəcə gizlənmək üçün bir yer lazımdır."
Öz sözlərimə özüm inanmasam da, onu sakitləşdirməli oldum. Biz koridoru keçdik və hər qapını açmağa çalışdıq, amma hamısı bağlı idi.
-"Öləcəyik. Biz burda öləcəyik."--dedi Ülkər qorxuyla ətrafa baxaraq.
-"Sus artıq. Sakitliyimizi qorumalıyıq. Həm qorxma. O, məni istəyir, səni yox."
Ülkər qorxu dolu baxışlarını mənə sabitlədi.
-"Sən onun kim olduğunu bilirsən?"
Başımı yavaşça tərpətdim.-"O, ailəmin qatilidir. İndi isə mənim dalımca gəlib."
-"Aman Allahım! Bu necə ola bilər axı? Biz nə edəcəyik?"
Çiyinlərini tutub güvən verərcəsinə sıxdım.-"Sən burda qalacaqsan. Mən gedəcəm. Onun istədiyi mənəm. Burada qal və gizlən."
-"Polisə zəng vurmalıyıq."--dedi səsindəki qorxunu idarə etməyə cəhd edərək.
-"Mükəmməl fikir, amma səncə o adam telefon xətlərini deyil də, yalnızca işıqları söndürməkləmi kifayətlənib? Polisi unut. O, hər şeyi planlayıb. Bundan əminəm."
Ülkər başını iki yana salladı.-"Yox Roza, yox. Getməyinə icazə verə bilmərəm. O, sənə zərər verəcək. Olmaz."
-"Artıq qorxu ilə yaşaya bilmərəm. Nə olacaqsa olsun. Qorxmaqdan bezmişəm. Məni başa düşməlisən. Əsas koridorun qapısı kilidlidir və daha çox qapının bağlı olduğunu düşünürəm. Bizi qovduqca, qaçma ehtimalımızdan heç narahat görünmürdü. Sanki çölə çıxmayacağımızı bilirdi."
-"Qapıdan çölə çıxa bilməyəcək olmamız, buradan çıxa bilməyəcəyimiz anlamına gəlmir. Başqa yollar da var."--dedi Ülkər sanki bir şeyi xatırlayaraq.
-"Necə?"
-"Hara gedəcəyimizi bilirəm."-dedi və məni arxasıyca sürüklədi.
-"Hara gedirik?"-dedim pıçıldayaraq.
-"Qızlar tualetində yararsız olan bir pəncərə var, düzgün işləmir. Oradan qaça bilərik."
Ətrafa nəzər yetirdik.
-"Heç kim yoxdur. Cəld hərəkət etməliyik."
Koridoru keçəndə donub qaldım. Koridorun sonunda bizdən xeyli aralıda qatilin kölgəsini gördüm.
-"Buraya!"--dedi Ülkər məni qızlar tualetinin içərisinə çəkib.-"İçəri gəl! O, bizi görməməlidir."
Tualetin içərisində heç düşünmədən birbaşa pəncərəyə doğru irəliləməyə başladıq. Qatil bizi görməsə belə, o dəqiqə bizi eşitmədiyinə və yanımıza gəlməyəcəyinə zəmanət yox idi. Pəncərədən birinci çıxan Ülkər idi və o biri tərəfdən mənə kömək etdi. Çölə çıxanda otların üzərinə düşən kiçik yağış dənəciklərini gördüm. Çox soyuq idi.
-"Polisə xəbər verməliyik."-dedim ayaqlarım yerə basanda.
-"Bunu edə bilmərik, buradan bacardığımız qədər uzağa gedə bilərik ancaq."
-"Necə axı? Yağış yağır və belə havada yeriyərək çox uzağa gedə bilmərik."-deyə cavab verdim.
-"Burda durub qatilin bizi tapmasınımı gözləyək, Rozalinda? Məni dəli etmə! Sadəcə yeri. Gerisini sonra düşünərik."
Məcbur ona itaət etdim və irəliyə doğru yeriməyə başladıq. Mən başa düşdüm ki, Ülkər ölüm-dirim vəziyyətlərində əsəbi birinə dönüşür. İslaq çimənlərin arasında çılpaq ayaqlarla yeriyərkən kiçik daş qırıntıları sürətimi ləngidirdi, lakin dayana bilməzdik. Diqqətimi cəmlədikdə isə Ülkər'in məni xəstəxananın avtomobil dayanacağına apardığını gördüm. Qaşlarım çatıldı. Yeriməyi dayandırdım.
-"Burda nə işimiz var?"
Ülkər tez-tez yeriməkden nəfəs-nəfəsə idi. Nəfəsini dərdi və mənə baxdı.
-"Burada velosiped olmalıdır. Onunla gedəcəyik."--dedi.
Ona dəli olmuş kimi baxdım.
-"Velosiped? Bu yağışda?"
-"Başqa çarəmiz yoxdur. Sadəcə məni izlə, yetər."
-"Artıq səninlə bağlı heç nə məni təəccübləndirmir."-dedim onun arxasınca yeriyib.
-"Bundan o qədər əmin olma."--dedi ağzının içində mırıldanaraq.
Biz dayanacaqda bağlı olan bir neçə maşının yanından keçdik. Ülkər mən ətrafa nəzər salarkən gözətçilərdən birinin divarda söykəmiş olduğu velosipedini götürüb üstünə oturdu və məni də arxasına oturmaq üçün çağırdı.
-"Özümü hər hansı bir filmin içinde hiss edirəm."-dedim və təkrar ətrafa baxdım.
Sanki arxamda təkrar-təkrar bir kölgə hiss etdiyimi xəyal edirdim. Ülkər yola düşdü və rahatlıq hissi içimi yavaş-yavaş doldurdu. Vaxt itirmədən xəstəxana həyətindən çıxdıq. Xəstəxananı arxamızda buraxanda isə ağlımda tək bir şey var idi: Xan.
Ruhi xəstəxanadan uzaqlaşdıqca özümü təhlükəsiz hiss edirdim, lakin digərləri üçün bir o qədər də narahat olurdum. Oradakı insanların hamısına kömək etməyin yeganə yolu isə qaçıb polisə zəng etmək idi.
Biz qaranlıq yolda irəliləməyə davam edirdik. Ən yaxın yanacaqdoldurma məntəqəsinin otuz dəqiqəlik məsafədə olduğumuz yadıma düşdü, çünki babam və nənəm məni bura gətirəndə bu ərazinin nə qədər uzaq olduğu barədə öz aralarında danışmışdılar.
Ülkər birdən elə sürətlə əyləci basdı ki, bədənimiz irəli səndələdi və az qala qabağa doğru uçacaqdıq.
-"Dəli olmusan?!"-deyə qışqırdım qorxudan.
Ülkər əlləri iki yanda qabağa doğru baxırdı və mən onun baxışlarını təqib etdim.
İlahi!
Orada idi. Yolun ortasında durmuşdu.
-"Yox, bu ola bilməz."-dedim öz-özümə.
Əl hərəkəti ilə velosipeddən düşməyimizi işarə etdi. Ülkər qorxudan bunu etmək istəyəndə isə mən onu saxladım.
-"Sən dayan. Onun istədiyi mənəm."
Titrəyərək velosipeddən endim. Soyuq hava bütün bədənimi qucaqladı. Tam yolun ortasında onun qarşısına gəlib onunla üz üzə durdum və budur, o rəngli gözlər ilə bir daha qarşı-qarşıya idim.
-"Həyatım üçün sənə yalvarmayacağam."-dedim gözlərinin içinə baxaraq.
-"Məni öldürmək istəyirsənsə, elə indi et. Amma dostumu burax, getsin. Onun bu məsələ ilə heç bir əlaqəsi yoxdur."
O an gözləmədiyim bir şey oldu. Qatil başını arxaya atıb şux bir qəhqəhə ilə güldü.Yağan yağış səsini tam eşitməyimi çətinləşirdirirdi. Baxışlarını arxada duran dostuma tərəf çevirdi. Və mən refleks olaraq arxaya baxmaq üçün çevrildim. Ülkər üzündə anlamadığım bir təbəssüm ilə qarşıya, qatilə baxırdı.
-"Ülkər? Sən... axı necə?"
Heç nə anlamırdım. Burda nə baş verirdi?
-"Axır ki, bu sıxıcı oyun bitdi."-dedi Ülkər yanıma gəlib mənə baxaraq.
-"Xəstəxananın dərman qoxusunu içimə çəkməkdən bir hal olmuşdum."
Mən necə bir tələyə düşmüşdüm belə?
-"Burada nə baş verir?"-deyə soruşdum yanımda tanıdığımı zənn etdiyim, amma heç tanımadığım qıza baxaraq.
Ülkər əllərini bir-birinə sürtdü və ilk mənə, sonra da qarşıda səssizcə durub bizi izləyən qatilə baxdı. Təkrar baxışları məni tapanda isə gözlərində gördüyüm soyuqluq bədənimi dondurdu.
-"Qurdlar quzu kimi geyinər, dostum. Bunu unutma!"
Anidən boynuma dolanan əllər ilə geriyə doğru səndələdim. Başımı bacardığım qədər çevirib baxanda isə, o fərqli rənglərdəki gözlərin mənimlə qarşı qarşıya olduğunu gördüm.
-"Yox! Burax!"-deyə qışqırdım.
Çırpındım, amma onun əlindən xilas olmağım imkansız idi. O, çox güclüydü və mən titrəməkdən özümü tam ələ ala bilmirdim belə.
-"Buradan getməliyik."--dedi Ülkər arxamda duran naməlum şəxsə baxaraq.
Şok içində üzünə baxdım və bütün bədənimdəki qanun çəkildiyini hiss etdim.
-"Siz?...Siz bir-birinizi tanıyırsınız?"
Aman Tanrım! Bu necə ola bilər?
-"Burax məni! Burax!"-deyə qollarında çırpındım yenidən.
Ülkər başını iki yana tərpətdi.-"Bizimlə gəlirsən, Roza. Rahat dur."--dedi.
Qatili itələdim, amma faydasız idi.-"Mənə toxunma! Burax məni!"
Ülkər əlini yağışdan islanmış saçlarının arasından keçirtdi. Səbri tükənirmiş kimi,-"Bax, səni incitmək istəmirəm, amma lazım gəlsə, edərəm."-dedi.
Özümü tuta bilmədim və qusmaq üçün önə doğru əyildim. Bütün bu olanlar ürəyimi bulandırırdı.
-"Məncə, sənin artıq yatmaq vaxtındır."-dedi Ülkər cibindən bir bez parçası çıxarıb.
Başımı qaldırdım.-'Yox, məndən uzaq dur!"-dedim nifrətlə üzünə baxaraq.
Bir addım geri çəkildim, amma qatil belimdən tutdu və Ülkər ağ bir bez ilə ağzımı örtdü. Mübarizə etdim, lakin qışqırıqlarım bez parçasının içində boğuldu. Bir neçə saniyə sonra isə qaranlıq məni qarşıladı və eşitdiyim son şey onun pıçıldayan soyuq səsi oldu:
-"Dincəl, Rozalinda. Hər şey yaxşı olacaq, atəş quşu. Hər şey yaxşı olacaq."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ÖLÜ KƏPƏNƏK 🦋Where stories live. Discover now