8🦋

15 3 0
                                    

Hələ də qusmağa davam edirdim

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

Hələ də qusmağa davam edirdim. İçimdəki zəhər bədənimi tərk edənə qədər öyürməyə davam etdim. Ülkər saçımı toplamış halda arxadan tutmuşdu və üzümə düşən telleri geriyə doğru çəkirdi. Özümü geriyə çəkib yavaşça doğruldum. Suyu açıb üzümü yudum və ağzımı çalxaladım.  Dəsmalı mənə uzatan dostum məyus halda üzümə baxırdı.
-"Hamısı mənə görə oldu. Səni ora aparmamalıydım."
Dəsmalı yerinə asıb yataq otağıma geri döndüm. Özümü bitkin hiss edirdim və sadəcə yatmaq istəyirdim.
-"Üzr istəmə. Əslində mən üzr istəməliyəm, sən deyil."
Ülkər mənə təəccüblə baxaraq,-"Başa düşmədim? Necə yəni?"-deyə soruşdu.
Pijamalarımı şkafdan çıxardıb yatağımın üzərinə qoydum. Bir yandan da onunla danışmağa davam edirdim.
-"Bu yaşıma qədər hələ də insanlara güvənə bilməyəcəyimi öyrənmədiysəm, deməli səhv məndədi. Buna görə də mən özümdən üzr istəyirəm. Çünki bu mənim səhvimdi."
Paltarlarımı soyunmağa başladım. Ülkər isə masanın yanında olan stula əyləşdi.
-"O qızın saçını-başını yolacam."
-"Heç nə etməyəcəksən."--dedim və yorğanı çəkib yatağıma girdim. Onun heyrətli baxışlarını hələ də üzərimdə hiss edirdim.
-"Sənə etdikləri yanına eləcə kar qalacaq? O, qız səni Xan'dan qısqandığı və onun gözündə səni ucuzlaşdırmaq istədiyi üçün bunu etdi. Bunun fərqindəsən, elə deyilmi?"
Gözlərimi yumdum.
-"Sadəcə yatmaq istəyirəm. Bu barədə sabah danışsaq olarmı?"
Onun stuldan qalxıb mənə yaxınlaşdığını hiss etdim. Yarı açıq gözlərlə üzünə baxdım. Əyildi və sol əli ilə saçımı sığalladı.
-"Sən necə istəyirsən. Gözətçiyə görünmədən otağıma getsəm yaxşı olar. Gecən xeyrə."
-"Xeyrə qarşı."
O gecə bir az daha yaxşı yatdım, kabuslar hələ də var idi, amma həmişəkindən daha az idi.
🦋
Həftə sonu çox tez bitdi.
Bazar ertəsi idi və mən həftəyə başlamaq istəmirdim. Bel üstə uzanmış tavana baxırdım. Yatağım çox yumşaq və rahat idi. Pəncərənin şüşəsinə çırpılan yağış damcılarını eşidirdim. Rusiyada olarkən bu sönük səhərlər ən çox sevdiyim səhərlər idi, çünki qar yağsa, məktəb olmazdı. Ayağa qalxıb barmaqlarımı dağınıq saçlarımda gəzdirdim. Dərindən nəfəs almağa çalışdım, amma edə bilmədim. Bu qədər ağrı hiss etdikdə düzgün nəfəs almaq çətinləşirdi. Nəhayət, qalxmağa qərar verdim. Sabun və dəsmalımı götürüb səhər işlərinə başladım.
🦋
Səhər yavaş keçdi. Terapiyaya demək olar ki, əhəmiyyət vermirdim. Həmişəki kimi pəncərənin kənarında oturmuşdum. Hamının diqqəti dərsdə idi. Mən isə yağış damcılarının şüşədən aşağı sürüşdüyünü və rütubətin çölü aydın görməyi necə çətinləşdirdiyini seyr edirdim.
Nahar vaxtı da mən boşqabımdakı yeməklərlə oynamağa davam edərkən yanımda oturan Ülkər də burada olmağın necə darıxdırıcı olduğundan danışırdı. Həmin gün yeməkxana boş görünürdü.
-"Roza, yenə məni dinləmirsən, hə?"
Başımı qaldırıb ona baxaraq gülümsədim.
-“Bağışla, belə havalarda bir az içinə qapanıq oluram."
-"Bu sənə yaşadığın yeri xatırladır, elədir?"
Mən onun üzünə marağın yayıldığını gördüm. Başımı tərpətdim.
-"Evin üçün darıxırsan."-deyə fikir bildirdi.
-"Yəqin ki."-deyə qısa cavab verdim.
Stulun üstündə olan meyvə suyumdan bir qurtum içdim. İçəri biri girənə qədər söhbət etdik və mən bir an girişə tərəf baxdım. Xan masaların ətrafında dolaşırdı, bütün qızlar, o cümlədən mən, ağzımız açıq şəkildə ona baxırdıq. Sonra bir neçə saniyə mənə baxanda otağın ətrafında mırıltılar eşidildi və onun gözlərində gizli bir parıltı gördüm. Bundan sonra isə onların hamısı qısqanclıq hisslərini gizlətmədən dönüb mənə baxdılar. Bir neçə saniyə sonra da Xan yoxa çıxdı.
-"Bunu gördün?"
Ülkər mənə dönüb həyəcanla soruşdu.
-"Nəyi?"
-"Sənə baxdı."
-"Yəni?"
-"Xan burada heç kimlə göz təması qurmur. Sən çox şanslısan."
Ah dostum, kaş bilsən...
-“Mən özümü heç də şanslı hiss etmirəm."-dedim. Bu başdan xarabın mənə əzab verməsi özümü heç də şanslı hiss etdirmirdi.
🦋
Günortadan sonra psixoloqun otağına yollandım. Qapını döyməmişdən öncə divarda asılı olan yazıya baxdım.
Dr.Psq. Sənan Əliyev
Qapını döydüm. İçəridən gələn "Gir" səsi ilə qapını açdım və içəri daxil oldum.  Məni görən doktor baxışlarını notebookundan çəkdi və gülümsedi.
-"Səni yenidən görmək nə gözəl, İvanova"
Soyadım ilə xitab etməyi məni biraz təəccübləndirsə də, çox da əhəmiyyət vermədim.
-"Salam, doktor."
-"Keç otur, zəhmət olmasa."
Hər zamanki yerimə keçdim. O, mənə baxmağa davam edirdi. Həmişəki kimi hərəkətlərimi izləyirdi.
-"Necəsən?"
-"Yaxşıyam. Təşəkkürlər."
Geriyə söykəndi. Sağ əlindəki qələmi əlində oynadırdı.
-"Bu gün özünü necə hiss edirsən?"
Bir-iki saniyə düşündükdən sonra,-"Səhralıqda yolunu itirmiş bədəvi kimi hiss edirəm."-deyə cavab verdim.
Başını tərpətdi.
-"Açıqcası, gələcəyini gözləmirdim. Məni təəccübləndirdin. Həm də sevindirdin."
-"Ayaqlarım məni bura gətirdi deyək."
Otaqda səssizlik hökm sürürdü. Mənim özümü rahat hiss etməyim və istədiyim zaman danışmağa başlamağım üçün mənə şərait yaradırdı. Bunu bilirdim. Pəncərəyə vuran yağış damlalarını izlədim bir müddət. Baxışlarımı təqib etdi. Daha sonra üzümə baxdı.
-"Yanğın olan gecə, hava yağışlı idi, deyilmi?"
Gözlərimi ona zillədim.
-"Hardan bildiniz?"
Acı bir gülümsəmə keçdi üzündən.
-"Yağışlı havalarda daha çox içinə qapanıq olursan. Hətta heç kimlə danışmaq istəmirsən. Hər kəsdən və hər şeydən qaçırsan. Bura gəldin, çünkü mənim səni heç bir şey demədən dinləyəcəyimi çox yaxşı bilirsən."
-"Mən ki, sizə heç nə danışmadım."
-"İnsanlar ağrı çəkəndə deyil, ağrıları ilə baş-başa qalanda travma keçirirlər. Və sən əslində hamı ilə danışırsan, Rozalinda. Sadəcə onlar səni eşitmirlər, lakin mən səni çox yaxşı eşidirəm."
🦋
Psixoloqun yanında bir saat durduqdan sonra koridorda yavaş-yavaş gezinirdim. Bir an durdum və çıxış qapısına baxdım. Ehtiyacım olan şey nə idi?  Niyə içimdəki narahatlıq hissi yox olub getmirdi? Ayaqlarım məni çıxışa doğru yönləndirdi. Xəstəxananın həyətinə çıxanda yağış damlaları bir-bir üzümü islatmağa başladı, lakin durmadım və addımlamağa davam etdim. Əyildim və xəstəxana ayaqqabılarımı çıxartdım. Çılpaq ayaqlarım yaş otlara dəydiyi an bədənimi ürpərti bürüdü. İki əlimlə bədənimi ovuşturdum. Artıq saçlarım tamam islanmışdı. Göz yaşlarım yağış ilə qarışıb sonsuzluğa doğru axırdı. Başım aşağı qarşıya doğru irəliləyirdim. Başıma kəskin sancılar girməyə başlayana qədər yeridim. İki büklüm bir halda yavaşça yerə çökdüm. Əllərimi iki yanda alnıma dayadım və ağrının keçməsini gözlədim...Keçmədi. Əllərimi yerə dayayaraq tutunmaq üçün güc aldım. Barmaq uclarım palçığa bulandı. Əllərimi torpağa bastırdım. Gözlərimi ağrıdan sıxaraq yumdum. Beynimdə əks səda verən səslər məni ağuşuna almağa başlayanda isə nəfəssiz qaldığımı hiss etdim.
"Qaç!"
"Mən bacarmıram."
Torpağın qoxusu burnuma doldu.
"Gəlir, qaçmalısan."
İşıq olmadığı üçün əllərim yanımdakı divara toxundu. Çöl qapının sonunda böyük bir insan kölgəsi gördüm.
“Roza...”
Onun səsi o qədər sakit, o qədər mülayim idi ki. Hərəkət edə bilmədim. Mənə doğru irəliləməyə başladı və ayaqlarım mənə cavab vermədiyi üçün sadəcə durub baxa bildim. O, yaxınlaşdıqca ay işığı onun iri bədənini işıqlandırırdı.
"Qaç."
"Yox, gəlmə."
'Qaç."
"Məndən uzaq dur."
"Qaç."
Yaxınlaşırdı.
Kəsik-kəsik xatirələr beynimə üşüşməyə başladı. Bu çox ağrılı idi. Həddindən artıq dözülməz idi. Bacarmırdım. Buna gücüm yox idi. Başımı geriyə atıb var gücümlə qışqırdım.
Sonrası dərin bir boşluq...

 Sonrası dərin bir boşluq

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.
ÖLÜ KƏPƏNƏK 🦋Où les histoires vivent. Découvrez maintenant