37🦋

9 2 0
                                    

Yanaqlarımdan axan yaşları hirslə sildim. Niyə ağladığımı heç özüm də bilmirdim. İçimdə çoxlu duyğular var idi və mən nə hiss etdiyimi tam olaraq bilmirdim. Sadəcə onu bilirdim ki, bu yaxşı bir şey deyil, xəyanət, yalan və ürək bulanması qarışığı bir şeydir.
Xan...
O, bu işə necə qarışa bilərdi? 
Bunu mənə necə edə bilərdi?
Məni ən çox incidən, sinəmi yandıran bu idi.
Mən Xan'a güvənmişdim və axmaq kimi ona aldandım. Ona ürəyimi açdım, mən ona aşiq oldum.
-"Mən axmaqam."--dedim öz-özümə.
Bu çılğın vəziyyətə düşməyə layiq olduğumu hiss edirdim, axmaqcasına hamıya güvəndiyim üçün, məni aldadan bu dəlilərin oyununa düşdüyüm üçün buna layiq idim.
Ağlamağı dayandıra bilmədim.
"Tanrım, niyə bu qədər incidir?"
Sanki hər ağlayanda ürəyimdəki bütün yaralar açılır, içim qanayır, nəfəsimi kəsən ağrılar baş verirdi.
Bütün bu ağrılar haradan gəlirdi?
Ciyərlərim nəfəssiz qalana qədər qaçdım, evdən o qədər uzaq idim ki, uzaqdan evi güclə görürdüm. Heç kim mənim üçün gəlməmişdi və mən bunu gözləmirdim.
Bəlkə də mənə yazığı gələr və qaçmağıma icazə verərdilər.
Mən çox safam, elə deyilmi?
Mərhəmət bu dördlünün bildiyi bir şey deyil.
Xan... Ah, Xan...
Onunla keçirdiyim bütün anları düşünməkdən özümü ala bilmirdim, onunla güldüyüm, qucağında özümü təhlükəsiz hiss etdiyim, sözlərinə inandığım, öpüşlərinə... bütün bunlar ağlıma üşüşməyə başladı.
-"Yalançı, pis yalançı..."
O, yəqin ki, mənimlə oynayanda çox əyləndi.
Nəyinki o....hamısı bunları planlayarkən yəqin ki, çox əyləndilər.
Özümü qucaqladım, görüşüm bulanıqlaşdı.  Göz yaşlarımı silməyə belə cəhd etmədim. Mən acı-acı hönkürdüm və titrəməmi saxlaya bilmədim.
Bir səs eşitdim və arxama baxdım. 
Elvin və Xan'ın buraya gəldiyi qara maşını gördüm. Qarşımda yalnız hər iki tərəfi əkin sahələri olan uzun bir yol var idi. Gizlənəcək bir ağac yox idi, hər şey düz idi.
Sonra anladım.
Onlar mənim arxamca qaçmağa ehtiyac görmürdülər, çünki bilirdilər ki, mənim qaçmağa və gizlənməyə yerim yoxdur. 
Kim bilir bu mülk nə qədər torpaq tuturdu.
Duyğulara məyusluq və ümidsizlik əlavə etmək məni daha da ağlatdı və özümü nə qədər pis hiss etdiyim hissini gücləndirdi.
Maşınının bir neçə saniyədən sonra mənə çatacağını bilsəm də, arxamı dönüb yeriməyə davam etdim.
Başqa nə edə bilərdim ki?
Nəhayət, maşın arxamda dayandı və mən baxmaq üçün döndüm. Sənan maşın sürürdü, lakin o, tək deyildi. Xan da sərnişin oturacağında idi.
Sinəmdə bir ağrı hiss etdim; onun mənə acıdığını görmək....
İlahi, necə ağrıdır! 
İkisini bir yerdə görmək çox qəribə idi.
İki düşmüş mələk idilər sanki; hipnozçu, cazibədar, lakin heç bir şey hiss etmədən yolundakı hər şeyi məhv etməyə qadir. Çox sevdiyim o boz gözlər bir neçə saniyə məni izlədi. O, maşınından düşüb qapını arxadan bağladı. Sənan isə yerindən tərpənmədi, sadəcə sifətində oxunmaz bir ifadə ilə maşında dayandı.
Polis forması Xan'a çox yaraşırdı. O, yaraşıqlı idi. Xan maşınının yanında dayanıb bir neçə saniyə mənə baxdı. Mənə tərəf addım atanda isə əlimi qaldırdım.
-"Yox!"--dedim yüksək səslə.
Daha bir addım atdı.
-"Roza.."
-Yox!"-, deyə qışqırdım. 
Çənəsini sıxdı.
-"Rozalinda, mən..."
-"Kəs səsini!"
Qəzəb məni boğdu.
-"Sus, səni dinləmək istəmirəm, səni görmək belə istəmirəm."
Üz ifadəsini oxuya bildiyimi demək istəyirdim, amma bacarmırdım. Onun üzünü oxumaq hələ də çox çətin idi. Xan mənə tərəf bir neçə addım daha atdı, amma mən aramızda bir qədər məsafə saxlayaraq geri çəkilməyə davam etdim.
-“Roza, məni bağışla deməyəcəm, çünki bu doğru deyil..."
Dodaqlarım titrədi, amma göz yaşlarıma hakim ola bildim.
-"Ah... İndi də mənimlə səmimi olmaq istəyirsən?" 
Yavaşca başını tərpətdi.
-“Lakin təəssüf edirəm ki, hər şey belə oldu..."
Gözlərinin içinə baxaraq danışırdım.
-"Mənimlə oynayanda çox əyləndinmi?"-deyə qırıq səslə soruşdum.
-"Heç vaxt, mən səninlə heç vaxt oynamadım."
Yalandan güldüm.
-"Və mən sənə inanmalıyam?" 
-"Yox. Mənə inanacağını gözləmirəm, amma zamanla..."
İnanamayaraq üzünə baxdım.
-"Zaman?"
Mən onun sözünü kəsdim. 
-"Ah, əlbəttə. Təbii ki, sən mənim iradəmə zidd olaraq burada olmağımı, ailəmi qətlə yetirən insanlarla yaşamağımı normal hesab edirsən və düşünürsən ki..."
-"Roza..."
Boğazım yandı, yanaqlarım yaşla doldu.
-"Mənə bir şey danışdın, bir əhvalat... o da yalan idimi?" 
Xan cavab vermədi, lakin onun susması kifayət qədər mənə cavab idi və deyə biləcəyi hər şeydən qat-qat ağrılı idi.
Başımı kədərlə salladım, alt dodağımı yaladım və duzlu göz yaşlarımın dadına baxdım.
-"Hamısı yalan idi?'
Sükut...
Ürəyim daha da çatladı.
-"Mənə cavab ver! Bu mənim haqqım olan ən az şeydir."
Xan uzun bir nəfəs verdi.
-"Yalan olmadığını desəm də, sən mənə inanmazsan."
-"Haqlısan, amma yenə də mənə de."
Səssizlik...
Onun qarşısında ağlamamaq üçün özümü cilovlamağa çalışdım.
-"Si*dir get!"
Dönüb ondan uzaqlaşmağa başladım. 
Bunun faydasız olduğunu bildiyim halda yerimdən tərpənməli oldum, onun qarşısında olmaq çox ağrıdırdı. Onun soyuq üzünü görüb susmasına tab gətirmək, aramızda baş verənlərin hamısının yalan olduğunu, bunun sadəcə bir oyun olduğunu, yeganə uduzanın isə mən olduğumu bilmək....
Ayaqlarım yorğun olduğu üçün çox yeriyə bilmirdim və sonunda yerə yıxıldım.
Sinəmdə güclü bir ağrı hiss etdim.
-"Nəfəs ala bilmirəm..."
Panik atak olurdum yenə?
Yox, yox! İndi olmaz, yox!
Xan'ın diqqətimi yayındırmaq üçün məni öpdüyü zamanı xatırladım. Ancaq o, artıq mənim evim, təhlükəsiz yerim deyildi. Əlimi sinəmə qoyub nəfəs almağa və özümü idarə etməyə çalışdım.
-"Mən bacarmıram..."
Hiperventilyasiya etməyə başlayırdım, çiyinlərim hər aldığım ümidsiz nəfəslə sürətlə qalxıb enirdi və əzalarımda bir ağrı hissi yayılırdı. Ürəyim o qədər sürətlə döyünürdü ki, bunu bütün bədənimdə hiss edirdim. Ürəyim bulanırdı, ürəkbulanma və başgicəllənmə narahatlığımı daha da artırırdı.
-"Öləcəm, bu dəfə öləcəm."
Kimsə qarşımda diz çökdü. Başımı qaldırdım və bulanıq görən gözlərim ilə onu gördüm...
Fərqli rənglərdə gözlər...
-"Roza."-deyə pıçıldadı.
Onun səs tonu çox yumşaq idi.
-"Yaxşısan."-deyən Sənan üzümü əlləri arasına alaraq məni bundan əmin etdi.
-"Sən yaxşı olacaqsan."
Onun sifəti o qədər yaxın idi ki, sakit nəfəsi dodaqlarımı ovuşdururdu.
-"Nəfəs almağa diqqət etməyini istəyirəm."
Yanaqlarımdan iri göz yaşları süzülərkən başımı tərpətdim.
-"Mən... nəfəs ala bilmirəm."
Əllərimi hələ də üzümü tutan əllərinin üstünə qoydum.
-"Edə bilərsən."-deyə mırıldandı.
-"Yaxşı olacaqsan, sənə heç nə olmayacaq."
Onun baş barmaqları yanaqlarımı oxşayırdı. 
-"İstəyirəm ki, mənimlə nəfəslərini sayasan."
-"Mən bacarmıram."
-"Bacarırsan. Panik atak keçirirsən. Bilirsən ki, bir neçə dəqiqəyə keçəcək və özünü çox daha  yaxşı hiss edəcəksən."
Sənan uzun bir nəfəs verdi. 
-"Say mənimlə, nəfəs al və ver. Bir..."
Diqqətimi onun gözlərinə cəmlədim və onun etdiyi kimi nəfəs almağa başladım.
-"İki. Nəfəs al və nəfəs ver. Afərin, çox yaxşı gedirsən. Yenidən..."
Onun əllərindən tutaraq, gözlərim onun üstündə, onunla nəfəs aldım. Nəfəs aldım, nəfəsimi beşə qədər saydım, nəfəsimi verdim və yenidən başladım. Səsinin möhkəmliyi və mülayimliyi məni sakitləşdirirdi. Onun gözlərindəki rəng fərqi fikrimi yayındırdı.
Xoşagəlməz hisslər get-gedə yox olmağa başladı və nəfəsim nizamlı oldu.
-"Yaxşısan, atəş quşu."-deyə məni inandırdı.
Özümü yorğun hiss etdim, sanki enerjim tükənmişdi. Onu itələməyə və ya ona qışqırmağa gücüm çatmırdı.
-"Mən... daha düşünmək istəmirəm, istəmirəm... hiss etmək istəmirəm."
-"Dünən gecə yaxşı yatmısan?"
-"Yox."--dedim başımı iki yana sallayıb.
Üzümü buraxıb cibindən bir paçka dərman çıxartdı. O, mənim arxamda dayanan Xan'a başı ilə işarə verdi və Xan ona bir şüşə su uzatdı.
-'Birini ud."-deyərək dərmanı uzatdı.
-"Yox."-deyərək başımı çevirdim.
O, ah çəkdi.
-“İndi inadkar olmaq vaxtı deyil Rozalinda, yatmaq lazımdır."
-“Sənə güvənib mənə verdiyin o həbi qəbul edəcəyimi düşünürsənsə, çox yanılırsan."
O, səbirlə gözlərini yumdu.
-"Ağıllıca, amma mənə inan, bu pis bir şey deyil. Bu, sadəcə sakitləşdirici bir dərmandır."
Sənan mənə həbi uzatdı.
-"Sənə yaxşı yuxu lazımdır. Yatarkən düşünməyəcəksən və beynin dincələcək.  Həmçinin, bu, səni huşsuzlaşdıran bir dərman da deyil, sadəcə dərin yuxudan həzz almana köməklik edəcək."
-“Deyəsən, sən bu dərmanı çox yaxşı bilirsən."
Mənə gülümsədi.
-"Demək olar ki, hə."
-"Və sən məni panik atak hücumundan qurtarmaq üçün necə sakitləşdirməli olduğunu da bilirdin."--dedim.
-"Panik atak keçirmisən heç?"
O, bunu başı ilə inkar etdi.
-"Yox, amma mən onların necə olduğunu bilirəm, ona görə də onlarla necə davranacağımı və ya onları necə dayandıracağımı da bilirəm."
-"Bəs necə bilirsən?"-deyə soruşdum.
Yanımızda olan Xan'ın səsi eşidildi.
-"Çünki Sənan həqiqətən də psixoloqdur."
-"Doğrudan?"
Bu doğru ola bilməzdi.
-"Zarafat edirsən? Mən sənin rola girmək üçün elə etdiyini düşünürdüm."
O, gülümsəməyə davam etdi.
-"Sənə daha öncə də söyləmişdim. Mən hər ikisiyəm. Həm psixoloq, həm də psixopat."
Xan'ın gözlərini üzərimdə hiss edirdim.
-"Həbi qəbul et, yaxşılaşmağa kömək edəcək." 
Mən həm fiziki, həm də emosional cəhətdən yorğun idim, lakin bu lənətə gəlmiş vəziyyətdə onlara itaət etməyəcəkdim.
-"Yox dedim sizə."
Sənan ah çəkib Xan'a baxdı.
-"Mən sənə dedim axı o, bunu öz istəyilə etməyəcək." 
-"Əsas odur ki, biz cəhd etdik."-deyə Xan cavab verdi.
Sonradan hiss etdiyim şey isə Xan'ın güclü qollarının məni arxadan tutması və yerdən qaldırması idi. Məni sinəsinə doğru sıxdı.
-"Burax! Mənə toxunma! Siz nə edirsiniz?"
Sənan pencəyindən iynə çıxarıb içinə dərman doldurarkən mən yerimdə sabit dayandım. O, orta barmağı ilə silindrə vuranda isə qışqırdım:
-"Yox! Burax! İstəmirəm!"
-"Bağışla, Roza..."
Xan arxamdan pıçıldadı. 
-"Amma bir az istirahətə ehtiyacın var."
Mən qışqırmağa və qarşı çıxmağa davam etdim, lakin Xan çox güclü idi. Sənan sol qolumdan tutub mənə iynəni vurdu. İynə damara girəndə heç bir ağrı olmadı, ancaq maye yayılmağa başlayanda oldu. Tezliklə bədənimdə uyuşma hiss etməyə başladım və ətrafı hiss etməyi isə dayandırdım.
-"Yox... Xan..."
Huşumu itirməməyə çalışaraq mızıldandım.
-"Sənə nifrət edirəm... Sənə çox nifrət edirəm, Xan."
Onun iç çəkdiyini eşitdim.
-"Mənə nifrət et Roza, mənə müqavimət göstər..."
Əyilib saçlarımdan öpdü. 
-"Artıq fərqi yoxdur, yenə də mənim olacaqsan."
-'Yox..."
Saçlarımı sığalladı.
-"Şşş, dincəl, prenses."
Məni qollarımdan tutan adamın qucağında qaranlığı qarşıladım və gözlərimi yumdum.

ÖLÜ KƏPƏNƏK 🦋Where stories live. Discover now