16🦋

14 3 0
                                    

Qapını döyüb "İçəri gir" sözünü eşitdikdən sonra doktor məni gülümsəyərək qarşıladı

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Qapını döyüb "İçəri gir" sözünü eşitdikdən sonra doktor məni gülümsəyərək qarşıladı. Amma mən tərəddüdlə doktorun kabinetinə daxil oldum.
-"Xoş gəldin."-dedi, eynəyini çıxarıb masanın üzərinə qoydu.
-"Salam, doktor."
-"Otur, zəhmət olmazsa."
Keçib yerimə oturdum. Artıq bu yerdə yavaş-yavaş rahat olmağı öyrəndiyimi başa düşmüşdüm.
-"Həftən necə keçdi?"
-"Yaxşı idi..."-deyə etiraf etdim,-"amma yenə də... Ağlımı çaşdıran şeylər var."
Dr.Sənan dirsəklərini masasına söykədi və məni bütün diqqətiylə dinləməyə başladı.
-"Məsələn, nə kimi?"
-"Keçən gün ailəmi düşünürdüm..."-dedim və dərindən nəfəs aldım.
-"Valideynlərim haqqında danışmaq mənim üçün bir az asanlaşdı, amma nədənsə o dəhşətli gecədən əvvəl dağlarda yaşadığımız ayların çoxunu xatırlaya bilmirəm. Bunu necə izah edəcəyini bilmirəm. O vaxt yaşadığım hər şey beynimdə bulanıq görünür, dəqiq xatırlaya bilmirəm, sanki buraya köçdükdən sonra xatirələrim yox olub. Və bu məntiqli deyil, mən başa düşürəm ki, yanğının törədildiyi gecənin hadisələri çox travmatik olduğu üçün heç nəyi xatırlaya bilmirəm, amma niyə o gecədən çox əvvəl baş verənləri də xatırlaya bilmirəm? Sizcə mən dəliyəm, doktor?"
Psixoloq başını iki yana salladı.
-"Xeyr, sən dəli deyilsən... Həm də bir daha xatırlatmaq istərdim ki, biz bu sözü işlətməməyə razılaşmışdıq. Elə deyilmi?"
-"Bilirəm, amma bunun o qədər də mənası yoxdur. Ən azından belə bir məqamda."
Dr.Sənan barmaqlarını bir-birinə keçirtdi.
-"Rozalinda, insan ağlı çox mürəkkəbdir. Əsrlər boyu bu barədə araşdırmalar da aparılıb, lakin hələ də anlamadığımız çox şey var. Bununla belə, sənin beyninin sadəcə özünü qoruduğuna inanıram və bununla da sənin üçün ağrılı hesab etdiyi hər şeyi bloklayır."
İç çəkdim.
-"Ola bilər.. Hər şeyi düzgün xatırlaya bilməmək... mənə özümü itmiş, müdafiəsiz kimi hiss etdirir."
-"Bu cür hiss etməyin tamamilə normaldır."
O, mənə xoşbəxt bir təbəssüm bəxş etdi.
-"Rozalinda..."
Mən başımı qaldırıb doktora baxdım.
-"Sən böyük irəliləyiş əldə etdin və o qədər güclüsən ki, məncə, hər şey üçün özünə daha çox dəyər və zaman verməlisən. Sən ən çətin olanı bacardın, çox travmatik bir şey yaşadın, sağ qaldın və hər gün sağalmağa davam edirsən. Mübarizəni davam etdirirsən. Bu çox böyük bir şeydir. İnan mənə."
Onun sözləri ürəyimi yumşaltdı. İlk dəfə idi ki, kimsə mənim davam etmək üçün olan mübarizəmi dəstəkləyirdi.
-"Təşəkkürlər."
Doktor mənə baxaraq içtən gülümsədi.
-"Mən sadəcə olanı deyirəm."
Atmosfer rahat və xoş idi, ona görə də fürsətdən istifadə edib mənə vacib olan bir şeyi soruşdum:
-"Sizə bir sual verə bilərəmmi, doktor?"
O, başını təsdiq edərcəsinə tərpətdi.
-"Sizə bir xəstə barəsində sual vermək istəyirəm."
-"Xəstə gizliliyi deyə bir şey, Rozalinda. Bilirsən, deyilmi?"
Başımı tərpətdim.
-"Bilirəm, amma bu mənim üçün çox vacibdir."
-"Hansı xəstə ilə maraqlanırsan belə?"
İlk başda söyləməyə çəkinsəm də, bunu etməli idim. Heç olmazsa ağlımda dönüb dolaşan bir suala cavab tapa biləcəkdim.
-"Xan..."-deyə pıçıldadım.
Dr.Sənan'ın gözlərindəki heyrət özünü anında biruzə etdi. Təəccüblənmişdi.
-"Xəstəxana müdirinin oğlu?"-deyə soruşdu.
-"Bəli."
-"Hmm. Onunla bir neçə seans keçirməyə çalışdım, amma mənimlə danışmır. Nitqində heç problem yoxdur, lakin niyə danışmadığını hələ də anlaya bilməmişik."
Xan danışa bilirdi. O, yalnızca mənimlə danışırdı.
-"O, niyə xəstəxanaya yerləşdirilib? Mənim bilmək istədiyim əslində budur."
Doktor geriyə söykəndi və bir qədər düşündükdən sonra cavab verdi;
-"Bunu səninlə paylaşa bilmərəm, Rozalinda. Deyə biləcəyim tək şey, ondan uzaq durmağa çalış. Müdirin oğlu olduğu üçün ara-sıra bu bölmədə olur, xüsusən də yeməkxana tərəfdə. Qaydaları onsuz bilirsən. Sənə bir daha xatırlatmağıma ehtiyac olduğunu düşünmürəm."
-"Anladım doktor, yenə də hər şey üçün təşəkkürlər."
Koridorda otağıma doğru gedirdim və doktorla indicə keçirdiyim seans barəsində düşünməyə davam edirdim. Hər nə qədər istədiyim suallara tam cavab tapa bilməsəm də, ürəyimdən bir səs tezliklə bir çox şeyin gün üzünə çıxacağını deyirdi.
🦋
Günüm monoton keçdi. Qeyri-adi heç bir şey baş verməmişdi. Ağlımı zəbt edən düşüncələrdən biri də Xan'ın kim olduğu idi. Niyə bu xəstəxanaya yerləşdirilmişdi? Onunla bağlı bir şeylər öyrənmə istəyi məndə niyə yaranmışdı özümdə heç bilmirdim.
"Çünki ondan xoşun gəlir" dedi iç səsim.
Başımı iki yana salladım və bu düşüncəni ağlımdan uzaqlaşdırdım.
Güzgünün qarşısına keçib özümü seyr etməyə başladım. Əlimi saçlarımda, üzümdə və bədənimdə gəzdirdim. Çox arıqlamışdım. Bu aralar yemək rejimim biraz pozulmuşdu. Anam sağ olsaydı məni buna görə çox danlayardı. Güclü bir bədən üçün yaxşı qidalanmaq lazımdır deyərdi həmişə.
O an bir şey diqqətimi çəkdi. Xatirələrimdə öz əksini tapan ən çox anam olurdu. Atam ilə olan xatirələr isə kəsik-kəsik idi. Qaşlarımı çatdım. Yoxsa atamla aram yaxşı deyildimi? Bu ola bilməzdi. Mən ki, onun qızı idim. Hərhalda məni sevirdi, elə deyilmi? Həm kim öz qızını sevməz ki?
Vanna otağında işimi bitirib otağıma qayıtdım. Şkafdan pijamalarımı alıb geyindim və saçlarımı daradım. Artıq saat yeddini ötdüyü üçün hamı otaqlarında idi. Heç nə etməsəm də özümü bu aralar çox yorğun hiss edirdim. Heç şübhəsiz bunun səbəbi yenidən o dərmanları qəbul etməyimlə əlaqəliydi. Hər nə qədər onları qəbul etmək istəməsəm də, sağlamlığımı riskə ata bilməzdim. Örtüyü çəkib yorğanın altına girdim. Yatarkən saçlarımı açıq saxlamağı sevirdim. Bu daha rahat hiss etdirirdi. Gözlərimi yumdum və qarabasmalardan uzaq bir gecə keçirməyi dilədim.
"Roza."
Onun səsi mənim titrəməyə başlamağıma səbəb olurdu. Solğun bir əl biləyimdən tutub məni qaranlığa çəkirdi.
"Yox!"
Üstümdə ağır bir şey var idi. Mən onun altında qalmışdım.
"Yox!"
"Şşş, bizi eşitmələrini istəmirik, elə deyilmi, mənim gözəlim?"-mənə toxunmağa başlayanda pıçıldadı.
"Yox, yox!"
Onun dili şəhvətlə boynumu yaladı.
"Çox gözəl qoxursan, Roza."
"Xahiş edirəm, yalvarıram, dayan."
Hıçqırıqlar arasında yalvardım. Ağzımı əli ilə örtdü və hərəkətlərinə davam etdi.
"Yox!"
-"Rozalinda!"
Xan'ın səsi məni yuxudan oyatdı. Yataqda dik oturub dərindən nəfəs aldım. Alnımdan və boynumdan aşağı tər damlaları axırdı.
-"Yaxşı... sakitləş, bu sadəcə bir yuxu idi."-dedi əlini çiynimə qoyaraq, amma mən refleks olaraq onu özümdən itələdim. Geriyə doğru biraz silkələnsə də özünü yerində sabit saxladı və iki əlini də havaya qaldırdı;
-"Qorxma. Mən yanındayam. Sən güvəndəsən."
-"Mən...o..."
Aydın danışa bilmirdim. Yuxu çox real idi.
-"Sən güvəndəsən."-deyə təkrarladı və ehtiyatla yaxınlaşıb sakitləşdirici bir şəkildə kürəyimi sığalladı.
-"Bağışla. Mən səni incitdim, hə?"-dərindən nəfəs alaraq soruşdum.
-"Görürəm ki, sənin hələ də günahın olmadığı şeylərə görə üzr istəmək kimi dəhşətli bir vərdişin var."-dedi gülümsəyərək.
Pəncərəyə tərəf baxanda sübh vaxtı olduğunu gördüm. Daha sonra da ona dönüb,-"Burada nə edirsən?"-deyə soruşdum.
-"Dostumu görməyə gəldim."
Mənə isti bir təbəssüm bəxş etdi. Onun isti əlini tutub sıxdım. Ağladığımın fərqində belə deyildim, amma onun yanımda olması məni təhlükəsiz hiss etdirirdi.
-"Yaxşı ki, buradasan. Çox sağ ol."
-"Mənə təşəkkür etmək lazım deyil."-dedi və şirin-şirin gülümsədi.
-"Yaxşısan? Və mən səmimi bir cavab istəyirəm."
-"Bilmirəm."-dedim əlini sərbəst buraxaraq.
-"O gecə nə baş verdiyini xatırlayırsanmı?""
Başımı iki yana tərpətdim.
-"Heç bir az da xatırlamırsan?"
-"Mən..."-dedim,-"xatırlamaq istəmirəm."
Bir neçə dəqiqə səssiz qaldıq.
-"Artıq xatırlamaq istədiyimə də əmin deyiləm."-dedim göz yaşlarımı əlimin tərsi ilə silərək. Xan baxışlarını məndən ayırmırdı.
-"Başa düşürəm, inan mənə. Və heç kim səni buna məcbur etmir, amma ən əsası özünə bu aralar çox diqqət etməlisən."
İç çəkdim. O, isə danışmağa davam etdi;
-"İnanıram ki, xatırlamaq bütün baş verənlərin öhdəsindən gəlməyinə kömək edəcək. Sadəcə biraz zaman lazımdır."
-"Qorxuram...Xatırlaya biləcəklərimdən qorxuram."-dedim başımı aşağı salıb.
İkimiz də susduq.
🦋
Nə zaman yenidən yuxuya təslim olduğumu bilmirəm, amma oyandığımda günəş şüaları otağımı çoxdan aydınlatmağa başlamışdı. Tək idim. Xan'dan əsər-əlamət yox idi. Nə zaman getmişdi görəsən? Yataqdan qalxdığımda yerə düşən bir kağız parçası diqqətimi çəkdi. Əyildim və onu yerdən aldım. Açıb içindəkini oxuduğumda isə üzümdə yaranan təbəssümə əngəl ola bilmədim;
"Sən tək deyilsən, mən səninləyəm. Sevgilərlə, dostun."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ÖLÜ KƏPƏNƏK 🦋Where stories live. Discover now