Adsız Bölüm 4

4K 271 44
                                    

Notebookumun yaddaşındaki musiqi listini açdım..

CƏNNƏT..

Nirvana xəstəsini biri olaraq ilk seçimim " Where did you sleep last night " mahnısı oldu. İlahi ,  bu mahnını sevirəm.. Elə təzəcə gözlərimi yumub mahnıya " girəcəkdim" ki , bədənim titrəməyə başladı..

Yaxşı.. Bu biraz qəribə idi. Mahnılardan ləzzət aldığımı çoxdan bilirdim amma daha əvvəl Kurt Cobain'in səsi məni belə "titrətməmişdi". Gözlərimi şübhə ilə açıb nə olduğunu anlamağa çalışdım.

Təbii ki, bir neçə saniyə sonra titrəmə səbəbimin sadəcə nazik köynəyimin döş cibinə qoyduğum telefon olduğu ortaya çıxdı.

Sadəcə bircə anlıq mesajın "cavab " ola biləcəyini unutdum. O bir an keçdikdən və telefonu əlimə alandan sonra isə bu dəfə həqiqətən titrəməyə başladım. Çox qəribə hiss idi. Sanki hansısa gizli işimin üstü açılmışdı. Sakit olmalı idi. Deməli olduğum şeylərdən əvvəl deməməli olduğum şeyləri əzbərləməli idim. Kim olduğumu , onu haradan tanıdığımı və ən əsası da.. kimin bacısı olduğumu..

WhatsApp'dan bir bildiriş var idi. Həyəcanla üzərinə basdım və mesajı oxudum.

"Salam ? "

İlk öncə gülümsəsəm də bir saniyə içində ciddiləşdim. Salamın yanında sual işarəsi var idi. Bu isə özündə minlərlə sual gizlədirdi :

" Kimsən ?" , " nə istəyisən ?" "səni tanıyırammı", " nə qələt etməyə çalışırsan ? "

Bütün bu suallar beynimin içində aztv dublajlı filmlərdə xarici aktyorları səsləndirən o oğlanın səsi kimi dalğalanırdı :

" burada nə itin azıb ? " və ya " ay sənin ananı !"

İndi nə yazmalı idim?

Pərvərdigara, bu mesajı hansı ağılla yazmışdım ? Bir başa şantaja keçim bəlkə ? " Ya mənimlə danışmağa başlayacaqsan ya da bütün ailə keçmişini mesajla sənə göndərəcəm ?

İndi hansısa xarici filmdə olsaydıq və mən bu mesajı ona göndərəcək olsaydım yəqin ki,  oğlanın üz ifadəsindən eynilə bu sözləri oxuyardıq :

What the F*ck ?!

Yaxşı..

Boğazımı təmizləyib əlimin içindəki təri üstümə sildim. Hava birdən birə 65 dərəcə olmuşdu deyəsən.

" necəsən ? "

Göndər , göndər, göndər, göndər.
Göndərmə işarəsinə on dəfəyə yaxın basdım. Sanki hansısa " bir qəpiyi" olan adam yaxın dostuna "vızıv" atarkən " tutulmaqdan" qorxurdu.

İki mavi işarə ekranımı aydınlatdı.

Əla. Bax indi sizi təmin edirəm ki oğlanın üzündə bayaq dediyim film fragmenti var.

" çox sağolun, üzr istəyirəm, tanıya bilmədim. kim idi ? "

ekrana baxıb nə yazmalı olduğumu düşündüm.

" Yalvarıram, mənə bir yaxşılıq et və məni əngəllə "

Bu mesajı göndərsəm verə biləcəyim ən məntiqli qərarı verərdim amma hələ də dayanıb ekrana baxır, yazdığım mesajı silir, yenidən gözümü döyürdüm.

" Ey, salam, mənəm, aylardır səni bacısının gözü ilə güdən xəstə "

" Mənəm, Romeo , sənin Julietin, gəl və öp məni !"

İlahi.. Nə yazım ki, az da olsa məntiqli çıxsın ? Yaxşısı budur heçnə yazmayım. Onsuz da axmaq fikir idi..Nə gözləyirdim ki.. Unut getsin. Hə, ən yaxşısı bu idi.. Ya da gözlə.. Bir şey xatırladım, bu işimə yaraya da bilərdi, yaramaya da..

" Bağışlayın nömrəni səhv qeyd etmişəm "

Göndər.

Əla, ola biləcək ən iyrənc bəhanə ilə aradan sivişdim.

Telefonu çarpayımın üzərinə atmaq istədim amma kənarına toxunub yerə düşdü. Gözlərimi sıxıb özümü sakitləşdirməyə çalışdım.

Daha ucadan qışqır, Kurt Cobain ! Susdur,beynimdəki parazitləri !

Dinlə məniWhere stories live. Discover now