Adsız Bölüm 63

107 4 0
                                    

Nə edim ki, alınmır..? Axı , mən nə edə bilərəm ?! Bəzən xəstəxanada olarkən həkim " Zəhra, biraz daha cəhd elə " cümləsini qurarkən gizlincə anama baxıram.. Gözlərində çox çətinliklə sezilən bir hirs görürəm özümə qarşı.. Yəni, görəsən, həqiqətənmi inanmır mənim var gücümlə cəhd etdiyimə ? Bu lənətə gəlmiş iki ayağı yerindən bircə millimetr qabağa atmaq üçün necə çırpındığımı görmürmü ? Əlbəttə görürdü.. Mən o aparatların üzərində olarkən, qoltuq dəyənəklərinə tutunmağa çalışarkən özünü güclə saxlayırdı yanıma qaçmamaq üçün.. Hər an tətikdə idi ki, birdən həkim nəzarətsiz qoyar, yıxılıb zədələnərəm,bir damcı canım ağrıyar deyə.. Onun hirsi mənə deyildi.. Dünyaya idi, o lənətə gəlmiş günə, o lənətə gəlmiş qəzaya..bu aparatlara.. ölülərin, dərmanların, duaların qoxusu hopan xəstəxana otaqlarına idi.. Hətta bəlkə biraz özünə hirslənirdi.. Yaxşı valideyn olmadığını, " yetərli " olmadığını düşünürdü içdən - içə..
Evə qayıdarkən başımı pəncərəyə söykəyib yollara zilləyirdim.. Gözlərimin önündən arxaya doğru şütüyən ağaclara..dayanacaqlarda avtobus gözləyən insanlara..mağazalara.. Bircə anamın üzünə baxa bilmirdim o anlarda.. Üzünə yayılan parçalanmış ümidlərə, cavabsız qalan dualarına, tez - tez sulanan gözlərinə .. ən çox da..ən çox da rolu bərk - bərk sıxan əllərinə baxa bilmirdim.. Bəlkə biraz tələsik yığdığı saçlarına baxa bilmirdim, bəlkə də  tez - tez dərindən nəfəs alıb rahatlamağa çalışan sinəsinə.. Digər günlər belə olmurduq biz.. Sadəcə xəstəxanadan evə qayıdanda.. Hər dəfə o zibilə qalmış yerdən evə əlimiz boş qayıdanda.. Özümdən çox onun üçün istəyirdim gəzə bilməyi bəzən..
Əlimi uzadıb əlinin üzərinə qoymaq keçirdi ürəyimdən hər zaman.. Təsəlli verici bir söz demək və ya sadəcə gülümsəmək.. Amma hər dəfə gözlərimi yumub , başımın tez - tez şüşəyə çırpılmasına əhəmiyyət vermədən evə çatana qədər səssizcə gözləyirdim..

Dinlə məniWhere stories live. Discover now