Adsız Bölüm 17

3.3K 285 34
                                    

- Zəhra, inad etmə, gəl mənimlə gedək. Neyləyəcəksən evdə ? İnan mənə, mən zərrə qədər narahat olmuram sən yanımda olanda.. Həm də tək gedəndə fikrim yanında qalır. .

Həlimə aynanın önündə özünü təkrar - təkrar gözdən keçirərkən dediklərində səmimi olduğunu hiss edirdim. Amma yenə də görüşə getmək içimdən gəlmirdi.

- Mənə görə narahat olma. Get rahatca dostlarınla gəz. Təkcə gələndə kontikləri unutma !

Ən səmimi gülüşümü göndərərək içini rahatlatdım

- Həm də kim deyir ki, tək olacam ?

Əlimdəki telefonu havada sallayıb göz vurduğum zaman Həlimə dodaqlarını bir -birinə basdıraraq gülümsədi

- Yaxşı, nəsə lazım olsa zəng edərsən. Danışdıq ?

- Narahat olma.

Qapıdan çıxmazdan əvvəl alnıma bir öpüş qondurdu

- Yeni aldığım ətirin qoxusu gəlir ? Necədir ?

- Əla ! Oğlan olsam indi evlənmişdik !

Cavabımı burnunu büzüb bütün dişlərini göz önünə qoyan gülüşü ilə qarşıladı

- Oldu, mən çıxıram, hələlik

- Hələlik

Masanın üzərindən avtomobilinin açarını götürüb otaqdan çıxdı. Ahh, nə düşündüyünüzü bilirəm,amma elə də böyütməyin, bahalı bir şey deyildi. 2009- cu ilin buraxılışı olan Hundai Tucson .İşlənmiş. Valideynlərim işlərini asanlaşdırsın deyə almışdılar amma yeni qalması üçün demək olar gündəliyə işlətmirdilər. Həlimənin sürücülük vəsiqəsi var idi deyə arada bir istifadə etməsinə səs çıxarmırdılar.

Evin qapısı örtüldükdən sonra ətrafımı nəzərdən keçirdim. Bacımın ən gözəl xüsusiyyəti o idi ki, götürdüyü hər şeyi yerinə qoymağı adət etmişdi, hər zaman əynindən çıxardığı paltarları səliqə ilə qatlayıb qarderoba geri qoyurdu. Bu səbəblə otağımız heç zaman səliqəsiz görünməzdi.

Dərindən nəfəs alıb telefonumun ekranını yandırdım.

Whatsappa giriş. Birinci sırada Raulun adı. Son görülmə bu gün saat 10:45.

Yaxşı, etiraf edirəm. Burada olduğunu gördüyüm zaman mənə yazmamış olduğu gerçəyi bir balaca narahat hiss etdirdi amma olduqca gözəl fərqində idim ki, bu cür düşüncələrə qapılmaq haqqım yox idi. İndi saat 13:20 idi.

Standart salamlaşma mesajları yazmaq istəmirdim. Nə isə diqqət çəkən başlıq lazım idi.Bəlkə bir sual ya da nə bilim nəsə fərqli bir şey. Fikirləşməyə başladım. Hansı məsələlərdə yaxşı idim ?

İlk ağlıma gələn musiqi oldu.

Yaxşı.. bir mahnı göndərəcəkdim amma nə ?

Hekayələri olan mahnıları hər zaman araşdırırdım. Bu səbəblə mənə doğma gələn, təsirindən çıxa bilmədiyim bir çox mahnı var idi. Zamanla bir - bir bunları Raulla paylaşa biləcəyimi düşündüm. Təbii ki, marağı olduğunu öyrənə bilsəm. Ki..Musiqini sevməyən biri olsa böyük ehtimal onunla bir daha danışmayacaqdım.. Musiqi ruhun ən zərif parçasıdır..Bunu hiss edə bilməyən insan mənə görə yarımçıq insan idi..

"Metallica - One"

Bu mahnının hekayəsi olduqca təsirli idi , məsələn. Mövzusu "Johnny Got His Gun" kitabından alınıb. Eyni adlı filmi belə var. Kitabın baş obrazı olan Johnny birinci dünya mübaribəsinə gedən əsgərdir. Savaş sırasında bir gecə cəhbədə itir və güllələrdən qorunmaq üçün bombaların açdığı çuxurlardan birinə girib gizlənir. Çünki , əsgər inanışına görə bir dəfə bomba düşən yerə ikinci dəfə bomba təkrar düşməzdi. Amma hesablar doğru çıxmır və Johnny ikinci dəfə eynu yerə düşən bomba tərəfindən ağır yaralanır. Oyandığı zaman özünü bir xəstəxanada tapır amma başa düşür ki, o artıq qollarını da , ayaqlarını da itirib. Eyni zamanda nə görə, nə eşidə, nə də danışa bilir artıq.. İlk öncə yuxuda olduğunu düşünür amma otaqdaki addımları hiss edib yuxuda olmadığını dərk edir. Öz aləmində otaqdakilərlə nə qədər danışmağa çalışsa da realda səsi eşidilmir. Bədənindən geriyə qalan hissələrə düşən günəş işığının istiliyini hiss edərək günləri saymağa başlayır . Sonra atasının uşaq vaxtı ona öyrətdiyi xüsusi əlifbanı xatırlayır və başını yastığa vura- vura ünsiyyət qurmağa çalışır. Əsgərlərə bu əlifba əvvəlcədən öyrədildiyindən onu anlaya bilirlər. Johnny yatızdırılma yolu ilə ölmək istıdiyini bildirir amma general buna razılıq verə bilmir..

Mahnının sözləri də elə həmin əsgərin dilindən yazılıb :

Xatırlaya bilmirəm heç bir şeyi
Deyə bilmirəm ki, bu yuxudur yoxsa gerçək ?
Qışqırmaq istəyir içimin dərinlikləri
Bu qorxunc səssizlik susdurur məni..

İndi savaş mənim içimdədir

Oyanıram amma görə bilmirəm

Çox da bir şey qalmayıb məndən geriyə

Bunlar gerçək deyil amma ağrısı gerçəkdir..

Mənə bağlı olan bir cihaz bəsləyir məni

Savaşın özü qədər qəribədir bu

Bağlı olduğum cihazlar yaşadır məni

Bu həyatı söküb alın məndən geri..

Ümid edirdim ki, Raul mahnılara səthi yanaşmır. Onları hiss edir, həqiqətən dinləyir sözlərini.. Mahnını göndərib gözləməyə başladım.

Çox gözləməyimə gərək qalmadan cavab gəldi.

" Metallica ? Çox sərt ! :) Amma sözləri yaxşıdır. Çox sağol :) "

Şükürlər olsun !

" :) yaxşısan ? "

" Hə, sən ? Həlimə gəlir ? "

" Hə, artıq çıxıb "

Görüşə Raul da gedirdi. Həlimə ilə danışacağını bilirdim. Getmək istəmədim çünki buna hazır deyildim..İstəmirdim çünki hələ bunun üçün heç bir səbəb yox idi..İstəmirdim çünki hələ də məni ciddiyə almamışdı. Mesajlarıma belə nəzakət xatirinə cavablar yazdığının fərqində idim.

Hər halda Həliməni gözləyəcəkdim. Maraqlıdır, görəsən nələr deyəcəkdi ?

" Zəhmət olmasa onu elə başa sal ki məndən inciməsin. Mən yazıb qəlbini qırmaq istəmirəm." - ümid edirdim dedikləri arasında belə bir cümlə olmayacaq.

" Sən gəlirsən ? "

Boğazımın yandığını hiss etdim. Gəlib gəlməyəcəyimi soruşurdu.

Çətinliklə udqundum.

" Mən ? Yox.. Bu dəfəlik mənsiz keçinin :) "

yazır..

" Mm, okey . Bu arada şəklin həqiqətən çox gözəl alınıb :)) Ümid edirəm bir dəfə uşaqlarla olan görüşə gələrsən. Maraqlı olur,darıxmazsan :) "

Üzümə geniş bir gülümsəmə yayılmışdı. İndi başa düşürdüm ki, Həlimə bəzən niyə telefona baxanda dəli kimi öz - özünə gülürmüş .

" Ümid edirəm .. Sizə xoş görüşlər :) "

" Yaxşı. Axşam yazaram. Hələlik ) "

" Axşam yazaram ". Əlimdə olsa həmin an otağın içində uçaraq dövrə vurardım..

Heçnə yazmadan bir başa Həlimə ilə olan yazışmalara keçdim.

" Mənə bax, Raula mənim haqqımda heçnə demə . HEÇNƏ ! "

İstəmirdim ki, mənim haqqımda əvvəlcədən nələrdənsə xəbəri olsun. Ağlımda qurduğum sıralamada hər şeyin öz növbəsi var idi..

Dinlə məniWhere stories live. Discover now